IV Fəsil – Müdafiə və dəstək
Maddə 18 – Ümumi öhdəliklər
1
Tərəflər bütün zərərçəkmişləri hər hansı gələcək zorakılıq əməllərindən müdafiə
etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
Tərəflər məhkəmə, prokurorluq orqanları, hüquq-mühafizə orqanları, yerli və
regional hakimiyyət orqanları, o cümlədən qeyri-hökumət təşkilatları və digər
müvafiq təşkilat və qurumlar da daxil olmaqla müvafiq dövlət strukturları
arasında bu Konvensiyada nəzərdə tutulmuş, o cümlədən Konvensiyanın 20 və
22-ci Maddələrində verilmiş ümumi və xüsusi yardım xidmətlərinə istinad
etməklə bütün zorakılıq formalarının qurbanlarının və şahidlərinin müdafiəsi və
onlara yardım göstərilməsi sahəsində səmərəli əməkdaşlıq üçün müvafiq
mexanizmlərin olmasını təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun olaraq
lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
3
Tərəflər bu fəslə əsasən görülmüş tədbirlərin:
- qadınlara qarşı zorakılığın və məişət zorakılığının genderləşdirilmiş zorakılıq
anlayışına əsaslanmasını və zərərçəkmişin insan hüquqları və təhlükəsizliyinə
yönəlməsini;
-
zərərçəkmişlər, təqsirkarlar, uşaqlar və onların geniş sosial mühiti arasındakı
əlaqələri nəzərə alan inteqrasiya edilmiş yanaşmaya əsaslanmasını;
-
ikinci dəfə qurbana çevrilmə ehtimalının qarşısını almağa yönəlməsini; -
zorakılığın qadın qurbanlarının səlahiyyət əldə etməsi və iqtisadi müstəqilliyə
yönəlməsini;
-
müvafiq olarsa, bir sıra müdafiə və yardım xidmətlərinin eyni yerdə yerləşməsinin
nəzərdə tutulmasını;
- zərərçəkmiş uşaqlar da daxil olmaqla müdafiəyə daha çox ehtiyacı olan şəxslərin
xüsusi ehtiyaclarının qarşılanmasını təmin etməlidir.
39
4
Xidmətlərin təminatı qurbanın hər hansı cinayətkara qarşı iddialar qaldırması və
ya şahidlik etməsindən asılı olmamalıdır.
5
Tərəflər beynəlxalq hüququn normaları əsasında götürdükləri öhdəliklərə uyğun
olaraq öz xalqlarının nümayəndələrinə və digər qurbanlara konsulluq və digər müdafiə və
yardım təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.
Maddə 19 – Məlumat
Tərələr qurbanların mövcud dəstək xidmətləri və hüquqi tədbirlər haqqında başa
düşdükləri bir dildə adekvat və vaxtında məlumat aldığından əmin olmaq üçün
lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
Maddə 20 – Ümumi yardım xidmətləri
1
Tərəflər zərərçəkmişlərin zorakılığın nəticələrindən sağalmasını asanlaşdıran
xidmətlərə çıxışını təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər
görməlidirlər. Bu tədbirlərə, tələb olunarsa, hüquqi və psixoloji məsləhətləşmə,
maliyyə yardımı, sığınacaqla təmin olunma, təhsil, təlim və iş tapmaqda yardım
kimi xidmətlər daxil olmalıdır.
2
Tərəflər qurbanların səhiyyə və sosial xidmətlərə çıxışını və xidmətlərin lazımı
resurslarla təmin olunmasını, mütəxəssislərin zərərçəkmişlərə kömək etmələri
üçün təlimləndirilməsini və müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək
üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
3
Maddə 21 – Fərdi/kollektiv şikayətlərlə bağlı yardım
Tərəflər qurbanların tətbiq olunan regional və beynəlxalq fərdi/kollektiv şikayət
mexanizmləri haqqında məlumatlı olmasını və onlardan istifadə edə bilməsini
təmin etməlidirlər. Tərəflər bu qəbildən olan hər hansı şikayətin təqdim
edilməsində həssas və bilikli yardımın təmin edilməsini təşviq etməlidirlər.
Maddə 22 – Mütəxəssislər tərəfindən yardım xidməti
1
Tərəflər bu konvensiya tərəfindən əhatə olunan hər hansı zorakılıq əməlinə məruz
qalmış qurbana müvafiq coğrafi bölgüdə təxirəsalınmaz, qısa və uzun müddətli
peşəkar yardım xidmətləri təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər
görməlidirlər.
2
Tərəflər bütün zorakılıq qurbanı olan qadınlar və onların uşaqların üçün peşəkar
yardım xidməti təmin və ya təşkil etməlidirlər.
40
Maddə 23 – Sığınacaqlar
Tərəflər qurbanlar, xüsusilə qadınlar və onların uşaqlarını təhlükəsiz yaşayış yeri
ilə təmin etmək və onlarla sıx əlaqə saxlamaq üçün kifayət sayda münasib,
asanlıqla çıxış əldə edilə bilən sığınacaqların yaradılmasını təmin edən lazımı
hüquqi və ya digər tədbirlər görəcək.
Maddə 24 – Telefon yardım xətləri
Tərəflər bu Konvensiyada nəzərdə tutulan bütün zorakılıq formaları ilə əlaqədar
məxfi və ya anonimliyin qorunması yolu ilə bütün ölkə miqyasında müraciət edən
şəxslərə gecə-gündüz (7/24) təmənnasız məsləhət verən telefon yardım xətlərinin
yaradılması üçün zəruri hüquqi və digər tədbirləri görməlidirlər.
Maddə 25 – Cinsi zorakılıq qurbanlarına dəstək
Tərəflər qurbanlara tibbi, məhkəmə ekspertizası, zədə yardımı və məsləhət
xidməti təmin etmək məqsədilə kifayət sayda münasib, asanlıqla çıxış əldə edilə
bilən zorlama böhran və ya cinsi zorakılıq mərkəzlərinin yaradılmadı üçün lazımı
hüquqi və ya digər tədbirlər görməlidirlər.
Maddə 26 – Uşaq şahidlərin müdafiəsi və onlara dəstək
1
Tərəflər qurbanları müdafiə və dəstək xidmətləri ilə təmin edərkən bu
Konvensiyada nəzərdə tutulmuş bütün zorakılıq formalarının uşaq şahidlərinin
hüquq və ehtiyaclarının nəzərə alınmasından əmin olmaq üçün zəruri hüquqi və
ya digər tədbirləri həyata keçirməlidirlər.
2
Bu maddə əsasında görülən tədbirlərə bu konvensiyada əhatə olunan bütün
zorakılıq formalarının uşaq şahidləri üçün yaşa uyğun psixi-sosial məsləhət
xidməti daxil edilməli və uşaqların əsas maraqlarına xüsusi diqqət yetirilməlidir.
Maddə 27 – Məlumat vermə
Tərəflər bu Konvensiya ilə əhatə olunan zorakılıq əməllərinin törədilməsinə
şahidlik etmiş, yaxud bu cür əməlin törədilə biləcəyinə və ya gələcəkdə zorakılıq
əməllərinin törədilməsinin ehtimal edilməsinə inanmaq üçün əsaslı səbəbləri olan
şəxsləri bu barədə səlahiyyətli təşkilat və orqanlara məlumat verməyə
həvəsləndirmək üçün lazımı tədbirlər görməlidirlər.
41
Maddə 28 – Mütəxəssislər tərəfindən məlumat vermə
Tərəflər beynəlxalq hüquqda müəyyən mütəxəssislər üçün nəzərdə tutulan
məxfilik qaydalarının, bu Konvensiya ilə əhatə olunan ciddi zorakılıq əməlinin
törədildiyinə və gələcəkdə də gözləndiyinə inanmaq üçün əsaslı səbəbləri olarsa,
onların müvafiq şərtlər altında səlahiyyətli təşkilat və ya orqanlara məlumat
verməsi üçün maneə təşkil etmədiyindən əmin olmaq üçün zəruri tədbirlər
görməlidirlər.
V Fəsil – Maddi hüquq
Maddə 29 – Mülki məhkəmə prosesləri və müdafiə vasitələri
1
Tərəflər qurbanları təqsirkarlara qarşı müvafiq mülki müdafiə vasitələri ilə təmin
etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
Tərəflər
beynəlxalq hüququn ümumi prinsipləri əsasında qurbanları,
səlahiyyətləri daxilində zəruri preventiv və müdafiə tədbirləri görə bilməmiş
Dövlət orqanlarına qarşı müvafiq mülki müdafiə vasitələri ilə təmin etmək üçün
zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.
Maddə 30 – Kompensasiya
1
Tərəflər qurbanların bu Konvensiyada təsbit edilmiş hər hansı əmələ görə
təqsirkardan kompensasiya tələb etmək hüququnu təmin etmək üçün lazımı
hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
Bədəndə ciddi zədələr və sağlamlığın pisləşməsi hallarında dəymiş ziyan
təqsirkar, sığorta və ya Dövlət tərəfindən maliyyələşən sağlamlıq və sosial
təminatlar tərəfindən qarşılana bilmədikdə adekvat Dövlət kompensasiyası
ödənilir.
3
Zərərçəkmişin təhlükəsizliyinə xüsusi diqqət yetirildiyi müddətcə bu, Tərəflərin
təqsirkar tərəfindən ödənilən təzminatı azaltma tələbində mane olmur.
4
2-ci bənd əsasında görülən tədbir münasib zaman çərçivəsində kompensasiyanın
verilməsini təmin edəcək.
Maddə 31 – Himayə, ziyarət hüquqları və təhlükəsizlik
42
1
Tərəflər himayədarlıq və uşaqları ziyarət hüquqlarının müəyyənləşdirilməsində
bu Konvensiyada nəzərdə tutulmuş zorakılıq hallarının nəzərə alınmasını təmin
etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
Tərəflər hər hansı ziyarət və ya himayədarlıq hüququnun icrasının zərərçəkmişin
və ya uşaqların hüquq və təhlükəsizliyinə xələl yetirmədiyini təmin etmək üçün
zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
Maddə 32 – Məcburi nigahların mülki fəsadları
Tərəflər məcburi surətdə bağlanmış nigahların zərərçəkmişin çiyinlərinə qeyri-
müvafiq maliyyə və ya inzibati yük qoymadan ləğv edilə və ya pozula biləcəyini
təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
Maddə 33 – Psixoloji zorakılıq
Tərəflər məcbur etmə və ya hədə-qorxu vasitəsilə hər hansı bir şəxsin psixoloji
vəziyyətinə ciddi xələl yetirən qəsdən törədilmiş əməllərin cinayət əməli olmasını
təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
Maddə 34 – Təcavüz məqsədli təqib
Tərəflər başqa şəxsə yönəldilmiş və onun öz təhlükəsizliyinə görə narahat
olmasına səbəb olan hədə-qorxu xarakterli davranışı məqsədli şəkildə və təkrarən
nümayiş etdirmənin cinayət əməli hesab edildiyini təmin etmək üçün zəruri
hüquqi və digər tədbirlər görməlidirlər
.
Maddə 35 – Fiziki zorakılıq
Tərəflər başqalarına qarşı qəsdən fiziki zorakılıq əməllərinin törədilməsinin
cinayət olduğunu təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər
görməlidirlər.
Maddə 36 – Zorlama da daxil olmaqla cinsi zorakılıq
1
Tərəflər aşağıda verilmiş məqsədli davranışların cinayət əməli hesab olunması
üçün zəruri hüquqi və ya digər tədbirlər görəcək:
43
a
bədənin hər hansı bir hissəsi və ya əşya ilə başqa şəxsin bədəninə onun
razılığı olmadan cinsi xarakterli vaginal, anal və ya oral müdaxilə etmə
b
hər hansı bir şəxslə onun razılığı olmadan digər cinsi xarakterli
münasibətdə olmaq;
c
başqa şəxsin üçüncü şəxslə onun razılığı olmadan cinsi xarakterli
münasibətə daxil olmasına səbəb olmaq.
2
Razılıq şəxsin ətrafındakı şərtlər əsasında qiymətləndirilən azad iradəsinin
nəticəsi olaraq könüllü şəkildə verilməlidir.
3
Tərəflər 1-ci bəndin müddəalarının, həmçinin beynəlxalq hüquqda müəyyən
edildiyi kimi, keçmiş və ya hazırkı həyat yoldaşları, yaxud partnyorlara qarşı
törədilən əməllərə şamil edilməsini təmin etmək üçün zəruri hüquqi və ya digər
tədbirlər görməlidirlər.
Maddə 37 – Məcburi nigah
1
Tərəflər yetkinlik yaşına çatmış şəxsi və ya uşağı nigaha daxil olmağa qəsdən
məcbur etmənin cinayət əməli olduğunu təmin etmək üçün lazımı hüquqi və ya
digər tədbirlər görməlidirlər.
2
Tərəflər yetkinlik yaşına çatmış şəxsi və ya uşağı nikaha daxil olmağa məcbur
etmək məqsədilə qəsdən aldadaraq yaşadığı ölkənin ərazisindən çıxarıb Tərəf və ya
Dövlətin ərazisinə gətirmənin cinayət olduğunu təmin etmək üçün zəruri hüquqi və ya
digər tədbirlər görməlidirlər.
Maddə 38 – Qadın sünnəti
Tərəflər aşağıda verilmiş məqsədli davranışların cinayət əməli hesab olunmasını
təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər:
a
qadın cinsiyyət orqanının : böyük dodaqlar, kiçik dodaqlar və ya
klitorunun tam və ya hissəvi kəsilməsi, birləşdirilməsi və ya başqa şəkildə
sünnət edilməsi
b
qadını a bəndində sadalanan hallardan hər hansı birinə məruz
qalmağa məcbur etmək və ya sadalanan halların icrasına yardım etmək;
c
hər hansı qızın a bəndində qeyd edilən hallardan istənilən birinə
məruz qalmasını təmin etmək və ya onu buna məcbur və ya təhrik etmək
44
Maddə 39 – Məcburi abort və qısırlaşdırma
Tərəflər aşağıdakı məqsədli davranışların cinayət əməli olduğunu təmin etmək
üçün lazımı hüquqi və digər tədbirlər həyata keçirməlidirlər:
a
Öncədən məlumatlandırılmadan və razılığı alınmadan qadın abort edilməsi
b
Öncədən məlumatlandırılmadan və razılığı alınmadan, həmçinin yerinə
yetiriləcək ənməliyyat haqqında tam şəkildə anlayışı olmayan hər hansı
bir qadında onun təbii nəsil vermə qabiliyyətini tükətmək məqsədi ilə
və ya buna səbəb oçla biləcək hər hansı cərrahi əməliyyatın aparılması.
Maddə 40 – Cinsi qısnama
Tərəflər hər hansı bir şəxsin ləyaqətini alçaltmaq məqsədi və ya təsiri ilə, xüsusilə
qorxuducu, düşməncə, alçaldıcı, təhqiredici və ya xoşagəlməz mühit yaradarkən
istənilən cinsi xarakterli sözlü, sözsüz və ya fiziki davranış formasına cinayət və
ya digər hüquqi cəzanın tətbiq edilməsini təmin etmək üçün lazımı hüquqi və ya
digər tədbirlər görməlidirlər.
Maddə 41 – Köməklik etmək və ya əlbir olmaq və buna cəhd etmək
1
Tərəflər bu Konvensiyanın 33, 34, 35, 36, 37, 38.a və 39-cu Maddələrinə
müvafiq olaraq müəyyən edilmiş zorakılıq əməllərinin törədilməsinə qəsdən
köməklik etmə və ya törətmək məqsədi ilə əlbir olmanın cinayət əməli hesab
edilməsi üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
Tərəflər bu Konvensiyanın 35, 36, 37, 38.a və 39-cu Maddələrinə uyğun olaraq
müəyyən edilmiş əməlləri qəsdən törətmə cəhdlərinin cinayət əməli hesab
edilməsi üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.
