F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   2   3   4   5   6   7   8   9   ...   14
31 Mart – tariximizin göz yaşı

 
 
 
 
 
 
 
 



Kitab sərgisi 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Görkəmli şəxsiyyətlərin 31 Mart soyqırımı haqqında
söylədikləri fikirlər: 
Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü 
şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı
siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və 
məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən 
belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi 
Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları 
tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və 
qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi 
mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 
Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza 
qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək 
nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə 
bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, 
onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə 
halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə 
yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. 
 
Heydər Əliyev,
Ümummilli lider 
 
Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb 
və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyü bərpa ediləcəkdir, 
Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə 
yaşamış, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi 
Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, 
Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt 
imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq 
Qarabağda ikinci erməni dövləti yaradılsın.
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında 
erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O 


10 
torpaqlar bizim doğma ata-baba topraqlarımızdır. İrəvan xanlığı, 
Zəngəzur mahalı – bütün o adlar Azərbaycan toponimləridir.
İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
 
Türk 
demokratiyasının qafasında partladılan toplar, 
müsəlmanlara edilən ədalətsizlik Azərbaycan fikrini daşıyanları, 
muxtariyyat və istiqlal əqidəsi ilə yaşayanları məhv etmək üçün 
idi. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin