Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov


Biznes  sektorunun  tələblərinə  ca-



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix14.01.2017
ölçüsü11,79 Mb.
#5434
1   2   3   4   5   6   7   8   9   10

Biznes  sektorunun  tələblərinə  ca-

vab  vermək  istiqamətində  universite-

tin nəzdində fəaliyyət göstərən “İnno-

vativ Biznes-İnkubator”un rolunu necə 

qiymətləndirirsiniz?

“Ə.M.:

  Bildiyiniz  kimi,  Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyev tərəfindən təsdiq edilmiş “Azərbay-

can  gəncliyi  2011-2015-ci  illərdə”  Dövlət 

Proqramı  çərçivəsində  müvafiq  ixtisaslar 

üzrə  hazırlanan  gənclər  üçün  biznes-in-

kubatorların yaradılmasına xüsusi yer ve-

rilmişdir. Tələbələrin biznes biliklərinə və 

bacarıqlarına  mükəmməl  yiyələnməsinin 

prioritet  istiqamət  kimi  müəyyənləşdiril-

diyi “Azərbaycan Respublikasında Təhsilin 

İnkişafı  üzrə  Dövlət  Strategiyası”nda  da 

haqlı olaraq qeyd edilir ki, son 30-40 il ər-

zindəki elmi-texniki tərəqqi, innovasiyalar 

və modernləşmə nəticəsində praktiki bilik 

və  vərdişlərlə  zənginləşməyən,  sırf  nəzə-

ri xarakter daşıyan təhsil öz fundamental 

əhəmiyyətini  itirməkdədir.  Bu  baxımdan 

təhsilin  məzmununun  formalaşmasında 

akademik  biliklərlə  yanaşı,  praktik  bilik 

və  bacarıqların,  səriştənin  vacibliyi  önə 

çəkilir.  Bizim  “İnnovativ  Biznes-İnkuba-

tor” layihəmiz də ölkəmizdə bu sahə üzrə 

ilk  universitet  təşəbbüsü  və  layihəsi  he-

sab  oluna  bilər.  Belə  ki,  15  iyul  2014-cü 

ildə  Azərbaycan  Respublikası  Gənclər  və 

İdman  Nazirliyi  ilə  İqtisad  Universiteti 

arasında  “İnnovativ  Biznes-İnkubator”un 

yaradılması barədə müqavilə imzalanmış-

dır.  Əməkdaşlıq  çərçivəsində  təlim  kurs-

larının keçirilməsi, startapların inkişafına 

dair  və  gənc  biznesmenlər  üçün  maarif-

ləndirici  metodiki  vəsaitlərin,  kitabların 

hazırlanması,  tərcümə  edilməsi,  “İnnova-

biznes təhsili

26

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili

tiv  Biznes-İnkubator”un  internet  saytının 

yaradılması  və  digər  tədbirlərin  keçiril-

məsi nəzərdə tutulmuşdur. “İnnovativ Biz-

nes-İnkubator”un əsas fəaliyyət istiqaməti 

ilk tələbə startaplarının yaradılması və on-

ların  inkişafıdır.  Qeyd  edim  ki,  “İnnovativ 

Biznes-İnkubator”da  ilk  mərhələdə  star-

taplar əsasən təlim mərkəzi, biznes klinik 

və  kovorkinq  istiqamətləri  üzrə  fəaliyyət 

göstərir. “İnnovativ Biznes-İnkubator” uni-

versitetin professor-müəllim heyətini təh-

sil və elmi-innovativ layihələrə cəlb etmək 

və  tələbə  startaplarına  tədris-metodiki, 

maddi-texniki, psixoloji və maliyyə dəstəyi 

vermək  yolu  ilə  Azərbaycanda  gənc  me-

necer  və  sahibkarların  yetişdirilməsinə 

xidmət göstərməyi qarşısına məqsəd qoy-

muşdur.  Qısa  müddət  ərzində  “İnnovativ 

Biznes-İnkubator”  tələbələrin  təşəbbüs-

karlıq  meyillərini  artırmaqla  yanaşı,  uni-

versitetə  müxtəlif  mənbələrdən    maliyyə 

vəsaitinin cəlb olunmasına da zəmin yarat-

mışdır. Artıq bu istiqamətdə real nəticələr 

əldə edilmiş, “İnnovativ Biznes-İnkubator” 

dövlət qurumlarından və bir sıra özəl təş-

kilatlardan  müxtəlif  layihələrin  icrası  ilə 

bağlı sifarişlər almışdır. Ancaq dünya təc-

rübəsi  göstərir  ki,  bu  tipli  qurumlardan 

daha  yüksək  nəticələr  əldə  etmək  üçün 

müəyyən zamana ehtiyac vardır.



Bəs  özəl  sektor  biznes  təhsil 

mərkəzləri ilə əməkdaşlığa kifayət qə-

dər maraq göstərirmi?

“Ə.M.:

 Təbii ki, inkişaf etmiş ölkələrlə 

müqayisə  etdikdə  bu  sahədə  qət  edəcə-

yimiz  məsafə  kifayət  qədərdir.  Ancaq  öz 

təcrübəmizdən çıxış edərək deyə bilərəm 

ki,  ölkəmizdə  xüsusilə  ATİB  kimi  işəgö-

türən təşkilatlarda birləşmiş şirkətlər bu 

baxımdan  müsbət  mənada  fərqlənirlər. 

Hesab  edirəm  ki,  özəl  sektor  şirkətlə-

ri  arasında  professionallıq,  korporativ 

idarəetmə ənənələri gücləndikcə onların 

biznes  təhsil  mərkəzləri  ilə  əlaqəyə  ma-

raqları da artacaqdır.

Azərbaycan Dövlət İqtisad Universi-

teti ilə Azərbaycan Türkiyə İş Adamları 

Birliyi arasında imzalanmış memoran-

duma əsaslanaraq birgə əm  əkdaşlığın 

potensial  istiqamətlərini  necə  görür-

sünüz?

“Ə.M.:

 Hazırda bizim ATİB-lə nümunə-

vi  bir  əməkdaşlığımız  var.  Keçən  tədris 

ilində ortaq elmi-praktiki tədbirlərin ke-

çirilməsi, tələbələrin istehsalat təcrübələ-

rinin təşkili, professor-müəllim və tələbə 

heyətinin fəaliyyətinin stimullaşdırılması 

istiqamətlərində  əməkdaşlığımızı  çox 

uğurlu hesab edirəm və fürsətdən istifadə 

edərək,  bu  əməkdaşlığın  inkişafında  xü-

susi səylər göstərən, başda hörmətli dos-

tumuz Cemal Yangın olmaqla, bütün ATİB 

rəhbərliyinə  öz  təşəkkürümü  bildirmək 

istəyirəm.  Hesab  edirəm  ki,  gələcəkdə 

bu istiqamətdəki əməkdaşlığımızı davam 

etdirməklə yanaşı, həmçinin də universi-

tetimizdə tədris prosesinin təkmilləşdiril-

məsi, elmi-tədqiqat işlərinin səmərəliliyi-

nin artırılması istiqamətlərində də birgə 

fəaliyyətimiz faydalı olardı.



Ədalət müəllim, qısa müddətdə hə-

yata  keçridiyiniz  bu  işlərin  ilkin  nəti-

cələrini görürsünüzmü?

“Ə.M.:

  Təbii  ki,  görülən  işlərin  nəti-

cələrinin bizim tərəfimizdən qiymətlən-

dirilməsi  doğru  olmazdı.  Hesab  edirik 

ki,  bizim  fəaliyyətimizə  kənar  müşahi-

dəçilər və bütövlükdə cəmiyyət daha ob-

yektiv qiymət verə bilər. Sadəcə bir mə-

lumatı diqqətinizə çatdırım ki, dünyanın 

25  mindən  artıq  ali  təhsil  müəssisəsini 

əhatə  edən  “Webometrics”  bu  il  üçün 

növbəti reytinqini açıqlayıb. Dünya uni-

versitetlərinin  elan  edilən  reytinqinə 

ümumilikdə  Azərbaycanın  41  ali  təhsil 

müəssisəsi  daxil  edilib.  Bu  reytinqdə  

Azərbaycan  Dövlət  İqtisad  Universiteti 

ilk  dəfə  olaraq  dünyanın  Top-5000  uni-

versiteti siyahısında yer alıb və Azərbay-

can universitetləri arasında birinci yerə 

layiq  görülüb.  Məlumat  üçün  deyim  ki, 

universitetimiz bir neçə ay öncə bu rey-

tinqdə  Azərbaycan  universitetləri  ara-

sında  13-cü  sırada  idi.  Universitetimiz 

bu  reytinqdə  eləcə  də  Mərkəzi  və  Şərqi 

Avropa  universitetləri  üzrə  mühüm  irə-

liləyişə nail olmuşdur. Belə ki, Azərbay-

can  Dövlət  İqtisad  Universiteti  region 

universitetləri  arasında  330-cu  yerdə 

qərarlaşmış  və  TOP-500-ə  daxil  olmuş-

dur.  Bütövlükdə    Avropa  universitetləri 

arasında ADİU 1231-ci yerə yüksəlmiş və 

ilk  dəfə  olaraq  regionun  “TOP-1500”nə 

daxil olmuşdur.

Bu  gün  cənab  Prezident  tərəfindən 

İqtisad Universitetinin qarşısında dünya 

səviyyəli  universitet  olmaq  vəzifəsi  qo-

yulub. Biz də dünya səviyyəli universitet 

olmaq üçün ilk növbədə dünyanın inkişaf 

etmiş  universitetlərində  mövcud  olan 

mütərəqqi sistemləri, həmçinin də dünya 

ali təhsil sistemində ortaya çıxan müasir 

tendensiyaları  yaxından  öyrənərək,  öz 

işimizi  onlara  uyğun  qurmağa  çalışırıq. 

Hazırda  bütün  gücümüzlə  çalışırıq  ki, 

qarşıya  qoyulan  bu  hədəfə  daha  tez  və 

daha səmərəli şəkildə nail olaq. 

Ədalət  müəllim,  sonda  belə  ətraflı 

və  səmimi  müsahibə  üçün  Sizə  təşək-

kürümüzü bildirmək istəyirik. Çox sağ 

olun.

“Ə.M.:

  Mən  sizə  təşəkkür  edirəm  və 

işlərinizdə uğurlar diləyirəm.

Ədalət Muradov 

Azərbaycan Dövlət İqtisad Universite-

tinin rektoru, iqtisad elmləri doktoru

Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-

ci  ildə  anadan  olmuşdur.  Taras  Şevçenko 

adına Kiyev Dövlət Universitetinin İqtisadiy-

yat  fakültəsini  1990-cı  ildə  fərqlənmə  dip-

lomu  ilə  bitirmişdir.  1989-cu  ildə  tələbələr 

arasında keçirilən Ümumittifaq Olimpiada-

sında “İqtisadiyyat və istehsalın təşkili üzrə” 

SSRİ-də 2-ci yerə layiq görülmüşdür.

1990-cı  ildə  Kiyev  Dövlət  Universiteti-

nin əyani aspiranturasına daxil olmuş və 

1993-cü ildə “Bazar iqtisadiyyatına keçid 

şəraitində  region  iqtisadiyyatının  struk-

tur dəyişiklikləri” mövzusunda dissertasi-

ya müdafiə etmişdir. 

1998-ci  ildə  isə  “Keçid  iqtisadiyyatının 

dünya təsərrüfatı sisteminə inteqrasiyası” 

mövzusunda  doktorluq  dissertasiyasını 

müdafiə etmişdir.

1995-1999-cu illərdə T.Şevçenko adına Ki-

yev Dövlət Universitetində pedaqoji fəaliy-

yətlə məşğul olmuşdur. 

1998-1999-cu  illərdə  “ИБ  Австрия 

Секюритз  (Украина)»  İnvestisiya  Ban-

kında “Postsovet keçid iqtisadiyyatlarının 

tranformasiyasının  təhlili”  şöbəsinin  mü-

diri vəzifəsində çalışmışdır.

1999-cu  ildən  Azərbaycan  Respublikası-

nın  Prezidenti  yanında  Dövlət  İdarəçilik 

Akademiyasında professor vəzifəsində ça-

lışmış,  “Makroiqtisadiyyat”,  “İqtisadiyya-

tın  dövlət  tənzimlənməsi”,  “Azərbaycanın 

iqtisadi  siyasəti”  fənlərini  tədris  etmiş-

dir.  3  dərs  vəsaitinin,  3  monoqrafiyanın, 

3  tədris  proqramının,  60-dan  artıq  elmi 

məqalənin müəllifidir.

2002-ci ildən Azərbaycan Respublikasının İq-

tisadi İnkişaf Nazirliyində (İqtisadiyyat və Sə-

naye Nazirliyində) çalışmışdır. 2002-2007-ci 

illərdə həmin nazirliyin “Makroiqtisadi təhlil 

və proqnozlaşdırma” şöbəsinə, 2007-2009-cu 

illərdə “Xarici ticarət siyasəti və Ümumdün-

ya Ticarət Təşkilatı” şöbəsinə, 2009-2014-cü 

illərdə isə “İqtisadi siyasət, təhlil və proqnoz-

laşdırma” şöbəsinə rəhbərlik etmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin 

5  mart  2014-cü  il  tarixli  sərəncamı  ilə 

Ədalət  Cəlal  oğlu  Muradov  Azərbaycan 

Dövlət İqtisad Universitetinin rektoru tə-

yin edilmişdir.

biznes təhsili

27

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili

biznes təhsili 

Fərid Əhmədov:

“Hədəf seqmentimiz öyrənmək və tətbiq etməklə inkişaf 

etməyi hədəfləyən tələbələrdir”



Hörmətli  Fərid  müəllim,  2015-ci  il-

dən etibarən Azərbaycan Universitetinə 

artıq  Siz  rəhbərlik  edirsiniz.  Öncəliklə 

fəaliyyətinizdə  uğurlar  arzulayırıq.  Bil-

mək  istərdik  ki,  universitetin  bugünkü 

vəziyyətini necə dəyərləndirirsiniz? 

F.Ə.:

  Azərbaycan  Universiteti  ölkənin 

ali təhsil bazarında kiçik sayla özünəməx-

susluğu  qorumağa  çalışır.    Universitetin 

ölkənin ali təhsil bazarında payı təxminən 

1%-dir,  onun  keyfiyyətli  təhsilə  töhfə-

si  isə,  mən  deyərdim  ki,  bundan  qat-qat 

çoxdur. Kiçik say rəqabət qabiliyyətlərini 

daha qabarıq şəkildə büruzə vermək üçün 

məhdud sahələrə fokuslaşmış universitet 

modelini tətbiq etməyə imkan verir. 

Bu həm də aralarında asan təhsil axta-

ranların çox olduğu tələbə kontingentinin 

içindən öz inkişafı üçün daha çox çalışmaq 

istəyi olan seqmentin cəlb edilməsinə im-

kan verir. Lakin bunun üçün universitetin 

yetərincə və düzgün tanıdılması da şərtdir. 

Belə  ki,  AU  ölkənin  ilk  özəl  universitet-

lərindən  biri  olmasına  və  bəzi  ixtisaslar 

üzrə ən keyfiyyətli tədris təqdim etməsinə 

baxmayaraq,  hesab  edirəm  ki,  yetərincə 

tanınmayıb.  Universitetin  üzləşdiyi  digər 

çətinliklər əsasən yaxşı təhsilin meyarları, 

ona olan tələbat və onun təşkili üçün olan 

potensial  kimi  mühit  amilləridir.  Lakin 

universitetin  öz  rəqabət  qabiliyyətini  re-

allaşdırmaq üçün təklif etdiyi ixtisasları da 

yenidən seçməsinə və maddi-texniki baza-

sının  da  bunun  ətrafında  inteqrasiyasına 

və gücləndirməsinə böyük ehtiyac var. 

Üstün  cəhətlərimizə,    ölkədə  biznes 

sahəsinin  qabaqcıl  peşəkarlarından  he-

sab  olunan  Qərbtəhsilli  yerli  və  xarici 

müəllimlərin cəlb edilməsi, təhsildə qa-

baqcıl kurikulumun və dərs vəsaitlərinin 

istifadəsi,  habelə  kiçik  qrup  ölçüləri  və 

bazarın  tələb  etdiyi  səriştələr  əsasında 

hazırlanmış  nəticəyönümlü  təhsil  daxil-

dir.  Bundan  əlavə,  burada  yaxşı  oxuyan 

tələbələrə yüksək təqaüd verilir.



Universitetin qısa və uzunmüddətli 

hədəfləri nələrdir və bu təhsil ocağının 

gələcəkdə Azərbaycan təhsilindəki ye-

rini necə görürsünüz?

F.Ə.:

  Niyyətimiz  uzunmüddətli  perspek-

tivdə məhdud sahələr üzrə regional əhəmiy-

yətli  ali  təhsil  ocağına  çevrilməkdir.  Buna 

çatmaq  üçün  strateji  baxışımız  da  var  və  

indi aralıq hədəflərlə birlikdə potensialımızı 

tam səfərbər edəcək plan hazırlayırıq. Aralıq 

hədəflər  çoxşaxəli  və  iddialıdır.  Üzərimizə 

düşən əsas vəzifələrdən biri tələbə-mərkəzli 

universitet modelinin tətbiqidir. 

Hədəflərimizə biznesin müxtəlif sahələri 

olan maliyyənin, risklərin, layihənin, marke-

tinqin və sairin idarə edilməsi üzrə mütəxəs-

sis hazırlığı proqramını gücləndirərək onun 

əsasında  iqtisadiyyatın  ayrı-ayrı  sektorları 

üzrə  menecerlərin  hazırlanması  işini  təşkil 

etmək və burada da liderliyi qazanmaq daxil-

dir. Bunlara səhiyyənin, kənd təsərrüfatının, 

hotelçiliyin, qida sənayesinin və ölkədə əsas 

tələb olunan digər sektorların menecmenti 

daxildir. Hazırda bu sahələrdə qabaqcıl proq-

ramlar üzrə təhsil almış menecerlərə yüksək 

ödənişli əmək bazarında böyük tələbat var 

28

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili

biznes təhsili 

Azərbaycan Respublikasında 

təsis olunmuş ilk özəl 

universitetlərdən olan 

Azərbaycan Universiteti 

(AU) 1991-ci ildə fəaliyyətə 

başlayıb. Universitetin 

təsisçisi fəlsəfə elmləri 

doktoru, professor, AMEA-

nın müxbir üzvü Səlahəddin 

Xəlilovdur.

Azərbaycan Universitetində 

4 fakültə və 9  kafedra 

fəaliyyət göstərir, 265 

müəllim çalışır. Elmi-pedaqoji 

heyətdən 1 nəfəri AMEA-nın 

müxbir üzvü; 15 nəfəri elmlər 

doktoru; 62 nəfəri elmlər 

namizədi; 25 nəfəri Ph.D; 13 

nəfəri professor; 52 nəfəri isə 

dosentdir.

AU-da tədris Azərbaycan, rus 

və ingilis dillərində aparılır. 

Universitet öz məzunlarına 

diplom vermək və dövlət ali 

məktəblərinə şamil edilən 

bütün güzəştlərə, o cümlədən 

hərbi xidmətdən möhlət 

hüququna malikdir.

Azərbaycan Universitetinin 

1995-2015-ci illər ərzində 

3000-ə yaxın (2953) 

bakalavriat, 1999-2015-ci 

illər ərzində 342 magistratura 

məzunu olub.

və kiçik universitet olaraq bizim tələbatı daha çevik-

liklə izləmək imkanımız olacaqdır. Həmin sahələrdə 

qabaqcıl magistr və təcrübəli peşəkarlar üçün təkmil-

ləşməni nəzərdə tutan “executive” proqramların tət-

biqi universitetlə iqtisadiyyatın qarşılıqlı faydalanma 

prinsipləri əsasında inkişafı deməkdir. Bunların da re-

allaşması, təbii ki, universitetin müvafiq sahələr üzrə 

əlaqələrinin  və  infrastrukturunun  inkişafına  paralel 

aparılacaq. 

Bundan  əlavə,  universitet  reytinqlərini  müəy-

yən  edən  amillər  üzrə  iş  strateji  planın  davamlı 

vəzifələri sırasındadır. AU bu gün ölkədə ən key-

fiyyətli  və  ən  şəffaf  təhsil  təqdim  edən  ali  mək-

təblərdəndir,  lakin  onun  tanıdılması  yetərincə 

olmamışdır və bu da bizim üzərimizə rebrendinq 

və marketinqlə əlaqədar vəzifələr qoyur. Buna ta-

nınmanı, effektivlik və səmərəliliyi dəstəkləyəcək 

vertikal  inteqrasiya  da  daxil  ola  bilər.  Yəni  “axın 

boyunca yuxarıya” getdikdə, ali təhsilin altyapısını 

möhkəmlədəcək lisey yaradıla bilər ki, bu da key-

fiyyətin  və  risklərin  idarə  olunmasında  həlledici 

ola  bilər.  Eləcə  də  “axın  boyunca  aşağıya”  doğru, 

məzunların elmi və praktiki sahələr üzrə univer-

sitetsonrası fəaliyyətlərini təmin edəcək əlaqələr 

yaradılır.  Universitetin  aparıcı  holdinqlərdən  biri 

olan  “Sinergy  Group”  daxilində  olması  və  müəl-

limlərinin özəl sektorda menecment səviyyəsində 

təmsil olunması bu planların reallaşmasına geniş 

imkanlar yaradır. Bunun üçün təhsil əmək bazarı-

nın və xarici universitetlərin magistratura və dok-

toranturalarına qəbul şərtlərinə uyğun aparılır və 

Karyera  mərkəzinin  işinin  gücləndirilməsi  aralıq 

hədəflər arasında yer almışdır. 

Hədəflərimizə tələbələri və məzunları öz sahələri 

üzrə tanınmış peşəkar olan müəllimlərimiz ətrafın-

da  səfərbər  edəcək  Biznes  mərkəzinin  yaradılması 

da daxildir. Mərkəz, qabaqcıl bizneslərlə əlaqələrdən 

istifadə edərək, onların təlim-konsaltinq ehtiyacları-

nı ödəyəcək və bundan başqa, universitet həyatında 

müxtəlif biznes tədbirlərinin, habelə tələbələrin ev 

tapşırıqlarında  şirkətlərin  real  sifarişlərinə  əsasla-

nan  biznes  araşdırmalarının  yer  almasına  xidmət 

edəcəkdir.  İşgüzar  əlaqələr  MBA  proqramının  əsas 

atributlarından biridir və mərkəz bu atributun daha 

da güclənməsinə xidmət edəcəkdir. Eləcə də tələbəyə 

təhsilin dili, müddəti, rejimi, ixtisaslaşma barədə se-

çimlərin  verilməsini  nəzərdə  tutan  proqramların 

inkişafı,  onun  potensial  qabiliyyətlərinin  aşkarlan-

masına  və  tələbənin  özünün  ən  üstün  cəhətlərini 

bilərək, onun üzərində inkişaf ssenarisini seçməsinə 

və reallaşdırmasına yardım edir.

Bunlardan  əlavə,  ikili  və  birgə  diplom  üzrə 

mübadilə  proqramlarının  inkişafı,  peşəkar  tə-

limçi  statuslu  müəllimlərin  məmnunluğunun 

gücləndirilməsi  və  keyfiyyətin  təmin  olunması 

və nəticəyönümlü idarəetmə sistemlərinin inki-

şafı əsas hədəflərimizdir.



Bildiyimizə  görə,  universitetinizin  infra-

strukturunun,  maddi-texniki  bazasının  yax-

şılaşdırılması üçün işlər aparırsınız. Açıqlaya 

bilərsinizmi, bu işlər hazırda hansı mərhələ-

dədir və biz yekunda hansı yeniliklərə şahid 

olacağıq?

F.Ə.:

 Biz hələlik elektron bazanın təkmilləşdi-

rilməsi və mövcud binaların tədrisin müasir me-

todlarının  tətbiqi  üçün  daha  yararlı  hala  salın-

ması kimi kiçik və ya lokal işlərdən başlamışıq. 

Daha böyükmiqyaslı işlər strateji plana daxildir 

ki, indi bunların açıqlanması bir az erkən olardı. 

Sadəcə onu deyim ki, hazırda bu sahədə görül-

məli işlər xeyli çoxdur, lakin onlar pərakəndə şə-

kildə deyil, strateji plana müvafiq və hədəflərin 

reallaşması istiqamətində aparılmalıdır. Bura, o 

29

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili

cümlədən  elektron  kitabxana  daxil  ol-

maqla  Tələbə  mərkəzinin  və  yuxarıda 

qeyd  edilən  sair  mərkəzlərin  və  yeni 

ixtisaslar  üzrə  laboratoriyaların  yara-

dılması daxildir.

Amma sözsüz, bu istiqamətdə ən ümdə 

vəzifəmiz,  sözün  tam  mənasında,  tələ-

bə-mərkəzli  universitetə  çevrilmək  üçün 

maddi-texniki  bazanın  inteqrə  edilmiş 

kampus  modeli  əsasında  təkmilləşdiril-

məsidir. Müasir tələbənin məişət ehtiyac-

larından tutmuş peşəkar əlaqələr və elmi 

fəaliyyətinədək hər şey tələbənin ayağına  

ən asan həzmediləcək formada gətirilmə-

lidir. Bu, təkcə infrastruktur deyil, onunla 

birlikdə tamamilə fərqli mühit deməkdir. 

İnanıram ki, yalnız təhsilə və onun nəti-

cələrinə  bu  cür,  sözün  yaxşı  mənasında 

“tilsimlənmiş” tələbə oxuduğu müddətdə 

davamlı  transformasiyalardan  keçər  və 

sürətlə  inkişaf  edər.  Odur  ki,  tələbə  uni-

versitetə  qədəm  qoyduğu  gündən  inki-

şafın  “sehrli  aləminə”  düşməlidir.  Orada 

onun  öyrənməsinə  və  inkişafına  heç  nə 

mane olmamalı, hər şey onun potensialı-

nın  üzə  çıxmasını  və  həmin  istiqamətdə 

inkişafını stimullaşdırmalıdır. 

Azərbaycan Universiteti xarici tələ-

bələr  üçün  əsasən  hansı  istiqamətlər 

üzrə  təhsil  xidmətləri  təklif  edir  və 

hansı ölkələrdən tələbələriniz var?

F.Ə.: 

Hələlik  bizdən  asılı  olmayan  sə-

bəblərə  görə  bu  sahədə  xidmətlərimizin 

həcmi  məhduddur  və  uzunmüddətli  təh-

sil  və  ya  qısamüddətli  dil  hazırlığı  kimi 

xidmətlərimizdən  faydalanan  əcnəbilərin 

sayı minimuma enmişdir. Ümumilikdə isə, 

bütün  istiqamətlər  xarici  tələbələr  üçün 

açıqdır və gələcəkdə bu xidmətləri geniş-

ləndirmək niyyətindəyik. 

Apardığımız  araşdırmaya  görə,  ölkə-

mizdə  ali  təhsilə  tələbat  əsasən  yaxın 

coğrafiyadandır, hər üç dildə və ali təhsi-

lin bütün səviyyələri üzrə mövcuddur və 

xeyli dərəcədə qarşılanmamış qalır. Təq-

dim  etdiyimiz  sahələr  üzrə  bu  tələbatın 

qarşılanması və bunun üçün universitetin 

tanıdılması  və  əcnəbi  tələbələrə  yönəlik 

xidmətlərin və çevik qrafiklərin hazırlan-

ması ortamüddətli planlarımıza daxildir.



Bir tələbənin “Nə üçün Azərbaycan 

Universitetini  seçim”  sualına  ən  ruh-

landırıcı cavab nə ola bilər?

F.Ə.: 

Bunun  cavabı  çoxdur.  Söhbətimin 

əvvəlində qeyd etdiyim kimi, biz nə qədər 

kiçik olsaq da, özünəməxsusluqlarımız çox-

dur və məhdudiyyətlərə rəğmən bugünədək 

qoruyub saxlaya və inkişaf etdirə bilmişik.

Misal  üçün,  bura  öyrənmək  və  öz  po-

tensialını aşkar edib inkişaf etmək istəyən 

tələbələr üçün ən münasibdir, əzbərləmək 

və  başqa  yollarla  qiymət  almaq  istəyən 

tələbələr  üçün  isə  qətiyyən  uyğun  deyil 

və belələri çox geri qalacaq və dəyişməyə 

məcbur  olacaqlar.  Məqsəd  formalaşmış 

stereotipləri qırmaqdır, burada əsas prin-

sip heç oxumaq da deyil, öyrənmək və tət-

biq etməkdir. Verilən materiallar çox olma-

ğa deyil, praktik olmağa yönəlib ki, tələbə 

öyrənmənin abstrakt deyil, faydalı, maraq-

lı  və  fərdi  inkişafın  bir  parçası  olduğuna 

inansın. Kurikulum müxtəlif elmlərdən bir 

parça  prinsipi  ilə  deyil,  tələbənin  seçdiyi 

istiqamətdə ardıcıl və bütöv hazırlanması 

prinsipi ilə hazırlanıb və tətbiq edilir. Məz-

mun  bazarın  tələblərinə  uyğunlaşdırıldı-

ğından, tələbənin ilbəil peşəkar dəyərinin 

artmasına xidmət edir və hər bir sahə üzrə 

bilik və praktik vərdişlərdən əlavə, müna-

sib davranış və ritorika qazandırır. Fənlər 

bir-birini tamamladığından və praktiki tət-

biqi tapdığından tələbə özü də bu inkişafı 

özündə kəşf edir və öyrənmək üçün daha 

çox motivasiya olur. Odur ki, bizim hədəf 

seqmentimiz  öyrənmək  və  tətbiq  etmək-

lə  inkişaf  etməyi  və  peşəkara  çevrilməyi 

özünə  hədəf  edən  tələbələrdir  və  onlara 

müraciətimizin  daha  güclü  səslənməsi 

üçün bayaq qeyd etdiyim rebrendinqə eh-

tiyacımız var. 

Həmçinin  qabaqcıl  holdinq  tərkibində 

fəaliyyət  göstərməyimiz  təlim,  təcrübə  və 

iş  istiqamətlərində  yararlanmaq  imkanı 

verir.  İşəgötürənlər  də  özlərinə  lazım  ola-

caq  mütəxəssisləri  tələbələrimiz  arasında 

tapa bilirlər və onların dil, ünsiyyət və tex-

niki bacarıqlarından uğurla istifadə edirlər. 

İngilis  dilinin  inkişafına  digər  universitet-

lərdən  daha  çox  saat  ayrılmasına  baxma-

yaraq, bakalavrlar hazırda ingilisdilli təhsili 

cəmi  dörd  ilə  tamamlayırlar.  Bu  da  onlar 

üçün  vaxt  və  maliyyə  qazancı  deməkdir. 

Universitetə  tələbələrlə  birbaşa  praktik 

iş  və  seminarlar  aparmaq  məqsədilə  hər 

həftə kənardan tanınmış biznes peşəkarla-

biznes təhsili 

30

say 24 | 



Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin