EcoVision
ITECA
mından) yeni imkanlar yaratmaqla yana-
şı, tibbi texnika və avadanlıqların, eləcə də
dərman vasitələrinin aparıcı istehsalçıla-
rını, habelə estetik tibb sahəsində çalışan
peşəkarları, dövlət strukturlarını və iş-
güzar dairələrin nümayəndələrini özünə
cəlb edir.
Daha sonra sərgi mövsümünü “Təhsil”
və “Karyera” (9-11 oktyabr), Xəzər İnşaat
Həftəsi: “BakuBuild”, “AquaTherm Baku”,
“CIPS” (21-24 oktyabr) və “Xəzər: Ət-
raf mühit üçün texnologiyalar” adlı ətraf
mühit sahəsi üzrə 6-cı Beynəlxalq “Ətraf
mühit” (“CTE - 2015”) (18-20 noyabr)
sərgiləri davam etdirəcək. Ənənəvi olaraq
sərgi mövsümünü Azərbaycan Beynəlxalq
“Telekommunikasiya və informasiya tex-
nologiyaları” (“BakuTel 2015”) sərgi və
konfransı (2-5 dekabr) yekunlaşdıracaq.
Bu sərgi mövsümü bir sıra seminar, təq-
dimat və konfransların daxil olduğu aktiv
işgüzar proqramı ilə fərqlənəcək.
Beləliklə, Azərbaycanın paytaxtı Bakı
şəhərini yenidən dolğun ixtisaslaşmış
sərgi və konfrans mövsümü gözləyir.
Ölkədə sərgilərin keçirilməsi ümumi-
likdə, xüsusən də dünya iqtisadiyya-
tında böhranlı dövrün yaşandığı bir
vaxtda, ölkə iqtisadiyyatının və ölkənin
beynəlxalq bazardakı iştirakının ciddi
göstəricisidir. Bütün dünyada böhranlı
vəziyyətin mövcud olmasına baxma-
yaraq, sərgilər bu böhrandan çıxmağın
səmərəli yollarından biri olaraq qalır.
Böhran informasiyanı ilk əldən alma-
ğa, işgüzar əlaqələri şəxsən qurmağa və
dəstəkləməyə, aktual təklif və məhsulla-
rı müqayisə edərək seçməyə təkan verir.
Məhz ticarət-sənaye sərgilərində müva-
fiq sahənin peşəkarları üçün şirkətlərin
qərar qəbul etmək səlahiyyətinə malik
olan birinci şəxsləri etibarlı tərəfdaşlar-
la görüşmək, biznesdə yeni istiqamətlər
tapmaq, eləcə də sənayedə baş verən
yeniliklərlə tanış olmaq imkanı yaradır.
Bütün sərgilər Azərbaycan Respublikası-
nın dövlət strukturlarının rəsmi dəstəyi
ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixti-
saslaşmış assosiasiyaların dəstəyi ilə bir
sıra layihələr həyata keçiriləcək. Hazırda
2015-ci il payız sərgi mövsümünün spon-
sorları arasında “Access Bank”, “Eurode-
sign”, “KRKA”, “NB Group”, “Qazax Sement
Zavodu”, “SOCAR” və digər müəssisələr
yer alır. 2015-ci ildə keçirilən bütün sər-
gilərin rəsmi tərəfdaşları “SafeLife” (təh-
lükəsizlik üzrə rəsmi tərəfdaş), “Jumei-
rah Bilgah Beach Hotel” və “Qafqaz Point
Hotel” hotelləri (rəsmi mehmanxanalar),
eləcə də “Greenwich Travel Club” (rəsmi
turoperator) şirkətləridir. Ziyarətçilərin
sərgiyə girişi pulsuzdur. Sərgilər, habelə
onların ziyarətçi və iştirakçılara təklif
etdikləri xidmətlər barədə daha ətraflı
məlumatlarla www.iteca.az və www.ceo.
az, veb-saytlarında, eləcə də sərgilərin
sosial şəbəkələrdəki rəsmi səhifələrində
tanış ola bilərsiniz.
62
say 24 |
EcoVision
Beynəlxalq
Sərgilər
“Vastra 2015” Beynəlxalq Tekstil
və Geyim Sərgisi keçiriləcək
“13-cü Beynəlxalq
Fermentləşdirilmiş Qida Sərgisi”
və “Sous Sərgisi” keçiriləcək
Sankt-Peterburqda
“Peterqida-2015” 24-cü
Beynəlxalq Ərzaq Sərgisi
keçiriləcək
3-cü Beynəlxalq “Kənd
təsərrüfatı, qida və qablaşdırma
sənaye” sərgisi keçiriləcək
“Mediz Sankt-Peterburq”
sərgisi keçiriləcək
28-30 sentyabr 2015-ci il tarixlərində Hindistanın
Japur şəhərində “Vastra 2015” Beynəlxalq Tekstil və
Geyim Sərgisi keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgü-
zar dairələr sərgidə iştiraka dəvət olunur.
Tədbir haqqında daha ətraflı məlumat əldə etmək
üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Web: www.vastratex.com
Hindistanın Azərbaycan Respublikasındakı Səfirliyi:
Tel: (+994 12) 564 63 54, 564 63 44;
Faks: (+99412) 447 25 72;
Website: www.indianembassybaku.in
E-mail: com.baku@indianembassybaku.in
2015-ci ilin 22-26 oktyabr tarixlərində Koreya-
nın Ceoncu şəhərində “13-cü Ceoncu Beynəlxalq
Fermentləşdirilmiş Qida Sərgisi”, 29 oktyabr-1
noyabr tarixlərində isə “Sous Sərgisi” keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və
işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.
Tədbirdə iştirak etmək istəyənlər daha ətraflı məlumatı aşağıda qeyd olu-
nan ünvandan əldə edə bilərlər:
Website: www.iffe.or.kr
18-20 noyabr 2015-ci il tarixlərində
Sankt-Peterburq şəhərində “Peterqi-
da-2015” 24-cü Beynəlxalq Ərzaq
Sərgisi keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə
iştiraka dəvət olunur.
Tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvana
müraciət edə bilərsiniz:
Web: www.exim.lv/peterfood-2015
2015-ci ilin 14-16 oktyabr tarixlərində Taci-
kistan Respublikasının Sənaye-Ticarət Palata-
sının “Eksposentral” şirkəti ilə birgə Düşənbə
şəhərində təşkil etdiyi 3-cü Beynəlxalq “Kənd
təsərrüfatı, qida və qablaşdırma sənaye” sər-
gisi keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə
iştiraka dəvət olunur.
Tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı internet
səhifəsinə baxa bilərsiniz:
Web: www.tpp.tj
2015-ci ilin 14-16 oktyabr tarixlərində
Sankt-Peterburq şəhərində “Mediz Sankt-Pe-
terburq” adlı sərgi keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar
və işgüzar dairələr sərgidə iştiraka dəvət olu-
nur.
Daha ətraflı məlumat əldə etmək üçün aşağı-
dakı ünvana müraciət edə bilərsiniz:
Web: www.mediz-spb.ru
sərqilər
64
say 24 |
EcoVision
Biznes təklifləri
Xorvatiya şirkəti Azərbaycan sahibkarlarını birgə əmək-
daşlığa dəvət edir.
Şirkət mal-qara dərisinin Azərbaycandan ixrac edilməsində
maraqlıdır.
Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvana
müraciət edə bilərsiniz:
Tel: +994 12 497 25 46
Fax: +994 12 497 23 82
E-mail: OfficeCroatiaBaku@mvep.hr
Malay İş Adamları və Sənayeçiləri Assosiasiyasının
əməkdaşlıq təklifi
1998-ci ildən bəri Malayziya Respublikasında fəaliyyət
göstərən, 15.000 üzvdən ibarət və 13 filialı mövcud olan
Malay İş Adamları və Sənayeçiləri Assosiasiyasının (PER-
DASAMA) əsas məqsədi xarici və yerli iş adamları arasında
əlaqələrin qurulması, onlara lazımi dəstəyin göstərilməsin-
dən ibarətdir. Təşkilat xarici ölkələrdə mövcud sənaye, kənd
təsərrüfatı və yeyinti məhsulları istehsalı üzrə ixtisaslaşmış
şirkətlərin Malayziyada müvafiq əlaqələrin qurulmasına, iş
adamları arasında biznes görüşlərinin təşkil edilməsinə və
xarici ölkələrin məhsullarının yerli bazarda təşviqi və satışı-
na lazımi köməklik və dəstək göstərir.
Qeyd olunmalıdır ki, Malayziya yeyinti və ərzaq məhsulları-
nın böyük hissəsini xaricdən idxal edir. 2013-cü ilin göstəri-
cilərinə görə, bu məhsulların 90%-ni (əsasən ət və ət məh-
sulları, süd və süd məhsulları, yumurta, meyvə və tərəvəz)
xarici ölkələrdə istehsal olunan məhsullar təşkil edib.
Malay İş Adamları və Sənayeçiləri Assosiasiyası haqqında
ətraflı məlumat əldə etmək istəyənlər aşağıdakı əlaqə va-
sitələrindən yararlana bilərlər:
Anar Qasımlı
Biznes və Məlumat Mərkəzinin direktoru
Tel: (+99412) 598 01 47, 598 01 48 (*104)
Mob: (+99455) 227 03 48
agasimli@azpromo.az
Çin Respublikasının ağır yük maşını istehsalı sahəsində
fəaliyyət göstərən “Bei Ben” Dövlət Şirkəti Azərbaycanda
avtomobil satışı və təmiri üzrə fəaliyyət göstərən şirkətlərə
əməkdaşlıq təklif edir.
Şirkət və onun istehsal etdiyi məhsullar haqqında ətraflı
məlumat üçün aşağıdakı əlaqələndirici şəxsə müraciət edə
bilərsiniz:
Zaur Qardaşov
Direktor
T: (+99412) 598 01 47/8 (daxili 102)
E: zgardashov@azpromo.az
Xorvatiyanın “Majo-commerce” şirkəti Azərbaycan sa-
hibkarları ilə əməkdaşlıq yaratmaq istəyir. Şirkət tunellərin
tikintisi, gəmiqayırmada istifadə edilən ventilyasiya boru-
larının, sukeçirməz geyimlər, odadavamlı çantalar, müxtəlif
növ tentlər, idman və səyahət çantaları üçün bir üzü plastik
örtüklü parçalar və s. məhsullar istehsal edir.
Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvana
müraciət edə bilərsiniz:
Теl.: +385 1 383 66 55
Е-mail: majo-commerce@xnet.hr
Web: http://majo-commerce.hr/en/
Tacikistan Respublikasının Elektroenerji Sektoru La-
yihələrin İdarəedilməsi Mərkəzi “Ravşan yarımstansi-
yasının bərpası” layihəsinin həyata keçirilməsi üçün podrat-
çı şirkətləri əməkdaşlığa dəvət edir.
Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvana
müraciət edə bilərsiniz:
Tel: +992372222556
Web: www.bargijotik.ti
Email: pmu_tj@mail.ru
Özbəkistanın “Uzmprommashimpeks” müəssisəsi Azər-
baycan təşkilat və müəssisələri ilə əməkdaşlıq etmək istəyir.
Əməkdaşlığa maraq göstərən sahibkarlar və işgüzar da-
irələr aşağıdakı ünvana müraciət edə bilərlər:
Əlaqəli şəxs: Burşaneva A.
Tel: +99871 2384710
E-mail: Aynur_upm@mail.ru
www.upm.uz
İraq–Asiya Ticarət və Sənaye Palatası Azərbaycan
şirkətlərini İraqın yenidənqurulmasında iştiraka dəvət edir.
