metodlarını seçməyə şərait yaradır. Eyni zamanda, qeyd etmək lazımdır ki, mənəvi-
iradi xüsusiyyətlərin formalaşması yalnız müvafiq şəraitin yaradıldığı hallarda
mümkündür. Hər hansı çətinliyin dəf edilməsi, yorğunluğa qarşı dözüm, icrası
risk tələb edən hərəkəti yerinə yetirmək və s. hallar iradi keyfiyyətlərin
formalaşması üçün zəmin yarada bilər. Ciddi oyun və yarış qaydaları, onlara
riayət olunması şagird psixologiyasında nizam-intizam anlayışını formalaşdırır,
lakin fiziki tərbiyə prosesində çox mühüm bir cəhət diqqət mərkəzində
saxlanılmalıdır. Bu, oyun, yarış, hətta ən sadə hərəkətlərin icrasında şagirdlərin
tərəf-müqabillərinin seçilməsi zamanı biri-birinə fiziki hazırlıq cəhətdən yaxın
olan iştirakçıların müəyyən edilməsidir.
Fiziki cəhətdən zəif olan şagird öz gücünə müvafiq iştirakçı ilə yarışmalıdır.
Dərs prosesində zəif şagirdin fiziki cəhətdən daha yüksək hazırlıqlı şagirdlə
yarışmasına yol vermək olmaz. Bu halda zəif şagirddə müəyyən mənada psixoloji
təcrid sindromu yarana bilər. Belə uşaqlar dərs, oyun, yarışlarda iştirak etməkdən
çəkinir, özünütəcrid vəziyyətinə düşürlər. Fiziki tərbiyə dərsləri elə təşkil
olunmalıdır ki, şagirdin fiziki cəhətdən zəif olduğu hamı tərəfindən hiss olunmasın.
Bu kateqoriyaya aid olan şagirdlərin fiziki hazırlığında baş verən ən cüzi müsbət
dəyişikliklər də təqdir olunmalı, rəğbətləndirilməlidir. Bu səbəbdən də komandaları,
qrupları formalaşdırarkən çalışmaq lazımdır ki, şagirdlər fiziki hazırlıq cəhətdən
bir-birinə uyğun olsunlar.
Ümumtəhsil məktəblərində təhsil illəri şagirdin əqli, iradi, fiziki cəhətdən
inkişafı və formalaşdırılması dövrünü əhatə edir. Şagird şəxsiyyətində mənəvi-
iradi xüsusiyyətlərin formalaşdırılmasında metodik cəhətdən düzgün təşkil edilmiş
fiziki tərbiyə dərsləri müstəsna təsir imkanlarına malikdir.
Q.D.Babuşkin və V.N.Smolentsova belə hesab edirlər ki, mənəvi-iradi
keyfiyyətlərin formalaşmasında aşağıdakı qaydalara riayət olunmalıdır:
• əhəmiyyətsiz çətinliklərlə mübarizədə asan tapşırıqların (ilk mərhələdə asan
tapşırıqlar məktəblilərdə mənəvi-iradi keyfiyyətlərin formalaşmasına kömək
edir) intensivliyini tədricən artırmaq;
• təyin edilmiş vəzifəni yerinə yetirməyə sövq etmək;
• çətin tapşırığın yerinə yetirilməsinin mümkünlüyünə əminlik yaratmaq;
• sürətli və çox güc sərf edilən hərəkətlərin icrasına nail olmaq;
• tapşırıqların necə yerinə yetirilməsinə diqqət göstərərək, onların düzgün
icrasını tələb etmək və s. [Омск, 2007].
Bundan əlavə, müəlliflər mənəvi-iradi keyfiyyətlərin formalaşması üçün vacib
və zəruri şərtin özünütərbiyə olduğunu göstərirlər. Bu baxımdan, özünütərbiyənin
əsas prinsipləri aşağıdakılardır:
• özünə nəzarət etməyi bacarmaq, istədiyini deyil, lazım olanı yerinə yetirmək;
• hər zaman mükəmməl nəticə göstərməyə nail olmaq, öz fəaliyyətinin ilk və
son nəticələrini gözləmək şərti ilə hər şeyi dəqiq, səliqəli yerinə yetirmək;
Namiq Cəfərov.
Məktəbli şəxsiyyətinin mənəvi-iradi
Dostları ilə paylaş: