Qorxudan uzaq zorakiliqdan uzaq qadınlara qarşı zorakılıq və məişət



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.01.2017
ölçüsü1,18 Mb.
#5116
1   2   3   4   5   6   7

Ağırlaşdırıcı hallar 

 

Konvensiya  müəyyən  hallarda,  məsələn,  cinayətin  yaxın  ailə  üzvü  tərəfindən  törədildikdə,  təkrar 

törədildikdə,  xüsusilə  həssas  olan  insana  qarşı  törədildikdə,  uşağa  qarşı  və  ya  onun  gözü  önündə 

törədildikdə, bir neçə insan tərəfindən törədildikdə, ifrat zorakılıqla törədildikdə, silahdan istifadə etməklə 



 23 

və ya silahla təhdid törədildikdə, qurbana ciddi xəsarət yetirildikdə və təqsirkar daha öncə oxşar cinayətlə 

məhkum olunduqda  daha ağır cəzaların verilməsini nəzərdə tutur. 

 

İspaniyada,  Gender  Zorakılığı  haqqında  Orqanik  Qanunun  qəbul  edilməsindən  sonra 



Cinayət Məcəlləsinin 148-ci Maddəsinə zorakılığın birbaşa (keçmiş) həyat yoldaşına və 

birgə  yaşayıb-yaşamamalarından  asılı  olmayaraq  təqsirkarın    evliliyə  bənzər 

münasibətdə  olduğu  şəxsə  qarşı  yönəldiyi  hallarda  cəzaların  artırılması  məqsədiylə 

dəyişiklik edildi. Belçikanın Cinayət Məcəlləsində  məişət zorakılığı xüsusi cinayət əməli 

olaraq əksini tapmır. Amma, indiki və ya keçmiş həyat yoldaşı və ya partnyoru  tərəfindən 

fiziki zorakılıq törədilməsi ən ciddi cinayətlərdən hesab olunur və ona qarşı daha ciddi 

cəzalar tətbiq edilir. 

 

Mübahisəli məsələlərin həlli ilə bağlı məcburi alternativ proseslərin və ya cəzaların qadağan edilməsi 

 

Zorakılığın baş verdiyi hallarda mübahisəli məsələlərin həlli üçün alternativ metodlar qadağan olunmuşdur, 



çünki qurbanla cinayətkar arasında vasitəçilik prosesi heç bir zaman bərabər ola bilməz. Konvensiyada 

əksini tapmış zorakılıq baş veribsə, bu cinayətdir və  məsuliyyətə cəlb olunaraq mühakimə edilməlidir. 

Cinayətkardan cərimə ödəmək tələb olunduğu təqdirdə Tərəflər dolayı yolla bunun qurban üçün maliyyə 

çətinlikləri  törətməməsini təmin etməlidirlər, belə ki, təqsirkar və qurban çox vaxt eyni ailənin üzvü olurlar 

ki, bu da ailə gəlirinə və ya alimentə təsir edə bilər.  

 

 



 

İstintaq, məhkəmə təqibi, prosessual hüquq və qoruyucu tədbirlər 

Konvensiyanın VI fəsli  

 

Risklərin qiymətləndirilməsi və idarə olunması 

 

Bir çox qurbanlar təqsirkarlar tərəfindən  ciddi zorakılıq və ya hətta ölümlə hədələnirlər ki, bu da xüsusilə 

qurbanlar evi tərk etdikdə yaxud təqsirkar məsuliyyətə cəlb olunma riski ilə üzləşdikdə baş verir. İstintaqın 

bütün  mərhələlərində  qurbanın  qorunmasını  təmin  etmək  üçün  birgə  fəaliyyət  göstərən  müvafiq  orqanlar 

tərəfindən onun üzləşdiyi təhlükənin dərəcəsini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılmalı və 

bu riskin idarə olunması üçün bir plan hazırlanmalıdır. Bu dəyərləndirmə zamanı təqsirkarın odlu silahının 

olub-olmaması  da  araşdırılmalıdır.  Bu  kimi  hallarda,  Tərəflər  qurbanın  müdafiəsi  üçün  hər  hansı  odlu 

silahın və ya döyüş sursatının dərhal müsadirəsini nəzərdə tutan müəyyən tədbirlər görə bilərlər. 

 

Birləşmiş  Krallıqda,  çox  yüksək  risk  qurbanları  ilə  bağlı  fikir  mübadiləsi  etmək 

qurbanlara  və  onların  uşaqlarına  zərər  dəyməsinin  qarşısını  almaq  üçün  tədbirlər 

görmək  məqsədilə    ayda  bir  dəfə  Çox  saylı  Qurumların  İştirak  etdiyi  Risk  

Dəyərləndirilməsi  Konfransları  (  MARACs)  keçirilir.  Onlar  müxtəlif  səlahiyyətli 

orqanları və xidmət qurumlarını, məsələn, polis, probasiya xidməti, bələdiyyələri, səhiyyə 

və mənzil orqanlarını, sığınacaq və yardım xidmətlərinin işini əlaqələndirirlər. Çox saylı 

Qurumların  iştirak  etdiyi  Risk    Dəyərləndirilməsi  Konfransları  (MARACs)  qurbanların 

təhlükəsizliyini  genişləndirmək  üçün  fərdi  planlar  tərtib  edir.  Bu  konfranslar  məlumat 

boşluqlarının aşkara çıxardılması və aradan qaldırılmasında önəmli rol oynayırlar.  

 

Təcili uzaqlaşdırma əmrləri 



 

Qurbanın dərhal müdafiəsini təmin etmək üçün, Konvensiya zorakılıq törətmiş təqsirkarın öz evindən 

uzaqlaşdırılması, gələcəkdə zorakılıq hallarının qarşını almaq üçün qurbanla təqsirkar  arasında fiziki 

məsafənin qoyulması kimi tədbirləri nəzərdə tutur. Mənzilin sahibi olsa belə, cinayətkarın uzaqlaşdırılması 

qurbanın əlavə travmalara məruz qalmasının qarşısını alır, əks halda zərərçəkən təhlükəsizlik üçün, əksər 

hallarda öz uşaqları ilə birgə  yaşayış yerini tərk etməyə məcbur edilir. Bu kimi halların qarşısının alınması 

ilə bağlı hansı orqana səlahiyyət verilməsi məsələlərini Tərəflər özləri həll edirlər, amma bu zaman 

qurbanın və ya risk altında olan şəxsin təhlükəsizliyi prioritet olaraq qalmalıdır. 



 

 24 

Məhdudlaşdırma və ya qoruma əmrləri 

 

Cinayətkarın zorakılığına əngəl olmaq və müəyyən vaxt müddətində onun qurbanla heç bir əlaqəyə 

girməməsi üçün Tərəflər bu əmrlərin Konvensiyada nəzərdə tutulan hər növ zorakılığa məruz qalan 

qurbanlara tətbiq edilməsini təmin etməlidirlər. Qurbanın təcili müdafiəsi məqsədilə bu əmrlər: 

 



 



əldə oluna bilən olmalı; 

 



 

dərhal qorunma üçün yararlı olmalı; 

 



 



cinayətkarın başqa hüquqi icraatla üzləşib-üzləşməməsindən asılı olmayaraq əlçatan olmalı; 

 



 

sonrakı hüquqi icraatlar müddətində icazə verilən olmalı; 

 



 



sadəcə Tərəflərdən birinin xahişi ilə tətbiq edilə bilən olmalı; 

 



 

ədalət məhkəməsində cavabdehin hüquqlarına xələl gətirmədən verilməlidir. 

 

Avstriyada    Ailə  Qanunu  çərçivəsində  Zorakılıqdan  Müdafiə  qurbanın  razılığı  və  ya 

xahişinə  baxmadan  zorakılığın  qarşısının  alınması  tədbiri  kimi  polisə  məişət  zorakılığı 

törədən şəxsi ümumi mənzildən 10 gün müddətində çıxarmaq hüququ verir. Polis 24 saat 

ərzində  qurbana  hərtərəfli  məsləhət  verə  bilən  müdaxilə  mərkəzinə  hadisə  ilə  bağlı 

məlumat göndərməlidir. Aparılan məsləhətləşmənin məqsədlərindən biri qurbanın 3 aya 

qədər davam edən uzun müddətli müdafiə əmri ilə bağlı ailə məhkəməsinə müraciət edib-

etməməsinə  dair  məlumatlı  qərar  verməsini    təmin  etməkdən  ibarətdir.  Bu  qanundan  

sadəcə  ər  və  arvadlar  və  ya  partnyorlar  deyil,  həmçinin  ailə  şəklində  yaşayan  bir  sıra 

potensial qurbanlar da yararlanmalıdır. 

 

Qoruma tədbirləri 

 

Məhkəmə prosesi zamanı qurbanların hüquqlarına hörmət bəslənməsini təmin etmək və onların başqa 



travmalarla üzləşməsinin qarşısını almaq məqsədilə Tərəflərdən bir sıra müdafiə tədbirləri təqdim etmək 

tələb olunur ki, onlara da aşağıdakılar daxildir: 

 

qurbanların, onların ailələrinin və şahidlərin hədə-qorxu halları ilə üzləşməməsini təmin etmək; 



 

xüsusi təhlükə altında olan qurbana cinayətkarın yeri ilə bağlı məlumat verilməsi



 

mövcud xidmətlər, istintaqın gedişatı və onların məhkəmə işinin nəticəsilə bağlı məlumat 



verilməsi; 

 



 cinayətkarın iştirakı olmadan ifadə verməsinin və dəlil-sübutlar təqdim etməsinin təmin edilməsi 

və şəxsi həyatlarının və kimliklərinin müdafiəsi; 

 

 İfadə verən və ya prosesdə iştirak edən qurbana pulsuz olaraq tərcümə xidmətinin edilməsi. 



 

Miqrasiya və sığınacaq 

Konvensiyanın VII Fəsli 

 

Miqrant  və  qaçqın  qadınlar    zorakılığa  qarşı  xüsusilə  həssasdırlar.  Buna  görə,  Konvensiya  onun 



müddəalarının icrası ilə bağlı miqrant yaxud qaçqın statusu səbəbiylə kiməsə ayrı-seçkilik tətbiq edilməsini 

qadağan edir. Konvensiya həmçinin həssas şəxslərin ehtiyaclarını nəzərə almaqla belə zorakılığın qarşısının 

alınması tələb edir. 

 

Yaşayış (rezident) statusu 



 25 

 

Avropa  Şurasına  üzv  dövlətlərinin  əksəriyyəti  öz  hüquqlarına  əsasən  yaşayış  statusu  verənə  qədər  

müəyyən müddət ərzində ər-arvadın evli qalmasını və ya birgə yaşamasını tələb edir. Nəticədə miqrant və 

qaçqın qadınların çoxu zorakılıq vəziyyətini tərk etmirlər, çünki bu zaman onlar yaşayış statusunu itirmək 

təhlükəsi ilə üzləşirlər. Konvensiya zorakılığa məruz qalan miqrant qadınlara müstəqil yaşayış statusu əldə 

etmək  imkanı  yaradır  və  digər  ölkədə  zorla  evliliyə  məcbur  edilən  miqrant  qurbanların  öz  yaşayış 

statuslarını bərpa etməsinə şərait yaradır. 

 

Konvensiya Tərəflərə yaşayış statusu ilə bağlı müddəaları tətbiq etməmək və ya onları yalnız xüsusi hallar 



və şərtlərdə tətbiq etmək hüququ verir. 

 

Gender əsaslı sığınacaq tələbləri 

 

Sığınacaq  axtaran  qadınları  müdafiə  ilə  bağlı  spesifik  məsələlər  narahat  edir  ki,  onlar  da  kişiləri  narahat 



edən  məsələlərdən  fərqlidir.  Mədəniyyət  nöqteyi-nəzərindən  həssas  məsələlərə  önəm  verilməyən  miqrant 

statusunun  müəyyənləşdirilməsi  prosesi  zamanı  zorlama  kimi  zorakılıqlara  məruz  qalan  qadınlar  adətən 

bunu  dilə  gətirə  bilmir  və  ya  demək  istəmirlər.  Çox  vaxt  cinsi  qısnama  və  istismara  məruz  qalan  bu 

qadınlar özlərini müdafiə etməkdə aciz qalırlar. Sığınacaq axtaran qadınlarla bağlı bir sıra məsələləri həll 

etmək üçün Konvensiya Tərəflər üzərinə aşağıda qeyd olunmuş öhdəlikləri qoyur: 

 



 

qadınlara qarşı gender-əsaslı zorakılığı 1951-ci il Qaçqınlar üzrə Konvensiyanın mənası baxımından 

təqib kimi qəbul etməyi

 



Qaçqın statusu verilərkən gender cəhətdən həssas təfsir verilməsini təmin etməyi; 

 



Sığınacaq verilməsi prosesində qadınlar və kişilər arasındakı fərqlərin nəzərə alınmasını təmin etmək 

məqsədilə gender cəhətdən həssas prosedurları, təlimatlar və dəstək proqramları təqdim etməyi.  

Bu müddəa və aşağıda göstərilən non-refoulement (geri qaytarılmama) müddəası Qaçqınların Statusuna 

dair 1951-ci il Konvensiyasına və  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən şərh edilən İnsan 

Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü bəndinə uyğundur və onların hüdudlarından kənara çıxmır.

 

2002-ci  ildə  BMT  Qaçqınlar  üzrə  Ali  Komissarı(BMT  QAK)  Beynəlxalq  Müdafiə 



haqqında Təlimatlar: 1951-ci il  Konvensiyasının 1A(2) Maddəsi və/və  ya onun 1967-ci  il 

Protokolunun  konteksti  çərçivəsində    Gender  Əsaslı  Təqib  sənədini  nəşr  etdirib.  Bu 

Təlimatların əsas məqsədi hökumətlər, hüquqi sahəsində çalışanlar, qərar qəbul edənlər və 

məhkəmələri,  həmçinin  bu  sahədə  qaçqın  statusunun  müəyyənləşdirilməsi  işini  həyata 

keçirən  BMTQAK  əməkdaşlarını  hüquqi  interpretasiya  təlimatları  ilə  təmin  etməkdən 

ibarətdir. 

 

Non-refoulement (qaçqınların geri qaytarılmaması) 



 

Konvensiya statusundan asılı olmayaraq beynəlxalq müdafiəyə ehtiyacı olan qaçqınların həmin ölkədə 

onları təhlükə gözlədikdə  ya da işgəncəyə, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış və  cəza növlərinə 

məruz qalma ehtimalları olduqda öz ölkələrinə geri qaytarılmamasını bir öhdəlik olaraq müəyyən edir. 

Non-refoulement (geri qaytarılmama) prinsipi sığınacaq axtaranlar və qaçqınların beynəlxalq müdafiəsi 

sahəsində əsas rol oynayan prinsipdir. 

 

Monitorinq mexanizmi 

Konvensiyanın IX  Fəsli 

 

Tərəflərin Konvensiyanı tam şəkildə yerinə yetirməsindən əmin olmaq üçün o qüvvəyə mindikdən sonra 

monitorinq mexanizmi yaradılacaq. Bu mexanizm 2 qurumdan ibarət olacaq: 


 26 

 



Qadınlara və məişət zorakılığına qarşı tədbirlər üzrə ekspert qrupu- GREVİO adlanan texniki orqan 

insan  hüquqları,  gender  bərabərliyi,  qadınlara  və  məişət  zorakılığına  qarşı  mübarizə,  qurbanlara  

yardım  kimi  sahələr  üzrə  çalışan    10  və  ya  15  mütəxəssisdən  ibarət  olacaq.  Bu  qrup  Konvensiyada 

iştirak  edən  Tərəflərin(ölkələrin)  vətəndaşlarından  ibarət  olacaq  və  burada    gender,  çoxşaxəli  və 

coğrafi balans qorunub saxlanılacaq. Onun rolu Tərəflərin Konvensiyanı nə dərəcədə yerinə yetirdiyini 

müəyyənləşdirməkdən ibarət olacaq. 

 

Tərəflərin  Komitəsi  Konvensiyada  iştirak  edən  Tərəflərin  nümayəndələrindən  ibarət  olan  bu  siyasi 



orqan həmin ölkələrin namizədliyini irəli sürdüyü şəxslər arasından GREVİO-nun üzvlərini seçəcək.   

