III müəllim: Seyid Hüseyn
mart hadiseyi-ələmiyyəsi
mövzusunda iki hekayə yazıb. “İsmailiyyə” “İstiqlal” qəzetində
(1335,4 şübat, N-avqust, N-256, 260, 261) çap edilmişdir (hər
iki hekayəni həmkarım, f.e.d. Alxan Bayramoğlu müasir
əlifbaya çevirərək “Azərbaycan” və “Açıq söz” jurnallarında
qədirşünaslıqla yazdığı ön söz ilə birgə vermişdir). Seyid
Hüseynin fərqli vaxtlarda yazdığı hər iki hekayəsi öz ifadəsi
ilə desək: “İsmailiyyə − o milli əməllərimizin doğrulduğu yer, o
möhtəşəm bina o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və
istiqlaliyyəti-məfkurəsini bir ana kimi bəsləyib tərbiyyə verən,
millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina”
haqqında idi. Hekayələrdə “İsmailiyyə” canlı obraz, əsərin baş
qəhrəmanı, namus rəmzi, mədəniyyət emblemi kimi təsvir
edilmişdir. Ermənilər təkcə köməksiz, ixtiyar insanları deyil,
məscidlərin, mətbəələrin, mədəniyyət abidələrinin də üzərinə
hücuma keçmiş, onları məhv etməkdən, yandırıb-dağıtmaqdan
çəkinməmişlər. Öz ulularının barbar xislətinə sadiq qalmışdılar.
Seyid Hüseyn Azərbaycan oxucusuna “İsmailiyyə” memarlıq
abidəsi, istiqlal məfkurəsinin beşiyi kimi təqdim edərək, onu
yandıranlara nifrət aşılamağa nail olmuşdur.
1918-ci il mart soyqırımının ədəbiyyatda bədii əksini
arayarkən “Əli və Nino” romanının adını çəkməmək
28
mümkünsüzdür. XX əsrin 20-ci illərində yazılan, ilk dəfə
1937-ci ildə Vyanada alman dilində çıxan, mühacir soydaşımız
Məcid Musazadə tərəfindən ilk dəfə dilimizə çevrilən,
Cümhuriyyət dövrünün siyasi hadisələrinə də toxunan “Əli və
Nino” romanı 1990-cı ildə Bakıda çap olunduqdan sonra
Azərbaycanda populyarlaşmışdır. Əsərdə bir sıra kölgəli
məsələlərə işıq salınmaqdan əlavə, Bakıdakı mart qırğınlarının
dəhşətli səhnələri əks edilmişdir. Roman qəhrəmanları − Əli
xan, Nino, Məhəmməd Heydər, Seyid Mustafa, Əsədulla, İlyas
bəy qırğın ərəfəsində şəhərin müdafiəçiləri, əhalini erməni
bandalarının hücumlarından qoruyanlar idi. “Əli və Nino”
romanının alman dilindən əlavə fransız, ingilis və türk dillərinə
tərcümə edilib böyük tirajla yayıldığını nəzərə alsaq, əsasən,
1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı
soyqırımı haqqında geniş Avropa auditoriyası üçün yığcam və
təsirli üslubda məlumatların ilk daşıyıcısına çevrilmiş, Qərbdə
əsl həqiqətin formalaşmasına əhəmiyyətli xidmət göstərmişdir.
Hacı Səlim Səyyah (1869-1933) əslən keşləli olsa da,
Vilnüsda anadan olmuş, on il Bakıda yaşamış (1873-1883), dörd
il Qahirənin “Əl-Əhzəd Universitetində oxumuş, Suriyada
“Şehr-ül-hilayə” adlı kitabı çıxmışdır. 1900-cü ildə Bakıya
qayıdan şair “Nəşri-maarif” xeyriyyə cəmiyyətində 1 saylı
məktəbin direktoru olmuş, “Məktəb” adlı mətbəə açaraq
1915-17-ci illərdə iyirmiyədək şeir və nəşr kitablarını çap
etdirmişdir. Mart hadisələri ərəfəsində Bakıda faciənin
iştirakçısına çevrilən Hacı Səlim Səyyah bu mövzuda bir neçə
şeir və məqalə yazmışdır. Bunlardan ən təsirlisi “Mart ayı”
sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini
Cəmo Cəbrayılbəyli FTK-ya verdiyi izahatında belə yazırdı:
“1918-ci il martında ermənilər top mərmiləri ilə Cümə
məscidinə və onunla üzbəüz yerləşən mədrəsəni xarabalığa
çevirdilər. O zaman məsciddə çoxlu qadınlar, uşaqlar, qocalar
29
gizlənmişdi. Erməni bandaları məscidə soxulur, insanların
gözlərini çıxarır, dilini, burnunu və qulaqlarını kəsirlər, üzlərinin
başlarının dərisini diri-diri soyurdular. Sonra işgəncə ilə
öldürülürlər. Məsciddə gizlənən arvad-uşaqları isə qatillər
diri-diri yandırırlar”. Bu tükürpədici dəhşətli mənzərə yazıçı
təxəyyülünün məhsulu deyil, şahid ifadəsi, tarixi faktdır. Bu
həqiqətlər amansızlığın və qəddarlığın miqyası baxımından
yalnız erməni təfəkkürünün məhsulu, erməni cəza və işgəncə
üsulunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız
işgəncə növlərinin, vəhşilik nümunələrinin şahidi olan Hacı
Səlim Səyyah “Mart ayı” şeirində yazırdı:
Mart ayı... Allah amandır, əlhəzər, min əlhəzər!
Mart ayı, çox qəmli aysan, tez qurtar get müxtəsər.
Sən kimi mənhus bir aydan deyil, məmnun bəşər.
Ərlər məğlub edib, əğyarə sən verdin zəfər.
Bu günün misli keçən il, Allahım gözdən iraq,
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,
Südəmərlər nizə nükində çalardı əl-ayaq.
Nalə, yalvarmaq bu qövmdə hərgiz etməzdi əsər.
Bu haman gündür odlar içində min cavan,
Yandı kül oldu, aman
Allah, aman Allah, aman!
Vəzli-həml etdi fəlakət içrə yüzlərcə zənan,
Qan idi: məscid, mədaris, küçə, evlər: həpsi qan.
Qanə qərq etdi müsəlmanı bu qövmi-bəd gühər.
IV müəllim: Məhəmməd Hadinin “Şühadeyi hurriyyətimizin
ərvahinə ithaf” şeiri mart soyqırımının birinci ildönümü
münasibətilə yazılmış və “Azərbaycan” qəzetinin 31 mart
1919-cu il tarixli 147-ci sayında çap olunmuşdur. Şair
soyqırımın qurbanlarını haqlı olaraq azdlıq uğrunda canından
keçmiş şəhidlər adlandırır.
30
Sizin məzarınız iştə qülubi-hürriyətdir,
Bu sözlərim ürəyimdən qopan həqiqətdir.
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey zinətçi cəhani-fəna,
Sizinlə buldu bu millət həyati nur istiqbal.
Hələ ötən əsrin əvvəllərində erməni vəhşiliyinin canlı
şahidi olmuş Məmməd Səid Ordubadi tarixi faktlar və dərin
müşahidələr əsasında dəyərli bir kitab yazmışdır. 1905-1906-cı
illərdə Qafqazda baş verən erməni-müsəlman qırğınların şahidi
olmuşdu. Ermənilərin Azərbaycanın hər yerində törətdiyi
dəhşətlər haqqında ətraflı xəbərdar olan
Məmməd Səid
Ordubadi müxtəlif bölgələrdən ünvanına gələn 245 şahidin
yazdığını toplayaraq sənədli bir əsər − “Qanlı illər”i yaradıb.
Yazıçı bu əsərində ermənilərin 300-dən artıq kənddə törətdiyi
faciələri, ağlagəlməz işgəncələri, talanları faktların dili ilə
qələmə alıb. Hələ çar senzurasının hökm sürdüyü bir dövrdə
erməni daşnaklarının onlara söykənərək həyata keçirdiyi
soyqırımı barədə fakt və şahidlərin söylədikləri hadisələrin
əsasında yazan Ordubadi bu əsəri 1908-ci ildə tamamladı.
“Qanlı illər” çar hökumətinin himayəsi və erməni Daşnaksütyun
Dostları ilə paylaş: |