Vurmanın birinci üsulunda vuran və qismi hasillər sağa sürüşdürülür, vurulan isə sürüşdürülmədən
sabit qalır. Vuran sağa sürüşdürülən zaman onun solundakı ədədin böyük mərtəbələri boşalır. Bu
boşalan mərtəbələrə SM-dən sürüşdürülüb çıxarılan rəqəmlər yazılır.
Beləliklə, vurma əməli qurtardıqdan sonra hasilin kiçik mərtəbələri RGA-da, böyük mərtəbələri
isə SM-də yerləşdirilmiş olur. Qeyd edək ki, hələlik bilavasitə vurma əməlinin özünün icra
alqoritminə baxırıq, hasilin işarəsinin təyin edilməsi və s. əməliyyatlara isə sonra baxacayıq.
Birinci üsulla vurmanın alqoritmi aşağıdakı kimidir:
1.Taktlar sayğacına taktların sayı yazılır: CTT:= n-1.
2.Vuranın kiçik mərtəbəsi yoxlanılır. Əgər vuranın kiçik mərtəbəsi vahiddirsə, onda
cəmləyici ilə vurulan toplanılır, əks halda toplama aparılmır.
RGA(n-1)=1 ?
SM:= (SM)+(RGB)
3. Vuran və SM bir mərtəbə sağa sürüşdürülür.
RGA:=R1(RGA)
SM:=R1(SM).
Bundan sonra SM-n n-1 mərtəbəsi RGA-nın birinci
mərtəbəsinə verilir. RGA(1):=SM(n-1)
4.Taktlar sayğacındakı ədəd bir vahid azaldılır:
CTT:=CTT-1 və taktlar sayğacının məzmununun sıfır
olub olmaması yoxlanılır: CTT= 0?
Əgər CTT ≠0-sa, vurma ikinci bənddən başlayaq yenidən davam edir, əks halda 5-ci bəndin
icrasına keçirilir.
5.Hasilin işarə mərtəbəsi müəyyən edilir.
6.Son
Alqoritmin mikroproqram qraf-sxemi şəkil 13-də verilmişdir.
Şəkil 13. Birinci üsulla vurma alqoritminin
mikroproqram qraf-sxemi
Dostları ilə paylaş: