F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   2   3   4   5   6   7   8   9   ...   14
31 Mart – tariximizin göz yaşı

Tədbirin sonunda iştirakçılar təqdim olunan kitablar haqqında 
öz fikirlərini bildirirlər.
Azərbaycan tarixinə qanlı hərflərlə həkk olan soyqırımla 
əlaqədar oxucular məktəblərdə divar qəzeti hazırlaya bilər.
Bunun üçün kitabxanaçı kitabxanaya gələn daimi oxucularla bir 
həftə ərzində “Qan dəryası” adlı divar qəzeti hazırlayır. 
Əvvəlcə oxucular bu mövzudan bəhs edən ədəbiyyatlarla tanış 
olub, məlumat toplayırlar. Hər oxucu bu mövzuda öz fikrini 


15 
divar qəzetində qeyd edir və slayd hazırlayır. Ən yaxşı rəy 
bildirən, slayd hazırlayan oxucu kitabxananın müdriyyəti 
tərəfindən mükafatlandırılır.
Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı ilə 
əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən biri də “Vətən 
haqqında bir az ” adlı şeir müsabiqəsidir. Kitabxanaçı ilk olaraq 
mövzu ilə bağlı bir neçə şeir kitabını məktəblilərə təqdim edir. 
Məktəblilər müəyyən etdikləri şeiri əzbərləyərək təyin edilmiş 
tarixdə kitabxanaya gəlirlər. Qonaqlar və münsiflər öz yerini 
aldıqdan sonra kitabxanaçı hər kəsi salamlayaraq tədbirə keçid 
alır. O, ilk olaraq erməni təcavüzü, Azərbaycanın dəfələrlə 
rastlaşdığı zorakılıqdan və ən faciəli səhifəmiz olan soyqırımdan 
bəhs edir. Eyni zamanda bu mövzuda yazılmış əsərlər və 
kitablardan söhbət açır.
Kitabxanaçı: Azərbaycanlılara qarşı soyqırım siyasətinin 
təzahürləri son yüzillikdə daha qabarıq şəkildə özünü büruzə 
verməsinə baxmayaraq, bu əməllərin başlanğıcı çox-çox 
əvvəllərə gedib çıxır. Xalqımızın zaman-zaman başına gətirilən 
faciələrin, bəlaların kökləri daha dərindir. Üç yüz ildən artıq bir 
dövrdə bu siyasət ayrı-ayrı vaxtlarda, müxtəlif formalarda 
həyata keçirilsə də, məzmun, qayə etibarilə bir məqsədə xidmət 
edib.
1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə 
yerləşən Türkmənçay kəndində Rusiya–İran müqaviləsi 
bağlandı. Martın 20-də Rusiya hökmdarı I Nikolay bu 
müqaviləni təsdiq etdi və elə ertəsi gün yeni inzibati vahid 
İrəvan və Naxçıvan xanlıqları əraziləri əsasında “Erməni 
vilayəti” yaradıldı. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə
əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın 
himayəsinə keçmək hüququ verildi. Əslində, ermənilərin 
Qafqaza köçürülməri işinə ondan bir il əvvəl hazırlıq 
aparılmışdı, yəni 1827-ci ildə İrandan Azərbaycan
ərazilərinə 


16 
köçürülən yüzlərlə erməni ailəsi üçün yerlərdə hər cür şərait 
yaradılırdı.
1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsindən sonra 
da ermənilər Türkiyədən tarixi Azərbaycan torpaqlarına 
köçürülürdülər. Hətta bu iş üçün 1829-cu ildə Rusiya tərəfi 
xüsusi komitə təşkil etmiş və 12 maddəlik ümumi qaydalar 
müəyyənləşdirmişdi. Bu təkzibolunmaz faktı xatırlatmaq 
istərdik ki, azərbaycanlılara qarşı son üç yüz ildə soyqırım
siyasətinin keçirilməsinin əsas səbəbkarları indiki Ermənistanda 
yaşayan ermənilər və onların sələfləridir. O sələflər ki, onların 
hamısı vaxtilə İrandan, Türkiyədən, daha sonra Suriyadan, 
Livandan, Yunanıstandan Bolqarıstandan, Rumınyadan, Qərbi 
Azərbaycana – indiki Ermənistana köçüb gəliblər, bəzən də 
gətiriliblər. Məhz bu proseslərin nəticəsi olaraq 1905-1906-cı 
illərdə azərbaycanlılara qarşı təkcə Qərbi Azərbaycanda deyil, 
Şimali və Şərqi
Azərbaycanda da soyqırım tədbirləri keçirməyə 
müvəffəq oldular... 
Təkcə Cənubi Azərbaycanın Urmiya şəhəri və onun
ətraf ərazilərində ermənilər 150 minə yaxın Azərbaycan 
əhalisini qətlə yetirmişlər. Məhz bu proseslərin davamı və ən
yüksək zirvəsi kimi 1988-1990-cı illərdə Ermənistanda 
azərbaycanlıların kökünü kəsmək və “türksüz Ermənistan” 
yaratmaq məqsədilə soydaşlarımıza qarşı əsrin ən ağır və qəddar 
vəhşilikləri həyata keçirildi... Azərbaycanlılara qarşı soyqırım 
siyasəti həyata keçirilərkən bu iş bütün dövrlərdə və bütün 
hallarda əvvəlcə deportasiya, onun ardınca da soyqırımların 
başlanması ilə müşayiət olunmuşdur. Adətən, köçürülmələr 
soyqırımlarla başlanmış, soyqırımlarla tamamlanmışdır.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan 
şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən 
soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə 
qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən 


17 
kobudcasına pozulur, ana dilində təhsil almalarına əngəllər 
törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. 
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika 
tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla 
əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi 
gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq 
üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist 
ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti 
ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni 
ideologiyasının təqiblərinə məruz qalırdı. 
Kitabxanaçının çıxışından sonra iştirakçılar bir-bir səhnəyə 
yaxınlaşaraq öz şeirlərini deməyə başlayır.
I iştirakçı Təhməz Tənhanın “Əsas qəsbkar hayeslər” adlı şeiri 
söyləyir:
Yayıldı ermənilər bütün dünyaya,
Hansı dövlətləri misal çəkim mən,
Onlara şahiddir hər dağ, hər qaya,
Səslərə səs verir hər bir qitədən. 
İslam dünyasının hər bucağında,
Erməni diasporu təşkil olundu.
Onların işinin hər qurluşunda,
Rusiya tükənməz dayaq dururdu. 
Hansı ki, daha çox fitnəkardılar. 
Onlardan istərdim misal çəkim mən,
Faktları yazmağa ixtiyarım var. 
Tarixdən götürürəm həmin faktları,
Yalan sözləri mən yazmaram heç vaxt,
Qoy bilsin kainat, o əclafları, 
Onların ucundan olmuşuq bədbəxt... 
II iştirakçı Eldar İsmayılın “Yoxdu, yox” adlı şeirini söyləməyə 
başlayır: 


18 
Torpağımız qıyma-qıyma doğranıb,
Sinəmizə yad gülləsi dəyibdi,
Bir oba var qədim Qazax yurdunda,
Babam ona Karvansara deyibdi
Məndən ötrü bil İçevan yoxdu, yox! 
Zəngəzurun saçlarına düşüb dən, 
Bu fəlakət tariximin inadı... 
Dərələyəz silinərmi tarixdən? 
İrəvandı İrəvanın ilk adı,
Məndən ötrü bil Yerevan
yoxdu, yox! 
Qılıncımı vaxtsız qoysam qınıma, 
Bağışlamaz torpaq məni, yer məni. 
Gərək yadı mən bələyim qanına,
Məndən ötrü özgə düşmən yoxdu, yox!.. 
III iştirakçı
 
Təhməz Tənhanın “Yanvar günləri” adlı şeirini 
deməyə başlayır:
Yadımdadır o gün,
Yanvar günləri. 
Tutaraq küçələri ermənilər,
Körpə-körpə uşaqları, 
Öldürmüşdülər, 
Qulaq, burun yox, 
Tanınmazdı sifətləri, 
Bir nişan yox...
IV iştirakçı “Vətən” adlı şeiri söyləyir: 
Bu Vətəndir, ulu Vətən! 
Sərhədləri köksümüzdən 
Məndən, səndən-hamımızdan
Bircə kömək gümanı var.


19 
Bu Vətənin 
O tay, bu tay davası var. 
Ay-ulduzlu bayrağının
Qızıl qandan boyası var!.. 
V iştirakçı B. Vahabzadənin “Gülüstan” poemasından bir parça 
söyləyir:
“Gülüstan” yarandı düz qırx il əvvəl 
“Şəhidlər” nəticə, “Gülüstan” təməl. 
Azadlıq verilməz bilək bir kərə 
Azadlıq alınar, budur doğru yol.
Axı “Gülüstan” dan ta “Şəhidlər” ə 
Gedən uzun yoldu keçilən bu yol...
VI iştirakçı B. Vahabzadənin “Şəhidlər”
 
poemasından bir 
parça söyləyir: 
Şəhidlər bu torpağa, xalqa səcdə qıldılar,
Haqsızlığın üstündən haqqa körpü saldılar.
Vətəni sevmək üstdə günahkar sayıldılar, 
Vətəni sevmək niyə günah olmuş, ay Allah? 
Özgənin əlindədir xeyirimiz, şərimiz, 
Sərvətimiz daşındı, hey soyuldu dərimiz. 
Gözümüz üfüqdədir, açılmır səhərimiz, 
Bizə düşən səmada gün tutulmuş,
ay Allah?.. 
VII iştirakçı X. Rzanın “Mən Azərbaycanam” şeirindən bir 
parça söyləyir: 
Dinləyin, dinləyin, mən bir kamanam,
Şərqin sinəsindən qopan fəğanam.
Uzaq əsrlərin dərinliyindən
Sabaha üz qoyan sonsuz karvanam.
Sovqatı, bəxşişi açıq sinidə,


20 
Ağzının sonuncu tikəsini də 
Dosta bağışlayan, düşmənə verən 
Dumanlı Təbrizəm, çənli Zəncanam 
Hər şeyi alınıb tükənsə belə, 
Eşqi tükənməyən Azərbaycanam! 
Tədbirin sonunda münsiflər heyəti qalibləri müəyyənləşdirir. 
Sonda isə qalib və digər iştirakçılara mükafat verilir. 

Azərbaycan xalqına qarşı törədilən 1918-ci il Mart soyqırımı 
yubileyi ilə əlaqədar kitabxanada “Qanlı tarix rəsmlərdə” adlı 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin