~ 5 ~
Tarixən Azərbaycan iqtisadiyyatının inkişafını dağ ilə aranın qarşılıqlı əlaqəsi, mal
mübadiləsi təmin etmiş, dağlarda yerləşən otlaqlar, yaylaqlar köçəri və yarım köçəri maldarlığı
əhalinin bir qisminin ənənəvi təsərrüfat formasına çevirmişdir.
Azərbaycanın zəngin flora (heyvanat) və fauna (bitki) aləmi vardır. Meşələri, xüsusilə dağ
meşələri ov heyvanları
ilə zəngin olmuşdur ki, bu da qədim insanların bu ərazilərdə erkən
məskunlaşmasına şərait yaratmışdır. Meşələrdə bitən qarağac, dəmirağac,
dağdağan və başqa
nadir ağaclardan qədim zamanlardan başlayaraq qab-qacaq, nəqliyyat vasitələri, qoşqu
ləvazimatı, bəzi silahların, tikinti materiallarının hazırlanmasında istifadə olunurdu.
Azərbaycan faydalı qazıntılarla zəngin ölkədir. Hələ qədim mixi yazı abidələrində ölkədə
dəmir, mis,
qurğuşun, sink, arsen, qiymətli metallardan qızıl, gümüş, minerallardan müxtəlif
rəngli çaxmaq daşı, yəşəm daşı, mərmər, daş və duz yataqları və sairənin olması haqqında
məlumatlar verilir. Azərbaycan ərazisində hasil edilən qızıl, gümüş, qurğuşun, müxtəlif mineral
daşlar və rənglər (duz, ametist, arsen, civə, oxra) lacivərd, mərmər, tikinti daşları qonşu ölkələrə
ixrac edilirdi. Zəngin təbii sərvətlərə məxsus Azərbaycan daim işğalçı qüvvələrin diqqətini
çəkmişdir.
Beləliklə, Azərbaycanın təbii-coğrafi şəraiti - iqlimi, yer quruluşu, yeraltı və yerüstü təbii
sərvətləri, yerləşdiyi coğrafi mövqeyi onun keçdiyi tarixi yola mühüm təsir etmiş və etməkdədir.
Dostları ilə paylaş: