F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   2   3   4   5   6   7   8   9   ...   14
31 Mart – tariximizin göz yaşı

Bir əsrə sığmayan zülm 
Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli 
tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini 
əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə 
ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı 
ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq 
nümunəsidir.
Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli 
və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri” 
adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza 
düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara məruz 
qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın 
məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da
milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb 
etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların 
bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan 
1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza 
qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.
1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət 
səviyyəsində 
Azərbaycanlıların 
Soyqırımı Günü kimi
qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin 
tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın 
təzahürüdür. 
Azərbaycanlıların kütləvi surətdə qırğını, 
repressiyalara məruz qalması, doğma yurdlarından sürgün 
edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və
dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq 
xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə 
azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar 
həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri 
Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan 
kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə 



yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 
Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, 
ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik 
törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin 
qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart 
ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında 
Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını 
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan 
həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin 
törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi 
həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli 
mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od 
vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq 
incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri 
dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, 
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və 
Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata 
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə 
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri 
dağıdılıb məhv edilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin 
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 
1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə 
İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. 
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı 
vəhşilikləri, 
İrəvan quberniyası ərazisində ermənilərin 
törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu 
həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində 
xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki 
dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli 
matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara 



qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən 
torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət 
vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin 
süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın 
sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən 
ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər 
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı 
dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi 
siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl 
atdılar. Bunun üçün onlar keçmiş SSRİ Nazirlər Sovetinin 23 
dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa 
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına 
köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 
1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından 
kütləvi surətdə deportasiyası
Erməni 
millətçiləri 
öz 
havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan 
xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. 
Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal 
və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, 
memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni 
xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni 
zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların 
mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, 
məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində 
regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, 
azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları 
kimi qələmə verilirdi. Rəsmi mənbələrə əsasən soyqırımın 
nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on 
minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər 
Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart 
Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 



31 Mart soyqırımı ilə əlaqədar olaraq, kitabxanada bir sıra
tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir 
müsabiqəsi, səhnəciklər, icmal, anım gecəsi və s. keçirilə bilər. 
31 Mart soyqırımı haqqında şagirdləri və gənc nəsli 
maarifləndirmək məqsədilə kitabxanada kitab sərgisi təşkil 
olunmalıdır. Sərgiyə müxtəlif başlıqlar verilə bilər: “İki əsr 
davam edən xislət”, “Türkün soyqırımı”, “Ermənilərin genosidi, 
yoxsa genetik həyasızlığı”, “Əzəli və əbədi düşmən”, “Mart 
soyqırımı xalqımıza qarşı törədilmiş bəşəri cinayət idi”, 
“Faciələrimiz unudulmayacaq”, “Al qana boyanmış bahar 
günləri”, “Mart Soyqırımı: bəşəriyyət sussa da, faktlar susmur”, 
“Sağalmayan yaralar”, “Bu qan yerdə qalan deyil”, “Bir şəhiddir 
ürəyim”, “Mənfur erməni terrorunun qurbanları”, “Azərbaycan 
ağrısı”, “Bir əsrə sığmayan zülm”, “Ağlayan daşlar”,

Soyqırım 
açıq və gizli formalarda”, “Qana bələnmiş tarix”, “Əbədiyyətə 
qovuşanlar”, “Qanlı səhifələr”, “Türksüz Ermənistan yaratmaq 
məqsədi”, “Həqiqət və haqq işi gec olsa da, güc olur” və s.
31 Mart soyqırımı ilə bağlı şəkillərdən ibarət fotostend və bu 
faciədən bəhs edən kitablar sərgidə öz yerini alır. Müxtəlif 
ədiblərin, görkəmli şəxsiyyət və tarixçilərə məxsus kəlam və 
materiallar da sərgidə nümayiş oluna bilər. Bütün bunlarla 
yanaşı, sitatlar və şeir parçaları sərginin daha da 
dolğunlaşmasına səbəb olar. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin