xüsusiyyət, ilk növbədə, icrası risk tələb edən hərəki fəaliyyəti yerinə yetirərkən
formalaşa bilər. Göründüyü kimi, mənəvi-iradi xüsusiyyətlərin formalaşması me-
xanizminin əsasında onların şagird tərəfindən fiziki cəhətdən hiss edilməsi,
yaşanması durur.
Azərbaycan Respublikasında fiziki tərbiyə sisteminin məqsədi hərtərəfli inkişaf
etmiş, sağlam və yüksək əmək məhsuldarlığına, vətənin müdafiəsinə hazır olan,
müasir cəmiyyətin fəal qurucularını yetişdirməkdən ibarətdir. Belə məqsədlərin
əsaslandırılmış qoyuluşunun obyektiv səbəblərindən biri, ilk növbədə istehsalatın
və hərbi işin tərəqqisi, insanların fiziki inkişafına və hazırlığına göstərilən tələbatdır.
Fiziki tərbiyənin spesifik sahələrinə və tərbiyənin digər növləri ilə onun
qarşılıqlı əlaqəsinə görə əsas vəzifələr 3 qrupa ayrılır:
• müasir cəmiyyətdə insanların hərəki qabiliyyətlərinin inkişafı, sağlamlıqlarının
möhkəmləndirilməsi, iş qabiliyyətlərinin yüksəldilməsinə nail olmaq;
• azad cəmiyyət qurucuları olan gələcək Azərbaycan vətəndaşları üçün həyatda
zəruri olan hərəkət, bacarıq, vərdiş və xüsusi biliklərin sistemli şəkildə
formalaşdırılması və təkmilləşdirilməsi;
• müstəqil Azərbaycan Respublikasının gələcək vətəndaşlarında mənəvi, iradi
və estetik keyfiyyətlərin tərbiyə edilməsi, onların zehni inkişafının
təkmilləşdirilməsi.
Fiziki tərbiyə sistemində insanların psixoloji xüsusiyyətləri də nəzərə alınır.
İdmançıların peşəkar hazırlığı onların psixoloji keyfiyyətləri (iradi və mənəvi
keyfiyyətlər) ilə müəyyən olunur. Bu keyfiyyətlər idmançını psixoloji cəhətdən
yarışa hazırlayır.
Yuxarıda qeyd olunduğu kimi, şəxsiyyətin ən mühüm, güclü mənəvi-iradi
xüsusiyyətləri intizam, məsuliyyət, səbr və məqsədəuyğunluqdur. Bu
keyfiyyətlərin, eləcə də şəxsiyyətin formalaşması həm də fiziki tərbiyə və idman
fəaliyyəti zamanı baş verir. Erkən yaşlardan başlayaraq uşaqların inkişafında bu
fəaliyyət mühüm yer tutur.
Məktəb dövründə uşaq bilik, bacarıq və vərdişlərə sahib olur. Bu zaman onun
dünyagörüşünün təməli qoyulur, iradəsi və xarakteri formalaşır. Bu dövrdə
müəllimlərdən təhsilalanlarda mənəvi keyfiyyət və düşüncələrin formalaşmasına
düzgün rəhbərlik tələb olunur. Şagirddə intizam və məsuliyyətin formalaşdırılması
məktəbin qarşısında duran ən ümdə vəzifələrdən biridir.
Professor M. Məhərrəmov təlimdə müvəffəqiyyətin rəhni dedikdə, buraya, ilk
növbədə, iradə və müsbət iradi keyfiyyətlərin tərbiyə olunmasını daxil edirdi.
Müəllif «Yaxşı oxumağın sirri» əsərində yazır ki, iradə qüvvəsi insan fəaliyyətinin
bütün sahələrində yüksək nailiyyətlərə çatmağı təmin edir. Təlim isə fəaliyyətin
mürəkkəb növlərindəndir. Möhkəm iradə təlim işində də müvəffəqiyyət
qazanmağın rəhnidir. İradə insanın öz fəaliyyətini şüurlu surətdə tənzim edib,
qarşıya çıxan çətinlik və maneələrə qalib gəlməsində, özünüidarəetmə bacarığında
Namiq Cəfərov.
Məktəbli şəxsiyyətinin mənəvi-iradi
Dostları ilə paylaş: