Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan


§ 4. Azərbaycan tarixinin qaynaqları



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01

  
§ 4. Azərbaycan tarixinin qaynaqları  
  
Az
ə
rbaycan tarixinin 
ə
n q
ə
dim v
ə
antik dövr
ə
aid m
ə
nb
ə
l
ə
ri. Azərbaycan tarixi üzrə 
qaynaqlar iki hissəyə – arxeoloji və yazılı qaynaqlara bölünür. Arxeoloji qaynaqlara qazıntılar 
zamanı yeraltı mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış məskənlərindən aşkar 
edilmiş müxtəlif əmək alətləri, sadə silah növləri, məişət və bəzək-düzək əşyaları, dini 
təsəvvürləri ifadə edən heykəlciklər, göz muncuqları və s. əşyalar aiddir. Arxeoloji qazıntılar 
zamanı ən qədim və qədim dövrün mədəniyyətinin, yaşayış tikililərinin formasının, dəfnetmə 
mərasimlərinin, qədim insanların antropoloji görkəminin, qədim istehkamların inşası 
xüsusiyyətlərinin tədqiq edilməsi üçün çox qiymətli abidələr və abidə qalıqları üzə çıxarılır. 
Azərbaycanın ən qədim və qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların əvəzolunmaz 
rolu olmuşdur və ildən-ilə əldə edilən arxeoloji materiallar tariximizin qaranlıq qalan 
səhifələrinin öyrənilməsində müstəsna rol oynayır.
Azərbaycan tarixinin qalıqları sırasında əsas yeri yazılı mənbələr tutur. Məlumdur ki, yazı 
hələ eramızdan əvvəl V minillikdə yaranmışdır. Ən qədim yazı növləri piktoqrafiya və mixi 
yazı növləridir. Piktoqrafiya - şəkil, qrafos - yazı, yəni "şəkli işarələrlə yazı" mənası verir və bu 
yazı növündən qədim İkiçayarasında (Mesopotamiyada) istifadə olunmuşdur.
Mixi yazılarda işarələr mismara bənzədiyindən onu başqa cür mismarı yazı adlandırırlar. 
Mixi yazılardan daha çox Ön Asiyanın və Orta Şərqin ən qədim dövlətlərində - Şumerdə, 
Akkadda, Misirdə, Babilistanda və s. istifadə olunmuşdur. Məhz həmin ölkələrin mixi 
yazılarında Azərbaycan tarixinin ən qədim dövrü haqqında müəyyən məlumatlar verilir. Bu 
baxımdan ən önəmli qaynaqlar e.ə. III-I minilliklərdə mövcud olmuş Şumer-Akkad, Assuriya 
(Aşşur) və Urartu dövlətlərinə aid mixi yazılardır.
Şumer, Akkad və Assuriya İkiçayarasında ardıcıl mövcud olmuş dövlətlərdir və coğrafi 
baxımdan onlar hamısı Azərbaycan ərazilərinin (Cənubi Azərbaycanın Urmiya gölü hövzəsi) 
qonşuluğunda mövcud olduğundan qədim Azərbaycanda yaşayan tayfalarla sıx iqtisadi-ticarət
siyasi və mədəni əlaqələrdə olmuşlar.
Bütün bu əlaqələr haqında qədim Şumer, Akkad və Assuriya qaynaqlarında məlumatlar əks 
olunub. Ümumiyyətlə, mixi yazıları nəinki Cənubi Azərbaycan ərazisində mövcud olmuş Aratta, 
Lullubi, Kuti və Manna dövlətləri barədə təsəvvür yaratmağa imkan verir, həmçinin bu yazılarda 
əks olunan yer, məkan, şəxs adlarının elmi təhlili əhalinin etnik tərkibi və mənsubiyyəti 
haqqında müəyyən nəticələrə gəlməkdə əhəmiyyətə malikdir.
Eramızdan əvvəl V əsrdən - eramızın IV əsrinə qədərki dövr qədim dövr hesab olunur və 
bu dövrə aid Azərbaycan tarixi barədə ən qiymətli məlumatlar antik yunan və latın yazılı 
mənbələrində saxlanılmışdır.


~ 6 ~ 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin