• öz fəaliyyətindəki uğursuzluqların səbəblərini başqalarında, qeyri-obyektiv
səbəblərdə deyil, ilk növbədə özündə axtarmaq və həmişə özünə münasibətdə
ciddi bir hakim olmaq [Асадова И. 2017].
İnsan bütün həyatı boyu qarşısına qoyduğu
məqsədlərə çatmaq üçün
çətinliklərlə mübarizə aparır. Bəzən çətinliklərlə qarşılaşdıqda ehtiyat edir, geri
çəkilməli olur və bunu bir uğursuzluq sayaraq iztirab çəkir. Çətinliklərin aradan
qaldırılmasında, məqsədə çatmaq üçün iradi səy göstərilməsində möhkəm əqidənin,
həyati məsələlər haqqında yetkin, kamil dünyagörüşünün və əsl insan ləyaqətinin
böyük əhəmiyyəti vardır.
Müvafiq psixi proseslərin və xüsusiyyətlərin formalaşdırılması prinsipində
şəxsiyyətin iradəsinin rolu son dərəcə əyani şəkildə əks olunur. İnsan iradi
hərəkətlərə
əməl etdiyi, səy göstərdiyi, çalışdığı,
öz daxilində ətalət, tənbəllik,
zərərli
vərdişlər, ani əhvali-ruhiyyəyə qapılma halları və ətraf mühitdə olan
maneələrlə mübarizə apardığı üçün onda əsaslı qərarlar qəbul etmək qabiliyyəti,
təkidlilik, soyuqqanlılıq, təmkinli olmaq və s. mənəvi-iradi keyfiyyətlər inkişaf
edir. İnsanın özünə hakim olmaq kimi dəyərli mənəvi-iradi keyfiyyəti çətinliklərlə
gündəlik mübarizədə formalaşır.
Uşaqların mənəvi-iradi keyfiyyətlərinin formalaşmasında kollektivin də rolu
böyükdür. Əgər kollektivə mənsub olmaq uşaq üçün bir məna kəsb edirsə və o,
həmin kollektivin fikri, rəyi ilə hesablaşırsa, iradə tərbiyəsində belə kollektivin
rolu daha böyük olur. Uşaq kollektivlə bağlılığını hiss edirsə, həmin kollektivdə
özü üçün səmərəli davranış nümunələri görür. Hər bir formalaşmış kollektiv öz
üzvlərindən müəyyən davranış qaydalarına riayət olunmasını tələb edir. Bu tələblər
vəzifələrin vaxtında yerinə yetirilməsindən, yoldaşlarla fəal ünsiyyət saxlamaq,
onlara qayğı göstərməkdən və kollektivin nüfuzunu qorumağa çalışmaqdan
ibarətdir. Bu tələblər kollektiv üzvü üçün elə bir şərait yaradır ki, o,
özünü iş
prosesində göstərməyə, təmkinli, soyuqqanlı olmağa məcbur edir.
Kollektivin keyfiyyətcə daha çətin tapşırıqlarını yerinə yetirdikcə,
yüksək
səviyyədə müstəqillik və təşəbbüskarlıq tələb edən hərəkətlər icra etdikcə uşağın
lazımi mənəvi-iradi keyfiyyətləri də inkişaf edir. Müntəzəm surətdə icra edilən
uğurlu mənəvi-iradi hərəkətlər sayəsində uşaqda öz qüvvəsinə inam və insanlarla
birgə fəaliyyətdən razılıq hissi yaranır.
Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin inkişafı təsirli bir qüvvə kimi
ətrafdakı reallıqların və şəxsiyyətin özünün də dəyişməsi ilə nəticələnir. Bu
prosesdə mühüm amilin fiziki tərbiyə və idman olduğu birmənalıdır. «Fiziki
tərbiyə fənninin tədrisi zamanı
məktəbli şəxsiyyətinə, onun ətrafdakılarla
əməkdaşlığına və şagird yoldaşlarının fiziki, psixi, mənəvi-iradi keyfiyyətlərinın
formalaşdırılmasına şüurlu, məqsədyönlü, humanist təsiri üçün böyük imkanlar
yaranır» [Qurbanov H., Yolçuyev S. Bakı, 2003].
P E D A Q O G İ K A
Dostları ilə paylaş: