Birləşmiş Krallıqda, “Hörmət” QHT-si Məişət Zorakılığının Qarşısının alınması Proqramları
və məişət zorakılığında təqsirkar olan kişilərlə işləyən Birləşmiş Dəstək Xidmətləri üçün
akkreditasiya standartlarını işləyib hazırlamışdır. “Avropada məişət zorakılığının təqsirkarları
ilə İş” adlı Aİ-nin Daphne layihəsi törədənlər üçün standartlar müəyyənləşdirmişdir.
Almaniyada,
"Kişilər üçün Münhen İnformasiya Mərkəzi" QHT-si (Münchner
Informationszentrum für Männer e.V.) qəzəbin idarə edilməsi dərsləri, təcavüzkar kişilər üçün
xüsusi proqramlar, məişət zorakılığının nəticəsi olaraq boşanmağa hazırlaşan valideynlər üçün
uşaq himayəsi ilə bağlı məsələlərə dair məsləhətlər təklif edir.
Müdafiə və dəstək
Konvensiyanın IV fəsli
Qurbanları mümkün olan ən yaxşı müdafiə və dəstək vasitələri ilə təmin etmək gələcəkdə onların yenidən
zorakılıqla üzləşmələrinin qarşısını almaqla yanaşı fiziki, psixoloji və sosial cəhətdən bərpaları üçün də
mühümdür. Konvensiya bir sıra müdafiə tədbirləri təklif edir ki, bunlara da aşağıdakılar daxildir:
fövqəladə hallarda təqsirkarın ailədən və evindən uzaqlaşdırılması üçün qaydaların qoyulması, qadağa
və müdafiə əmrlərinin verilməsi;
qurbanlara hüquqları, yardımı necə və haradan ala biləcəkləri barədə məlumatlar vermək;
ixtisaslaşmış yardım xidmətləri təqdim etmək ;
18
mütəxəssislər və şahidlərin zorakılıdan şikayət etməyə həvəsləndirmək;
zorakılığa şahid olmuş uşaqları qorumaq və dəstəkləmək.
Mütəxəssislər tərəfindən yardım xidməti
Zorakılığa məruz qalmış qadın qurbanlara mütəxəssislər tərəfindən dəstək verilməsi əsas yardım
xidmətidir. Bu xidmətlər əksəriyyəti təkrar zorakılıqdan əziyyət çəkən və travmalar alan zərərçəkmiş
insanların ehtiyaclarına uyğunlaşdırılmış gender cəhətdən həssas yanaşma tərzi təmin edir. Müəyyən qrup
qadınların, məsələn gənc qızların, əlil və mühacirlərin xüsusi ehtiyacları var. Yaşanmış zorakılığın
növündən asılı olaraq yardım ehtiyacları da fərqlənir, təcavüz və hücumlara məruz qalmış qadınlar üçün
sığınacaqlar kimi xarakterik xidmətlər tələb olunur. Bəzi qadınların mürəkkəb problemləri olur ki, bu
zaman da mütəxəssis yardımı labüddür. Xüsusi xidmətlər:
dərhal, qısa və uzun müddətli olmalıdır;
bütün ölkəni əhatə etməlidir;
bütün zərərçəkmişlər və onların uşaqları üçün əlçatan olmalıdır (və onların başa düşəcəyi dildə) ;
ixtisaslaşmış kadra, adekvat ehtiyat və fonda malik olmalıdır;
zərərçəkmişlərin hüquq və imkanlarını gücləndirməyə qadir olmalıdır.
Brüssel şəhərində qurbanları, onların yaxın qohumlarını və zorakılığın şahidlərini
qarşılamaqla yanaşı polislərində işinə köməklik göstərən “Qurbanlar üçün Polis yardımı Ofisi”
adlanan xüsusi xidmət yaradılıb. Xidmətin heyəti psixoloq və kriminoloqlardan ibarətdir.
İsveçdə, Döyülən və
Zorlanan Qadınlar üçün Milli Mərkəz cinsi zorakılıq sahəsində tibbi və
səhiyyə heyəti üçün təlimlər və praktiki göstərişlər təşkil edir və bu məsələlər üzrə ekspert
məsləhəti verən milli resurs mərkəzi olaraq fəaliyyət göstərir.
Cinsi zorakılıq qurbanlarına dəstək
Cinsi zorakılığa, o cümlədən zorlanmaya məruz qalmış insanların təcili tibbi köməyə, məhkəmə-tibb
ekspertizasına, travmaya qarşı dəstəyə, habelə yaxşı təlim keçmiş, ixtisaslaşmış mütəxəssislər tərəfindən
uzunmüddətli psixoloji məsləhətlərə ehtiyacları olur. Bu isə zərərçəkmişlər üçün yetərli, rahat əldə edilə
bilən zorlama böhranı mərkəzlərinin və ya cinsi zorakılıq qurbanlarına yardım mərkəzlərinin yaradılmasını
tələb edir. Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə üzrə Avropa Şurasının İşçi Qrupu hər
200.000 əhali üçün bir mərkəzin yaradılmasını tövsiyə edir.
1980-ci ildən bəri Birləşmiş Krallıq cinsi zorakılıq qurbanlarına yüksək keyfiyyətli və qısa
müddətli hüquqi məsləhət verən Cinsi hücumla bağlı (yönləndirmə) mərkəzləri açmışdır. Norveç
hər bir qraflıqda cinsi zorakılığa və təcavüzə məruz qalan şəxslər üçün xidmət mərkəzləri
yaratmışdır ki, onların da hamısı bələdiyyələrarası təcili yardım klinikaları ilə
əlaqələndirilmişdir. İsveç cinsi hücum qurbanları üzərində tibbi müayinələr aparan, onları
müalicə edən və dəstəkləyən Döyülən və Təcavüzə məruz qalan Qadınlar üçün Milli Mərkəz
açmışdır.
Zorakılığın şahidi olmuş uşaqların qorunması və dəstəyi
Zorakılıq olan ailələrdə uşaqlar çox vaxt bu cür hadisələrdən məlumatlı olurlar və bəzən hətta onlara
böyük zərər verən təcavüzlə özləri də üzləşirlər. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının
19
qurbanlarına yardım xidmətləri zorakılığın şahidi olmuş uşaqların ehtiyaclarını nəzərə almalı və onları
psixo-sosial məsləhətlərlə də təmin etməlidirlər. Təqdim edilən hər bir dəstək uşaqların maraqlarına uyğun
olmalıdır.
İsveçin qadınlara qarşı zorakılıq üzrə Fəaliyyət Planı Uşaq hüquqları haqqında BMT-nin
Konvensiyasına əsaslanır və böyüklərə qarşı zorakılığın “təkcə” şahidi olmuş uşaqların da
qorunması faktını vurğulayır.
Mütəxəssislər tərəfindən məlumat verilməsi
Qadınlara qarşı zorakılıq hadisələrinin çoxu barəsində şikayət olunmur. Zorakılıq çox vaxt qapalı qapılar
ardında baş verir və qurbanlar da bundan səssiz-səmirsiz əziyyət çəkirlər. Bu isə qurbanların qorunması,
gələcəkdə baş verə biləcək zorakılıq faktlarının qarşının alınması və günahkarların məsuliyyətə cəlb
olunması üçün ən böyük maneədir. Qurbanlarla işləyən mütəxəssislər – həkim, psixoloq və sosial işçilər
adətən baş vermiş zorakılıqdan xəbərdar olur, bunun yenidən təkrarlana biləcəyindən narahatlıq keçirsələr
də, məxfiliyə riayət etməyi tələb edən qaydaların olmasına görə bundan şikayət edə bilmirlər. Konvensiya
mütəxəssislərin ciddi zorakılıq hadisələrinə dair məlumatları müvafiq orqanlara çatdıra bilməsini təmin
etmək məqsədilə həmin zorakılığın baş verdiyinə əmin olduqları və onun yenidən təkrarlanacağına
inandıqları təqdirdə məxfilik qaydalarını aradan qaldırmaq imkanları verir
.
İspaniyada, Məişət Zorakılığı Qurbanlarının Qorunması haqqında Məhkəmə Əmrləri üzrə
Qanun dövlət və özəl sosial xidmət təşkilatları və qurumları üzərinə məişət zorakılığı kimi
hadisələrin aşkarlanması, zamanında bu işlə məşğul olan magistrat yaxud prokurora məlumat
verilməsi kimi öhdəliklər qoyur.
Maddi hüquq
Konvensiyanın V fəsli
Konvensiya bir sıra mülki və cinayət hüququ tədbirləri təqdim edir ki, bu da qadınlara qarşı müxtəlif növ
zorakılıq, o cümlədən məişət zorakılığının qurbanları ədalət axtardıqları zaman qanunvericilikdə
qarşılaşdıqları boşluqları doldurmaq məqsədi daşıyır. Bu boşluqlara qənaətbəxş olmayan kompensasiya
sxemlərindən və uşaqların himayəsi ilə bağlı məsələlərdən tutmuş bir sıra zorakı davranışların bəzi üzv
dövlətlərdə cinayət əməli hesab edilməməsi daxildir.
Mülki məhkəmə prosesləri və hüquqi müdafiə vasitələri
Bu müddəanın əsas məqsədi məhkəmələrə müəyyən bir davranışı dayandırmağa və qurbanlara qadağa,
məhdudlaşdırıcı və ya çəkindirici əmrlər verilməsi üçün məhkəməyə müraciət etməyə imkan verən mülki
hüquq vasitələrini təmin etməkdən ibarətdir. Bu əmrlər önəmli qoruyucu vasitələrdir, belə ki onlar
təqsirkarın qurbanın evinə və ya yaşadığı yerin ətrafına yaxınlaşmasının qarşısını alır. Məişət zorakılığı
məsələlərində bu əmrlər qurbanın uzunmüddətdə qorunmasına zəmanət verə bilər ki, qoruma ilə bağlı
təcili qərarlarda bunu təmin etmək mümkün olmur.
Dövlət, qadınları məişət zorakılığı da daxil olmaqla, bütün növ zorakılıqlardan qorumaq öhdəliyi daşıyır.
Zorakılıq hallarının dövlət orqanları tərəfindən qarşısının alınmasını, istintaqının aparılması və
cəzalandırılmasını təmin etmək də dövlətin məsuliyyətindədir. Dövlət orqanları qurbanları adekvat
yardımla təmin etmək və qorumaq işlərində uğursuzluqla qarşılaşdığı təqdirdə bunu aradan qaldırmaq üçün
mülki hüquqi müdafiə vasitələri nəzərdə tutulmalıdır.
Bevacqua and S.Bolqarıstana qarşı işində, ərizəçi davamlı olaraq həyat yoldaşı
tərəfindən döyüldüyünü, məhz buna görə də 3 yaşlı oğlunu götürüb evi tərk etdiyini və
20
boşanmaq üçün ərizə verdiyini bildirib. Amma, qadın əri tərəfindən döyüldüyünün davam
etdiyini bildirib. Qadın öz oğlu ilə birlikdə 4 gün təcavüzə məruz qalmış qadınlar üçün
sığınacaqda qalmış və bu zaman ona uşağı qaçırtmaqla bağlı məhkəməyə cəlb
olunacağı, uşağı üzərində birgə himayə haqqında qərar çıxarılacağı barədə xəbərdarlıq
edilib. Qadın bildirib ki, onun əri belə himayəyə məhəl qoymur. Ərinə qarşı zorakılıqla
bağlı ittihamlar irəli sürməsi zorakılığın təkrarlanması üçün zəmin yaradıb. Qadının
müvəqqəti himayə tədbirləri ilə bağlı etdiyi müraciətlərə qulaq asılmayıb və yalnız bir il
sonra, onun boşandığı elan edildikdən sonra ona himayə verilib. Növbəti il qadın yenə
keçmiş əri tərəfindən döyülüb. Qadının kişini cinayət məsuliyyətinə cəlb etmək üçün
etdiyi müraciətlər isə “şəxsi məsələ” adıyla rədd edilib. Avropa İnsan Hüquqları
Məhkəməsi Konvensiyanın8-ci Maddəsinin(ailə həyatına hörmət hüququ) pozuntusunu
aşkar edib, belə ki, Bolqarıstan rəsmi dairələri ərizəçinin ərini cəzalandırmaq və
nəzarətdə saxlamaq məqsədilə tədbir görməyiblər. Məhkəmə də vurğulayıb ki,
münaqişənin “şəxsi məsələ” kimi nəzərə alınması hakimiyyətin üzərinə götürdüyü
ərizəçinin ailə həyatını qorumaq öhdəliyinə uyğun deyil.
Kompensasiya
Konvensiya göstərilmiş cinayətlər nəticəsində dəyən zərər-ziyanın qarşılanmasına görə kompensasiya
hüququ müəyyən edir. Dəyən ziyan və kompensasiyanın ödənilməsinə görə məsuliyyəti ilk növbədə
təqsirkar daşısa da, qurbana ciddi bədən xəsarəti və ya onun sağlamlığına zərərin vurulduğu hallarda ikinci
dərəcəli məsuliyyət Tərəf dövlətin üzərinə düşür.
Dövlətin kompensasiya ödənilməsi ilə bağlı ikinci dərəcəli məsuliyyəti Tərəfləri, qurbanın təhlükəsizliyinə
yetərincə diqqət yetirildiyi təqdirdə, törədən şəxsdən alınan kompensasiyanın azaldılmasını tələb etməkdən
məhrum etmir.
1976-cı ildə Almaniya dövlətinin qəbul etdiyi Zorakılıq Cinayətləri Qurbanlarının
Kompensasiyası üzrə Qanun zorlama, cinsi və fiziki təcavüz, o cümlədən qəsdən adam
öldürmə kimi cinayətlərin qurbanlarına yaşadıqları zorakılıqların nəticələrinə görə
kompensasiya ödənilməsinə zəmanət verir(tibbi xərclər, psixoloji məsləhət, işləyə bilməmə).
Himayə, ziyarət hüquqları və təhlükəsizlik
Təqsirkarlar qurbana yenidən hücum etmək, onu daha ciddi zorakılığa məruz qoymaq üçün uşaqlarını
ziyarət etmək hüququndan istifadə edirlər və bu bəzən hətta qurbanın ölümü ilə nəticələnir. Qurbanı
qorumaq üçün nəzərdə tutulan bütün hüquqi tədbirlər ardıcıl olmalıdır. Məsələn, əgər mülki məhkəmə
vasitəsilə təqsirkarın qurbanla hər hansı əlaqəsinə maneə qoyulursa, eyni qərarı ailə məhkəməsi də
verməlidir. Buna görə, Konvensiya zorakılıq hallarının çoxunda uşaqları ziyarət və himayə hüquqları
barədə qərar verərkən, uşaqların maraqların ən yaxşı şəkildə nəzərə alınmasını nəzərdə tutur.
Zorakılığın formaları
Konvensiya Tərəflərdən geniş sayda cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmasını tələb
edir ki, bunlara da aşağıdakılar daxildir:
Psixoloji zorakılıq:
bir kəsi müəyyən zaman ərzində qəsdən qorxutmaq və hədələməklə ona travma
vurmaq. İntim münasibətlərdə psixoloji zorakılıq daha sonra fiziki və cinsi zorakılığa səbəb olur.
Fransada psixoloji təcavüz əməli 2010-cu ildə cinayət məcəlləsinə daxil edilmişdir. Bu
cinayəti törədənlər 3 illik həbsdən tutmuş 75000 avro cəriməyə kimi ciddi cəzalarla üzləşə
bilərlər.
Təcavüz məqsədli təqib
:
kimisə davamlı olaraq izləyərək qorxutmaq, onunla istənməyən ünsiyyət
qurmağa cəhd etmək və ya izləndiyi barədə məlumat verərək təhlükəsizliyi üçün qorxu yaratmaq. Buna
21
əmlakın dağıdılması, qurbanın ailəsi, dostları və ya ev heyvanlarını hədəfə almaq, onlar barəsində
internetdə yanlış məlumat yaymaq da daxildir.
Psixoloji zorakılıq və təcavüz məqsədli təqibin prinsip etibarı ilə cinayət əməli hesab edilməli olmasına
baxmayaraq, Konvensiya Tərəflərə onların hüquqi sistemlərinə uyğun olaraq bu cür davranışlara qeyri-
cinayət cəzalarının tətbiq edilməsi üçün qeyd-şərt imkanı verir. Lakin, qeyri-cinayət cəzaları tətbiq
edilməli, təqsirkarın cəzalandırılması və onu gələcəkdə belə davranışlardan çəkindirmək üçün yetərli
olmalıdır.
İtaliyada təcavüz məqsədli təqib 2009-cu ildə cinayət əməli elan olunub. Bu növ cinayət 6 aydan 4
ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Təqsirkar Qurbanın keçmiş həyat yoldaşı və
ya intim münasibət yaşadığı şəxs olduqda həbs cəzası 6 ilədək arta bilər. Eyni şərt qurban azyaşlı
olduqda da tətbiq edilir.
