§ 4. TƏBİƏT ELMLƏRİNİN ƏSASLARINI ƏLAQƏLİ
ÖYRƏTMƏYİN PSİXOLOJİ ƏHƏMİYYƏTİ
Hər bir fənn müəyyən sistemlə öyrədilir. Dərslikdə materialın
düzülüşündə də müəyyən sistem olur. Buna baxmayaraq, tədris
prosesində çox zaman bu və ya başqa bir çatışmazlıq hiss olunur.
Bəzən şagirdlərin yaxın fəndən hazırlıq səviyyəsi aşağı olduğundan
başqa fənn üzrə mövzu öyrədilərkən şagirdlərin biliyində səthilik hiss
olunur. Bu mövzunun yerini çox vaxt dəyişmək də mümkün olmur,
çünki didaktikanın əsas prinsiplərindəi biri olan «məlumdan məchula»
. qaydası pozulur. Məsələn, kimyadan «kovalent əlaqə», fizikadan
«vektorların toplanması və ayrılması» dərslikdə lap əvvəllərdə verilir,
ona görə də səthi öyrədilir. Lakin buna ayrı imkan da yoxdur. Çünki
bu məsələlər ona görə kursa lap əvvəldə daxil edilir ki, onların
əsasında bütün qalan mövzuların öyrədilməsi mümkün olsun. Belə
çətinliklər başqa fənlərdə də var. Materialın bütün fənlər üçün eyni
dərəcədə əlverişli hər düzülüşünü tərtib etmək mümkün olmur. Ona
görə də hər bir fəndə səthi öyrədilən, zəif mənimsənilən yerlərin
olması zəruri xarakter daşıyır.
Fənlərarası əlaqənin həyata keçirilməsi yaxşı təşkil ednldikdə bu
nöqsanları kursun sonuna qədər
__________________Milli Kitabxana__________________
17
aradan qaldırmaq mümkün olur. Bunun üçün hər bir fənn
müəllimi, yaxın fənnlərdən səthi öyrədilmiş yerlərə çatdıqda
şagirdlərin biliklərindəki kəsir cəhətləri yox etməyə çalışmalıdır.
Məsələn, kovalent əlaqə ilə şagirdlər kimya dərslərində tanış
olarkən, onların bu mövzunu yaxşı dərk etməsi üçün fiziki bilikləri
çatmır. Çünki fizikada atom və molekulların elektromaqnit xassəsi
haqqında məlumatı şagirdlər kovalent əlaqə mövzusunu keçəndən
çox sonra alırlar. Lakin fizikadan «Dünyanın müasir elmi mənzərəsi»
adlı ümumiləşdirici dərsdə şagirdlərin fiziki və kimyəvi bilikləri
əsasında bütün kimyəvi əlaqə növləri haqqında məlumat verildikdə
onlar kovalent əlaqəni çox yaxşı başa düşür. Bunun kimi də fizikadan
çox səthi öyrədilən «Vektorların toplanması və ayrılması» mövzusu,
riyaziyyatdan, çoxbucaqlı üçbucaqların həllini keçərkən dərinləşdirilə
və möhkəmləndirilə bilər. Bu zaman heç bir vaxt itkisinə də yol
verilməz.
Beləliklə, müxtəlif fənlərin ayrı-ayrı mövzuları, qeyd etdiyimiz
səbəblərə görə yaxşı mənimsənilmədikdə, fənlərarası əlaqədən
müvəffəqiyyətlə istifadə olunarsa, bu nöqsanlar asanlıqla aradan
qaldırılar. Başqa sözlə desək, burada fənlərarası əlaqə, mühüm bir
psixoloji funksiyanı, şagirdlərin öyrəndikləri materialı yaxşı başa
düşməsini təmin edir.
Fənlərarası əlaqə öyrənilən materialın yadda qalması kimi mühüm
bir psixoloji funksiyanın da yerinə - yetirilməsində böyük rol oynayır.
Fənlərarası əlaqənin öyrədilən materialın şagirdlərin yadında
qalmasına göstərdiyi təsir, bu əlaqə vasitəsilə qonşu fənlərin ayrı-ayrı
faktlarının ümumiləşdirilməsinin nəticəsidir. Orta məktəbdə öyrədilən
təbiət elmlərində şagirdlər, başlıca olaraq, materiyanın quruluşu və
onun müxtəlif hərəkət formalarını əhatə edən məsələləri öyrənirlər.
Ona görə də şagirdlər bütün tədris müddətində müxtəlif fənlərə aid
dərslərdə dəfələrlə eyni hadisələr və ya qanunlarla rastlaşırlar.
Verilmiş hadisə haqqında onlar öz biliklərini genişləndirərək, hər dəfə
bu hadisənin yeni bir əlamətini öyrənirlər. Beləliklə, bu hadisə
dəfələrlə yaddaşda təkrar olunur, əvvəllər əmələ gələn assosiasiyalar
möhkəmlənir və onun yeni əlamətlərinin məlum ol-
__________________Milli Kitabxana__________________
18
ması ilə əlaqədar olarəq ən yeni assosiasiyalar yaranır. Müəyyən bir
hadisəni şagirdlərə öyrədərkən, onun əsas əlamətlərini yadda
saxlamağı onlardan tələb etmək və bunun başqa fənlərdə öyrədilən
digər məsələlərdə lazım olacağını bildirmək lazımdır. Müəllim bu
yolla şagirdləri həmin hadisə haqqında başqa fənlərdən daha geniş
məlumat almaq üçün hazırlayın və şagirdlər, indi aldıqları məlumatın
tam olmadığını da yaxşı hiss edirlər. Bu da şagirdləri hadisənin yeni
əlamətlərini öyrənməyə yönəldir və uzunmüddətli yaddaşın
formalaşmasına səbəb olur.
Elmi-texniki tərəqqinin tələblərinə zəhmətkeşlərin mədəni-texniki
və təhsil səviyyəsinin durmadan artırılması məsələlərnnə, ixtisaslı
fəhlə və mütəxəssis kadrların hazırlığını yaxşılaşdırmağa uyğun
olaraq xalq təhsili sisteminin sonrakı inkişafını həyata keçirmək,
ümumi orta təhsili inkişaf etdirmək və təkmilləşdirmək» lazımdır.
Bu məsələnin müvəffəqiyyətlə həll edilməsində yeni təlim
metodlarından fəal istifadə edilməsi, şagirdlərin təfəkkürünün
xarakterinə təsir etməklə onlarda yeni düşünmə formaları yaradılması,
onlarda bilik almağa ehtiyac hissi tərbiyələndirilməsi əsas yer tutur.
Şagirdlər öyrəndikləri qanunlara istinad edərək rast gəldikləri
təbiət hadisələrini izah etməyi bacarırlarsa, köhnə bilikləri yeni
şəraitdə və yeni məqsədlər üçün tətbiq edə bilirlərsə, onlar özlərinə
gələcəkdə peşə seçməkdə də səhvə yol vermirlər, sevdikləri sahədə
işlədikdə nəinki yorulmur, hətta sanki istirahət edir və zövq alırlar.
Şagirdlərin tədris prosesində fəallığı, onların öyrənmək arzusunun
getdikcə artması da bununla əlaqədardır. Indiki dövrdə deklarativ
çağırış, umumi sözlərlə ifadə edilən nəsihətlər təsirsiz olur və
şagirdlərdə heç bir maraq yaratmır. Bunu bir neçə misalla konkret
şəkildə göstərək. Tutaq ki, müəllim fizikadan şagirdlərə öyrətdiklərini
təbiəti mühafizə etmək məsələlərilə əlaqələndirmək və keçdiyi
materialla əlaqədar olaraq müəyyən tərbiyəvi nəticə çıxarmaq istəyir.
Burada, «Təbiəti qorumaq hər bir vətənda-
__________________Milli Kitabxana__________________
19
şın müqəddəs borcudur» kimi ifadə hər dərsdə təkrar olunsa belə heç
bir iəticə verməyəcəkdir. Lakin fizika müəllimi öz mövzularını
asanlıqla bu problemlə əlaqələndirərək şagirdlərin diqqətini həmin
məsələyə cəlb edə bilər. Əgər o, Arximed qanununu öyrədirsə, yeri
gəldikcə qeyd edər ki, ördəklərin və bir sıra başqa qazların suda
üzməsi Arximed qanununa əsaslanır.
Onların orqanizminin istehsal etdiyi xüsusi yağlı maddə
lələklərini suda islanmağa qoymur. Nəticədə yumşaq tüklər
arasında qalan hava qabarcıqları heeabına Arximed itələmə qüvvəsi
artır və ona görə də onlar üzərkən batmır. Bu izahatdan sonra
müəllim
ədəbiyyatda dəfələrlə qeyd edilən bir faktı,
kapitalistölkələrində ördəklərin kütləvi şəkildə suda boğulduğunu
onların nəzərinə çatdırır və qeyd edir ki, bunun səbəbi, sənaye
tullantıları şəklində suya qarışan yuyucu maddədir. Onlar ördəyin
lələyindəki yağı təmizlədiyindən o asanlıqla islanır. Orada olan hava
qabarcıqları kənara çıxır. Arximed itələmə qüvvəsi azalır və ördək
bataraq suda boğulur. Birləşmiş qablar qanununu öyrədərkən
şagirdlərin nəzərinə çətdırmaq olar ki, yer altında gözə görünməyən
birləşmiş qablar onlarla kilometr məsafələrdə yaranır. Ona görə də
bataqlığı qurutduqda, hər şeydən əvvəl, ona yaxın olan meşələr və
quşüzümü plantasiyaları tələf olur. Bu nöqteyi-nəzərdən bəzi
bataqlıqları qurutmaq iqtisadi cəhətdən əlverişli deyil. Hazırda bizim
ölkədə 100-ə qədar bataqlıq dövlət tərəfindəi qorunur və bunların
qorunması iqlimin da əlverişli olmasında böyük rol oynayır.
Enerjinin saxlanması və çevrilməsi qanununu öyrətdikdə fizika
müəlliminin təbiəti mühafizə mövzusunda söhbət aparması üçün daha
çox imkanı var. Burada, hər şeydən əvvəl, oksigensiz enerji verən su
və atom elektrik stansiyalarının indiki dövrdə daha əlverişli
olmasından söhbət açmaq olar. İstilik elektrik stansiyaları havanı
zəhərləməklə yanaşı, onun tərkibindəki oksigenin miqdarını da
azaldır. Tökülən suyun enerjisindən və zəncirvari nüvə
reaksiyalarından istifadə etdikdə isə bütük canlı orqanizmlərin həya-
__________________Milli Kitabxana__________________
20
tı üçün zəruri olan buqiymətli qaza-oksigenə ehtiyac olmur. Məhz bu
səbəbə görə, onuncu beşillikdə ölkəmizin enerji tələbatının 40%-ni su
və atom elektrik stansiyaları ödəyəcəkdir.
Xalq təsərrüfatının bütün sahələrini elmi-texniki inqilabın baş
verdiyi indiki dövrdə enerjiyə olan tələbat misli görülməmiş bir
sürətlə artır. Planetimizin əsas enerji ehtiyatını özündə toplayan təbii
sərvətlər isə getdikcə azalır. Bunu bir sıra kapitalist ölkələrində baş
verən enerji böhranı təsdiq edir. Hazırda bir çox ölkələrdə mal-qara
peyinindən, kəpəkdən, dəniz yosunlarından, sənaye və kənd təsərrüfatı
tullantılarından və sairədən enerji almaq məqsədilə sənaye miqyasında
işləyən qurğular yaratmaq iqtisadi cəhətdən əlverişli hesab edilir.
1976-cı ildə Vaşinqtonda çağırılmış beynəlxalq konfransda quruda və
suda yeni enerji «məhsulları» yetişdirmək ətraf mühiti çirkləndirən
tullantılardan enerji verən xammal kimi istifadə etmək və bu məqsədlə
tərtib ediliiş layihələr geniş müzakirə edilmişdir. Mütəxəssislərin
fikrincə, hazırda ABŞ-ın təbii qazdan istifadə etməklə aldığı
enerjini, 56 mln. hektar okean fermasında yetişdirilmiş dəniz
yosunlarının köməyilə almaq olar. Bir sıra sənaye müəssisəlirində
əmələ gələn çirkli sulardan metan və etilen almaq mümkündür.
Maraqlıdır ki, həmin qazları mal peyinindən da almaq olur və bu
qazların çıxması- onun bir gübrə maddəsi kimi keyfiyyətini dəyişmir.
Insan və heyvan qalıqlarında?! enerji alan qurğular Çində-
Hindistanda və bir sıra başqa ölkələrdə çox illərdən bəridir
müvəffəqiyyətlə işləyir, lakin bu qurğuların kiçik olması onların
iqtisadi əhəmiyyətini xeyli azaldır. Böyük qurğular ancaq böyük
şəhərlərdə toplanan zibilləri emal etmək üçün tətbiq edilə bilər və
iqtisadi cəhətdən əlverişli olar. Çünki əks halda zibilin daşınması və
bir yerdə mərkəzləşdirilməsinə çəkilən xərc ondan alınan enerjinin
maya dəyərini qaldırır. Energetikanın bioloji mənbələrindən
müvəffəqiyyətlə istifadə edilməsi ətraf mühitin çirklənməsilə
mübarizədə də böyük rol oynayır.
Öyrədilən materialı elmin muasir inkişafı ənənələri ilə, günün
tələbləri ilə, onun öyrənilməsinin zəruri olduğunu sübut edən faktlarla
bağladıqda şa-
__________________Milli Kitabxana__________________
21
gird daha fəal olur, yorulmur, öz biliklərini daha da zənginləşdirməyə
çalışır. Şagirdin biliyi nə qədər tez yoxlanılsa və qiymətləndirilsə
onun öyrənməyə göstərdiyi səy də bir o qədər çox olar. Müəllimin öz
şərhində göstərdiyi həyəcan hissi, emosionallıq, fənnə təbiət
hadisələrinə münasibət də dərsə olan marağın artmasında xüsusi
mövqe tutur.
Müxtəlif canlı orqanizmlərin fizika qanunlarına müvafiq
hərəkətləri, onların həyat və fəaliyyəti, təmin edən fiziki hadisələrin
gedişi tədris prosesində mövzu ilə əlaqədar şəkildə açıldıqda həm
dərsin yaxşı mənimsənilməsinə, həm də yadda qalmasına səbəb olur.
Bioloji ədəbiyyatda çoxdan məlumdur ki, Afrikanın isti
səhralarında yaşayan xırda gəmiricilər susuz keçinə bilir. Onların
qidası da, adətən, tərkibində suyu yox dərəcəsində olan maddələrdir.
Bəs bərk istinin təsiri ilə onların bədənində gedən buxarlanma prosesi
nə üçün onları məhv etmir?
Fizikadan məlumdur ki, buxarlanma gedən yerdə həmişə soyuma
əmələ gəlir. Ona görə də hər bir orqanizm istiyə tab gətirmək üçün
mütləq tərləməli və bədənində olan suyun bir hissəsini buxarlanma
yolu ilə itirməlidir. Lakin bu gəmiricilərdə heç tər vəziləri də yoxdur.
Onlar su itirməmək üçün bərk isti vaxtları öz yuvalarında keçirir,
keçələr isə, hava soyuduqda fəaliyyətə başlayır. Buxarlanma ilə
itirdikləri suyu isə orqanizmdə baş verən oksidləşmə prosesləri
nəticəsində əldə edir. Beləliklə, onların su balansı başqa ərazilərdə
yaşayan canlılardan heç nə ilə fərqlənmir, yəni itirdikləri qədər də su
qazanır. Bu cəhətdən dəvənin həyatı daha maraqlıdır. Dəvə həmişə
çalışır ki, onun bədəninin temperaturu ətraf mühitin temperaturundan
yüksək olsun. Alimlərin fikrincə Dəvə ətraf mühitə nəzərən öz
temperaturunu 7 dər.-yə qədər qaldıra bilir. Buna görə də buxarlanma
yolu ilə su itirmir, istilikkeçirmə yolu ilə enerjisinin bir qismini ətrafa
verir. Gecələr hava soyuduqda o yenə buxarlanma yolu ilə su itirmir,
artıq enerjisini istiikkeçirmə və şüalanma ilə ətrafa verir. Bu üsuldan
Afrikada yaşayan bəzi vəhşi itlər də istifadə edir. Onlar öz ovlarını
bərk qaçmaqla yox, istiyə tab gətirə bilmək qabiliyyətlərinə görə ələ
keçirə bilir. Ken-
__________________Milli Kitabxana__________________
22
quru siçovulunun burun boşluğunda baş verən istilk mübadiləsində də
ancaq istilikkeçirmə prosesi iştirak edir, ona görə də bu siçovullar
bədənlərini soyutmaqla bərabər, buxarlanmanın qarşısını ala
bildiklərindən su itirmir. Çəkisi 25 kiloqrama qədər olan nandu quşu
da qaçış zamanı öz bədəninin temperaturunun artırmasına baxmayaraq
çox az su itirir. Ətraf mühitin temperaturu 43°S olduqda nandu 20 dəq
ərzində qaçmaqla öz temperaturunu 2,6°S qədər qaldırır. Beləliklə,
onun bədəninin temperaturu ətraf mühitinkindən bir qədər yuxarı
olduğundan istilik miqdarının bir qismini istilikkeçirmə və şüalanma
yolu ilə itirir, buxarlanma ilə səpələnən istilik miqdarı isə bu hesaba
azalır. Quş istirahət etdikdə onun temperatüru ətraf mühitinkindən bir
az aşağı olur. Ona görə də ətrafdan istilikkeçirmə yolu ilə quşun
bədəninə müəyyən miqdar istilik enerjisi daxil olur. Quş həmin əlavə
istiliyi metabolik istiliklə birlikdə buxarlanma yolu ilə ətrafa səpir.
Tərləməklə istilik itirən heyvanlarda bədənin səthindəki
temperatur daxili hissələrə nisbətən aşağı olur. Bu isə ətraf mühitdən
istilik axını üçün şərait yaradır, sərf edilən suyun miqdarını artırır.
Tükü seyrək və tamam tüksüz heyvanlar üçün tərləmə yolu ilə istilik
itkisi zəruri xarakter daşıyır, bu yolla onlar qızmar günəş altında öz
bədənlərini ifrat dərəcədə qızmaqdan qoruya bilir.
Canlı orqanizmlərin öz həyat və fəaliyyətlərini, fizika qanunlarına
uyğunlaşdırmasına aid sonsuz sayda faktlar göstərmək olar. Ayrı-ayrı
mövzuların bu cür faktlar əsasında, həyat prosesləri ilə
əlaqələndirilməsi dərsin keyfiyyətini yüksəltməklə yanaşı, təbiət
fənləri arasında sıx əlaqə olduğunu nümayiş etdirir, şagirdlərdə təbiət
hadisələri haqqında daha tam təsəvvür yaradır, onların təlim prosesinə
marağını 1 tədricən artırır. Belə dərs darıxdırıcı olmur. Şagird aldığı
biliklərin zəruriliyini, bu biliklərin tətbiq olunma imkanlarını bilir.
Biz, tam olmasa da, marağın bir sıra ən etibarlı mexanizmlərini
nəzərdən keçirdik. Bu mexanizmlərdən səmərəli istifadə şagirdləri
bilik və bacarıqlarının inkişafına və təkmilləşdirilməsinə böyük təsir
göstərir.
5. FƏNLƏRİN ƏLAQƏLİ TƏDRİSİNİN
__________________Milli Kitabxana__________________
23
ŞAGİRDLƏRİN DÜNYAGÖRÜŞÜNÜN
FORMALAŞMASINDA ƏHƏMİYYƏTİ
Şakirdlərdə dünyagörüşün formalaşması oxuduqları məktəbdə
deyil, ailədə, ictimai- yerlərdə radio və televiziya verilişlərilə və s.
valsitəsilə yaranır. Lakin bunların içərisində əsas yeri məktəb tutur.
Şagirdlər hələ lap kiçik yaşlarından öyrəndikləri fənlərlə əlaqədar
olaraq dialektika ilə tanış olurlar.
Dünyanın maddiliyi, təbiət hadisələrinin qarşılıqlı əlaqəsi, onların
dərk oluna bilməsi kimi ilk anlayışlar hələ 1—VIII siniflərdə verilir.
Yuxarı siniflərdə isə təbiət elmlərindən şagirdlərin aldıqları biliklər
əsasında, təbiət və onun inkişaf qanunları haqqında dünyagörüşünün
bünövrəsi qoyulur.
Ümumiyyətlə, məktəb kursu fənlərinin quruluşu və məzmunu
prinsipcə dialektik və tarixi materializm qanunlarına uyğun gəlir.
Şagirdlərdə təbiət və cəmiyyət hadisələrinə materialist baxış yaratmaq
üçük bu fənlərdə zəngin material vardır. Buna baxmayaraq tədris
kitablarında, çox vaxt nəzərdən keçirilən təbiət və cəmiyyət
hadisələrinin fəlsəfi mənası haqqında heç nə deyilmir. Bu vəzifə
müəllimin üzərinə düşür və hər dəfə fəlsəfi məsələnin verilməsi
dərinliyi, müəllimin hazırlığından, şagirdlərin səviyyəsindən və s. asılı
olur.
Çətinlik törədən məsələlərdən biri də müxtəlif fənlərdə şagirdlərin
dialektik-materialist dünyagörüşünü inkişaf etdirmək üçün lazım olan
məsələlərin eyni vəziyyətdə olmamasıdır. Bunlar arasında tam alaqə
hiss olunmur. Dərketmənin dialektik metodu, bütün hadisələri bir-
birilə qarşılıqlı əlaqədə və vəhdətdə götürməyi tələb edir. Bunu əsas
tutaraq, fənlər üzrə tədrisi elə qurmaq lazımdır ki, şagirdlərin
müxtəlif elmlərdə obyektiv aləm haqqında öyrəndikləri biliklər bir-
birilə qarşılıqlı əlaqədə və vəhdətdə olsun. Bu məsələ ancaq o zaman
düzgün həll edilir ki, orta məktəbdə tə-
__________________Milli Kitabxana__________________
24
biət fənlərinin tədrisində, fənlərarası əlaqə sistematik olaraq və
mütəşəkkil surətdə həyata keçirilə bilsin.
VI və VII siniflərdə fizika və VII sinifdə kimya dərslərində,
şagirdlər əvvəllər təbiətşünaslıq,botanika, zoologiya və coğrafiya
dərslərində aldıqları biliklər əsasında dünyanın maddiliyi,
materiyanın quruluşu haqqındakı təsəvvürlərini daha da inkişaf
etdirirlər. Məsələn, fizikadan maddənin quruluşu kütlə anlayışı,
istilik və iş, atomun quruluşu, elektromaqnit hadisələri; kimyadan: ilk
kimyəvi anlayışlar, oksigen, su, yanma, əsaslar, məhlullar kimi
mövzular buna kömək edir. Həmin mövzular materiyanın bir sıra
xassələrini göstərməyə imkan verir. Şagirdlər «Maddənin quruluşu
haqqında ilk təsəvvürlər» mövzusunu öyrəndikdə müxtəlif maddələrin
atom və molekullardan təşkil edilməsi və fasiləsiz davam edən
molekulyar hərəkətlə tanış olurlar. Maddənin quruluşu haqqında
elmin inkişaf tarixi, materiyanın tədqiqat! metodlarının getdikcə
təkmilləşdiyini və onun dərc oluna bildiyini göstərmək üçün əyani bir
misaldır.
Təbiətə materialist baxışın inkişaf etdirilməsində, fizika fənnində
öyrədiləi enerjinin saxlanması və çevrilməsi qanunu, kütlənin
saxlanması qanununun isbat edilməsi böyük rol oynayır. Bu məsələlər,
makro və mikrocisimlərin hərəkətinin saxlanmasının materiyanın və
onun hərəkətinin yox edilə bilməməsini izah edir.
Şagirdlər atomun quruluşu və elektromaqnit hadisələrini
öyrəndikdə, maddi aləmin, bizim hiss orqanlarımızın fəaliyyətini
genişləndirən cihazların və başqa vasitələrin köməyilə dərk edilə
bildiyinə inanır və nəticədə onların maddi aləm haqqındakı materialist
təsəvvürləri genişlənir. Şagirdlərdə materialist dünyagörüşünün
yaranmasının birinci mərhələsində öyrənilən obyektlərin təkcə
maddiliyi deyil, onların obyektiv reallıq kimi mövcud olması, bu
hadisələrin qarşılıqlı əlaqəsi, keyfiyyət xassələrinin tərkibdəki
miqdardan asılılığı, bu və ya başqa hadisənin yaranma səbəbləri və
digər dialektik qanunauyğunluqları təsdiq edən çoxlu təcrübi faktlar
toplanır. Bu mərhələdə, fizika, kimya, biologiya və başqa fənlər
arasındakı əlaqənin inkişaf etdirilməsi,
__________________Milli Kitabxana__________________
25
məlum anlayışların möhkəmləndirilməsi və yenilərinin verilməsilə
aparılır ki, bu da şagirdlərdə tədricən dünyagörüşün genişlənməsinə
səbəb olur.
Həmin fənn müəllimlərinin başlıca vəzifəsi şagirdləri, dialektika
qanunlarını əzbərləməyə yox, aləmin dialektik metodla tədqiq
edilməsino onları alışdırmaqdır.
Dünyanın maddiliyini və tamlığını şagirdlərdə aşılamaq və bu
anlayışları onlarda inkişaf etdirmək üçün nümunə olaraq, fizika və
kimyanın hansı mövzularından istifadə etməyin mümkün olduğunu
göstərək.
Hər iki kursda öyrədilən təbiət hadisələri, proseslər və çevrilmələr,
onların inkişaf qanunları əsasında dialektik metodla sıx bağlı şəkildə
aparılır, bu isə şagirdlərdə materiya və onun formaları haqqında
anlayışların formalaşmasına səbəb olur. Məsələn, materiyanın
quruluşu haqqında əsas məlumatı şakirdlər fizikadan qazların kinetik
nəzəriyyəsinin əsaslarını, maye və bərk cisimlərin xassələrini,
şüalanma və spektrləri, nüvə enerjisini və s, kimyadan isə D.İ.
Mendeleyevə görə elementlərin dövri sistemini, maddənin quruluşunu
və s. öyrəndikdə alırlar.
(Materiyanın xassələrinin öyrənilməsi dərinliyini tədricən artırmaq
üçün yaxın fənn müəllimləri arasında funksiya bölgüsü aparmaq və
buna həmişə riayət etmək şagirdlərdə dialektik-materialist
dünyagörüşünun formalaşmasında mühüm rol oynayır. VIII sinifdə
mexanika dərslərində şagirdlərin topladığı biliklər əsasında
materiyanın tərifi, hərəkətsiz materiya və materiyasız hərəkət
olmadığı göstərilir. Materiyanın quruluşu haqqında anlayış VIII
sinifdə kimya dərslərində «maddənin quruluşu», «D.İ.Mendeleyevə
görə elementlərin dövri sistemi» kimi mövzular öyrədilərkən inkişaf
etdirilir. Burada dünyagörüşünün yaranması cəhətdən ən vacib
mövzular elementlərin xassələrinin elektron qurşlarının
periodikliyindən asılı olması, kimyəvi əlaqə növləri və maddənin
quruluşu (atom, ion, moekulyar kristal qəfəsləri), atom nüvələrinin
tərkibi, izotoplar, süni kimyəvi elementlər mövzularıdır. Elmi
dünyagörüşünün yaranmasında perio-
__________________Milli Kitabxana__________________
26
dik sistemin izahedici rolundan burada səmərəli istifadə etmək xüsusi
əhəmiyyət kəsb edir.
IX sinifdə şagirdlər materiyanın quruluşunun mürəkkəbliyi
haqqında yeni məlumat alırlar. Fizikadan qaz, maye, bərk cisimlərin
kinetik nəzəriyyəsi əsas müddəalarını, kimyadan isə elektrolitik
dissosiasiya nəzəriyyəsini keçdikdə onlar, hərəkət edən molekulların
sürətinin, kütləsinin və ölçülərinin təyiniüsulları ilə tanış olurlar.
Materiyanın quruluşu və onun təzahür formalarını göstərdikdə,
elektrik sahəsi, maqnit sahəsi, elektromaqnit rəqsləri və dalğaları, işıq
dalğaları mövzularının tədrisi böyük rol oynayır. Bu mövzuların
öyrədilməsilə yanaşı sahənin, maddi olması anlayışı şagirdlərdə
formalaşır.
Elektromaqnit sahəsinin maddi olması bir sırə nəzəri və
eksperimental işlərlə təsdiq edilmişdir
Ç.K.Maksvel, A.Q.Stoletov, P.N.Lebedev, A.S.Popov, S.İ.
Vavilov və başqa alimlərin işləri dünyagörüşün yaranmasında böyük
rol oynamışdır. Bu haqda şagirdlərdə geniş təsəvvür yaratmaqda
«Maddə və sahə» mömzusunda şagird konfransının keçirilməsi yaxşı
nəticə verə bilər. Atomun nüvəsi, «Elementar hissəciklər»
mövzularını öyrəndikdə şagirdlər materiyanın daha da dərinliklərinə
daxil olurlar. Fizikanın bu mövzuları ilə yanaşı şagirdlər kimyadan,
«Üzvi birləşmələrin quruluş nəzəriyyəsi», «Qeyri-üzvi maddələrin
sintezindən üzvi maddələrin alınması» kimi mövzuları öyrənirlər.
Yaxın fənlərdə öyrənilən bu məsələlər bir tərəfdən maddi aləmin
dərkedilməsi, onun tükənməzliyini, digər tərəfdən, canlı va cansız
təbiətin maddi birliyini, təbiəti çevirməkdə onu dərk etməyin rolunu
göstərir.
«Elementar hissəciklər» mövzusunda elektron-pozitron cütünün
iki fotona və əksinə çevrilməsinə xüsusi diqqət verilir, çünki burada
maddə və sahənin çevrilməsi qabarıq şəkildə özünü göstərir. Kütlə
anlayışından istifadə edərək materiya bizim şüurumuzdan,
duyğularımızdan asılı olmayaraq ayrılıqda məvcud olan obyektiv
reallıqdır.
Fənlərarası əlaqə, dialektikanın bütün anlayış, qanun və
kateqoriyalarının formalaşmasına da kömək edir.
__________________Milli Kitabxana__________________
27
Dialektikanın bütün qanun və kateqoriyalarını şagirdlərin
əzbərləməsi vacib deyil. Lakin bunların məzmununun yaxşı dərk
edilməsi zəruridir. Şagird bilməldir ki, hər bir inkişafda köhnə
ölür, əvəzində başqa xassə və keyfiyyətlərə malik olan yenisi əmələ
gəlir. Bu zaman köhnədə olan bütün müsbət, qiymətli, qabaqcıl nə
varsa hamısı saxlanılır.
Dialektika qanunları ümumi olduğundan hər bir elmdə bu
qanunların doğruluğunu sübut etmək üçün kifayət qədər faktik
material vardır. Ona görə də buda başqa fəndən istifadə etməyə heç bir
ehtiyac yoxdur. Əksər mövzuların öyrədilməsində şagirdləri
dialektikanın bütün qanunları və kateqoriyaları ilə tanış etmək olar.
Lakin buna baxmayaraq, yenə də fənlərarası əlaqədən istifadə etmək
lazım gəlir. Bu halda fənlərarası əlaqə başqa bir istiqamətdə inkişaf
etdirilir. Şagirdləri inandırırıq ki, dialektik materializmin
qanunları ümumidir, bütün təbiət və cəmiyyət hadisələrinə aiddir.
Burada aşağıdakı məsələlərə xüsusi fikir vermək lazımdır:
1) fizika, kimya, biologiya, coğrafiya və s. elmlərin öyrəndiyi
qanunlar xüsusi halları səciyyələndirir və təbiətin və ya cəmiyyətin
ancaq müəyyən bir qisim hadisələri arasındakı qarşılıqlı əlaqəni
əhatə edir.
Bu qanunlar eyni zamanda daha ümumi olan dialektika
qanunlarına tabedir. Məsələn, muəyyən edilmiş yarımparçalanma
periodu, ancaq verilmiş radioaktiv elementə, daha doğrusu, onun
da bir izomerinə aiddir.
D.İ.Mendeleyevin dövri sistemi isə buna nisbətən daha umumi
qanundur. Çünki bütün elementlərə aiddir
Nyutonun ümuidünya cazibə qanunu isə Mendeleyev qanunundan da
genişdir, çünki bütün təbiət cisimlərinə aiddir. Lakin dialektikanın
«Əksliklərin mübarizəsi və vəhdəti» qanunu Nyutonun ümumdünya cazibə
qanunundan da genişdir, çünki bu qanun cəmiyyətə də aiddir;
2) yaxın fənlərin tədrisi zamanı dialektika qanunları və
kateqoriyalarının doğruluğu isbat edildikdə onların ümumiliyi haqqındakı
təsəvvür şagirdlərdə formalaşır, onlar yeganə düzgün metod olan dilektik
tədqiqat metoduna alışırlar;
3) Dialektika qanunları ümumi olduğundan canlı cansız təbiətə aiddir.
Ona görə də təbiət elmlərilə
__________________Milli Kitabxana__________________
28
humanitar elmlər arasındakı əlaqəni öyrənmək də xüsusi əhəmiyyət
kəsb edir. Məktəbin bütün kollektivinin işinin effektliliyi, onların
dialektik qanunauyğunluqları nümayiş etdirmək üçün ən səciyyəvi
olan mövzuları vaxtında və düzgün müəyyən etmələrindən
asılıdır.
Şagirdlərdə elmi dünyagörüşünün tərbiyələndirilməsi məsələsi
pedaqoji şuralarda vaxtaşırı müzakirə edilir. Bütün fənn müəllimləri
həmin müzakirələrdə öz fənlərilə əlaqədar olaraq dialektika qanunları
üzrə şagirdlərin təfəkkürünü inkişaf etdirməyə xidmət edən
koordinasiya işi aparmağa cəlb edilərsə, həmin məsələ də arzu edilən
istiqamətdə öz həllini tapar. Bu işin həyata keçirilməsində təbiət
elmlərinin daha çox imkanları olduğunu bir neçə misalla göstərək.
1. Əksliklərin mübarizəsi və vəhdəti. Şagirdləri həmin qanunla
tanış etməzdən əvvəl fizika və başqa fənlərdən çoxlu misallar
göstərmək lazımdır. Məsələn, cəzb olunma-itələmə, hissəcik-
aktihissəcik və s. kimi anlayışlara fizikadan ümumdünya cazibə
qanununu, Kulon qanununu, nüvədəki nuklonların qarşılıqlı təsirini,
elektron-pozitron, neytron-antineytron, proton-antiproton, kimyadan
ion və kovalent əlaqə, müxtəlif işarəli ionların birləşmə yeni maddə
əmələ gətirməsi faktlarını keçərkən toxunmaq olar. Burada xüsusilə
qeyd etmək lazımdır ki, elektron və pozitron kimi iki hissəcik
birləşdikdə iki qamma kvantı alınır, yəni materiya yox olmur, bir
şəkildən başqa şəklə keçir. Bunun kimi də iki müxtəlif işarəli ion
birləşdikdə hər iki ionun xassələrindən tamamilə fərqli xassələri olan
yeni maddə əmələ gəlir. Qeyd etmək lazımdır ki, aralarında ziddiyyət
olmasına baxmayaraq bunların biri o biri olmadan yaşaya bilməz.
Əksliklər mübarizəsi hərəkət və inkişaf mənbəyidir.
2. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi.
Dialektikanın əsas qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsi qanununu şagirdlərdə formalaşdırmaq üçün,
fizikadan maddənin bir aqroqat halından başqasına keçməsini,
radioaktivliyi, atom quruluşunu, zəncirvarı reaksiyaları və s;
kimyadan D.İ.Mendeleyevin elementlərin dövri cədvəlini, spirt
molekulunda hidroksil qrupla
__________________Milli Kitabxana__________________
29
rının sayı artdıqca onun xassələrinin dəyişməsini və s. keçərkən ətraflı
izahat vermək lazımdır. Burada kəmiyyat dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsiidəki sıçrayışlara xüsusi fikir vermək, belə
keçidlərin dərin fəlsəfi mənasını, dərketmə prosesində oynadığı rolu
fizikada radioaktivlik, kimyada yanma prosesi kimi mövzuları
öyrədərkən göstərmək olur. Təbii radioaktivlik tədricən baş verən
sıçrayışdır. Çünki elə radioaktiv elementlər var ki, onların
yarımparçalanma periodu milyon illərə bərabərdir.
Şagirdlər zəncirvarı reaksiyalarla tanış olduqda görürlər ki, bu ani
prosesdir. Burada kəmiyyət dəyişmələri sıçrayışlı keçidlə yeni
keyfiyyət dəyişmələri əmələ gətirir. Şagirdlərə buradaca başa salmaq
lazımdır ki, sıçrayışlı keçidləri olan bütün prosesləri, məsələn,
istilik—nüvə reakskyalarını idarə etməyi bacarmaq cəmiyyət üçün çox
faydalıdır.
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsinə
kimyadan əi yaxşı misal D. I. Mendeleyevin dövri cədvəlidir. Sadə
elementlərin xassələri (keyfiyyəti) onların atom çəkisindən asılıdır.
Müəyyən birləşmədəki atomların sayı (kəmiyyət) onun təbiətini
(keyfiyyəti) təyin edir. SO və SO
2
, N
2
O və N
2
O
2
, O
2
və O
2
və s.
Yuxarıda qeyd etdiyimiz kimi, spirt molekullarında hidroksil
qruplarının sayı artdıqca spirtip sıxlığı, özlülü, qaynama temperaturu
və s. dəyişir. Oksidləşmə reaksiyaları ilə şagirdləri tanış etdikdə
göstərmək lazımdır ki, müəyyən şəraitdə yanma prosesi tədricən,
başqa şəraitdə isə partlayışla gedir.
Bu qayda ilə başqa fənlərdən də kəmiyyət dəyişmələrinin
keyfiyyət dəyişmələrinə keçməsinə aid şagirdlərin başa düşə biləcəyi
misallar göstərilir, bu qanunun ümumi olduğu onlara izah edilir.
3. İnkarı inkar qanunu. Ayrı-ayrı təbiət fənlərini öyrənərkən
şagirdlərin diqqəti, təbiət hadisələrinin inkişaf prosesində müşahidə
edilən köhnə ilə təzə arasındakı münasibətə cəlb edilir. Köhnə
keyfiyyətlərin yenilərilə əvəz edilməsi, əvvəlki xassələrin dəyişməsi
bu qanunun əsas əlamətləridir. Bu qanunu bilməklə şagirdlər, nəinki
inkişaf prosesində köhnə ilə təzə arasında əmələ gələn mürəkkəb
vəziyyətdən
__________________Milli Kitabxana__________________
30
çıxmağı öyrənirlər, həm də bu prosesləri idarə etmək xassə və
keyfiyyətləri irəlicədən məlum olan yeni proseslər, maddələr almaq
mümkün olduğunu da dərk edirlər. Elmin inkişaf tarixini öyrəndikdə,
bu qanunun əsas xüsusiyyəti olan «köhnənin təzə ilə inkar edilməsinə
baxmayaraq, onun müsbət xassələrinin saxlanması» şagirdlərə yaxşı
aydın olur. Məsələn, işığın elektromaqnit nəzəriyyəsini öyrədərkən,
əvvəlcə şagirdlər Nyutonun korpuskulyar nəzəriyyəsi ilə tanış edilir.
Sonra Maksvelin dalğa nəzəriyyəsi, nəhayət Plankın kvant nəzəriyyəsi
öyrədilir. Kvant nazəriyyəsi işıqda həm dalğa, həm də kvant xassəsi
olduğunu nəzərə alır. Eyni sözü molekulyar kinetik nəzəriyyə, atomun
quruluşu haqqındakı nəzəriyyə və s. üçün də demək olar.
Bu qanuna aid kimyadan da maraqlı misallar göstərmək olar.
Məsələn, işığın təsiri altında hidrogen və xlor birləşərək xlor turşusu
əmələ gətirir, yeni alınan maddə öz xassəsinə görə nə xlor, nə də
hidrogen ionuna oxşamır, lakin hidrogen də, xlor da yeni maddənin
tərkibində qalır. Bu qayda ilə şagirdləri on vacib kateqoriyalarla da
tanış etmək olur. Bunu həyata keçirmək üçün xüsusi vaxta ehtiyac
yoxdur, sistematik olaraq kursu öyrətdikdə həmin məsələlər üzərində
də dayanmaq olar.
Yuxarıda qeyd etdiyimiz tədbirlər sistematik olaraq həyata
keçirilsə və bu işə məktəbin rəhbərliyi ciddi nəzarət etsə şagirdlərdə,
həm dialektikanın qanunlarının ümumi olması təsəvvürü, həm də
onlarda ən zəruri mühakimə növlərindən biri olan dialektik mühakimə
aparmaq vərdişləri aşılanar.
Dostları ilə paylaş: |