§ 6. SUYUN FİZIKİ XASSƏLƏRİ VƏ TƏBİƏT
HADİSƏLƏRİ
Məşhur italyan alimi, rəssamı və mütəfəkkiri Leonardo da
Vinçinin qeyd etdiyi kimi, Suya planetimizdə «həyat işrəsi olmaq»
kimi sehrli bir ləqəb verilmişdir. Su öz fiziki və kimyəvi xassələrinin
xüsusi səciyyəviliyinə görə bütün mayelərdən fərqlənir. Belə
xüsusiyyətlərinə görə suda həyat inkişaf edə bilmiş və indi də
mövcuddur.
Suyu başqa mayelərdən fərqləndirən nədir? Su, adi temperatur və
təzyiq şəraitində, eyni zamanda üç müxtəlif aqreqat halında (bərk,
maye və qaz) ola bilən yeganə maddədir. Qışda göllərin səthi buzla
örtülür, dərin qatlarda su maye halında olur, göydə isə,
gözəgörünməyən su buxarı şəklində toplanır.
Suyun donma və qaynama temperaturu də başqa maddələrlə
müqayisə edəndə müstəsnalıq təşkil edir. Maddənin molekulyar çəkisi
azdırsa onun donma və qaynama temperaturu da aşağı olur. Məsələn,
kükürd, selen və tellur da oksigen kimi Mendeleyevin dövrü
sistemində VI qrupa daxildir. Lakin onların hidrogendə birləşmələri
üçün donma və qaynama temperaturları molekulyar çəkilərilə düz
mütənasib olaraq dəyişir. Su bu qanuna tabe olmur. Öz molekulyar
quruluşuna görə qeyd etdiyimiz maddələrə oxşayan su, onların tabe
olduğu qanuna tabe olsaydı suyun donma temperaturu — 90°S,
qaynama temperaturu isə-70°S olmalı idi. Əslində isə onun adi
şəraitdə donma temperaturu O°S, qaynama temperaturu isə 100
0
S-dir.
Bir anlığa Suyun da həmin qanuna tabe olduğunu fərz edək, bu
zaman Yerdə nə kimi dəyişikliklər baş verə biləcəyini nəzərdən
keçirək. Hər şeydən əvvəl, okeanlar, dənizlər, göllər və çaylardakı
sular qaynayaraq axırıncı damlaya qədər buxara çevrilərdi. Bütün
həyat məhv olardı.
Nə üçün çaylarda, göllərdə və dənizlərdə suyuxarı səthdən
başlayaraq donur? Bu hadisə də suyun istidən
__________________Milli Kitabxana__________________
89
genişlənmə xüsusiyyətinə və Arximed qanununa görə izah
olunur.
Su öz istilik tutumunun böyüklüyünə görə də bütün bərk və maye
maddələrdən fərqlənir. Bu o deməkdir ki, müəyyən miqdar suyu
müəyyən temperatura qədər qızdırmaq üçün lazım olan istilik miqdarı
həmin şərtlər daxilində başqa maddələri qızdırmaq üçün tələb edilən
istilik miqdarından çoxdur. Deməli, eyni şərtlər daxilində soyuyan
maddələrdən ən çox istilik verəni də sudur.
Suyun istilik tutumunun böyük olması dünya okeanını istilik
akkumulyatoruna çevirmişdir. Bunu qeyd etmək kifayətdir ki, 1m
3
su
1
0
S soyuyarkən verdiyi istilik, 3000 m
3
havanı 1
0
S qızdırmaq üçün
kifayət edir, Bu misalla, dəniz və okeanların planetimizin iqlim
şəraitində nə qədər böyük rol oynadığını təsəvvür etmək olar.
Buzu əritmək üçün də çox istilik lazımdır. Bir qram buzu əritmək
üçün lazım olan istilik, həmin miqdarda qurğuşunu əritmək üçün tələb
edilən istilikdən 13 dəfə çoxdur. Su donduqda bu istilik yenə ayrılır.
Buz və qar istilik verərək torpağı və havanı qızdırır. Onlar mühitin sərt
qış iqlimi şəraitinə qəflətən keçməyin qarşısını alır. Ona görə də
payızda hələ bir neçə həftə havalar mülayim keçir. Yazda isə buzun
əriməsi qəflətən bürkü düşməsinə mane olur. Əgər buzun ərimə istiliyi
qurğuşununki qədər olsaydı, o 13 dəfə tez əriyərdi, çayların suyu aşıb-
daşardı, torpağın məhsuldar qatını və bitkiləri yuyub aparardı, böyük
fəlakətlər baş verərdi.
Suyun xüsusi buxarlanma istiliyi də başqa maddələrinkinə nisbətən
çox böyükdür. Əgər suyun xüsusi buxarlanma istiliyi maye azotunki
qədər olsaydı, su gölləri bir-birinin ardınca quruyar, yağış yerə
düşməmiş havadaca buxarlanar, meşə və tarlalar səhraya çevrilərdi.
Suyun səthi gərilməsi də başqa mayelərinkindən xeyli böyükdür. Eyni
şəraitdə maye halında olan civə müstəsnalıq təşkil edir. Suyun səth
qatı özünü gərilmiş rezin pərdə kimi aparır. Bəzi həşəratlar suyun
səthində sərbəst gəzir və batmırlar. Bu xassəsinə görə yerin
dərinliklərində olan qrunt suları yuxarı qalxaraq bitkiləri qidalandırır.
Suyun bu
__________________Milli Kitabxana__________________
90
xassəsi olmasaydı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli
aşağı düşərdi.
Su mayelər içərisində ən yaxşı həlledicidir. Canlı orqanizmlərdəki
kimyəvi reaksiyalar su mühitində baş verir. Bu reaksiyaların bir sıra
mühüm üstünlükləri vardır. Onlar ətraf mühitin temperaturuna yaxın
temperaturlarda baş verir, böyük sürətlə icra olunur, ətraf mühiti
çirkləndirimirlər. Indi alimlərimiz sənaye miqyasında gedən kimyəvi
reaksiyaları da buna oxşatmağa çalışırlar.
Elmə çoxdan məlumdur ki, dəniz və okean sularının səth qatı
Oksigenlə daha zəngin olur. Barents dənizi burada müstəsnalıq təşkil
edir. Səth qatının oksigenlə zəngin olmasının əsas səbəbi periodik
olaraq əsən küləklərin təsirilə su və havanın bir-birinə qarışmasıdır.
Biz suyun qeyri-adi fiziki xassələrinin hamısını qeyd etmədik.
Lakin planetimizdə həyatın varlığı üçün göstərdiyimiz xassələrin nə
qədər zəruri olduğunu təsəvvür etmək kifayətdir.
Su özünü normal maye kimi aparsaydı, onu səciyyələndirən həmin
qeyri-adi fiziki xassələr olmasaydı Yer kürəsi indiyə qədər cansız
kosmik bir cisim kimi qalardı.
Suya bu xassələri verən nədir? Nə üçün o başqa mayelərin tabe
olduğu fiziki-kimyəvi qanunauyğunluqların əksəriyyətinə tabe olmur?
Suyu başqa mayelərdən ən çox fərqləndirən onların molekullarının
quruluşudur. Su molekulları bir-birini böyük qüvvə ilə cəzb edirlər.
Maye halında olan su sadəcə molekullar yığımından ibarət olmayıb,
bir-birilə möhkəm əlaqədə olan qruptlardan—assosiasiyalardan təşkil
olunmuşdur. Assosiasiya təşkil edən molekulları ayırmaq çox çətindir.
Suyun bir sıra anomal xassələrə malik olması da bununla izah edilir.
Məlumdur ki, su, oksigen və hidrogendən ibarətdir. Lakin öz
molekulyar çəkisinə və başqa xassələrinə görə bir-birindən fərqli olan
hidrogenlər və oksigenlər mövcuddur. Həmin oksigen və
hidrogenlərin müxtəlif cür birləşməsi nəticəsində 40-dan artıq təbiətcə
bir-birindən fərqli sular əmələ gətirir. İşlətdiyimiz su həmin suların
qarışığıdır. Adi suda hidro-
__________________Milli Kitabxana__________________
91
gen demək olar ki, ancaq protiumdan, yəni ən yüngül hidrogendən
ibarətdir.
Molekulları ağır hidrogendən-deyteriumdan ibarət olan suya ağır
su deyilir. Içdiyimiz suyun hər tonunda 150 q ağır su var. Ağır su nə
rənginə, nə iyinə, nə də dadına görə adi sudan fərqlənmir. Onu
kimyəvi xassələrinə görə də seçmək çətindir. Fiziki xassələri isə adi
sudan bir qədər fərqlənir. Ağır su adi sudan fərqli olaraq ən böyük
sıxlığa 3,8
0
S-DƏ yox, 11,6°S-də malikdir. Ağır suyun tərkibindəki
deyterium istilik nnüvə reaksiyaları nəticəsində külli miqdarda enerji
ayıra bilir. Başqa şərtlər dəyişmədikdə, bu cür yüngül nüvələrin
sintezi zamanı ayrılan enerji, ağır nüvələrin bölünməsi prosesində
ayrılan enerjidən 8-10 dəfə çoxdur.
Bir stəkan sudakı ağır nidrogen, 300 l benzin yananda verdiyi
qədər enerji verə bilər. Ağır suyu hazırda adi sudan alırlar və atom
reaktorlarında neytronları yavaşıtmaq üçün ondan istifadə edirlər.
Okeanlardakı ağır su ehtiyatı bəşəriyyəti yüz min illərlə enerjiyə olan
ehtiyacdan azad edəcəkdir.
Buz və ya qarın əridilməsilə alınan suyun da qəribə xassələri var.
Sibir alimlərinin apardığı tədqiqatlara görə, üç ay yarım ərzində,
çəkisi və yaşı eyni olan iki müxtəlif toyuqlar qrupunun biri su
kəmərindən gələn, o biri isə qar və buzu əritməklə alınan su içmişdir.
Nəticədə, birincilər 272, ikincilər isə 538 yumurta vermişlər. Onların
donuzlarla apardığı təcrübə də çox maraqlıdır. Adi şəraitdə donuz
balalarının çəkisi 1-1,1 kq, bir ay keçdikdən sonra isə 5 kq-a qədər
olur. Onları qar suyu ilə təmin etdikdə isə, doğulanda çəkiləri 1,6 kq,
bir aydan sonra isə 9 kq olmuşdur.
Tomskda qar suyu ilə suvarılan botanika bağında xiyar məhsulu iki
dəfə çox olmuşdur. Tomsk Tibb Institutunda qar suyunun, urək-damar
sisteminin fəaliyyəti və maddələr mübadiləsi pozulan xəstələrə təsiri
tədqiq edilir. 25 xəstə üç ay müddətində müəyyən sistemlə ancaq qar
suyu içmiş, nəticədə onların qanında xulesterinin miqdarı azalmış,
maddələr mübadiləsi yaxşılaşmışdır. Çəkisi 90 kq olan xəstə əvvəlki
qaydada yediyi halda üç ay ərzində 15 kq öz çəkisindən itirmişdir.
Leninqrad biofiziki A.K.Qumanın apar
__________________Milli Kitabxana__________________
92
dığı təcrübələrə görə, küçələr buz qırıntıları olan suyu içməyə daha
çox meyl göstərirlər. Belə suyun bioloji fəallığı nə üçün çoxdur?
Son zamanlar biofiziklər müəyyən etmişlər ki, orqanizmdəki su öz
quruluşuna görə buza yaxın bir formada olur. Məşhur macar biofiziki
Sent-Dyerdinin fikrincə, buzlaşdırılmış su həyat üçün zəruridir, canlı
maddənin fəaliyyətində mühüm rol oynayır. Adi su orqanizmə daxil
olduqdan sonra «buzlaşır». Buz və ya qarın əriməsilə alınan su da bir
müddət kristallik quruluşa çox yaxın olur. Xarici görünüşünə görə
belə maye suya oxşayırsa da, onda Hələ molekulların buzdakı kimi
qruplaşması halları hələ qalır. Belə quruluş 30°S-yə qədər saxlanılır,
bundan yuxarı temperaturlarda tədricən, 40°S-də isə tamam dağılır.
Görünür buzabənzər su almaq üçün orqanizm müəyyən enerji sərf
edir. Ona görə də bütün canlılar belə suyu hazır vəziyyətdə qəbul
etməyi üstün tuturlar.
A.K.Qumanın fikrincə buzabənzər su yaşlı adamlar üçün daha
vacibdir. Insan qocaldıqca orqanizmdə buzabənzər suyun istehsal
olunması zəifləyir. Bu halda orqanizmə buz zərrəcikləri daxil olduqda
ondakı suyun buzabənzər vəziyyətə gəlməsinə kömək edir və beləliklə
bədəndə sağlamlaşdırıcı fəaliyyət göstərir. Bu nöqteyi-nəzərdən
dondurma və dondurulmuş meyvələr orqanizm uçun çox faydalıdır.
Son vaxtlar maqnitləndirilmiş sudan da geniş istifadə olunur. Belə
suyu almaq çox asandır. Adi suyu sabit maqnitin qütbləri arasından
keçirdikdə o maqnitlənir. Maqnitlənmiş su buxar qazanlarının
divarlarında ərp qalmağa qoymur, kimyəvi reaksiyaları sürətləndirir.
Beton hazırlayarkən həmin sudan istifadə etdikdə onun möhkəmliyi
orta hesabla 25-30% artır. Ust-Kamenoqorsk yaşayış tikintisi
kollektivi iki dəfə maqnitlanmiş su işlətməklə bir ildə, beton
məhlulları hazırlamaq üçun istifadə olunan sementə 500 t qənaət
etmişdir. Maqnitlənmiş suyun da buzabənzər su kimi bioloji fəallığı
yüksəkdir. Həmin su ilə bitkiləri suvardıqda onların böyümə sürəti 20-
30% artır. Bu su böyrək daşlarının kənar edilməsinə də kömək edir.
Qəribə xassələri olan yeni bir su növü də vardır. Bu su akademik
B. V. Deryakinin rəhbərliyi altında,
__________________Milli Kitabxana__________________
93
adi su buxarının kvarsdan hazırlanmış kapillyar borularda
kondensasiyası nəticəsində alınmışdır. Bu. rəngsiz, qatı və sıxlığı 40%
adi sudan çox olan mayedir -50°S-də hələ donmur, qaynama
temperaturu isə, təxminən 300°S-dir. 700
0
-800° qədər qızdırdıqda
onun quruluşu pozulur və adi suya çevrilir. Belə su çox miqdarda alına
bilsə avtomaşın radiatorları üçün əvəzedilməz maye olar. Çünki, ən
sərt şaxtalarda da donmur. Planetimizdə ən çox yayılan və ən çox
tədqiq olunan maddə sudur. Buna baxmayaraq bu həyat şirəsinin hələ
elmə məlum olmayan sirləri tükənməzdir.
§ 7. HƏYAT HAQQINDA RİYAZİ NƏZƏRİYYƏ
Fizika, astronomiya, kimya kimi elmlər riyaziyyatdan istifadə
edərək böyük nailiyyətlər qazanmışdır. Hazırda bu ənənə biologiyaya
da öz müsbət təsirini göstərmişdir. Müasir təbiətşünaslığın
riyaziləşdirilməsi indn ən aktual problemlərdən biri hesab olunur.
Biologiyada riyaziyyat indi geniş tətbiq edilir. Çünki riyazi metodlar
öz effektivliyinin biologiyada da göstərmişdir. Lakin bu sahədəki ilk
təşəbbüs yaxşı nəticə verməmişdir. Bunun əsas səbəbi, riyazi
metodların həyat hadisələrinə tətbiqi sahəsində göstərilmiş ilk
təşəbbüsdə bioloji proseslərin mexaniki nöqteyi-nəzərdən izah
edilməsi idi ki, buda idealizmə gətirib çıxardırdı. Lakin həmin dövrdə
riyazi aparatdan da biologiyada müvəffəqiyyətlə istifadə edənlər
olmuşdur. Hələ 1680-ci ildə Romada nəşr etdirdiyi əsərində Borelli,
riyazi aparatdan istifadə edərək canlı mexanizmlərin hərəkət etməsini
mexaniki cəhətdət təhlil etmişdi.
Helmhols riyazi və fiziki anlayışlardan istifadə edərək bir sıra
bioloji prosesləri nəzərdən keçirmiş və biologiya elminin inkişafında
böyük rol oynamışdır. Onun səs analizatorları və fizioloji optika
sahəsindəki işləri hələ indi də öz əhəmiyyətini itirməmişdir. Riyazi
aparatın biologiyaya müdaxiləsi, başlıca olaraq, bizim əsrin otuzuncu
illərində güclənmişdir.
Biologiyanın başqa sahələrinə nisbətən ekologiya elmi daha çox
riyaziləşmişdir. V. Volterrin «Yaşa
__________________Milli Kitabxana__________________
94
maq uğrunda mübarizənin riyazi nəzəriyyəsində aid mühazirələri və
V. Kostitsının «Riyazi biologiya» əsərləri o dövrdə geniş yayıldı və
şöhrət qazandı.
Riyaziyyat özunun ən məhsuldar nəticələrini genetik tədqiqat
işlərində göstərdi. Təbii və süni keçmə nəzəriyyəsi, təbii seçmənin
genetik nəzəriyyəsi genetikanın sürətlə inkişafına səbəb oldu.
Təkamulün bioloji iəzəriyyəsinin riyaziləşdirilməsinin nə qədər
məhsuldar olduğunu təsdiq etdi. Riyazi metodlardan geniş istifadə
olunması genetikanı dəqiq elmlərlə bir cərgəyə qoydu. Riyazi analizin
tətbiqi nəticəsində bu və ya başqa bir əlamətin selektiv üetunlüyünün
mahiyyəti inandırıcı şəkildə aşkar edildi. Genlərin selektiv mahiyyəti
təbii seçmənin əleyhidarları tərəfindən uzun müddət şübhə altında
saxlanmışdı. Onlar iddia edirdilər ki, bioloji növün uyğunlaşməsı
gendən az asılıdır. Əslində isə təbii seçmə genə təsir etmir.
Riyazi analiz metodları təbii seçmədə bir-birilə rəqabət aparan
genlərin ən cüzi üstünlüklərini də aşkar etməyə imkan verdi. Məlum
oldu ki, genin alleldən (onun geniş dəyişmiş formasından) üstünlüyü
0,1%-dən çox olmadıqda belə, təkamül prosesləri baş verir.
Dəqiq elmlərin biologlyaya son zamanlar müdaxiləsinin
güclənməsi göstərir ki, müasir biologiya elmi ancaq öz tədqiqat
metodları və mühakimələri hesabına nəzəri səviyyəsini qaldırmağa
qadir deyil. Deməli, biologiyanın sonrakı inkişafı onun
riyaziləşdirilməsilə sıx əlaqədardır.
Fizikada və kimyada hadisə və proseslərin modelləşdirilməsi və
riyazi cəhətdən əsaslandırılması ciddi çətinliklər törətmir.
Biologiyada isə vəziyyət başqadır. Çünki, canlıların özünə məxsus
xüsusiyyətləri hələ həll edilməsi mümkün olmayan bir sıra ciddi
çətinliklər əmələ gətirir.
Istənilən bioloji obyekt, hadisə və ya prosesin təbiəti çox
cəhətlidir. Ona görə də canlı təbiətin ümumi qanunauyğunluqlarını
geniş və mücərrəd ümumiləşmələrlə səciyyələnən riyazi ifadələr
şəklinə almaq mümkün deyil. Başqa sözlə, bütöv orqanizm üçün və ya
bioloji hadisələrin qarşılıqlı münasibətinə
__________________Milli Kitabxana__________________
95
əks etdirən biliklərin riyazi prinsiplərini yaratmaq mümkün deyil,
lakin bioloji reallıqla adekvat olan model üçün riyazn aparat qurmaq
olar. Bu halda biori riyaziyyatçı mühəndis kimi bir mövqe tutur.
Mühəndis də verilmiş funksiyaları yerinə yetirə bilən mexanizm
qurur və konstruksiya müəyyən şərtlər daxilində veridən funksiya ilə
adekvat olur. Bu cəhətdən kibernetik modelləşmə çox faydalıdır.
Kibernetika canlı orqanizmlərlə kibernetik qurğular arasındakı
analogiyadan istifadə edərək biologiyanın
eksperimental
metodlarının imkanlarını genişləndirir. Lakin kibernetik modelləşmə
biologiyanın son məqsədi deyil.
Bu modelin üstünlüyü ondadır ki, onun həyata keçirilməsilə riyazi
modelləşdirmələrin də imkanları artır. Kibernetik modelləşmə ən
yüksək səviyyəyə çatdıqda bioloji sistemlərin mürəkkəb əlaqələri və
onlara xas olan sonsuz sayda parametrlər nəzərə alına bilir.
Bu onu göstərir ki, riyaziyyat və kibernetika bioloji hadisələrin,
orqaiizmin təkamül proseslərinin öyrənilməsində özlərinə möhkəm
mövqe tutmuşlar. Bioloji proseslərin təbiətinin dərk edilməsində
riyaziyyatın rolu getdikcə artır. Buna baxmayaraq idarəedici texniki
qurğu ilə canlı orqanizmin «mexanizmin» arasındakı fərq qalır.
Deməli, söhbət ancaq bioloji xususiyyətlərin nəzərə alınması mümkün
olan səviyyəyə qədər mövcud olan analogiyadan gedir. Belə
analogiya evristik və etibarlı metod kimi özünü göstərir.
Həyat prosesləri haqqında riyazi nəzəriyyənin müasir imkanları
hələlik budur.
§ 8. TƏBİƏT ELMLƏRİ VƏ KƏND TƏSƏRRÜFATI
Deyildiyinə görə keçmişdə qarğıdalı toxumunu əkmək istədikdə
onu əvvəlcə kisəyə doldurub çardağa qaldırır və oradan birbaşa yerə
atırlarmış. Hələ indi də bəzi yerlərdə və əhəmiyyətini itirməyən, bu
tədbir məhsulun bol olmasını təmin edən əsas şərtlərdən biri kimi
vaxtilə çox məşhur olmuşdur. Belə hesab edirlər ki, bu zaman əmələ
gələn mexaniki silkələnmə toxumların yaxşı cücərməsinə və bitkinin
tez inkişaf etməsinə səbəb olur.
Müasir elm sübut etmişdir ki, bu hadisə heç də təsadufi deyil və
onu elmi cəhətdən əsaslandırmaq olar.
__________________Milli Kitabxana__________________
96
Lakin indi həmin usulla toxumları «silkələmək» çox sadə və az
əlverişli hesab olunur. Hazırda toxumları fəallaşdıran, onların tez
cücərməsinə təkan verən onlarla və hətta yüzlərlə müasir fiziki üsullar
mövcuddur.
İndi toxumları ultrabənövşəyi və yümşaq rentgen şüaları ilə,
yüksək gərginlikli elektrik sahəsinə, ultrasəslə, toxumlardan yuksək
enerjili elektronlar seli buraxmaqla, onları güclü elektromaqnitin
qütbləri arasında yerləşdirməklə və digər fiziki təsirlərlə
fəallaşdırırlar. Belə suallar meydana çıxar:
Bu təsir üsullarından hansına daha çox üstünlük verilməlidir:
onları bir-birilə necə müqayisə etmək olar; təsir müddəti və
intensivliyi necə aşkara çıxarılar; bu toxumlara nə vaxt və hansı
şəraitdə təsir etmək daha əlverişlidir; hansı toxum üçün daha çox
fiziki təsir göstərmək lazımdır? və s.
Belə sualların sayını istənilən qədər artırmaq olar. Bunların
hamısına dəqiq cavab almaq və aqronoma düzgün məsləhət vermək
üçün, həmin məsələ arpa, buğda, darı, çəltik və sair üçün ayrıca tədqiq
edilməlidir. Belə çıxır ki, arzu edilən məqsədə çatmaq üçün
milyonlarla təcrübələr aparmaq tələb olunur.
Elm sübut etmişdir ki, külli miqdarda təcrübə aparmağa ehtiyac
yoxdur. Alimlərimiz bu çətinlikdən çox qısa yolla çıxmaq qaydasını
müəyyən etmişlər. Fizik və bioloqların birlikdə bu sahədə apardıqları
tədqiqatlar əsasında yürütdükləri mühakiməyə görə müxtəlif cür fiziki
təsirlər, toxumun daxilində təxminən eyni cür dəyişikliklər yaradır.
Toxum müəyyən enerji kvantını udur və öz canlı rüşeymindəki
molekulları həyəcanlandırmağa sərf edir. Nəticədə, həmin
molekullardakı kimyəvi rabitələrin bir qismi qırılır və molekulların
«qəlpələri» əmələ gəlir. Beləliklə, əlavə enerjisi olan molekulyar
hissəciklərin və sərbəst elektronların sayı artır.
Belə hissəciklərin miqdarını və enerjisini ölçmək üçün müasir
nüvə fizikasının olduqca həssas və dəqiq cihazları vardır. Bu ölçmələr
göstərmişdir ki, toxum daxilində fəal hissəciklərin sayı və enerjisi
artdıqca onlarda yaranan həyat qüvvələri də artır. Bütün fiziki təsir
üsulları bitkilərin yetişməsi pro-
__________________Milli Kitabxana__________________
97
sesində müsbət iz buraxır. Toxumlar göbələk xəstəliklərinə
müqavimət göstərir və tez cücərirlər. Ən maraqlı cəhət burasıdır ki,
belə toxumdan əmələ gələn bitkilər də müxtəlif ziyanvericilərə qarşı
daha yaxşı müqavimət göstərir və sürətlə böyüyürlər. Bu isə kənd
təsərrüfatı üçün on vacib bir məsələdir.
Belaliklə, fizikanın kənd təsərrüfatına müdaxiləsi nəticəsində
aqronoma, elmi cəhətdən əsaslandırılmış dəqiq məsləhətlər vermək
üçün əlverişli şərait yaranır.
Bitkilər haqqında elm, dəqiq elmlərə doğru öz yerini dəyişir.
Nəticədə, bol kənd təsərrüfatı məhsulları əldə etmək imkanlarını
artırır.
Fizikanın səpin məsələsinə qarışması yeni hadisə deyil. Elmə
çoxdan məlumdur ki, səpinqabağı, toxumun nəmlik dərəcəsinin dəqiq
təyin edilməsi, onun yetişdiriləcəyi torpağa yarandığını bilmək üçün
çox vacibdir. Bu məsələnin fiziki üsulla həlli, bir neçə saniyə vaxt
aparır. Tədqiq edilən toxumlar kondeneatorun köynəkləri arasına
doldurulur, sonra tələb edilən nəmliyə uyğun etalonla müqayisə edilir.
Bu isə toxumun səpinə yarayıb yaramadığını tez müəyyən edir.
Son zamanlar fiziki cihazların kənd təsərrüfatında tətbiq olunma
məqsədləri və sahələri daha da genişlənmişdir.
Indi bu cihazlar ilk baxışda çox qəribə görünən va heç bir məna
daşımayan, lakin əslində, kənd təsərrüfatında məhsuldarlığın
artmasında fəal iştirak edən vasitələrdir. Aqronomu maraqlandıran bir
sıra suallara onlar düz və dəqiq cavab verirlər.
Xiyar gündüzlər yetişir, yoxsa gecələr? Qarpızın yaxşı yetişməsi
üçün dumanlı hava əlverişlidir, ya günəşli? hansı iqlim şəraitində
bitkilər özünü daha yaxşı hiss edir?
Bu suallara düzgün cavab verməkdə kənd təsərrüfat elmləri
namizədi Arkadi Zaytsevin düzəltdiyi cihazlar xüsusi yer tutur.
Qarpızın yetişmə prosesini öyrənmək üçün onun hazırladığı cihazın
əsas hissəsi adi bir linkdir. Bunun bir ucu qarpızın səthinə toxunur, o
biri ucu isə xüsusi qurğunun köməyilə özüyazan peroya birləşdirilir.
Qarpız yetişdikcə öz səthinə toxunan linki itələyir və pero, saat
mexanizmilə işləyən barabana sarınmış lent üzərində iz buraxır. Bu
__________________Milli Kitabxana__________________
98
qayda ilə lent üzərində qarpızın yetişmə əyrisi qurulur. Həmin prinsipə
əsaslanan cihazlar xiyarın, kök və bir sıra başqa məhsulların da
yetişmə prosesini öyrənməyə kömək edir. Cihazın göstərişlərinə
görə, qarpız ilk vaxtlarda gecə-gündüz böyüyür. Sonra bu proses
müəyyən qaydaya düşür. O ancaq gecələr böyüyür və orta hesabla
öz çəkisini gündə 300 q artırır, gündüzlər isə istirahət edir və gündə
çəkisindən 40 q itirir. Bu cihazlar, fosfor, kalium və azot kimi
gübrələrin bitkilərə hansı miqdarda lazım olduğunu da təyin etməyə
imkan verir. Cihazın verdiyi böyümə əyrisnə görə qarpız fosforu çox
sevir. Deməli, bol məhsul götürmək üçün bu cihazların köməyindən
istifadə etmək olar. Cihazın göstərişlərinə görə istilik
şitilliklərindəki xiyarlar gecələr yetişir, səhər açılanda isə bu proses
dayanır. Bərk isti də yetişmə prosesinə mənfi təsir göstərir. Bitkilər
belə şəraitdə fəaliyyətsizləşir.
İstilik şitilliklərində suvarma şlanqla aparıldıqda bu, xiyarın
yetişməsini yubadır, süni suvarmada isə xiyarın çəkisi və boyu gecə-
gündüz artır. Buradan belə bir nəticə çıxır ki, məhsulun tez yetişməsi
və bol olması üçün süni yağış yağdırmaqla aparılan suvarmadan
istifadə etmək lazımdır.
Kənd təsərrufatı yeniliklərindən biri də son zamanlar torpaq
bakteriyalarına olan münasibətin bir qədər dəyişməsidir.
Bizi ahatə edən aləm adi gözdə görünməyən mikroorqannzmlərlə
doludur. Mikroorqanizmlər maddələrin torpaqdakı dövri hərəkətində
iştirak edərək torpağın məhsuldarlığını artırır.
Boy atan bitkilər öz köklərilə torpaqdan su və onda həll olan
mineral maddələri qəbul edir.
Bitkinin yarpaqlarında Günəş işığının enerjisinin təsirilə karbon
qazı və su üzvi maddələrə çevrilir. Bitki və heyvanlar tələf olduqda bu
üzvi maddələr yenidən torpağa qayıdır, mikroorqanizmlər bunları
parçalayaraq ilkin maddələrə- minerallara çevirir, bu yolla ayrılan
mineral elementlər yenidən bitkilərin köklərinə daxil olur. Lakin üzvi
maddələrin çoxu tam parçalanmır, azacıq çevrilmə prosesindən sonra
çürüntü əmələ gətirir. Min illər ərzində
__________________Milli Kitabxana__________________
99
toplanan bu mürəkkəb çürüntü maddələri azotla zəngin olur və təbii
olaraq torpağın məhsuldarlığını artırır. Bu çürüntü, obrazlı şəkildə
desək, bitki üçün zəruri elementlərin anbarıdır. O mikrobların
minerallaşdırıcı fəaliyyəti nəticəsində tədricən bitkilər tərəfindən
mənimsənilir. Təbii şəraitdə bu çürüntü torpağın səthini millimetrin
1/1000-i qədər, xüsusi əlverişli hallarda isə 1/100-i qədər qalınlığı
olan pərdə kimi örtür.
Torpaqda yaşayan mikrobların qəribə xüsusiyyətləri var. Onların
bəzisi atmosferdəki molekulyar azotu birbaşa mənimsəyir və ondan öz
zülallarını yaratmaqda istifadə edir. Beləliklə, mikroblar torpağı bu
qiymətli elementlə zənginləşdirir. Həmin minerallar sonra torpaqdan
bitkilərə və bitkilər vasitəsilə başqa canlı orqanizmlərə keçir.
Torpaqda daimi bir mübadilə gedir. Bitkilər mikroorqanizmlərə üzvi
karbon, onlar isə öz növbəsində bitkilərin mənimsəyə bildiyi formada
mineral elementlər hazırlayır.
Beləliklə, mikroorqanizmlər biosferdə maddələrin dövri
hərəkətində ən zəruri bir mövqe tutur, onlar fasiləsiz olaraq torpağa
daxil olan külli miqdarda üzvi maddələr ehtiyatını emal edərək
tədricən minerallaşdırır və atmosfer azotunu özündə toplayan
birləşmələr əmələ gətirir. Təbii şəraitdə torpağın məhsuldarlığını
artıran qida maddələrinin dövri hərəkəti təxminən bu şəkildə baş verir.
Lakin hər il bitkilər vasitəsilə torpaqdakı qida elementlərinin böyük
bir kütləsi ayrılır və onun məhsuldarlığını azaldır. Ona görə də kütləvi
şəkildə süni mineral gübrələrin tətbiq edilməsi, kənd təsərrüfatındakı
elmi-texniki tərəqqinin əsas tərkib hissələrindən biri hesab olunur.
Indi insanlar mikroorqanizmlərin funksiyalarını öz əllərinə alaraq
onların həlledici rolunu zəiflətmişlər. Buna baxmayaraq
mikroorqanizmlərin üzvi maddələri minerallaşdırması prosesi
elementlərin dövri hərəkətində yenə də mühüm bir yer tutur. Təxmini
hesablamalara görə torpaq mikroorqanizmləri ildə on milyonlarla ton
atmosfer azotunu özlərinə cəlb edir. Dünya sənayesinin istehsal etdiyi
bu qiymətli gübrənin miqdarı isə 30 mln t-na qədərdir. 1980-ci ildə
azotun bütün dünya üzrə süni gübrə şək-
__________________Milli Kitabxana__________________
100
lində istehsalının 60—70 mln q-na çatdırilması nəzərdə tutulmuşdur.
Deməli, «texniki» azotun miqdarı «bioloji» azotdan dəfələrlə çox
olacaqdır. Çünki torpaqdan götürülən məhsul ildən-ilə artır və bu
məhsul özü ilə külli miqdarda azot, fosfor, kalium və s. aparır. Bunu
təkcə mikroorqanizmlərin faydalı fəaliyyəti hesabına ödəmək qeyri
mümkündür. Süni yolla alınan gübrə müəyyən məsarif tələb edir.
Mikroorqanizmlərin istehsal etdiyi azot üçün isə heç bir vəsait sərf
olunmur. Ona görə də hər vasitə ilə bu mikrobların çoxalması üçün
əlverişli olan fiziki və kimyəvi şərait yaratmaq lazımdır. Bu cəhətdən
torpağın yumşaqlığı, nəmlik dərəcəsi, turşluğu və s. böyük rol
oynayır. Müəyyən əlverişli şəraitdə bu mikrobların sayı sürətlə artır
və aerob mikroorqanizmlər hesabına, bilavasitə onların fəaliyyəti
nəticəsində üzvi maddələrdən alınan və bitkiləri qidalandıran
elementlərin miqdarı çoxalır. Lakin son zamanlar mikrobların
fəaliyyətinə olan müsbət münasibət bir qədər dəyişmişdir.
Tədqiqatlar nətncəsində məlum olmuşdur ki, mikrobların çoxalması
bitkilərə məxsus azot gübrəsinin bir hissəsinin itməsinə səbəb
olur. Torpaq mikroorqanizmlərinin çoxu azot gübrəsini
nitratsızlaşdırır və əmələ gələn azot qazı uçub havaya gedir. Bəzi
hallarda bu yolla itən gübrə bitkiyə verilənin dörddə bir hissəsni
təşkil edir. Mikroorqanizmlərdən fərqli olaraq bitkilərə üzvü karbon
lazım deyil, çünki, bitkilər bunu fotosintez vasitəsilə alır. Azot, fosfor
və kalium isə bunların hər ikisinə lazımdır. Digər tərəfdən də,
atmosferdəki sərbəst azotu mənimsəmək qabiliyyəti bütün
mikroblarda yoxdur, olan mikrobların da çoxu asan yolla torpağın
özündəki süni gübrənin azotundan istifadə edir. Beləliklə, bu məsələ
xeyli mürəkkəbləşir. Həmin məsələlərin aydınlatşdırılmasında fiziki
metodlar, xüsusilə nişanlanmış atomlar metodu böyük rol oynayır.
Azotun ağır izotopu ilə aparılan təcrübələr sübut etmişdir ki,
mikroblar külliyyatı süni azot gübrəsinin üçdə birini «yeyir». Bunun
bir qismi çox tez azad olur və bitkinii istifadə edə bilocəyi şəklə
düşür. Digər qismi isə torpaqda ehtiyat halında toplanıb qalır.
Lakin mikroorqanizmlərin başqa bir fəaliyyəti də var. Onlar
torpaqdakı ziyanvericilərlə, bitki xəstə-
__________________Milli Kitabxana__________________
101
likləri törədən göbələklərlə bioloji mübarizə aparır. Bu məqsədlə
kimyəvi mübarizədən istifadə etdikdə ətraf mühit zəhərlənir, zəhərli
maddələr torpaqda toplanaraq yağış suyu ilə çaylara və göllərə
tökülür. Kimyanın kənd təsərrüfatında tətbiqində mənfi təsirlərinə yol
verməmək, müsbət təsirlərini isə saxlamaq üçün aqrokimyaçıların,
aqrofiziklərin, mikrobioloqların və bir sıra başqa mütəxəssislərin birgə
çalışması və geniş miqyasda kompleks tədqiqat işləri aparması tələb
olunur.
Dostları ilə paylaş: |