F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   2   3   4   5   6   7   8   9   ...   14
31 Mart – tariximizin göz yaşı

rəsm müsabiqəsi də keçirilə bilər. Kitabxanaçı ilk olaraq mövzu 
ilə bağlı bir neçə kitab və digər materialları məktəblilərə təqdim 
edir.
Müsabiqə zamanı xeyli sayda məktəblilər müsabiqəyə cəlb 
olunur və bu haqda məlumatlandırılırlar. Məktəblilər soyqırıma 
uyğun rəsmlər çəkirlər. İşğal olunmuş torpaqlar, dağıdılmış, ev-
eşiklər, viran qalmış od-ocaq, talan olunmuş mədəniyyət 
abidələri ilə bərabər nənələrimizin, analarımızın ah-naləsi 
körpələrin göz yaşları, ümumiyyətlə, əbədi iz qoyan anlar 
rəsmlərdə həkk olunur. Şəkillərin hazırlanması üçün uşaqlara 
iki həftə vaxt verilir. Müsabiqənin qaliblərini müəyyən etmək 
üçün münsiflər heyəti təyin olunur. Sözügedən heyət fərqlənən 
rəsmləri diqqətli bir şəkildə nəzərdən keçirərək, qalibləri 
müəyyən edirlər. Qaliblər təyin edildikdən sonra xüsusi diplom 
və fəxri fərmanlarla mükafatlandırılırlar.
31 Mart 1918-ci il soyqırımını məktəblilərə və eləcə də 
gələcək nəslə tanıtmaq məqsədilə kitabxanaçı məktəblərdə 
soyqırımdan bəhs edən “Azərbaycanlıların soyqırımı bədii 
ədəbiyyatda” başlıqlı söhbət də keçirə bilər. Bunun üçün 
kitabxanaçı müxtəlif adda məktəblərə gedir və məktəbin akt 
zalında müxtəlif sinif şagirdlərinə mövzu haqda məlumat verir. 
Kitabxanaçı şagirdlərlə yanaşı, tarix və ədəbiyyat müəllimlərini 
də tədbirə dəvət edir.


21 
Kitabxanaçı: Hər il mart ayının 31-i Azərbaycanda dövlət 
səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi anılır. Bu 
təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciələrin 
xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. 
Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara 
məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı 
səhifələrindən biri hesab etmək olar. Müəyyən tarixi dövrlərdə 
bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn
bu siyasəti reallaşdırması üçün müntəzəm surətdə ideoloji,
hərbi və təşkilati xarakterli iş aparılmış, tədbirlər həyata 
keçirilmiş, ən müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir. 
Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi
və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri 
və “ideoloqlarının” təcavüzünə məruz qalmışdır. Bu mənfur 
siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından 
sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və
ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti 
qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və 
soyqırımının qanlı fəsadları təkcə böyük Türk dünyasının deyil, 
bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, 
insanlığa qarşı yönələn ən amansız, dəhşətli cinayətlərə rəvac 
vermiş, əsrlər boyu bu vandalizmin qurbanı olan Azərbaycan 
xalqında dərin izlər buraxmışdır. 
 
Bu soyqırımın əsl hüquqi-siyasi qiyməti isə
 
Azərbaycan 
xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə 
qayıdışından sonra almışdır. Mart hadisələrinin 80-ci 
ildönümündə − 1998-ci il martın 26-da ümummilli liderimiz
Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin
hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət 
olmuşdur. Bu sərəncam Azərbaycanın indiki və gələcək
nəsillərini milli yaddaşının qorunması baxımından da bir növ 
proqram sənədidir. Əsrlər boyu 
 
azərbaycanlılara qarşı aparılmış


22 
soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi 
sənəddə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd 
olunması təsbitlənmişdir. Ötən illər ərzində Azərbaycan dövləti
bu tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı və 
etnik təmizlənmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə 
çatdırmaq istiqamətində xeyli iş görmüşdür.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin