Beləliklə, sabit və sürüşkən nöqtəli ədədlərin yuxarıda deyilənlərə əsasən müqayisəsini belə
izah etmək olar.
1. Sabit nöqtəli təsvirdə dəyişmə diapazonu ədədlərin sürüşkən nöqtəli təsvirinə nisbətən
məhdud olur. Buna görə də bir çox sinif məsələlərin həllində sabit nöqtəli ədədlərin həm
daxiletmə, həm də hesablama prosesində miqyaslaşdırılması lazım gəlir ki, bu da proqramlaşdırma
və proqramı sazlama proseslərini mürəkkəbləşdirir.
2. Sabit nöqtəli təsvirdə nisbi xətanın gözlənilən qiyməti sürüşkən nöqtəli təsvirə nisbətən çox
olur.
3. Ədədlər üzərində əməliyyatlar və bunları yerinə yetirən qurğular ədədlərin sabit nöqtəli təsvir
halında sadə, sürüşkən nöqtəli təsvir halında isə mürəkkəb olur.
4. Yuxarıda üeyd edilən üç bəndə əsasən ədədlərin əvvəlcədən məlum olan məhdud diapazonda
dəyişən sinif məsələlərini həll etmək üçün sadə olan və buna görə də az avadanlıq sərfi və böyük
cəldliyi təmin edən ədədlərin sabit nöqtəli təsvirindən, qalan hallarda isə ədədlərin sürüşkən
nöqtəli təsvirindən istifadə olunur [1;9;11].
Xüsusiləşdirilmiş-ümumi təyinatlı maşınlarda da əksərən ədədlərin həm sabit və həm də
sürüşkən nöqtəli təsvir üsullarından istifadə olunur.
Dostları ilə paylaş: