§ 1. MADDĠ MƏDƏNĠYYƏT
XI-XIII əsrin əvvəllərində Azərbaycan mədəniyyəti öz inkiĢafının
çiçəklənmə dövrünü keçirirdi. Bunu arxeoloji qazıntılardan tapılmıĢ maddi mədəniyyət
qalıqları da sübut edir. Orta əsr abidələrində, xüsusilə Ģəhərlərdə aparılan qazıntılar
əvvəlki dövrlərdən fərqli olaraq bu dövrə aid mədəni təbəqələrin daha qalın olduğunu,
həm də olduqca dolğun və zənginliyini nümayiĢ etdirir. Ġstər yer üzərində
dövrümüzədək qalmıĢ memarlıq abidələri (Bakı Qız qalası, Naxçıvandakı Möminə
xatun və Yusif ibn Küseyr türbələri, Pirsaat çayı üzərindəki xanəgah və s.), istərsə də
qazıntılarda aĢkara çıxarılmıĢ ictimai, dini, müdafiə və yaĢayıĢ tikintilərinin qalıqları
göstərir ki, bu dövrdə tikinti texnikası xeyli təkmilləĢmiĢ, inĢaat-mühəndis sənətkarlığı
artmıĢ, tikintidə bədii üslublardan geniĢ Ģəkildə istifadə olunmuĢdur. Bu dövrdə
iĢlədilən bəzək daĢları və kərpiclər, eləcə də Ģirli kaĢılar yaraĢıqlı binaların tikilməsi
üçün böyük imkanlar yaratmıĢdı. Hətta müdafiə istehkamlarının belə bədii
iĢlənməsinə xüsusi diqqət yetirilmiĢdir. Beyləqanın XII əsrə aid aĢkar olunmuĢ qala
divarı və qala darvaza bürcləri göstərir ki, Ģəhərin müdafiəsini gücləndirmək məqsədilə
qala divarları biĢmiĢ kərpiclə üzlənmiĢ, onun darvaza bürcləri və darvazanın tağüstü
hissəsi zəngin dekorativ naxıĢlarla bəzədilmiĢdir. Məlum olmuĢdur ki, bu dövrdə Ģəhərin
qala darvazaları nəinki bilavasitə müdafiə əhəmiyyətinə malik idi, eyni zamanda
memarlıq və incəsənət əsəri kimi mühəndis-konstruktiv quruluĢuna, düĢünülmüĢ planına
və bədii iĢlənməsinə görə dövrünün ən görkəmli memarlıq abidələri ilə müqayisə
oluna bilər. Gəncə qazıntıları Ģəhərin bu dövr qala divarların ın, sahil bəndləri və
körpülərinin yüksək memarlıq nümunələri olduğunu bütün aydınlığı ilə aĢkara
çıxarmıĢdır. Gəncə ustaları arxeoloji ədəbiyyatda "Gəncə hörgüsü" adı ilə məĢhur olan
xüsusi hörgü üslubundan istifadə etmiĢlər. Belə hörgüdə daĢ cərgələr biĢmiĢ kərpic
cərgələrlə əvəz olunur və tikintiyə xüsusi yaraĢıq verirdi. ġəhərlərdə müxtəlif tikinti
materialından (möhrə, çiy və biĢmiĢ kərpic, çaydaĢı, əhəngdaĢı və s.), quraĢdırma hörgü-
lərdən geniĢ surətdə istifadə olunmuĢdur. Beyləqanın ən gözəl məscidi (Mil-Minarə) bu
dövrdə tikilmiĢdir. Qazıntı materialları göstərir ki, fiqurlu daĢ və kərpicdən, xüsusilə
kaĢılardan nəinki ictimai və dini binaların, hətta yaĢayıĢ binalarının, həyətlərin, küçə və
qala darvazalarının bədii iĢlənməsində geniĢ Ģəkildə istifadə olunmuĢdur. Beyləqan
qazıntıları zamanı aĢkara çıxarılmıĢ daxili həyətlərdən birinin üz divarları fiqurlu
kərpiclərlə biri digərini təkrar etməyən həndəsi örtüklərlə haĢiyələnmiĢdir. Beyləqan,
Gəncə, Bakı, Qəbələ Ģəhərlərində aĢkara çıxarılmıĢ quyuağzı örtükləri də daĢ və kərpiclə
368
bədii iĢlənmiĢdir. ġəhərlərin bu dövr təsərrüfat əhəmiyyətli baĢqa tikintiləri də yüksək
sənətkarlığı əks etdirir. ġəhərlərin su təchizi qurğuları, kanalizasiya xətləri, sənətkarlıq ocaq-
ları buna gözəl misaldır. Tünglərlə çəkilən mükəmməl s u xətləri bəzən kərpic
kanalların içərisi ilə qurulur (Qəbələ), bəzən əlavə qövsvari daĢ üzlük (Beyləqan) və
yaxud kərpiclə (Gəncə) örtülürdü. Beyləqan qazıntılarında üçlük tüngləri və dirsək
tünglərinə təsadüf edilmiĢdir ki, bu da su kəmərinin ancaq düz xətt boyunca çəkilmədiyini
göstərir, lazım gəldikdə onu döndərməyə və əsas xətdən qollar ayırmağa imkan verir.
Gəncədə və Bakıda aĢkar olunan kəhriz su xətləri də yüksək mühəndis sənətkarlıq
nümunələridir. Beyləqanın kanalizasiya xətti kvadrat kərpiclə tağbənd üsulu ilə
hörülmüĢdür. Orta əsr ustaları su kanalları və su kəmərlərinə nəzarət etmək, korlandıqda
təmir etmək və su yolu tutulduqda onu təmizləmək üçün xüsusi hörülmüĢ quyular
(Gəncə, Bakı, Beyləqan) və yaxud tüngləri özündə birləĢdirən xüsusi küplərdən
(Qəbələ) istifadə etmiĢlər. Beyləqanda, Qəbələdə sudurulducu hovuzlar, Torpaqqalada su
ehtiyatı üçün nəzərdə tutulan hovuzların qalıqları aĢkar olunmuĢdur. Əlincəqalada yağıĢ suyu
toplanan hovuzlar saxlanılmaqdadır. Beyləqanda böyük və kiçik ölçüdə hovuzlar (çalalar)
və su kəmərləri vasitəsilə bir-birilə əlaqələndirilən tikinti qalığı aĢkara çıxarılmıĢdır. Bu
tikinti üçün səciyyəvi cəhət onun kvadrat biĢmiĢ kərpic və kirəc məhlu lu ilə
hörülməsi, bütün hovuz və çalaların içərisinin kirəc məhlu lu ilə suvanmasıdır. Bu
tikintidə sudan geniĢ istifadə olunduğu Ģübhə oyatmır. Abidənin gözəl simmetrik
quruluĢu, möhkəm hörgüsü və çox səliqəli suvağı vardır.
Qazıntılar zamanı Ģəhərlərdə xüsusi anbar otaqları aĢkar o lunmuĢdur.
Bakıda - ĠçəriĢəhərdə beĢ, ġamaxıda isə altı təsərrüfat küpü olan belə otaqlar
qalmıĢdır. ġamaxıda küplərdən birində neft qalığı tapılmıĢdır. Qazıntı aparılan
Ģəhərlərin əksəriyyətində (ġamaxı, Bakı, Qəbə lə, Beyləqan və s.) sənətkarlıq
emalatxanaları, o cümlədən dəmirçixanaların izləri aĢkara çıxarılmıĢdır. Bunların,
demək olar, hamısında dulus kürələri qalıqları da tapılmıĢdır. Bey ləqanda aĢkar
olunmuĢ bir dulus kürəsi ö z orijinal quruluĢu ilə fərqlənir. Bey ləqanda və Qəbələdə
kirəc yandırmaq üçün istifadə o lunan kürələr - quyular da aĢkar o lunmuĢdur.
Qazıntılardan dəmirçi, misgər, zərgər alətləri, o cü mlədən çəkic, kəlbətin,
iskənə, metal əritmək üçün odadavamlı gildən hazırlan mıĢ qablar, metal qab
hissələri və bəzək Ģeyləri üçün istifadə olunan qəliblər və s. tapılmıĢdır. Dəmirçilik
sənətinə nümunə kimi hazırda Gü rcüstanın Gelati monastırında bir tayı saxlanılan
Gəncə darvazasını misal gətirmək olar; onu 1063-cü ildə yerli dəmirçi usta Ġbrahim
Osman oğlu hazırlamıĢdı.
Qazıntılarda xeyli miqdarda kənd təsərrüfatında, dülgərlikdə, tikintidə və
məiĢətdə iĢlədilən əmək alətlərinə (gavahın, oraq, bel, dəhrə, kətmən, kərki, bıçaq,
həvəngdəstə, iynə, biz, qayçı, oy maq, miĢar, dartı və s.) təsadüf olunur. Metal
qablar (qazan, çıraq, vaz, cam və s.), tikinti materialları (mismar, çənbər, həncama
və s.) adi tapıntılardandır. Tək və ikid ırnaqlı heyvanlar üçün olan nalla r, ayaqqabı
nalları artıq bu dövrdə istifadə edilirdi. Misgərlər mü xtəlif qablarla yanaĢı, zəng və
zınqırov, at ləvazimatı və qadın bəzək Ģeyləri, tərəzi gözləri, çəki daĢları və s.
369
hazırlay ırdılar. Dövrün zərgər iĢlərindən yadigar olaraq üzük, bilərzik, s ırğa,
medalyon, sancaq və s. nümunələrin i qeyd etmək olar. Bunların hamısı texn iki və
bədii cəhətdən yüksək sənətkarlıqla hazırlan mıĢdır.
ġəhərlərdə aparılan qazıntıların XI-XII əsrin əvvəllərinə aid mədəni
təbəqələri silah tapıntıları ilə də zəngindir. Müdafiə, əlbəyaxa döyüĢ, hücum silah
növləri, demək o lar ki, bütün Ģəhərlərdən tapılmıĢdır. Bunlara zireh , xəncər, qılınc,
cida, nizə, mizraq, o x ucluqları misal göstərilə bilər. Ox ucluqları ro mbvari, tilli və
yarpaqvari, nizə lər yarpaqvari formadadır.
DaĢiĢləmə sənətkarlığ ına nümunə olaraq çox səliqə ilə yonulmuĢ
sütunaltlıqlarının (Gəncə), pəncərə Ģəbəkəsinin (Beyləqan) va demək o lar, bütün
Ģəhər qazıntılarından tapılan q iy mətli daĢlardan hazırlan mıĢ üzü k, ü zük qaĢları,
asmaların ad ını çə kmə k ola r. Bey ləqanda aĢkar edilmiĢ bir kiçik daĢ lövhə üzərində
kufi xət lə on iki ima mın ad ı yazılmıĢdır.
Əvvəlki dövrlərdə olduğu kimi, bu dövrdə də qazıntılardan tapılan ən
kütləvi material saxsı məmu latıdır. Bu dövrdə saxsı qab və kərpic-kirəmit biĢirilən
kürələr nəinki daha təkmil quruluĢa malik o lmasına, həm də mü xtəlifləĢ məs inə
görə nəzəri cəlb edir. Kü rələrin mü xtəlifliyi, yəqin ki, onların cürbəcür qab və
tikinti materialları (Ģar-konusvari qablar, Ģirli qablar, Ģirsiz qablar, kərp ic, kirə mit
və s.) biĢirmək üçün istifadə edilməsindən, baĢqa sözlə desək, kürələrin bir növ
ixtisaslaĢmasından irəli gəlirdi. XI-XIII əsrin əvvəllərində dulusçuluqda baĢ vermiĢ
ən böyük texniki nailiyyətlərdən biri su kəməri borularının (tünglərin), kaĢı və
bəzək kərp iclərin in, gil məhəccərlərin və s. istehsalına baĢlanmasıdır. Bu dövrdə
dulusçuların ustalıq məharəti xüsusilə saxsı qab istehsalında özünü daha qabarıq
Ģəkildə büruzə verir. Əvvəllər məlu m olan saxsı qab növləri daha da
mü xtəlifləĢmiĢ, dövrün dəbinə uyğun olaraq formasında müəyyən dəyiĢiklik
yaranmıĢ, ən əsası, onların naxıĢı ço x zənginləĢmiĢdir. ġirsiz qablardan aftafa və
bardaqların çiyin hissəsinin hazırlan masında naxıĢlı gil qəlib lərdən geniĢ istifadə
olunması bunu gözəl nümayiĢ etdirir. Maraqlı burasındadır ki, belə qablardakı və
qəliblərdəki naxıĢlar bir-birin i təkrar etmir. Deməli, ustalar kütləv i istehsala nail
olmaqla bərabər, çeĢid mü xtəlifliyinə də böyük səy göstərmiĢlər. Ayaqlı qablara da
ilk dəfə bu dövrdə təsadüf edirik. Adətən müsəlmanların matəm məclislərində
istifadə edilən "gülabdan" adlanan qablar da bu dövrün məhsuludur. Beyləqandan
tapılmıĢ bir ədəd bardaq biĢirild ikdən sonra üzəri qara mü rəkkəblə (tuĢla) baĢdan-
baĢa yazılmıĢdır. BaĢqa növ qablar da (çıraqlar, Ģar-konusvari qablar, qazan lar,
küplər və s.) formalarının kamilləĢməsi və naxıĢlarının zənginliy i ilə əvvəlki
dövrlərin qablarından fərq lənirlər.
Böyük təbəddülat Ģirli qabların naxıĢlan masında baĢ verir. Bu əsrlərdə
Ģirli qab istehsalı bədii sənətkarlığın müstəqil sahələrindən birinə çevrilir. ġirli qab
istehsalı elə bir kütləv i Ģəkil alır ki, xırda və orta biçimli qablar, hətta küp kimi
böyük qabların belə bəzi nümunələri baĢdan-baĢa Ģirlə örtülürdü. Beyləqan
qazıntılarında, hətta od üstünə qoyulan bəzi qazanların da Ģirlə örtülmüĢ nümu -
370
nələrinə təsadüf edilmiĢdir. ġirsiz qablarda olduğu kimi, bu dövrün Ģirli qablarında
da keyfiyyət, forma mükə mməlliyi və bədii quruluĢca gözəllik özünü daha
aydınlığı ilə göstərir. Cızma xətlərdən, qazıma xətlərdən, mü xtəlif rənglərdən və
hətta rənglərin üstündən cızma çəkməklə elə zəngin naxıĢlar yaratmıĢlar ki, bunlar
indi də insanı öz gözəlliy i ilə valeh edir. Qabın qırmızı fonunda yaĢıl rəngli
lentlərlə haĢiyələn miĢ və parlaq qurğuĢun Ģiri altından anqobun ağ rəngini əks
etdirən həndəsi naxıĢlar A zərbaycan üçün daha səciyyəvidir. Bu üslubda
hazırlan mıĢ qablarda Beyləqan ustalarından Xəttab, Yusif, LəĢkəri, Əbül-Qasım,
Həsən və Həmzən in adına təsadüf edirik.
Azərbaycanın dulusçu ustaları qələm və fırçadan getdikcə daha sərbəst
istifadə etməyə nail olur, mü xtəlif həndəsi, nəbati və təsviri naxıĢların ko mpozisiya
və elementlərini əlaqəli Ģəkildə çəkmək, istər rəsmlərin formasın ı və istərsə də
rənglərin i lazımi dəqiqliyi ilə vermək imkanı əldə edirlər, hətta mü xtəlif heyvan və
quĢ təsvirləri, ov və oyun səhnələri yarada bilirlər. Qablarda həndəsi və nəbati
naxıĢların hesaba gəlməyən mü xtəlifliyi, istifadə olunmuĢ Ģirlərin ürəkaçan
rəngarəngliyi ilə bərabər, A zərbaycan təbiətindən götürülmüĢ heyvanlar aləmin in
təsvirlərinə - ceyran, maral, qulan, vaĢaq, Ģir, dağ keçisi, dovĢan və s., habelə quĢ
və balıq təsvirlərinə hər addımbaĢı təsadüf edirik. Maraqlıd ır ki, bu dövrd ə dulusçu
rəssamlar bu heyvanların, demək o lar ki, hamısını təbii və canlı Ģəkildə verə
bilmiĢlər; ceyran, maral və dovĢanda çeviklik, oynaqlıq, zəriflik, ürkəklik kimi
xüsusiyyət özünü göstərdiyi halda, vaĢaq və Ģirdə yırtıcılıq, dəhĢətlilik, qüvvətlilik,
vəhĢilik və bu qəbildən olan digər xüsusiyyətlərin əks etdirilməsi üçün hər cür cəhd
göstərmiĢlər. Eləcə də caynaqlı yırtıcı quĢlar - Ģahin, qartal və s. gözəllik rəmzi
olan qırqovul və tovuz quĢundan fərqləndirilmiĢdir. Ustalar bu və ya digər naxıĢlar
və təsvirin daha təsirli və canlı olması üçün rəng dekoru və texniki üsullardan
məharətlə istifadə et miĢlər. Ornament-naxıĢ yaradıcılığı orta əsrlərin sonrakı dövr-
lərində də heç bir vaxt təkrar olun mayan səviyyəsinə yüksəlir.
Azərbaycanda XI əsrdən baĢlayaraq Ģirli qabların bəzilərinin altına ustalar öz
möhürlərini basmıĢlar. Möhürlü Ģirli qablara qazıntı aparılmıĢ bütün Ģəhərlərdə
(Bey ləqan, Gəncə, Qəbələ, Bakı, ġamaxı, ġabran və s.), bəzi yaĢayıĢ yerlərində
(Bəndovan, QuĢqona, Köhnə Vayxır və s.), qalalarda (Gülüstan) təsadüf olunmuĢdur.
Beyləqanda və Qəbələdə möhürlərin özləri də tapılmıĢdır. Dulus möhürlərinin
əksəriyyətinin Ģəkilləri həndəsi fiqurlardan, göy cisimlərinin Ģərti iĢarələrindən, bəzən
isə heyvan və quĢ təsvirlərindən (Qəbələ, Bakı, Bəndovan) ibarətdir. Maraqlıdır ki,
Cənubi Qafqaz ölkələri içərisində Ģirli qabların altına möhür vurmaq Azərbaycan üçün
səciyyəvidir və yəqin ki, bu təsadüfi olmayıb müəyyən ictimai köklərlə bağlıdır.
Möhürlər Ģəkil etibarilə bir neçə qrupa ayrılır. Lakin hər qrupun daxilində fərqləndirici
detallara təsadüf etmək mümkündür. Bu detallara görə möhürlərdəki dəyiĢiklikləri və
inkiĢafı izləmək olur. Möhürlər zəngin naxıĢlı və böyük ustalıqla hazırlanmıĢ qablarla
birlikdə, bəzən sadə naxıĢlı qablara da vurulmuĢdur. Hər halda qablara möhür vurmaq
halları təkcə qabın keyfiyyətindən asılı olmamıĢdır. Eyni tip möhürlə bəzən müxtəlif naxıĢlı,
371
hətta müxtəlif texniki üsulla iĢlənmiĢ qablar, bəzən isə əksinə, müxtəlif tip möhürlə eyni
texniki üsulla iĢlənmiĢ qablar möhürlənmiĢdir. ġirli qabların altına möhür vurmaq XI-
XIII əsrin əvvəllərində daha geniĢ yayılmıĢdı.
Arxeoloji qazıntılardan tapılan saxsı məmulatının böyük bir qrupunu fayans
qablar təĢkil edir. Fayans qabların əsas istehsal mərkəzləri, elmi ədəbiyyatda bir ənənə
olaraq, Ġranın Rey və KaĢan Ģəhərləri hesab olunur. Lakin Azərbaycan Ģəhərlərində
qazıntılar zamanı tapılan fayans qablar o qədər çoxdur ki, bunların hamısını gətirilmə
hesab etmək səhv olardı.
Qazıntılardan tapılmıĢ fayans qablar müxtəlifdir. Bunlar forma etibarı ilə boĢqab,
kasa, bardaq, aftafa, küpə, heyvan və quĢ fiqurlarından ibarətdir. Qabların gili ağ və
çəhrayı rəngdədir. Əsasən, kobalt Ģiri ilə örtülmüĢ və yaxud ağ qalay Ģiri fonunda tünd-
göy və bənövĢəyi zolaqlarla həndəsi, nəbati, heyvan təsvirləri ilə naxıĢ lanmıĢ qablar, ən
çox isə kobalt və zər naxıĢlı qablar tapılır. Sonuncular nəbati rəsmlərlə naxıĢlanmıĢ və
yaxud onların üzərində müəyyən səhnələr təsvir olunmuĢdur. Məsələn, heyvanların qaçıĢ-
ması, at üstündə qız təsviri, quĢların döĢ -döĢə dayanması, təmtəraqla bəzədilmiĢ fil,
tovuz quĢu, əjdahaların mübarizəsi və s. Ən çox yayılanı bardaĢ qurub oturan qız
Ģəkilləridir. Nizami Gəncəvinin poemalarından götürülmüĢ səhnələrə də təsadüf
olunur. Beyləqandan Bəhram Gurun yeddi gözəl arasında təsviri, Gəncədən isə Bəhram
Gurun ox ataraq ceyranın ayağını qulağına tikməsi səhnəsi olan fayans qablar
tapılmıĢdır.
Fayans qabların xüsusi qrupunu Azərbaycana da Ġrandan gətirildiy i heç bir
Ģübhə doğurmayan, arxeoloji ədəbiyyatda "minai" tipi ilə məĢhur olan qablar təĢkil
edir. Əlbəttə, belə qablar az tapılır və hələlik, salamat nüsxələrinə təsadüf
olunmamıĢdır.
ġəhər qazıntılarında, tək-tək də olsa, seladon adlanan saxsı qablara da rast
gəlinir. Seladon ərəbcə "saladun", yəni "daĢ kimi möhkəm, bərk" sözündən
götürülmüĢdür. Belə qablar əsasən Çində istehsal olunurdu.
XI-XIII əsrin əvvəllərində Ģirli qabla bərabər ĢüĢə istehsalı da xeyli artır.
Arxeoloji qazıntıların həmin dövr təbəqələrindən tapılmıĢ ĢüĢə məmulatı
nümunələrindən aydın olur ki, bu dövrün qabları, bəzək Ģeyləri forma və naxıĢlarına
görə daha müxtəlifdir. Yeni texn iki nailiyyətlər, xüsusilə üfurmə üsulu ilə ĢüĢə qab
hazırlamağın daha da təkmilləĢməsi, rəngli ĢüĢ ənin geniĢ istifadə olunması, yeni növ
naxıĢların - bir rəngdə olan qaba baĢqa rəngli ĢüĢə kütləsi ilə nazik və qalın sapaoxĢar
naxıĢların çəkilməsi, eĢmə və diĢli yapıĢdırılma bəzəklərin vurulması, möhürdən
istifadə, yazı və inkrustasiyanın tətbiqi bu dövrün ĢüĢə məmulatı üçün səciyyəvidir.
Bu dövrdə ĢüĢə qablarla bərabər bəzək Ģeyləri - bilərzik, muncuq, üzük və
üzük qaĢlarının istehsalı da xeyli artır. Bunu arxeoloji qazıntılardan aydınlığı ilə görmək
olur. Müxtəlif rəngli ĢüĢə kütləsini (sarı, qırmızı, göy və s.) birləĢdirib rəngarəng
bilərzik hazırlamaq dövrün texniki yeniliyi hesab edilə bilər. Həmin vaxtlar bəzək
Ģeylərinin rəng dekoru xeyli çoxalır. Ġndi Ģəffaf, mavi, göy, çəhrayı, sarı və qarıĢıq
rəngli bəzəklərin sayı artır. ġar, silindr və badamı xatırladan muncuqlarla bərabər, tilli,
372
buğumlu və dilimli muncuqlardan geniĢ istifadə olunur. Gözmuncuğular hazırlanarkən
ĢüĢənin üzərində "gözlər" oyulmuĢ və həmin oyuqlar baĢqa rəngli ĢüĢə kütləsi ilə
doldurulmuĢdur.
SümükiĢləmə sahəsində də xeyli inkiĢaf olduğu arxeoloji materiallardan
məlu mdur. Mükəmməl və bədii formaya malik gözəl naxıĢlan mıĢ sümük
düymələrə, təsbeh muncuqlara, darağa, sancaqlara, üzüyə və s. rast gəlinmiĢdir.
Beyləqandan tapılmıĢ kağızkəsən bıçaq nadir tapıntı hesab olunmalıdır. Bıçaq
qırmızı rənglə boyanmıĢdır. Qəbələdən sümükdən düzəldilmiĢ zər (nərd oyunu
üçün) tapılmıĢdır.
Maddi mədəniyyətin böyük bir qrupunu, əvvəlki əsrlərdə olduğu kimi,
yenə də qəbir abidələri təĢ kil edir. Ġslam d ininin A zərbaycanda yayılması ilə
əlaqədar olaraq XI-XIII əsrin əvvəllərində bütpərəst dəfn adətləri ölkədə demək
olar ki, sıradan çıxır, xristian adətləri isə xeyli azalır. Qəb irlərə əĢya qoymaq yox
dərəcəsinə çatır; islam d ininin yayılması ilə qəbirlərə ərzaq qoymaq mərasimi
xeyrat verməklə əvəz o lunur.
Sağ böyrü üstə üzü qibləyə dəfn adəti müsəlman qəbirlərinin bütün
növlərində (sadə, torpaq, sərdabə, türbə və s.) hökm sürür. Sadə torpaq müsəlman
qəbirləri Beyləqanda, Qəbələdə və d igər ab idələrdə, sərdabələr - Beyləqanda,
Qəbələdə, Xaraba - Gilanda, türbələr, demək olar ki, əksər Ģəhərlərdə aĢkar
olunmuĢdur. Müsəlmanın tabutda dəfn olunmasına Nizami Gəncəvin in qəbrini
nümunə göstərmək o lar.
Qəbirlərin üzərinə yazılı və naxıĢ lı baĢ daĢı və ya sinə daĢı qoymaq geniĢ
yayılır. Gö rkəmli Ģəxslərin qəbri üstündə türbələr inĢa etmək də xeyli ço xalır. Belə
türbələrin qalıq ları Bey ləqan, Bakı, Qəbələ və digər qazıntılarda aĢkar olunmuĢdur.
Bir neçə yerüstü türbələr zamanımıza qədər qalmıĢdır. Din i abidələrə misal olaraq
məscid, xanəgah, pir və s. qalıqların ı göstərmək olar. Dağ rayonlarında xristian -
kilsə, sovməə, monastır nü munələri qalmıĢdır. ġamaxıda came məscidin IX-XIII
əsrlərə aid qalıq ları aĢkara çıxarılmıĢdır. Bakıda "Sınıqqala" adlanan məscidin də
köhnə məscid üzərində tikildiy i müəyyən edilmiĢdir. Beyləqanda "Mil-M inarə"nin
yeri müəyyənləĢdirilmiĢdir.
Sikkə qalıqları XI-XIII əsrin əvvəllərində də kütləvi Ģəkildə tapılan maddi
mədəniyyət qalıq larındandır. Sikkə qalıq ları ən ço x Beyləqan, Gəncə, Qəbələ,
Bakı, Naxçıvan, ġamaxı, ġabran Ģəhərləri və Gü lüstan qalasından tapılmıĢdır. Ən
geniĢ yayılan ġirvanĢahların və Eldənizlərin pullarıdır. Bu dövrdə gü müĢ pullar,
demək olar ki, istifadədən çıxır, onlar mis pullar ilə əvəz olunur. Sikkə zərb ində də
dəyiĢiklik yaranır, düz və kobud formalı pullar bura xılır. Yerlərdə əsasən mis
pullardan, beynəlxalq ticarətdə isə bəzən qızıl (Bizans, Səlcuq) pullardan istifadə
olunmuĢdur. Ərdəbildə, Beyləqanda mis pullar kəsildiy i müəyyən edil miĢdir.
Beyləqanda tapılmıĢ dəfinələr içərisində bir dəfinə xüsusilə maraqlıd ır. Bu
dəfinədə 700-ə qədər mis sikkə olmuĢdur. Bunların əksəriyyətini yerli pu llarla
bərabər Eldənizlərin Ərdəbildə və baĢqa cənub Ģəhərlərində kəsilmiĢ pulları təĢkil
373
edir. Dəfinədə Əhər məliklə rinin, Kiçik Asiya səlcuqlarının, ġirvanĢahların və
gürcü əmirlərin in sikkələri də var idi. Mü xtəlif mənĢəli mis sikkələrin (belə
sikkələr məlu mdur ki, zinət əhəmiyyəti daĢıya bilməzdi) bir dəfinədən tapılması
onların təkcə kəsildiy i yerlərdə deyil, daha geniĢ ərazidə dövriyyədə iĢtirakını
təmin edirdi. Deməli, bu pullar feodal dövlətləri sərhədlərini azad surətdə keçə
bilird i.
Qazıntılardan tapılan yazılı materiallar tədqiq edilən dövrdə əhali arasında
yazın ın daha geniĢ yayıldığın ı nümayiĢ etdirir. Qazıntı materialları içərisində
yazılara ən ço x saxsı qablar ü zərində təsadüf olunur. DaĢ üzərində yazılara Bakı
qazıntılarında rast gəlin miĢdir. Bunlar əsasən inĢaat yazılarıd ır. Beyləqanda bir
metal camın üzə rində və ĢüĢə qablarda da yazılara təsadüf olunmuĢdur. Bir ü zük
qaĢındakı daĢa Məhəmməd peyğəmbərin və on iki imamın adları yüksək ustalıqla
nəqĢ olunmuĢdur. Bu dövrdə ərəb əlifbasının "kufi" xətti ilə bərabər "nəstəliq"
xəttindən də geniĢ Ģəkildə istifadə olunmuĢdur. Yerüstü abidələrdən göründüyü
kimi (Mö minə xatun), qazıntılardan aĢkara çıxarılan mema rlıq abidələrində də daĢ
üzərindəki yazılarla bərabər (Bakı-AbĢeron memarlıq məktəbi), fiqur kaĢılardan
quraĢdırılma yazılardan geniĢ istifadə olunmuĢdur (Naxçıvan və Arran memarlıq
məktəbi). Beyləqandakı Mil-M inarə ərazisində belə fiqur yazı kaĢılarına hər
addımbaĢı təsadüf olunur.
Yazıların kütləv iliy ini nü mayiĢ etdirən, əlbəttə, saxsı qablar üzə rindəki
yazılard ır. Belə yazılara Beyləqanda, Qəbələdə, Bəndovanda, Bakıda, Qax
rayonunda və digər yerlərdə rast gəlin miĢdir. Qab üzərindəki yazılar ustaların
adları, qabın gələcək sahibinə xeyirxahlıq arzulayan ifadələr, lirik beyt və
rübailərdən ibarətdir. Ġmzalı qablara Gəncə, Bey ləqan və Qəbələdə rast
gəlin miĢdir. Hazırda Beyləqan qazıntılarından bu dövrə aid 15-dən çox dulusçu
usta adı məlu mdur. Yazılar adətən ərəb və fars dillərində yazılmıĢdır. M iqdar
etibarilə bu dövrdə farsca yazılar daha ço xdur.
Beyləqandan tapılmıĢ, əsasən, yüksək təbəqələrin süfrəsini bəzəyən
gətirilmə fayans qabların üzərindəki yazılarla bərabər, daha aĢağı təbəqələrin
məiĢət həyatında iĢlədilən yerli sadə qabların da üzərində yazıların, xüsusilə lirik
beyt və rübailərin olması, nəin ki varlıların, həm də sadə əhali kütləsinin
(sənətkarların, xırda tacirlərin və s.) öz dövrünə görə mədəni həyata can atdığını,
onlardan müəyyən qismin in gözəl yazıb-o xu mağı bacardığ ını göstərən dəyərli
materiallardır.
Beyləqandan tapılmıĢ bir Ģirsiz qab parçası üzərində tuĢla böyük kvadrat
çəkilmiĢ, sonra bu kvadrat doqquz kiçik xanalara bölün müĢdür. Həmin xanalara
birdən doqquza qədər olan ərəb rəqəmləri elə dü zülmüĢdür ki, onları xanaların istər
Ģaquli, istər üfüqi, istərsə də diaqonal cərgələri üzrə topladıqda, cəmi on beĢ rəqəmi
alın ır. Maraqlıd ır ki, bu qab parçası həm də nömrələn miĢdir. Yəq in ki, belə
kvadratların baĢqa növləri də olmuĢdur. Elmi ədəbiyyatda "sehrli kvadratlar" adı
ilə məĢhur olan Beyləqan tapıntısı, tədqiq edilən dövrdə burada belə kvadratlardan
374
istifadə edildiy ini göstərən əsaslı dəlild ir. Bir ço x a limlə r (məsələn, Hacı
Zeynalabdin ġirvani) "sehrli kvadratlar"ı hesab, astrologiya, sehrbazlıqla
əlaqələndirir, va xtilə onların daha çox tilsim kimi istifadə edildiy ini göstərirlər.
Avropada XIV əsrdən sonra yayılmıĢ bu kvadratların Beyləqanda tapılmıĢı elm
aləminə məlu m ən qədim formalarından biridir.
Dostları ilə paylaş: |