 

Prosedur 

 

GREVİO  hazırlayacağı  sorğu  əsasında  Konvensiyada  iştirak  edən  dövlətlərdən  hesabatlar  alacaq.  O, 

həmçinin  QHT-lərdən,  vətəndaş  cəmiyyətlərindən,  insan  hüquqlarının  müdafiəsi  üzrə  milli  institutlardan, 

Avropa  Şurası  İnsan  Hüquqları  üzrə  Komissarından,  Parlament  Assambleyasından  və  Avropa  Şurasının 

digər  ixtisaslı  qurumlarından  yaxud  Qadınlara  qarşı  Ayrı-Seçkiliyin  Bütün  Formalarının  Aradan 

Qaldırılması  üzrə  Konvensiya    (CEDAW)  Komitəsi  kimi  digər  beynəlxalq  sənədlər  tərəfindən  yaradılan  

ixtisaslaşdırılmış qurumlardan məlumat ala bilər. Əgər verilmiş məlumat kifayət deyilsə yaxud hər hansısa 

bir məsələ təcili diqqət tələb edirsə, onda GREVİO bu dövlətin milli hakimiyyət orqanları ilə əməkdaşlıq 

çərçivəsində həmin ölkəyə səfər edə bilər. 

Alınan məlumat əsasında GREVİO sözügedən ölkə tərəfindən şərh edilməsi üçün bir hesabat tərtib edəcək. 

Bu  şərhlər  yekun  hesabatda  nəzərə  alınacaq  və  GREVİO  nəticələri  Tərəflər  Komitəsinə  təqdim  edəcək. 

Komitə GREVİO-nun əldə etdiyi nəticələr  əsasında bu ölkənin göstərilmiş tarixdə yerinə yetirməsi üçün 

tövsiyyələr qəbul edə bilər. 

Ümumi Tövsiyyələr 

 

GREVİO xüsusi bir Tərəf üçün deyil, iştirak edən bütün dövlətlər üçün nəzərdə tutulan tövsiyyələr qəbul 

edə  və  Konvensiyanın  müddəalarının effektiv şəkildə  yerinə  yetirilməsinə  dair aydın təlimatlar təklif edə 

bilər. 


 

Monitorinqə Parlamentlərin cəlb edilməsi 

 

Konvensiyanın  müddəalarının  yerinə  yetirilməsində  oynadıqları  rolu  nəzərə  alaraq  Milli  Parlamentlər 

monitorinq prosesində iştirak etməyə dəvət olunurlar və Tərəflərdən GREVİO hesabatlarını məsləhətləşmə 

məqsədi ilə parlamentlərə təqdim etmək tələb olunur. 

 

Avropa  Şurası  Konvensiyasında  ilk  dəfə  olaraq  Parlament  Assambleyası,  Konvensiyanın  yerinə 



yetirilməsini müntəzəm olaraq yoxlamağa dəvət olunur. Bu müddəa Parlament Assambleyasının qadınlara 

qarşı zorakılıq məsələsini Avropa Şurası və üzv dövlətlərin siyasi gündəminə gətirilməsində və bu məsələ 

ilə bağlı  uzunmüddətli öhdəliyin qəbul edilməsində oynadığı önəmli rolu tanıyır. 

 

 



Digər Beynəlxalq Sənədlərlə əlaqə 

Konvensiyanın X Fəsli 

 

Bu  müddəa  Konvensiya  ilə  digər  beynəlxalq  sənədlərin  ahəngdar  şəkildə  mövcud  olmasını  təmin  etmək 

məqsədilə  onlar  arasında  münasibətləri  əhatə  edir.  Konvensiya  özünün  də  əhatə  etdiyi  məsələlərlə  bağlı 

Avropa  İnsan  Hüquqları  və  Əsas  Azadlıqlarının  Müdafiəsi  haqqında  Konvensiyası  və  onun  Protokolları, 

Qadınlara  qarşı  Ayrı-Seçkiliyin  Bütün  Formalarının  Aradan  Qaldırılması  üzrə  Konvensiya  və  onun 

Fakültativ Protokolu kimi  beynəlxalq sənədlərin müddəalarından irəli gələn hüquq və vəzifələrə müdaxilə 

etmir.  Konvensiya  qadınlara  qarşı  zorakılığın  və  məişət  zorakılığı  qurbanlarının  müdafiəsinin  və  onlara 

edilən dəstəyin genişləndirilməsi üçün tərtib edilmişdir. 



 27 

Konvensiyada  iştirak  edən  Tərəflər  Konvensiyanın  müddəalarını  gücləndirmək  və  ya  onun  yerinə 

yetirilməsini genişləndirmək məqsədilə bəhs edilən məsələlər ətrafında  ikitərəfli və  ya çoxtərəfli sazişlər 

əsasında əməkdaşlıq etməyə həvəsləndirilirlər



 

 

 

 

 

Yekun Müddəalar  



Konvensiyanın XII fəsli 

 

Qüvvəyə minməsi 

 

Konvensiya  Avropa  Şurasına  üzv  dövlətlər,  onun  hazırlanmasında  iştirak  etmiş  qeyri-üzv  dövlətlər 



(Kanada,  Vatikan,  Yaponiya,  Meksika  və  Amerika  Birləşmiş  Ştatları)  və  Avropa  İttifaqı  üçün  imzaya 

açıqdır. 

 

Konvensiya  səkkizi  Avropa  Şurasına  üzv  dövlət  olmaqla,  10  ölkə  tərəfindən  imzalandığı  və  ratifikasiya  



edildiyi təqdirdə qüvvəyə minəcək. 

 

Konvensiyaya qoşulma 

 

Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasına üzv olmayan istənilən dövlət ona qoşulmağa dəvət  



edilə bilər. 

 

Qeyd-şərtlər 

 

Tərəflərə  yalnız  icazə  verilən    maddələrə  və  yalnız  bir  dəfə  yenilənməklə,  beş  il  müddətinə  qeyd-şərtlər 



etmək icazəsi verilir. Qeyd-şərtlərin edilməsi imkanı mümkün qədər çox dövlətin Konvensiyanı ratifikasiya 

etməsinə şərait yaratmalıdır, lakin xüsusi məsələlərlə bağlı onların qanunvericiliyinin uyğunlaşdırılmasına 

daha çox vaxt aparır. 

 

Qeyd-şərtlər aşağıdakılarla bağlı edilə bilər : 



 

 



Maddə 30 (Kompensasiya), 2-ci bəndinə; 

 



 

Maddə  44 (Yurisdiksiya), 1.e, 3 və 4 –cü bəndlərə; 

 



 



Maddə 55 (Ex parte and ex officio icraat),  35-ci Maddənin 1-ci bəndinə az əhəmiyyətli  cinayətlərlə 

bağlı; 


 

 



Maddə 58 (Məhdudiyyət Əsasnaməsi) 37, 38 və 39-cu Maddələrlə bağlı; 

 



 

Maddə 59 (Yaşayış statusu). 

 

Tərəflər, eyni zamanda Maddə 33-ə (psixoloji zorakılıq) və Maddə 34-ə (təcavüz məqsədilə təqib)  qeyri-



cinayət cəzaları tətbiq etmək hüququnu saxlaya bilərlər. 

 

Qeyd-şərtlər  Konvensiya  imzalandıqdan  və  ratifikasiya  olunduqdan  sonra  edilə  və  Avropa  Şurasının  Baş 



Katibi  tərəfindən  verilən  Bəyanat  ilə  çıxarıla  bilər.  Beş  ildən  sonra  qeyd-şərtlər  yenilənmədiyi  təqdirdə 

aradan  qalxırlar.  Tərəf  öz  qeyd-şərtini  yeniləməyi  qərara  aldıqda  onun  səbəbləri  barədə  GREVIO-nu 

məlumatlandırmalıdır. 

 

 



 28 

Şəkil  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avropa Şurası Baş Katibinin Müavini tərəfindən Son söz 

 29 

 

Qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığının  cəmiyyətin  bütün  təbəqələrinə  təsir  etdiyinə  və  üzv 



dövlətlərin hamısında geniş yayıldığına heç bir şübhə yoxdur. Cinsi zorakılıq və  təcavüz, zorlama, məcburi 

evlilik,  qadın  sünnəti,  partnyorları  tərəfindən  fiziki  və  psixoloji  təcavüz,  məcburi  abort  və  qısırlaşdırma 

Avropa və dünyada bir çox qadınların üzləşdiyi kədərli reallıqlardır. 

 

İstanbul konvensiyası qadınlara qarşı zorakılığın gender əsaslı zorakılığın bir forması olduğunu və  yalnız 



qadın olduqları üçün qadınların başına gəldiyini və qadınların kişilərlə müqayisədə bu zorakılığa daha çox 

məruz  qaldığını  dərk  etmə  gerçəyi  əsasında  hazırlanıb.  Burada  insan  hüquqları  təhlükədə  olduğundan, 

dövlətlər zorakılığın bütün formaları ilə mübarizə aparmaq, qurbanları qorumaq, təqsirkarları məsuliyyətə 

cəlb etmək kimi vəzifələrin məsuliyyətini daşıyırlar.  Bura açıq danışmamız tələb olunur: əgər qadınlar iri 

miqyasda gender əsaslı zorakılığa  məruz qalırsa, dövlət orqanları və qurumları isə buna laqeydlik göstərək 

görməzdən gəlirsə, onda qadınlar və kişilər arasında hansı real bərabərlikdən söz gedə bilər?! 

 

İstanbul Konvensiyası qadınlara qarşı törədilmiş zorakılıq formalarını ünvanlasa da, ailə daxilində kişilər, 



uşaqlar və qocaların təcavüzə məruz qaldıqlarını əks elətdirən faktların da üstündən keçmir, onları gözardı 

etmir.  Yardıma  və  müdafiəyə  ehtiyacı  olan  hər  kəsə  kömək  etmək  məqsədilə,  İstanbul  Konvensiyası 

Tərəfləri məişət zorakılığının bütün qurbanları üçün nəzərdə tutulan tədbirləri tətbiq etməyə çağırır. 

 

Parlament  Assambleyası  uzun  zamandır  ki,  gender  bərabərliyini  inkişaf  etdirmək  üçün  yollar  axtarır  və 



dövlətlərdən  qadınlara  münasibətdə  ayrı-seçkilik  qoyulması  səbəbiylə  yaranan  təcili  problemləri  həll 

etmələrini  tələb  edir.  Qadınlara  qarşı  zorakılığın  gender  bərabərliyi  sahəsində  başlıca  maneə,  insan 

hüquqları  pozuntusu  və  cəmiyyətimiz  üçün  təhlükə  olduğunu  nəzərə  alsaq,  Assambleya  zorakılığa  qarşı 

mübarizə  məqsədilə  həm  İstanbul  Konvensiyasından  əvvəl,  həm  də  onunla  bağlı  danışıqlar  gedən 

müddətdə, məcburi hüquqi qüvvəyə malik olan hərtərəfli standartlar toplusunun hazırlanmasında həlledici 

rol  oynamışdır.  Müqavilə  bu  təşəbbüslərin  kulminasiyası  olmaqla  bərabər,  dəyişikliyə  səbəb  olacaq 

beynəlxalq  tədbirlər  toplusudur.  Mən  inanıram  ki,  Assambleyanın  cari  öhdəliyi  Konvensiyanı  təbliğ  və 

təşviq etməkdir. Mətn üzərində aparılan danışıqlar qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün güclü 

siyasi impuls yaratmışdır. Bu məqamdan istifadə edərək müqavilənin ən tez imkanda qüvvəyə minməsini 

təmin etmək vacibdir. 

 

Bu  stolüstü  kitabla  parlament  üzvlərinə  cəmiyyətdə  İstanbul  Konvensiyasının  daha  çox  tanınması,  onun 



müddəalarının  izahı  və  vacibliyinin  səbəblərini  göstərilməsi  üçün  praktiki  vasitə  təqdim  edilir.  Mən 

əminəm  ki,  siz  vəziyyətin  tələb  etdiyi  inandırıcı  arqumentləri  tapa  biləcəksiniz.  Dünyada,  o  cümlədən 

Avropada yaşayan qadınlar sizin dəstəyinizə inanırlar. 

 

 



Qabriella  Battaini-Draqoni,  

Avropa Şurası Baş Katibinin Müavini 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin