§ 2. MEMARLIQ VƏ ġƏHƏRSALMA
XI-XII yüzilin əvvəllərində yaranmıĢ siyasi vəziyyət Azərbaycan
mədəniyyətinin in kiĢafında da yeni dövrün baĢlanmasına səbəb oldu. BaĢ verən
səlcuq yürüĢləri bəzi Ģəhərlərin dağılmasına. köçəri təsərrüfatın geniĢlənməsinə
gətirib çıxartsa da, Ģəhər həyatının ümu mi in kiĢaf mey lin in qarĢısını ala b ilmədi,
əksinə, bu dövr Azərbaycanda Ģəhərlərin və Ģəhər mədəniyyətinin çiçəklən məsi və
bununla bağlı olaraq memarlığın in kiĢafı ilə səciyyələn miĢ oldu. Hələ Xilafət
dövründə obyektiv amillər nəticəsində ümu mi müsəlman mədəniyyətinə cəlb
edilmiĢ azərbaycanlılar yeni tarixi Ģəraitdə təĢəkkül tap mıĢ "yeni incəsənət"in
yaradıcılarından biri oldular. Elmi ədəbiyyatda Ģərti olaraq səlcuq incəsənəti
adlandırılan bu "yeni incəsənət‖in vahid "səlcuq üslubu" məhz ayrı-ayrı xalqların,
o cümlədən azərbaycanlıların ö z ənənələrini bir-birinə ötürmələri nəticəsində
yarandı. Bu "yeni" incəsənət bütün müsəlman incəsənəti üçün xarakterik olmuĢ bir
çox cəhətləri doğursa da, "təbii-coğrafi amillər və sosial-iqtisadi proseslər" ayrı-
ayrı vilayətlərdə, o cü mlədən tarixi Azərbaycan ərazisində biri digərindən müəyyən
xüsusiyyətləri ilə fərq lənən memarlıq məktəblərinin yaran masına səbəb oldu. Bu
dövr memarlığ ımızın əsas üç üslub istiqamətini əks etdirən ġirvan -AbĢeron,
Naxçıvan-Marağa və Arran memarlıq məktəbləri, orta əsr Azərbaycan memar-
lığ ının sonrakı in kiĢafını müəyyənləĢdirmiĢ oldu. XII əsrin 30-cu illərində
yaranmıĢ Azərbaycan Atabəyləri dövlətinin tərkib ində olan Ġraqi Əcəm v ilayətin in
Hə mədan və Qə zvin Ģəhərlə ri ətrafında forma laĢ mıĢ Qə zv in-Hə mədan məktəbi də
Azərbaycan me marlığ ının ü mu mi inkiĢafına ö z təsirini göstərmiĢdir.
Əldə olan material azlıq da etsə, tədqiqatlar bu dövrdə nisbətən kiçik baĢqa
memarlıq ocaqlarının da olduğunu təsdiq etmək imkanını verir. Ümu minin bir
hissəsi, bütün Azərbaycan memarlığ ının ayrıca bölü mü kimi fəaliyyət gös tərən bu
ocaqların üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial
quruluĢu həlledici rol oynayırd ı.
Əsas tikinti materialı yerli əhəngdaĢı olan ġirvan-AbĢeron memarlıq məktəbi
üçün daha dayanıqlı, sadə və çox vaxt asimmetrik ko mpozisiyalar, saya memarlıq
dekoru səciyyəvi olmuĢdur. DaĢla kərp icin birgə yanaĢı iĢlədilməsi ilə tikilən
Arran memarlıq abidələri qamətli ko mpozisiyası, daha zərif ayrıntıları və incə gör-
375
kəmi ilə ġirvan məktəbi nü munələrindən seçilirdilər.
Ən yüksək in kiĢaf mərhələsi Azərbaycan Atabəyləri dövləti çağına düĢən,
əsasən, biĢmiĢ kərpicdən tikilən Naxçıvan-Marağa məktəbi abidələrinə bir sıra
xüsusiyyətlər - binanın əsas tikinti kütləsi və üzlük örtüyünə ayrılması, üzləmə
blokların ın iĢlədilməsi, gövdənin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda
həndəsi ornamentin üstünlüyü, Ģirli kərpiclərin iĢlədilməsi, ep iqrafikanın ro lunun
artması və s. xasdır.
Bu dövrün Azərbaycan memarlığı bütün müsəlman memarlığ ı üçün ü mu mi
olan kanonlara, vahid e lmi-nə zəri sistemə söykənirdi. Bu birlik t ikinti sistemin in
mü xtəlif sahələrində özü mlü Ģəkildə üzə çıxdığı kimi, memarlıq bəzəyində səthlərin
naxıĢlarla bəzənməsi Ģəklində özünü göstərirdi. Memarlıq bəzəyində naxıĢdan (o cüm-
lədən yazıdan) o çağacan görünməmiĢ bolluqla istifadə olunması dövrün sənətlərində
dekorativliyə və simvolizmə o lan güclü tələbatla bağlı idi.
Bu dövrün Azərbaycan memarlığı istər abidələrin say çoxluğu və tip
zənginliyinə, istərsə də üslub yetkinliyinə görə əvvəlki dövr tikinti sənətindən xeyli
fərqlənir. Məhz bu dövrdə islamın geniĢ vüsəti ilə əlaqədar dini-sitayiĢ məqsədli
tikililərin, xüsusilə məscidlərin özlərinə məxsus quruluĢları formalaĢmıĢdır. Tədqiqat-
çıların fikrincə, "bu məscidlərin mehrabları önündə günbəzli salonun - məqsurənin
olması səlcuq dövrünün monumental dini tikintiləri üçün səciyyəvidir". Monumental
biçimlərlə iĢləndiyindən bizim dövrümüzə daha çox bu məqsurələr gəlib çatmıĢdır.
Ona görə səlcuq dövrü məscidləri elmi ədəbiyyatda həm də "səlcuq köĢkü", "səlcuq
məqsurəsi" adları ilə də tanınır. Bu məscid tipinin dövrün müsəlman dünyasının çox
yerinə, o cümlədən Azərbaycana yayılması bu çağ dini tikililərin plan-məkan və
konstruktiv həll baxımından, doğrudan da, köklü formalaĢma prosesi keçirməsini əks
etdirir.
Tədqiq edilən dövrdə Ģimallı-cənublu Azərbaycan ərazisinin böyük
Ģəhərlərində ucaldılan əzəmətli camelərlə yanaĢı, kiçik məhəllə (o cümlədən kənd)
məscidləri də vardı. Ərəb coğrafiyaĢünas səyyahları (Ġbn Havqəl, əl-Müqəddəsi) artıq X
əsrdə Azərbaycanın bir çox Ģəhərlərində (ġirvanda, Qəbələdə, ġəkidə, Varsanda.
Təbrizdə, Dərbənddə, Ərdəbildə, Səlmasda, Urmiyada və s.) tikilmiĢ "gözəl came
məscidlərin" adlarını çəkirlər. Bunlardan bu gün də yalnız bir neçəsi (Bakıda indi "Sınıq
qala" adı ilə məĢhur olan üstündəki ərəbdilli kitabəyə görə hicri 471(1078-79)-ci ildə
"əl-ustad ər-rəis Məhəmməd ibn Əbu Bəkr"in əmri ilə tikilmiĢ məs cid, klassik
memarlıq nümunəsi olan Ərdəbil came məscidi və s.) qalmıĢ, bəziləri ( məsələn,
Mərənd, Urmiya came məscidləri) sonrakı dövrlərdə yenidən qurulmuĢdur.
Tədqiqatlar göstərir ki, Səlcuq imperiyasının çox yerində olduğu kimi
Azərbaycanda da bu zaman monumental məscid tipi - came məscidi kvadrat biçimli
ibadət salonu günbəzlə örtülən vahid model əsasında tərtib edilmiĢdir. Bu modelin
bir qayda olaraq, bütöv saxlanılan güney divarında mehrab taxçası quraĢdırılırdı. Qalan
divarların hərəsində isə 2, ya 3 ədəd tağ gözləri açılırdı. Maraqlı burasıdır ki, bu dövrün
ümumi prinsiplərini əsas tutan azərbaycanlı sənətkarlar yaratdıqları abidələrdə yerli
376
özünəməxsusluğu da tətbiq etmiĢ, bənzərsiz sənət əsərləri yarada bilmiĢdilər.
XI-XII əsrlərdə Azərbaycan memarları Ģəhərsalmanın inkiĢafı ilə əlaqədar öz
gözəlliyi ilə seçilən saraylar, qəsrlər, karvansaralar, körpülər, eləcə də qalalar, türbələr
və b. tikililər ucaldırdılar.
Siyasi vəziyyətin qəlizliyi bu dövrdə mövcud müdafiə qurğularını daha da
möhkəmlətmək, yeni qala və qəsrlər tikmək zərurətini meydana çıxarmıĢdı. Mənbələr
bu dövrün öz alınmazlığı ilə ad çıxarmıĢ bir çox məĢhur qalasının adını qoruyub
saxlamıĢdır. Onların yalnız bir neçəsi zamanın sınağından çıxaraq, bu günümüzə yetiĢə
bilmiĢlər. XIII yüzilin əvvəllərində Azərbaycanda olmuĢ ərəb alimi Yaqut əl-
Həməvi onuıı "çoxlu qalaları"nı xüsusi qeyd edir. Bunlardan məĢhur AbĢeron
qalalarını, Naxçıvanın Əlincə, Təbrizin Dizmar, Ruyindiz (Ruindej), Xalxalın Firuzabad
və b. qalalarını göstərmək olar.
Tədqiqatlar dövrün müdafiə qurğularını qala divarlarından və qalalardan
(qəsrlərdən) ibarət iki qrupa bölməyə imkan verir.
ġəhərlərin qala divarları adətən Azərbaycanın bu və ya digər orta əsr
memarlıq məktəbin in xüsusiyyətlərini əks etdirməklə yanaĢı, onların ümumi memarlıq
görkəminə uyğunlaĢdırılırdı. ġamaxının, Bakının, Gəncənin, Təbrizin divarları buna
misal ola bilər.
Müdafiə qurğularının ikinci qrupunu təĢkil edən qala-qəsrlərin ən mühümləri
AbĢeron yarımadasında inĢa edilmiĢdi. "AbĢeron qəsrləri" adlanan bu kompleksə yerli
hakimin, yaxud qoĢun baĢçısının sarayı, məscid və qısamüddətli sığınacaq üçün
nəzərdə tutulmuĢ qala daxil idi. Bu qəsrlərin ən qədimi, üstündəki daĢ kitabəyə görə,
1187-ci ildə tikilmiĢ kvadrat planlı Mərdəkan qəsridir. Ondan bir qədər aralıda ucalan
dairəvi baĢ bürclü Mərdəkan qalası isə üstündəki yazıya görə 1204-cü ildə ġirvanĢah
GərĢəsbin dövründə tikilmiĢdir.
Miqyas və memarlıq həllinə görə ərazisində olduğu kəndin əhəmiyyətini əks
etdirən hər bir qəsr qonĢu kənd qalaları ilə sıx əlaqədə fəaliyyət göstərmiĢdir.
AbĢeron abidələri içərisində ən möhtəĢəmi tikilmə tarixi haqqında bu gün
də mübahisələrin kəsilmədiyi Bakı Qız qalasıdır. Alimlər onun yaĢını ġu mer
dövründən tutmuĢ e. XII yüzilinədək mü xtəlif dövrlərə aid edirlər. Qız qalasın ın
funksiyası barədə də biri digərinə zidd rəylər irəli sürülür. Bununla belə,
tədqiqatçıların əsas və səlahiyyətli qrupu bu qalanın müdafiə məqsədi daĢıdığını,
onda bu məqsədlə tikilmiĢ qüllətip li qalaların səciyyəvi cəhətləri (divarların ço x
qalın - aĢağıda 5 m, yu xarıda 4 m olması, birinci və ikinci mərtəbə arasında
pilləkən quraĢdırılması, divarın içində, ağ zı üçüncü mərtəbəyə açılan su quyusunun
qazılması, gövdəsinə bitiĢik bürclü qala d ivarın ın getməsi, iç məkan quruluĢu
baxımından AbĢeron qəsrlərin in dairəvi qüllələri ilə bir olması və s.) olduğunu
təsdiq edir.
Qız qalası qaya üzərində tikilmiĢdir. Ucalığ ı (30 m) və xarici görkəmi ilə
Azərbaycanın müdafiə qüllələri içərisində bənzəri olmayan bu qalanın, yuxarıda
qeyd etdiyimiz kimi, ilkin tarixi və tikilmə məqsədi dəqiq müəyyənləĢdirilməsə də,
377
onun XII yüzildən Bakın ın müdafiə siste minə da xil olduğu və ġirvanĢahların ən
möhkəm qalalarından biri o lduğu Ģübhəsizdir.
Azərbaycan memarlığ ının XI-XII əsrlərdə sürətlə in kiĢaf edib, b içimləĢən
memarlıq tip lərindən ən bitkini qülləvari türbələrd ir. Dünya memarlığında insan
xatirəsin i monu mental abidə lərdə əbədiləĢdirməyin ən uğurlu örnəklərindən olan
bu xatirə tikililərinin A zərbaycan ərazisində ən qədimlərindən biri 1148-ci ildə
Marağa Ģəhərində tikilmiĢ qülləvari Qırmızı günbəz türbəsidir. Bu dəyərli
memarlıq abidəsi ikiqatlı olub, həm sərdabə, həm də üst qülləsi planda kvadrat
biçimlidir. A zərbaycan memarlıq bəzəyində kaĢı iĢlədilməsin in ilk bəlli örnəyi bu
türbədədir. Firuzəy i rəngli kaĢılı kərp iclər baĢ fasadın naxıĢ ko mpozisiyasını xey li
zənginləĢdirmiĢdir.
Təkcə Azərbaycanın deyil, islam ölkələrin in ən uca və incə kompozisiyalı
türbələrindən biri dövrün məĢhur memarı Əcəmi Əbubəkr oğlu Naxçıvanin in
1186-c ı ildə Na xç ıvan Ģəhərinin qərb hissəsində ucaltdığı, indi də öz gözəlliyi və
əzəməti ilə nəzəri cəlb edən, elin yaddaĢında "Atabəy günbəzi" adı ilə qalan
Möminə xatun türbəsidir. A zərbaycanın qülləvari türbələri içərisində bəlkə də ən
gözəli olan bu türbə özünün iri ö lçüləri, monumental biçimləri, dinamik silueti ilə
böyük bir memarlıq kompleksinin dominantı idi. BiĢmiĢ kərpicdən hörülmüĢ abidə
zəngin naxıĢlarla bəzənmiĢ xırda kərpiclərlə üzlənmiĢdir. Bu türbənin prizma Ģəkilli
binası ilə onun çadır örtüyü arasındakı məkan, fiqurlu hörgü Ģəklində yerinə yetirilmiĢ
yazı vasitəsilə həll edilmiĢdir. Məqbərənin yeraltı hissəsində formaca onguĢəli olan,
bədii baxımdan zəngin tərtibata malik sərdabə vardır.
XIX əsrə aid rəsm əsərlərindən və fotoĢəkillərindən belə görünür ki,
Möminə xatun məqbərəsinin yanında hazırda mövcud olmayan əzəmətli tikililər, o
cümlədən came məscidi yerləĢmiĢdi.
Həmin dövrün məĢhur tikililərindən biri də memar Əcəminin hələ 1162-ci
ildə "Ģeyxlər baĢçısı" Yusif Küseyir oğlu üçün tikdiyi türbədir. Bu türbənin həm əsas
tikintisi, həm də bəzək hörgüsü bir materialla - keyfiyyətli biĢmiĢ (qırmızı) kərpiclə
iĢlənmiĢdir. Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Yer
altında salınmıĢ sərdabə səkkizüzlü plana uyğun ortası yastı olan günbəzlə ö rtülmüĢdür.
Məqbərənin bucaqlarındakı həndəsi bəzəklər köndələninə düzülmüĢ kərpiclər əsasında
əmələ gətirilmiĢdir. Usta, rəngli material əlavə etmədən iĢıq və kölgənin maksimal
bədii effektinə nail olmağa çalıĢ mıĢdır.
Dini və xatirə memarlığında böyük uğurlarla yanaĢı, XI-XII yüzillər mülki
binaların tikintisində də irəliləyiĢlər vardı. Belə tikililərin tip zənginliyi dövrün
qaynaqlarında memarlıq tikinti fəaliyyəti ilə bağlı məlu matdan, bina adlarından məlum
olur. Bunlardan müxtəlif saray və köĢkləri, dövlət binalarını, Ģəfaxanaları, o cüm-
lədən dövrün abidələri içərisində aydın tipoloji bütövlüyü ilə seçilən və xüsusi qrupda
birləĢən körpüləri qeyd etmək olar.
Mürəkkəb relyefli yer quruluĢu, ərazisində çayların sıx Ģəbəkəsi
Azərbaycanda çoxlu körpülər tikilməsinin ilkin amilləridir. Bu körpülər ölkədaxili
378
əlaqələri çətinləĢdirən maneələri azaltmaqla yanaĢı, beynəlxalq ana ticarət yollarında
da rahat gediĢ-gəliĢi təmin etmək məqsədilə salınmıĢdı. Onlardan dövrümüzədək az-çox
salamat qalmıĢları həmin tarixi dövrün cəsarətli tikinti texnikası nümunələri kimi d iqqəti
cəlb edirlər. Körpülər həm strukturuna, həm də ölçülərinə görə böyük rəngarəngliyi
ilə fərqlənir. Bu, ilk növbədə, onların təyinat xarakteri və salındıqları yerlərə
uyğunlaĢdırılması xüsusiyyətləri ilə izah oluna bilər.
Araz çayı üzərində salınan körpülərdən ən məĢhuru on bir və on beĢ aĢırımlı
Xudafərin körpüləridir. Ġri çaydaĢılarından tikilmiĢ on beĢ aĢırımlı körpü inĢaat
mədəniyyətinin yüksək səviyyəsini nümayiĢ etdirir. Onun tikilməsi zamanı Azərbaycan
inĢaat texnikasına xas olan üsullar nəzərə alınmıĢdır. Körpü dayaqlarının çayın yatağındakı
daĢlar üzərində yerləĢməsi onu təbiətlə üzvi Ģəkildə bağlamıĢdır. Bu üsul memarlıq
probleminin həllini müəyyən etmiĢdir. Körpünün tağvari aĢırımları mü xtəlif ölçülərə
malikdir.
Körpünün hərtərəfli tədqiqi onun dəfələrlə təmir edildiyini təsdiq edir. Alimlərin
fikrincə, bu körpünün zəmanəmizədək hifz olunmuĢ görkəmi XIII əsrə aiddir. Lakin
yazılı mənbələr Araz çayı üzərindəki on beĢ aĢırımlı Xudafərin körpüsünün VII əsrdə
tikildiyin i göstərir.
On bir aĢırımlı körpüdə də təbii Ģəraitlə uzlaĢdırmanın səciyyəvi üsulu təkrar
olunur. Bu körpünün də dayaqları çayın yatağındakı qayalıqlara söykənmiĢdir. Ġri daĢ
lövhələrdən tikilmiĢ körpünün tağları kamanĢəkilli və ölçü baxımından müxtəlifdir.
Azərbaycanda ilkin quruluĢunu saxlamıĢ yeganə çoxaĢırımlı körpü Qazax
elindəki Qırmızı körpüdür. XII əsrin yadigarı olan bu möhtəĢəm abidə el arasında "Sınıq
körpü" adı ilə tanınır. Körpünün uzunluğu 175 metrə yaxın olsa da, cəmi dörd aĢırımlıdır.
Belə aĢırım azlığının bir səbəbi körpünün sahil bölümlərinin içərisində geniĢ
yerləĢgələrin qurulması, o biri səbəbi isə, görünür, çay yatağının geoloji quruluĢu ilə bağlı
olaraq tağ aĢırımlarından ikisinin xeyli böyüklüyüdür.
Körpünün keçid hissəsində eni 4,3 metr, sahildə isə 12,4 metrdir. Ġri dalğakəsici
çay daĢları və sahil dayaqları müxtəlifĢəkilli kamanvari tağlarla birləĢdirilmiĢdir. Sahil
bölümlərinin içərisində iri karvansaraların olması körpünün ticarət-karvan yolunda böyük
əhəmiyyət daĢıdığını göstərir.
Araz çayı vadisindəki qədim məskənlərdən birinin yerində yaranmıĢ orta əsr
Cuğa Ģəhəri dar çay dərəsində, müasir Culfa Ģəhərinin yaxınlığında yerləĢirdi. Bu Ģəhərin
yanında Arazın üstündə karvan yolu istiqamətində salınan eyni adlı körpü Cuğanı iri ticarət
qovĢağına çevirmiĢdi. Vaxtilə orta əsr müəlliflərinin "dünya körpülərinin ən gözəli"
adlandırdıqları Cuğa körpüsündən bugünkü günümüzdə ancaq onun dayaqları qalmıĢdır.
Lakin bu viranə qalıqlar da körpünün bir vaxtkı əzəmətindən, onun inĢaat
texn ikasın ın yüksəkliyindən soraq verir.
Gəncəçay üzərindən atılmıĢ üç ço xaĢırımlı körpünün də indiyə ancaq
dayaqları və kiçik fraq mentləri qalmıĢdır. XI-XII yüzilin abidələri olan bu körpülər
orta əsr Azərbaycanının nadir mühəndis qurğuları hesab edilir. Kö rpülərdən ikisi
Ģəhər qalasının - Ģəhristanın hissələri arasında, çay axarın ın aĢağısında olanı isə
379
bayır Ģəhərin iki sahili arasında gediĢ-gəliĢi təmin edirmiĢ. Körpülərin dövrü müzə
gəlib çıxmıĢ qalıq ları, eləcə də XIX əsrdə çəkilmiĢ bir əski fotoĢəkil (fotoda
körpünün beĢ tağı əks olunmuĢdur, araĢdırıcılar isə onun doqquzaĢırımlı olduğunu
sübut edirlər) onların Azərbaycan körpü memarlığın ın monumental əsərlərindən
olduqların ı təsdiq edir.
Tədqiqat və araĢdırmalar XI-XIII yüzillərin əvvəlləri dövrünü Azərbaycan
memarlığ ı tarixində dönüĢ mərhələsi sayır. Bu dövrün geniĢ tikinti iĢləri
Azərbaycan memarlığını yeni b ina tip ləri (qülləvari türbə, mədrəsə), konstruktiv
fəndlər (ikiqatlı günbəzlər, mərkəzi dayaqlı tağ örtüyü), memarlıq elementləri
(dairəvi minarə, ikimina rəli baĢtağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament,
Ģirli kərp ic, b loklarla ü zləmə) və s. ilə zəngin ləĢdirdi. Bu zaman ölkənin əsas bədii-
mədəni dairələrin in lokallaĢması prosesi baĢa çatır, memarlıq mərkəzləri
müəyyənləĢir, eləcə də Azərbaycanda memarlıq yaradıcılığı üçün ümu mi o lan
vahid üslub sistemi qərarlaĢır.
§ 3. DEKORATĠV-TƏTBĠQĠ SƏNƏT
XI-XII əsrlə r ərzində Azərbaycan xalq ı bir ço x yüksək səviyyəli bədii
sənətkarlıq nümunələri: saxĢı, kaĢı, zərgərlik, xalça, parça və s. yaratmıĢdır ki,
bunların bir ço xları hazırda dünya muzey lərində nümayiĢ etdirilir. AparılmıĢ elmi
araĢdırmalar göstərir ki, bu dövrdə Azərbaycan dekorativ-tətbiqi sənət növləri
arasında bədii keramika aparıcı yer tuturdu. Müəyyən olunmuĢdur ki, monqollara
qədərki dövrdə Azərbaycanda bir neçə dulusçuluq mərkəzi vardı. Həmin
mərkəzlərdə məiĢətdə iĢlənilən dulusçuluq məmulatı, həm də binaların üzlən məsi
üçün zəruri olan inĢaat materialları hazırlanırd ı.
Beyləqan, ġamaxı, Qəbələ, Gəncə, Bakı, Naxçıvan, ġabran, ġəmkir, Təbriz,
Marağa Ģəhərləri bu dövrün daha çox tanınmıĢ keramika istehsalı mərkəzləri idi.
Beyləqan Ģəhəri Azərbaycanın ən iri keramik istehsalı mərkəzlərindən olmuĢdur.
1953-1968-ci illər ərzində bu Ģəhərin ərazisində aparılmıĢ arxeoloji qazıntılar
nəticəsində geniĢ və maraqlı material aĢkara çıxarılmıĢdır: tədqiqatçılar çoxsaylı, əla
keyfiyyətli, bəzəyi ilə seçilən, müxtəlif for malı dulusçuluq əĢyaları əldə etmiĢlər.
Burada dulusçuluq sobalarının, qəliblərin, möhürlərin hifz olunması xüsusilə mühüm
cəhətdir. Orta əsr ustalarının adları həkk edilmiĢ bəzi əĢyaların tapılması Beyləqan
dulusçuluq məmulatının dəyərini artırır.
Bu dövrdə Azərbaycanda hazırlanmıĢ keramika məmulatı maye tutumlu və
tutumsuz qruplara bölünə bilər. Maye tutumlu keramika məmulatı naxıĢlarının zənginliyi
380
ilə diqqəti cəlb edir. Həmin məmulata iki görkəmdə (Ģirli və Ģirsiz) təsadüf olunur.
ġirlənmiĢ maye tutumlu məmulat Azərbaycan bədii keramikasının yüksək texniki
nailiyyəti idi. Keramika məmulatının ağ və yaxud sarımtıl Ģirlə boyanması əĢyanın
bəzədilməsi üçün xüsusilə əlveriĢli Ģərait yaradırdı. Bəzək mü xtəlif texniki üsullarla
tətbiq edilirdi. Həkketmə, möhür, kəsmə, qabarıq yapmalar, təsvirləmə daha səciyyəvi
və çoxiĢlənən texniki üsullar o lmuĢdur.
Keramika məmulatının bəzədilməsi naxıĢ formalarının və motivlərinin yüksək
bədiiliyi ilə də fərqlənirdi. NaxıĢ kompozisiyaları, bəzəklərin ayrı-ayrı motivləri
keramika əĢyalarının məzmununu həmiĢə aydınlaĢdırır, əĢyaların məiĢət təyinatının yadda
saxlanılmasına yardım edirdi. Azərbaycanda hazırlanmıĢ məmulatın bəzədilməsindəki
naxıĢ üslubu parlaq Ģəkildə ifadə olunurdu və zəmanənin ümumi mədəni həyatı ilə üzvi
əlaqə Ģəraitində inkiĢaf edirdi. Dekorativ-tətbiqi incəsənətin digər növlərində olduğu kimi,
dulusçu ustaların məmulatı bəzəmək iĢində də baĢlıca yardımçı zəmin təbiət, mühit idi.
Ətrafda təsadüf olunan hər Ģey (bitki, heyvan, quĢ, müxtəlif məiĢət əĢyaları, memarlığa
xas olan cəhətlər və s.) bu dövrün keramika məmulatının bəzəyində öz əksini tapırdı.
Keramika ustaları hazırladıqları məmulatın üzərində naxıĢlı motivlərdən baĢqa
böyük zövq və məharətlə müxtəlif süjetli təsvirlər də çəkirdilər. MəiĢət üçün zəruri
olan, maye tutumlu keramika xüsusilə gözəl bəzədilirdi. Keramika məmulatının bu
növünün bəzəyində spiralĢəkilli nəbati naxıĢlar mühüm yer tuturdu.
Əsasən nəbati təsvirlərdən ibarət o lan naxıĢ ko mpozisiyaları (məsələn,
Beyləqan keramikasında təsadüf edilən) aĢağıdakı prinsip üzrə quru lurdu: öncə
keramika məmulatının üzəri bir-birinə hörülmüĢ enli, lentĢəkilli iplərlə (əsasən
yaĢıl rəngli) örtülürdü. Bu iplər bəzədilməsi nəzərdə tutulan məmulatı hissələrə
ayırırdı. Bundan sonra usta zərgər dəqiqliyi ilə ip lərlə örtülmüĢ səthin boĢ qalmıĢ
hissələrini nəbati səciyyəli, mü xtəlif spiralvari təsvirlərlə bəzəyirdi. Nəticədə
ikiplan lı naxıĢ ko mpozisiyaları alın ırdı. Məmu latın ü zərindəki Ģirin yenidən emalı
yeni rəng çaları yaradır və ikiplanlı naxıĢ ko mpo zisiyasının alın ması təsəvvürü
meydana gəlird i. XI-XIl əsrlərdə nəbati naxıĢların iĢlən məsi üsulu da dəyiĢdi. Əgər
erkən dövrlərin keramika məmu latı ensiz rəs mlərlə seçilirdisə, bu dövrdə nəbati
naxıĢlar bir qədər geniĢ, iri idi. Erkən tarixi dövrün keramika məmu latın ın
üzərindəki rəs mlər təsvir zaman ı alın mıĢ ləkələrin parlaq rəngarəngliyi ilə az
uzlaĢırdı. XI-XII əsrlərdə isə rəsmlər məmu latın boyanması ilə daha çox əlaqədar
idi.
Heyvan, quĢ və insan təsvirləri bu dövrün Azərbaycan keramikasın ın
bəzəyində geniĢ Ģəkildə təmsil olun muĢdur. Lakin heyvan və quĢ təsvirlərinə daha
çox təsadüf edilir, həmin təsvirlər gerçəkliyə daha yaxın formada v erilirdi.
Keramika məmu latı ü zərində insan təsvirləri nisbətən az id i. Ġnsan təsviri adətən
fincanların və boĢqabların dib ində, iri planda, nəbati naxıĢlar içərisində verilirdi.
At, dəvə, dovĢan, ceyran, maral, Ģir, bəbir təsvirlərindən keramika məmu latın ın
bəzədilməsində daha çox istifadə olunurdu.
Süjetli rəsmlərlə bəzədilmiĢ məmu lat XI-XII əsrlərin Azərbaycan
381
keramika sənətinin maraqlı qrupunu təĢkil edir. Bu dövrdə ustaların müraciət
etdikləri mövzu dairəsi ço x da geniĢ deyildi: əsasən ov səhnələri, Firdovsinin və
Nizamin in əsərlərindən əxz olun muĢ fraqmentlər təsvir edilirdi. 1954-cü ildə
Örənqala (Beyləqan) Ģəhərgahından tapılmıĢ, XII əsrə aid o lunan boĢqablardan
birinin üzərində ova çıxmıĢ atlı təsvir edilmiĢdir. Rəs m boĢqabın təxminən bütün
sahəsini əhatə edir. Atlı zəngin ov ləvazimatına malikdir. Ova çıxmıĢ Ģəxs yaĢıl
paltardadır, nazik qurĢaq taxmıĢdır. Atlın ın baĢında qızılı-sarı rəngli, ĢiĢuclu tac
vardır. Tacın yu xarı kənarları da xildən bənövĢəyi nöqtələrdən ibarət olan dairələ rlə
əhatə edilmiĢdir. Bu motiv paltarın bəzək motivi ilə u zlaĢır.
Atın üzərində oturmuĢ, əhliləĢdirilmiĢ gepardın (xallı pələngin) təsviri də
keramika məmu latın ın bəzəyin in diqqəti cəlb edən cəhətlərindəndir. Qeyd olunmuĢ
ayrı-ayrı cəhətlər təsdiq edir ki, boĢqabın içində ali mövqeyə malik olmuĢ Ģəxs (bəlkə
də Səlcuq sülaləsi nümayəndələrindən biri) təsvir olunmuĢdur.
1984-cü ilin arxeoloji qazıntıları zamanı ġamaxı Ģəhərinin orta əsrlərə aid olan
hissəsində, sənətkarlıq məhəlləsində XII əsrdə hazırlanmıĢ maye tutumlu keramika
məmulatının nadir fraqmenti tapılmıĢdır. ġirvanlı döyüĢçünü təsvir edən bu məmulat
yüksək sənətkarlıq nümunəsidir.
"Beyləqanlı Nəsirin əməli" yazısı olan fincanın qırığı üzərindəki rəsm də
diqqəti cəlb edir. Bu fraqmentdə kəsmə (oyma) üsulu ilə iri miqyasda cövkan oynayan
süvari təsvir edilmiĢdir. Atlının sifəti hifz olunmamıĢdır. Əsilzadə süvarinin təsvir
olunduğu fincanla müqayisədə bu fincan üzərindəki rəsm realizmi ilə fərqlənir. Həm
süvarinin, həm də atın təsviri zamanı realizmə daha çox əməl edilmiĢdir.
Azərbaycanm məiĢət keramikasında geniĢ surətdə təmsil olunmuĢ təsvir
motivləri bütövlükdə onu ölkənin orta əsr dekorativ incəsənətinin inkiĢaf etmiĢ sahəsi
kimi səciyyələndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanla qonĢu olan ölkələrin heç
birinin keramika sənətində rəsmlərin (xüsusilə süjetli təsvirlərin) bu cür geniĢ liyinə,
rəngarəngliyinə təsadüf edilməmiĢdir. Azərbaycan ustalarının bədii keramika üzərindəki
rəsmlərinin üslub xüsusiyyətləri onların daha erkən dövrlərin mövzu və üsullarından
faydalandıqlarını sübut edir. Məsələn, usta Nəsirin hazırladığı fincan quruluĢ baxımından
Ģah ġapurun vəhĢi heyvanları ovlaması təsvirini saxlamıĢ gümüĢ Sasani boĢqabına çox
yaxındır. Lakin Sasani dövrünün bədii metaliĢləmə əsərlərindəki mövzudan istifadə
etmiĢ yerli dulusçu ustalar əski ənənəni təkrarlamamıĢ, onu yerli incəsənət ruhunda
iĢləmiĢ, ona yeni məzmun vermiĢlər.
Bu dövrdə Azərbaycanın cənubunda da bədii keramikanın maraqlı
nümunələri öz gözəlliyi və zənginliyi ilə fərqlənir. QuĢ təsvirləri burada tapılmıĢ
məmulatın üzərindəki rəsmlərdə üstünlük təĢkil ed ir.
Londondakı Viktoriya və Albert muzeyində saxlanan qartal təsvirli boĢqab XI
əsrə aid olunan Ağkənd keramikasının gözəl nümunəsidir. Bu məmulatın təbii
dairəsində qartalın gerb formasında miqyaslı təsviri vardır. Qartalın geniĢ sinəsi və böyük,
qüvvətli qanadları var. Həmin təsvirin xarici hissəsi dairənin daxili konturu ilə
təmasdadır. Belə təsəvvür yaranır ki, təsvir olunmuĢ qartalın bütün gücü məmulatın
382
çərçivəsini geniĢləndirmək üçün cəmləĢ miĢdir.
Bu dövrdə ustaların yaradıcılıq təxəyyülü nəinki keramika məmulatının
hazırlan ması və bəzənməsi sahəsində, habelə daĢın bədii cəhətdən emalında da
gerçəkləĢdirilirdi. Gö zəl daĢ ehtiyatlarına malik olan ġirvanın, xüsusilə AbĢeronun
ustaları bədii oymanın daha maraqlı əsərlərini iĢləmiĢlər. ġirvan, AbĢeron daĢı çox
asanlıqla emala məruz qalır. AbĢeron yarımadasında XI-XII əsrlərə aid olan xeyli
maraqlı bədii oyma sənəti nümunələri hifz edilmiĢdir. Bakı Ģəhərinin sahil hissəsində
yerləĢən Məhəmməd məscidinin minarəsi (1078-1079-cu illər), XI-XII əsrlərə aid
edilən bir sıra qəbirüstü daĢlar və sənduqələr bu cür abidələrdəndir.
Məhəmməd məscidinin minarəsi Bakının ən erkən səcdəgahlarındandır. Bu
abidənin təsvirləri daĢ üzlüklər üzərində həkk olunmuĢdur. Həmin daĢlar müəzzin
üçün nəzərdə tutulmuĢ kiçik eyvanı ("Ģərəfə"ni) əhatə edir. Bu təsvirlər təkrar
olunan çoxbucaqlı fiqurlardan, altıbucaqlı ulduzlardan və bir-birindən eyni məsafədə
yerləĢən motivlərdən ibarətdir. Minarənin ciddi həndəsi oyma naxıĢları Qurandan əxz
olunmuĢ kufi yazısı ilə canlanır, həmin yazı stalaktit karnizin altında yerləĢdirilmiĢdir.
Bu cür naxıĢlı rəsmlərdən XI-XII əsrlərin Bakı qəbirüstü abidələrinin
tərtibində çox istifadə edilmiĢdir. Həmin abidələr ġirvanĢahların Bakıdakı saray
kompleksinin muzeyində və Gürcüs tanın dövlət muzeyinin Armazisxevidəki Msxet
filialında saxlanmaqdadır. Qəbirüstü abidələr çox za man bədii təsvirli nəbati rəsmlərlə,
habelə rəmz və emble m səciyyəli naxıĢlarla zənginləĢdirilirdi.
Azərbaycan ərazisində dəmirin, misin, gü müĢün, qızılın və digər metalların
olması bu yüzillərdə dekorativ-tətbiqi incəsənətin daha bir növünün - metalın bədii
emalının geniĢ Ģəkildə yayılmasına Ģərait yaratmıĢdı. Bu dövrün metal məmulatı
nümunələri kifayət qədərdir, muzey kolleksiyalarında və xarici ölkələrdəki Ģəxsi kol-
leksiyalarda mühafizə olunmaqdadır. Bunlar əsasən məiĢət əĢyalarıdır (boĢqab, qazan,
küp, çıraq, habelə inək, quĢ, sinkretik quruluĢlu mü xtəlif əĢyalar), dekorativ
əhəmiyyətə də malikdir. Azərbaycan bədii metal sənəti nümunələri arasında ġirvanda
hazırlanmıĢ fiqurlu bürünc məmulatı böyük elmi dəyərə malikdir. Nəzərdən
keçirilən dövrün, Azərbaycan bürünc plastikasının elmi dəyəri ondan ibarətdir ki,
həmin nümunələrin olması ilə islam dövründə müsəlman ġərqində fiqurlu qabların
olduğunu inkar edən tədqiqatçıların müddəaları təkzib o lunur, əks müddəanın
gerçəkliyi isbat edilir.
MəiĢət əhəmiyyətinə malik olmuĢ Azərbaycan bürünc plastikası
nümunələri arasında aparıcı mövqe sənətĢünaslıq elmində geniĢ surətdə
məĢhurlaĢmıĢ, Sankt-Peterburqdakı Dövlət Ermitajın ın kolleksiyasında saxlanan,
XIII yüzilin əvvəlində (1206) ġirvanda hazırlan mıĢ bürünc lüləyinə məxsusdur.
Açıq rəngli bürüncdən hazırlan mıĢ bu lüləyin, quruluĢ baxımından bir-biri ilə sıx
Ģəkildə bağlı olan üç ünsürdən ibarətdir: inək, inəyi əmən buzov və dolçanın
dəstəyi funksiyasını daĢıyan kiçik Ģir fiquru məmu latın həmin üç ünsürüdür.
QuruluĢun mərkəzi fiqurunu təĢkil edən inək sakit dayanmıĢ, baĢını qaldırmıĢ
vəziyyətdədir. Ġnəyin zınqırovlu boğazlığ ı vardır. Ġnəyin ağzında lüləy indəki
383
mayenin boĢaldılması üçün deĢik açılmıĢdır. Ġnək fiquru ço x ümu miləĢdiril miĢ
tərzdə, incəliklər nəzərə alın madan hazırlan mıĢdır. Fiqurda, hətta gözlər də qeydə
alın mamıĢdır. Bu zov inəyi əmən vəziyyətdə təsvir edilmiĢdir. Ġnək və buzov
fiqurlarından fərqli o laraq, lü ləyinin dəstəyi funksiyasını daĢıyan Ģir fiquru daha
incəliklə hazırlan mıĢ, fiqurun gözləri, burnu və digər yerləri qeydə alın mıĢdır. Hər
üç fiqurun üzərin i bəzəyən naxıĢlar lü ləyin in diqqəti cəlb edən cəhətidir. Onun
üzərində insan, heyvan rəsmləri, nəbati təsvirlər vard ır. Həmin bəzəklər məmu -
latın bütün səthində mövcuddur. Bu təsvirlər quruluĢca ayrı-ayrı zo laqlarla,
medalyonlarla və mü xtəlif dekorativ ləkələrlə təmsil edilmiĢdir. Qismən həkk
olunmuĢ, müəyyən hissəsi isə minalan mıĢ ov, ziyafət, nərd oyunu səhnələri də çox
maraqlıdır. Bu rəs mlər əsas fiqurların ətraflarındadır. Rəs mlər hər bir tərəfdən
üçsıralı zolaq əmələ gətirən çərçivələrdə yerləĢdirilmiĢdir. Ġnəyin boğazında və
baĢında həkk olunmuĢ, lüləyin in bəzəkli görünməsinə xid mət edən yazılar
maraqlıdır. Yazıda qeyd edilir: "Bu, b irdəfəyə, Yaradan Tanrın ın kö məy ilə
hazırlan mıĢ inək, buzov və Ģird ir. Ruzbeh ibn Əfridun ibn Burzin in sifariĢidir.
Onun sahibi olan Ģaha - Burzin ibn Əfridun ibn - eĢq olsun. Rəssam Əli ibn
Məhəmməd ibn Abdullah Qasım düzəltmiĢdir; 603 -cü ilin məhərrəm ay ında"
(1206, VIII-IX aylar).
Azərbaycanın Milli Tarixi Muzeyinin kolleksiyasında saxlanılan, bəzək
baxımından bənzərsiz olan bürünc çıraq da ġirvanla bağlı məmulatdır. Bu çıraq 1944-cü
ildə Bakıda, ġirvanĢahlar sarayının ərazisində aparılmıĢ arxeoloji qazıntılar zamanı
tapılmıĢdır. Həmin çıraq ölçüsünə görə iri deyildir: uzunluğu 18 sm, hündürlüyü isə 8,5
sm-dir. Tə xminən çırağın bütün səthində yerləĢdirilmiĢ tökmə heykəlc iklə r xüsusilə
maraqlıdır. Həmin heykəlciklər mü xtəlif texniki tərzdə iĢlənmiĢdir. Burada yastı,
qabarıq və hətta dairəvi heykəlciklər arasında süvari, ata həmlə edən vəhĢi heyvan, iki
öküz baĢı, iri piĢik cinsindən olan on dörd yırtıcı heyvan baĢı, iki qabarıq insan sifəti
vardır. Bürünc çırağın üzərində təsadüf olunan təsvirlər yeni deyildir və bu dövrdə
Azərbaycan dekorativ-tətbiqi sənətinin digər növlərinin bəzəklərində də istifadə
edilirdi. Bu cür təsvirlərə "Bayıl daĢları"nda, Örənqalanın, qədim Gəncənin, Bakının
keramikasında da təsadüf olunur. Çıraq üzərindəki iki qabarıq öküz baĢı təsviri Bakı
qalasının Ģimal darvazası üzərində olan rəsmlərlə eynidir. Bu məqama xüsusi fikir
verməyə dəyər; belə ki, vaxtilə öküz totem hesab edilmiĢ, sonralar isə ĢirvanĢahların
gerbi kimi istifadə olun muĢdur.
Nəzərdən keçirilən dövrdə tuncdan hazırlanmıĢ fiqurlu məmu lat yalnız
ġirvanda geniĢ yayılmamıĢdı. Bu cür fiqurlara Azərbaycanın digər vilayətlərində də
təsadüf edilmiĢdir. Son onillər ərzində Qəbələ və Örənqala Ģəhərgahlarında aparılmıĢ
qazıntı iĢləri nəticəsində metalın bədii emalının bu növünə aid maraqlı materiallar
aĢkar edilmiĢdir. Örənqalada aparılmıĢ arxeoloji qazıntılar za manı bürünc heykəlcik
tapılmıĢdır. Bu tapıntı yenilik kimi qiymətləndirilə bilər. Bürünc heykəlcik insan
simasına malik olan əfsanəvi varlıq Ģəklindədir. Heykəlciyin baĢında üçdiĢli tac var.
Əfsanəvi varlığın badamvari iri gözləri, saç örtüyü bədii metal ustasının məharətinin
384
nəticəsi kimi diqqəti cəlb edir. Bu heykəlcik Xəzər dənizinin dibindən çıxarılmıĢ
"Bayıl daĢları" üzərində olan təsvirlərə bənzəyir. Bürünc məmulatının bəzəyinin
Azərbaycan incəsənətinin digər növlərinin bəzəyi ilə sıx əlaqəsi Luvrda (Fransa)
mühafizə olunan bürünc dolçada parlaq surətdə nəzərə çarpır. Bürünc dolça 1190-cı
ildə naxçıvanlı usta Osman Salman oğlu tərəfindən hazırlanmıĢdır. Bu bürünc qabın
naxıĢları Naxçıvandakı Möminə xatun məqbərəsinin (Atabəy günbəzinin) bəzəyilə
eynidir.
Bu dövrdə bədii metal məmulatı memarlıq abidələrinin tərtibatında da geniĢ
Ģəkildə istifadə edilirdi. Darvazalar, suyun axıdılması üçün iĢlədilən borular, qapılar,
məscid günbəzlərinin yüksək hissələri bürünc və mis elementlərlə zəngin surətdə
bəzədilirdi. Hazırda Gürcüstanın Gelati monastırında saxlanan Gəncə Ģəhər darvazasının
dəmir hissələrini bu sənətin parlaq nümunəsi kimi göstərmək olar. Darvazanın
möhkəmliyi qayğısına qalmıĢ usta onun xarici görkəmini də unutmamıĢdı. Metal
zolaqların yerləĢməsinin tamamilə ölçülüb-biçilməsi diqqəti xüsusilə cəlb edir. Kufi xətti
ilə həkk olunmuĢ yazı da orta çağlar üçün ənənəvi olan ixtisasın nəsildən-nəslə ötürülməsi
faktını təsdiq edir. Yazıda göstərilir ki, bu darvaza "dəmirçi Ġbrahim ibn Osman ibn
Anqaveyhin əməlidir". Darvazanın 455(1063)-ci ildə hazırlandığı qeyd olunmuĢdur.
Xalçaçılıq və bədii parçaların hazırlanması XI-XII əsrlərin Azərbaycan
dekorativ-tətbiqi incəsənətində mühüm yer tururdu. Mingəçevir, Gəncə, Beyləqan, Bakı
ərazilərində arxeoloji qazıntılar zamanı aĢkar olunmuĢ müxtəlif rəngli pambıq, yun
parçalar bunu sübut edir. Mövcud olan material ipəkdən hazırlanmıĢ bədii parçaların da
yüksək keyfiyyətliliyini göstərir. Ölçüsünə görə çox da böyük olmayan ipək parçanın
fraqmentini buna misal göstərmək olar. Həmin parça qalığı Nizami Gəncəvinin Gəncədəki
məzarının yerində aparılan arxeoloji qazıntılar zamanı tapılmıĢdır. Bu parça yüksək
keyfiyyətli ipək saplardan toxunmuĢdur. Parçanın üzərində məharətlə mürəkkəb həndəsi
naxıĢlar toxunulmuĢdur. Bu naxıĢlar mü xtəlif ço xbucaqlıların uzlaĢması nəticəsində
yaradılmıĢdır. NaxıĢlar XII-XIII əsrlərin Azərbaycan memarlıq abidələrinin bəzək
tərtibatına çox bənzəyir. Qeyd etmək maraqlıdır ki, parçanın bədii tərtibatı zamanı cəmi
üç rəngdən (qırmızı, yaĢıl, qızılı) istifadə olunmuĢdur. Bu rənglər parçanın açıq rəngli
səthində aydın Ģəkildə nəzərə çarpır.
XI-XII əsrlərə aid olunan Azərbaycan xalçaları və xalça mə mulatı dövrümüzə
gəlib çatmamıĢdır. Lakin xalçaların hazırlandığı yerlər, yüksək bədii dəyəri Azərbaycanda
olmuĢ tarixçilərin, coğrafiyaçıların və səyyahların (əl-Müqəddəsi, Yaqut əl-Həməvi və
b.) əsərlərində geniĢ iĢıqlandırılır. Onlar ipək saplardan toxunulmuĢ xovlu xalçaları
xüsusilə yüksək qiymətləndirmiĢlər. Zəngin naxıĢlara malik olmuĢ həmin xalçalar
dünyanın baĢqa ölkələrinə də ixrac edilirdi. Azərbaycan xalçaların ın ölkə
hüdudlarından kənarda geniĢ yayılmasını Qərb i Avropa rəssamların ın (Yan Deyk,
Hans Holbeyn, Hans Memlinq və b.) əsərlərində onların təsvirlənməsi də sübut
edir. "Kitabi-Dədə Qorqud" dastanında, Niza mi Gəncəvinin poetik əsərlə rində də
Azərbaycan xalçaları haqqında məlu mat vardır.
Azərbaycan
dekorativ-tətbiqi
sənətinin
nümunələrinin
nəzərdən
385
keçirilməsi, onların te xn iki keyfiyyətlərin in, dekorat iv üsulların ın xa rakteristikası
həmin sənət növlərinin bədii-üslub xüsusiyyətlərin i müqayisə etməyə, ü mu mi o lan
cəhətləri izləməyə imkan yaradır. Bu, həmin dövrdə vahid üslubun olduğunu sübut
edir; həmin üslub ümu mi ko mpo zisiya prinsiplərində, bədii tərtibat iĢin in ayrı-ay rı
incəliklərində, xalqın incəsənət əĢyaların ın ümu mi görkəmində özünün parlaq
ifadəsini tap mıĢdır.
Dostları ilə paylaş: |