Maddə 42 – Cinayətlərə, o cümlədən “namus-şərəf” naminə törədilən
cinayətlərə qəbuledilməz bəraətin qazandırılması
1
Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan hər hansı zorakılıq aktının
törədilməsindən sonra başladılan cinayət araşdırmasında mədəniyyət, adət, din,
ənənə və ya “namus” kimi anlayışların bu cür əməllərin törədilməsi üçün bəraət
təşkil etməməsini təmin edəcək zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
Buraya, xüsusilə də qurbanın müvafiq davranışının mədəni, dini, sosial və ya
ənənəvi norma və ya adətləri pozması ilə bağlı iddialar daxildir.
2
Tərəflər hər hansı bir uşağın bir şəxs tərəfindən 1-ci bənddə istinad edilmiş
əməllərdən hər hansı birini törətməyə təhrik edilməsinin bu şəxsin törədilmiş
45
əməllərə görə cinayət məsuliyyətini azaltmamasını təmin etmək üçün lazımı
hüquqi və digər tədbirlər görməlidirlər.
Maddə 43 – Cinayət əməllərinin tətbiqi
Bu Konvensiya əsasında müəyyən edilmiş zorakılıq əməlləri zərərçəkmişlə
təqsirkar arasında əlaqələrin xüsusiyyətindən asılı olmayaraq tətbiq edilir.
Maddə 44 – Yurisdiksiya
1
Tərəflər bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayət əməli
üzrə yurisdiksiya yaratmaq üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidir,
bir şərtlə ki, cinayət əməli aşağıdakı şərtlərdə törədilmiş olsun:
a onların ərazisində; və ya
b onların bayrağı altında üzən gəminin göyərtəsində; və ya
c onların qanunları əsasında qeydiyyatda olan təyyarədə; və ya
d onların vətəndaşlarından biri tərəfindən; və ya
e onların ərazisində daimi yaşayan şəxs tərəfindən.
2
Tərəflər bu Konvensiya ilə müəyyən edilmiş və onun nümayəndələrindən birinə
və ya onun ərazisində daimi yaşayış yeri olan şəxsə qarşı törədilmiş hər hansı
cinayət əməlinə görə yurisdiksiya yaratmaq üçün zəruri hüquqi və ya digər
tədbirlər həyata keçirməlidirlər .
3
Bu Konvensiyanın 36, 37, 38 və 39-cu Maddələrinə müvafiq olaraq müəyyən
edilmiş cinayət əməllərinin təqibi üçün Tərəflər yurisdiksiyalarının əməllərin
törədildikləri ərazidə cinayət hesab edilməsi şərtinə tabe olmamasını təmin etmək
üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.
4
Bu Konvensiyanın 36, 37, 38 və 39-cu Maddələrinə əsasən müəyyən edilmiş
əməllərin təqibi üçün Tərəflər 1-ci paraqrafın d və e bəndləri ilə əlaqədar
yurisdiksiyalarının təqibin ancaq zərərçəkmişin cinayət əməli barədə məlumat
verməsindən və ya cinayətin törədildiyi ərazinin Dövləti tərəfindən məlumatın
təmin edilməsindən sonra başladıla biləcəyi şərtinə tabe olmadığını təmin etmək
üçün zəruri hüquqi və digər tədbirlər həyata görməlidirlər.
5
Tərəflər iddia edilən təqsirkarın onların ərazilərində olduğu və sadəcə olaraq
vətəndaşlığına görə onu başqa Tərəfə ekstradisiya etmədiyi hallarda bu
Konvensiyaya müvafiq olaraq müəyyən edilmiş əməllər üzrə yurisdiksiya
yaratmaq üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.
46
6
Birdən çox tərəf bu Konvensiya ilə müəyyən edilmiş iddia edilən əməl üzrə
yurisdiksiya tələb edərsə, əlaqədar Tərəflər, zəruri olduğu hallarda, təqib üçün ən
müvafiq yurisdiksiyanın müəyyən edilməsi üçün bir-biri ilə məsləhətləşməlidirlər.
7
Beynəlxalq hüququn ümumi qaydalarına xələl yetirmədən bu Konvensiya
tərəfdaş Dövlət tərəfindən onun daxili qanunvericiliyinə uyğun şəkildə icra edilən
hər hansı cinayət yurisdiksiyasını istisna etmir.
Maddə 45 – Cəza və tədbirlər
1 Tərəflər bu Konvensiya ilə nəzərdə tutulan əməllərin, onların ağırlığını nəzərə
alaraq effektiv, proporsional və qabaqlayıcı cəzalarla cəzalandırıla bilməsini təmin etmək
üçün zəruri hüquqi və ya başqa tədbirlər görməlidirlər. Bu cəzalara, müvafiq hallarda,
ekstradisiyaya səbəb ola biləcək azadlıqdan məhrumetmə cəzaları da daxildir.
2
Tərəflər təqsirkarlarla əlaqədar aşağıdakı kimi digər tədbirlər də görə bilərlər:
-
təqsirləndirilən şəxslərin monitorinqi və ya onlara nəzarət;
-
zərərçəkmişin təhlükəsizliyinin daxil ola biləcəyi uşaqların əsas maraqları hər
hansı digər halda təmin edilə bilməzsə, valideynlik hüquqlarının alınması
Maddə 46 – Ağırlaşdırıcı hallar
Tərəflər aşağıdakı halların, onlar artıq cinayət əməlinin tərkib elementlərini təşkil
etmirsə, daxili qanunvericiliyin müvafiq müddəalarına uyğun olaraq bu
Konvensiya
ilə
müəyyən
edilmiş
əməllərlə
bağlı
cəzaların
müəyyənləşdirilməsində ağırlaşdırıcı hallar olaraq nəzərə alına bilməsini təmin
etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər:
a
zorakılıq
əməli daxili qanunvericilikdə və ya öz ölkəsinin
qanunvericiliyində müəyyən edildiyi kimi keçmiş və ya hazırkı həyat
yoldaşı və ya partnyoruna qarşı ailə üzvü, zərərçəkmişlə birgə yaşayan
şəxs və ya onu təhqir etmiş şəxs tərəfindən törədilmişdir;
b
zorakılıq əməli və ya əlaqədar əməllər təkrarən törədilmişdir;
c
zorakılıq aktı xüsusi hallar üzündən həssas vəziyyətə düşmüş şəxsə qarşı
törədilmişdir;
47
d
zorakılıq əməli uşağa qarşı və ya onun yanında törədilmişdir;
e
zorakılıq əməli iki və ya daha çox şəxs tərəfindən birlikdə törədilmişdir;
f
cinayət əməlindən əvvəl və cinayət əməli törədilən zaman hədsiz dərəcədə
zorakılıq törədilmişdir;
g
cinayət əməli silah tətbiq etməklə və ya silah tətbiq etmək hədə-qorxusu
ilə törədilmişdir;
h
cinayət əməli zərərçəkmişin ağır fiziki və ya psixoloji zədələnməsi ilə
nəticələnmişdir;
i
təqsirkar əvvəllər də oxşar xüsusiyyətlərə malik əməllərin törədilməsində
ittiham edilmişdir.
Maddə 47 – Digər tərəfdaş Dövlət tərəfindən verilən cəzalar
Tərəflər cəza müəyyən edərkən bu Konvensiyaya uyğun olaraq təsbit edilmiş
cinayət əməlləri ilə bağlı digər Tərəf Dövlət tərəfindən verilmiş yekun cəzaların
nəzərə alınmasını təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər həyata
keçirməlidirlər.
Dostları ilə paylaş: |