Cinsi Təcavüz, o cümlədən zorlama: qarşıdakının razılığı olmadan onunla qəsdən həyata keçirilən
cinsi hərəkət. Buna qurbanın bədəninin hər hansı bir hissəsinə təqsirkarın bədənin hər hansı bir
hissəsinin və ya hər hansı əşyanın daxil edilməsi aiddir. Əksər cinsi zorakılıq hallarında qurban
müqavimət göstərdiyini sübut edə bilmədiyi təqdirdə bu cür cinayətlər cəzasız qalır. Bu boşluğun
aradan qaldırılması üçün Konvensiya müqavimət göstərilib-göstərilmədiyindən asılı olmayaraq
razılığın verildiyi zaman qurbanın hansı şərtlər daxilində hərəkət etdiyinin araşdırılmasını tələb
edir. Bu müddəa evli cütlər, ər-arvad və ya keçmişdə evli olmuş tərəflər arasında baş verən
zorlama hadisələri cinayət elan edir.
1993-cü ildə BMT Baş Assambleyasının qəbul etdiyi Qadınlara qarşı Zorakılığın Aradan
Qaldırılması haqqında Bəyannamədə ailə daxili zorlamanın qadına qarşı zorakılığın bir
növü olduğu qeyd olunmuşdur.
Cinsi qısnama
:
insanın ləyaqətini alçaldan, qorxu yaradan, təhqir edən, təcavüz mühiti yaradan,
zorakılıq məqsədi daşıyan cinsi zəmində hər hansı istənilməyən
hərəkət, söz və ya psixoloji rəftar.
Yenə də Konvensiya Tərəflərə bu cür davranışlara qarşı qeyri-cinayət cəzaları, yəni mülki və inzibati
cəzalar tətbiq etməyə imkan verir.
Məcburi evlilik:
qəsdən fiziki və ya psixoloji hədələr istifadə etməklə böyüyü yaxud uşağı nigaha
girməyə məcbur etmək və ya bu məqsədlə başqa ölkəyə aparmaq və ya qaçırtmaq.
Birləşmiş krallıqda,“Southall Black Sisters” QHT-si tərəfindən keçirilən kampaniya Böyük
Britaniya Xarici İşlər İdarəsi tərəfindən Britaniya vətəndaşlarının xaricdə məcburi evliliyə
məruz qalmaları məsələsinə cavab olaraq məcburi evliliklər barədə polis təlimatları
hazırlanmasına səbəb olmuşdur. Bolqarıstanın Cinayət Məcəlləsində bir insanı məcburi
nigaha girməyə vadar etmək, xüsusilə qadınları bu məqsədlə qaçırmaq cinayət əməli hesab
edilir.
Qadın sünnəti (FGM)
:
qeyri-tibbi səbəblərdən qadının cinsi orqanlarının dəyişdirilməsi və ya
zədələnməsi üçün edilən bütün prosedurlar. Bu cür hallar qurbana sağalmaz daimi zərər vurur və
adətən onun razılığı olmadan həyata keçirilir. Konvensiyada qadın sünnətini həyata keçirən şəxslərə
yardım edənlərə üçün də cinayət məsuliyyət nəzərdə tutulur
.
Avstriyada 2001-ci ilə qədər zərərçəkmiş tərəfin razılığı ilə baş vermiş fiziki xəsarətlərə
görə cəza verilmirdi. Bu isə o deməkdir ki, gənc qızın valideynləri və ya qəyyumu onun
sünnət olunmasına hüququ cəhətdən razılıq verdikdə heç bir cəza ilə üzləşmirdilər. Daha
sonra, Cinayət Məcəlləsinə dəyişiklik etməklə Avstriya hökuməti cinsi orqanların kəsilməsi
və zədələnməsinə razılığın verilməsini qəbul edilməz olduğunu və cinsi duyğuların
pozulmasına səbəb olduğunu bildirdi.
22
Məcburi abort və məcburi qısırlaşdırma
:
qadının əvvəlcədən verilmiş məlumatlı razılığı olmadan
abort edilməsi; qadının dünyaya uşaq gətirmək qabiliyyətini sona yetirmək üçün onun əvvəlcədən
verilmiş məlumatlı razılığı və anlayışı olmadan əməliyyat edilməsi.
Yardım etmək, əlbir olmaq və cəhd etmək
Konvensiyaya görə psixoloji, fiziki və cinsi zorakılıq, cinsi təcavüz məqsədi daşıyan təqib, məcburi evlilik,
qadın sünnəti, məcburi abort və ya məcburi qısırlaşdırma kimi cinayətlərə kömək edən, onların
törədilməsinə təhrik edən və ya dəstəkləyən hər kəs cinayət əməlində təqsirli bilinir. Bu müddəa cinayət,
inzibati və mülki qanunvericiliyə əsasən cinayət əməli hesab edilən əməlləri əhatə edir. Fiziki və ya cinsi
zorakılıq, məcburi evlilik, qadın sünnəti, məcburi abort və ya qısırlaşdırmaya cəhd də cinayət sayılır.
Cinayətlərə, o cümlədən “namus-şərəf naminə” törədilən cinayətlərə qəbuledilməz bəraətin
qazandırılması
Qadınlara qarşı zorakılığın kökündə duran səbəbləri və zorakılığı adi hala çevirən, daimiləşdirən
münasibətləri aydınlaşdırarkən Konvensiya cinayətin istənilən vəziyyətlərdə qəbul edilməz olduğunu bir
prinsip olaraq təsbit etmişdir. Mədəniyyət, din, adət-ənənə və ya hər hansı başqa şəxsi səbəblə edilmiş
cinayətkar davranışlardan qadınlara qarşı zorakılıq və məişət zorakılığına bəraət qazandırmaq üçün istifadə
etmək qəbul edilməzdir. Bu növ səbəblər məhkəmə orqanları tərəfindən qanunlar interpretasiya olunan
zaman əsas kimi götürülməməlidir. Belə səbəblərə görə zorakılıq daha çox məhkəməyə cəlb olunmaq üçün
yaşı az olan uşaqlar tərəfindən törədilir ki, buna da onları ailə və ya cəmiyyətin yetişkin üzvi sövq edir.
Belə boşluqların aradan qaldırılması üçün Tərəflər bu cür cinayətlərə təhrik edənləri cinayət məsuliyyətinə
cəlb etməlidirlər.
Yurisdiksiya
Avropa Şurasının digər konvensiyalarında olan oxşar Yurisdiksiya Prinsipləri aşağıdakı məsələləri təmin
etmək üçün tətbiq edilir :
Tərəflərdən öz ərazisində, bayrağı altında üzən gəmilərin göyərtəsində, bu ölkənin qanunlarına
əsasən qeydiyyatdan keçmiş təyyarədə və ya vətəndaş və ya adətən onların ərazisində yaşayan
şəxslər tərəfindən cinayət əməli törədildikdə həmin əməlləri cəzalandırmaq tələb olunur.
Tərəflərdən onların vətəndaşı olan və ya adətən onların ərazisində yaşayan şəxslərin xaricdə
olduğu müddətdə onlara qarşı törədilən istənilən cinayət hadisəsini mühakimə edib
cəzalandırmağa təşviq edilir.
Tərəflər, xaricdə törədildikdə belə, cinsi zorakılıq, məcburi evlilik, qadın sünnəti, məcburi abort
və məcburi qısırlaşdırma kimi cinayətləri törədən vətəndaşları cəzalandırır. Hadisənin baş verdiyi
ölkədə bunun cinayət sayılıb-sayılmamasından, qurban tərəfindən şikayətin edilib-edilməməsindən
və dövlət orqanlarının apardığı istintaqdan asılı olmayaraq cəzalar tətbiq edilir.
Cinayətkar cinayətin törədildiyi və ya qurbanın yaşadığı ölkəyə ekstradisiya olunmadığı təqdirdə,
o, ərazisində yaşadığı Tərəf dövlət tərəfindən mühakimə edilir.
Cəzalar və tədbirlər
Tərəflər Konvensiyada nəzərdə tutulan cinayət əməlləri üçün tətbiq edilən cəzaların zorakılığın ağırlıq
dərəcəsinə uyğun olmasını təmin etmək öhdəliyi daşıyır. Cəzalar “effektiv, uyğun və daşındırıcı”
olmalıdır. Cəzalara azadlıqdan məhrum etmə və uşaqların maraqları ən yaxşı şəkildə nəzərə alınmaqla
valideynlik hüquqlarından məhrum edilə bilər ki, bu da qurbanın digər şəkildə təmin oluna bilməyən
təhlükəsizliyi nöqteyi-nəzərindən vacibdir.
Dostları ilə paylaş: |