Tenderlər haqqında daha ətraflı məlumat əldə etmək üçün
aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Əlaqəli şəxs: Zafir Nadim
Tel.: +964 750 211 90 67
Faks: +964780 380 01 01
E-mail: contractbids@iacci.besaba.com
təkliflər
65
say 24 |
EcoVision__Beynəlxalq_poçt_daşınmaları__Ölkədaxili_poçt_daşınmaları'>EcoVision
Azərbaycanı tanıyaq
ŞƏKİ
Azərbaycanın gəzməli-
görməli yerləri:
Əgər Azərbaycanın başqa qədim tikililəri
olmasaydı, bircə
Şəki Xan Sarayını dünyaya
göstərmək bəs edərdi.
Nazim Hikmət
66
say 24 |
EcoVision
Azərbaycanı tanıyaq
ŞƏKİ RAYONU AZƏRBAYCANIN ƏN MARAQLI, ORİJİNAL VƏ GÖZƏL RAYONLARINDAN Bİ-
RİDİR. RAYONUN İNZİBATİ MƏRKƏZİ – AZƏRBAYCANIN ƏN QƏDİM ŞƏHƏRLƏRİNDƏN
OLAN ŞƏKİ ŞƏHƏRİ RESPUBLİKANIN ŞİMAL-QƏRBİNDƏ, KİŞ ÇAYININ SOL SAHİLİNDƏ,
DƏNİZ SƏVİYYƏSİNDƏN 700 METR YÜKSƏKLİKDƏ, PAYTAXT BAKI ŞƏHƏRİNDƏN 370
KM ARALIDA, BÖYÜK QAFQAZ SIRA DAĞLARININ CƏNUB ƏTƏKLƏRİNDƏ, MƏRKƏZİ RE-
GİONLARDAN UZAQDA – TƏCRİD OLUNMUŞ BİR MƏKANDA YERLƏŞİR. ŞƏHƏRİ ƏHATƏ
EDƏN TƏBİƏT, MEŞƏLƏRLƏ ÖRTÜLÜ DAĞLAR ÖZ GÖZƏLLİYİ İLƏ İNSANI VALEH EDİR.
ŞƏRQDƏN QƏRBƏ AXAN QURCANAÇAY ŞƏHƏRİ İKİ HİSSƏYƏ, DAHA YÜKSƏKDƏ YER-
LƏŞƏN CƏNUB, DİGƏRİ İSƏ VADİDƏ YERLƏŞƏN ŞİMAL HİSSƏLƏRİNƏ BÖLÜR.
Rəsul Rəhimov
Məmməd Əliyev
Məmməd Əliyev
67
say 24 |
EcoVision
Belə
hesab edirlər ki, Şəkinin
əsası miladdan əvvəl I
minillikdə qoyulmuşdur.
Bu şəhərin 2500-2600 yaşı olduğu güman edilir.
Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qə-
biləsinin adından alınmışdır. Qədim Şəki ticarət
yolları qovşağında yerləşirdi. O, iri ticarət mərkə-
zi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf et-
miş olduğu bir yer idi. Əsrlər boyu buraya gələn
səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş
çəkirdilər. Məşhur Şəki bazarlarında şıdırğı alver
gedirdi: taxıl, ipək, dulusçuluq məmulatı, döymə
işi olan qablar və zərgərlik məmulatları satılırdı.
Lakin Şəkini ən çox məşhurlaşdıran onun ipəyi idi.
Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gəl-
miş tacirlər yüngül, güləbətin işləməli, duvaq kimi
şəffaf Şəki ipəyini dünyanın müxtəlif ölkələrinə
aparırdılar. Böyük İpək yolunun bu ərazidən keç-
diyi dövrdə buralarda necə canlanma yarandığını
təsəvvür etmək olar. Heyrətamiz gözəlliyə malik
Şəki xalçaları da çox məşhur idi.
Mary Rude
Azərbaycanı tanıyaq
68
say 24 |
EcoVision
Beynəlxalq poçt daşınmaları
Ölkədaxili poçt daşınmaları
Beynəlxalq yük daşınmaları
Gömrük xidmətləri
Logistika
ATİB üzvləri üçün
Türkiyəyə qapıdan
qapıya çatdırılma
25 AZN
Azərbaycanın
ən qədim şəhərlərindən biri olan Şəkini, haq-
lı olaraq, respublikanın memarlıq qoruğu
adlandırırlar. Milli memarlığın saray memarlıq ənənələri ilə həmahəngliyinin nadir
nümunəsi olan Şəki Xan Sarayı (1762-ci il) dünyanın hər yerindən gələn turistlərdə
xüsusi maraq doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir mismardan belə is-
tifadə edilməmiş, şəbəkə adlandırılan rəngli şüşələr (milli mozaika) isə Venesiyadan
gətirilmişdi.
Şəki rayonunda çoxlu maraqlı tarixi abidə var. Şəhərin şimalında bir zamanlar alın-
maz qala olan “Gələrsən, görərsən” qalasının (XV-XVIII əsrlər) qalıqları durur. Ticarəti
ilə tanınan Şəkidə xeyli sayda karvansara mövcud olub və onlardan ikisi – XVIII əsrdə
tikilən Yuxarı və Aşağı karvansaralar bugünümüzə qədər gəlib çıxıb.
Fotolar: Məmməd Əliyev
Rəsul Rəhimov
Azərbaycanı tanıyaq
70
say 24 |
EcoVision
Azərbaycanı tanıyaq
Şəki
ağızda əriyən paxlavası, pi-
tisi (gil qabda öz suyunda
bişmiş ət və tərəvəz), həmçinin sakinlə-
rinin yumor hissi ilə də məşhurdur. Yeri
gəlmişkən şəhərin mərkəzində çoxsaylı
ailə dükanlarında hazırlanan və satılan
məşhur Şəki halvasının dadına baxmaq
mümkündür.
71
say 24 |
EcoVision
Şəkidə
yalnız müasir hotellərdə yox, həm də hələ XVIII əsrdə Böyük İpək yolu
üzərində gecələmə yeri kimi inşa edilmiş “Şəki-Karvansara” meh-
manxanasında qalmaq olar. Muzey-mehmanxana xan sarayından sonra əhəmiyyətinə görə
ikinci görməli yer kimi turistləri cəlb edir. Karvansara ağır darvazaları ilə əvvəlki formasını
qoruyub saxlamışdır.
Franzfoto
Azərbaycanı tanıyaq
72
say 24 |
EcoVision
Türkiyə və Azərbaycan
prezidentləri Şəkidə
Azərbaycanı tanıyaq
74
say 24 |
EcoVision
75
say 24 |
EcoVision
yeni üzvlər
Yeni daxil olan üzvlər
ATAK İnşaat LTD
Atak İnşaat LTD şirkəti inşaat sahəsində sö-
zün əsl mənasında memarlıq ve mühəndis-
lik xidməti verərək, müştəri məmnuniyyətini
daim öndə tutur.
SINO TOUR
Azərbaycanda macəra turizmi və fəal
istirahət üçün müraciət edə biləcəyiniz
şirkətdir.
www.sinotour.az
Azər-Türk Med
Azər-Türk Med Tibb Mərkəzi 2007-ci ilin
sentyabr ayından etibarən fəaliyyət göstərir.
İnsanları psixoloji, mənəvi və sosial çətinlik-
lərlə üz-üzə qoyan sonsuzluq problemi Azər-
Türk Med Tibb Mərkəzində öz həllini tapır.
www.azer-turkmed.az
“Ziraat Bank Azərbaycan”
ASC
Geniş filial şəbəkəsi və xidmət çeşidi ilə
sürətli və əlverişli şəkildə müştərilərinə xid-
mət göstərən bank 150 ildən artıq müddət-
dir ki, sektorda dəyişikliyin bayraqdarı və
lideri mövqeyindədir.
“Bulvar Otel Bakı”
Ağ Şəhər qəsəbəsində yerləşən “Bulvar Otel
Bakı” 2015-ci ilin may ayında “Absheron
Hotel Group”un Azərbaycanda istifadəyə
verdiyi dördüncü hoteldir. Adını dənizkəna-
rı parkdan götürmüş və Bakı buxtasında,
şəhər mərkəzindən şərqdə yerləşən “Bulvar
Otel” Azərbaycanın ən böyük konfrans ho-
teli olmaqla qonaqlara 818 otaq təklif edir.
www.boulevardhotelbaku.com
EFE İnşaat
EFE İnşaat şirkəti 2010-cu ildən Azərbay-
canda fəaliyyət göstərir.
Əsas inşaat layihələri bunlardır:
• PAŞA Həyat Sığorta şirkəti (binanın təmiri);
• Trump Tower (əlavə binaların inşaatı);
• Cahan Holding Redbul Ofisinin inşaatı;
• Cahan Holding Naxçıvan Gənclər Mərkə-
zinin inşaatı.
Dentamed Estetik
Stomatoloji Klinikası
DENTAMED klinikasi stomatologiya sahə-
sində geniş xidmətlər göstərir: terapiyə,
cərrahiyyə, implantoloqiyə, protezləmə, or-
todontiya, ortopediya, uşaq stomatologiyası,
rentgen diaqnostika.
www.dentamed.az
Dorce Prefabrik Yapı ve
İnşaat A.Ş
“Dorçe Prefabrik Yapı ve İnşaat Sanayi Ticaret
A.Ş.” 1982-ci ildə qurulan, dünya miqyaslı
təcrübəsi ilə ən çətin iqlim şərtlərində, yük-
sək keyfiyyətdə mühəndislik, tədarük və in-
şaat xidmətlərini təqdim edən türk podratçı
firmadır.
www.dorce.com.tr
İmplant Art Dental
Klinikası
İmplantArt Dental Klinikası 10 may 2015-ci
ildə fəaliyyətə başlamışdır. Klinikanın fəaliy-
yət istiqaməti müasir stomatologiyanın bü-
tün sahələrini əhatə edir.
www.implantart.az
NORM MMC
İstehsal gücü gündə 5 min ton klinker, ildə
isə 2 milyon ton sement təşkil edən Norm
Sement Zavodu Cənubi Qafqazın ən böyük
sement zavodudur.
www.norm.az
ATİB-ə üzvlük nə verir:
• Yeni biznes əlaqələrinin
formalaşdırıması
• Şirkətinizin daha yaxşı tanıdılması
• Ən son informasiyanın əldə edilməsi
• Hər iki ölkədə biznes etiketi və
ənənələri ilə tanışlıq
• Müxtəlif layihələrin həyata keçirilmə-
sində iştirak
ATİB-in üzvlük şərtləri:
• ATIB-in Nizamnaməsinə əsasən üzv
olacaq hüquqi və fiziki şəxsin və ya
xarici şirkətin təmsilçiliyinin Azərbay-
canda fəaliyyət göstərməsi.
• Dövlət qeydiyyatı haqqında şəhadət-
namənin surəti və ATİBə üzvlük blankı
(üzvlük blankı əlavə edilir).
• Birliyə illik üzvlük haqqı olaraq 1200
manat ödənilməsi. Ödəmə hissə-hissə
də həyata keçirilə bilər.
ad günləri
Ad günləri siyahısı
DEKABR
OKTYABR
NOYABR
B.e. Ç.a.
Ç. C.a.
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
B.e. Ç.a.
Ç. C.a.
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
B.e. Ç.a.
Ç. C.a.
C.
Ş.
B.
1
2 3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
19
Gülzar Əlyarbəyova
KONSIS MMC
Yusuf Faruk Ceyhan
Medisis
1
Erdal Bakır
Bazarstore QTSC
1
İlham Mehdiyev
Implant ART
4
Zaur İsmayılov
Havas Media
6
Azər Rəhimov
AzəriDizayn-2003 MMC
2
Roman Əmircanov
Dəmirbank
23
Vahid Mürsəliyev
Azercell Telecom MMC
Yusifova Arzu
TAC MMC
4
Sevinc Qəribova
Denta Med Estetik
Stomatoloji Klinika
25
Tahir Can
Ambiance Otel
26
Fahrettin Can
CAN-PA MMC
27
Roman Kofler
Holiday Inn Baku (Marine
Plaza MMC)
27
Cem Becel
“Azərbaycan Koka Kola
Bottlers Ltd.” MMC
14
Dostları ilə paylaş: |