F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   2   3   4   5   6   7   8   9   ...   14
31 Mart – tariximizin göz yaşı

M.Ə.Rəsulzadə, 
ictimai xadim 
 
Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. 
Onlar kefi istədikləri adamları öldürür, evləri dağıdır, xaraba 
qoyurdular. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm 
etmirdilər.
Nəriman Nərimanov, 
ictimai xadim 

Ey ziyalılar, Qafqasiyanın böyük və bərəkətli bir qismi biz 
Azərbaycan türklərinindir. Burada torpağın və mülkün çoxu 
bizim,
danışılan dil bizim, ruhumuzu bəzəyən musiqi və 
ədəbiyyat bizimdir. Bəs Allahın o gözəl nemətlərindən niyə üz 
döndərirsiniz? Məgər neçə milyonluq türkün gücü yoxdur? Güc 
var. Toplanıb cəmi gücümüzü təşkilata tabe etməliyik, ədəmi-
mərkəziyyət qayəli Azərbaycanda bir idarə yaradılmalıdır ki, 
Dağıstan, Bakı, Gəncə, İrəvan, Batum və Qars vilayətlərində 
türklər mal və namusunu mühafizə etsin. Həm hal-hazırda, həm 
də gəlcəkdə asudə və səadətli yaşamağını təmin eləsin. 
Yusif Vəzir Çəmənzəminli, 
yazıçı



11 
Ermənilər 
müsəlman əhalisini işgəncələrlə öldürür, 
şəmşirlərələ parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları 
süngüyə keçirir, evlərə od vurub sakinləri ilə qarışıq yandırır, 
qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin 
qundağı ilə ölüncəyə qədər döyürdülər.
Kulqe, 
tədqiqatçı
31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı kitabxanada 
keçirilən tədbirlərdən biri də “Ermənistanın Azərbaycana 
təcavüzü” adlı sərgi ətrafında oxucularla biblioqrafik icmal 
adlanır.
Bunun üçün kitabxanaçı sərgidə yer almış kitablar haqqında 
məlumata keçid alır.
Kitabxanaçı: Azərbaycan xalqına qarşı 1918-ci il mart 
soyqırımı. 1 cild, “26 Bakı komissarları”nın əsl tarixi. Bakı, 
Çaşıoğlu, 2009, -776 səhifə. Oxucu mühakiməsinə təqdim 
olunan bu kitab “Azərbaycan xalqına qarşı 1918-ci il mart 
soyqırımı” adlı üçcildlik sənədlər toplusunun 1-ci cildidir. Kitab 
Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ilk mənbələrin 
nəşrini nəzərdə tutan uzunmüddətli layihənin tərkib hissəsidir. 
Sənət toplusu sovet hakimiyyəti illərində Azərbaycan xalqının
xüsusi məqsədlərlə saxtalaşdırılmış tarixinin əsl mənzərəsini üzə 
çıxarır. Kitabda daxil edilmiş arxiv sənədləri və müəllif 
məqalələrində “Daşnaksütyun” partiyası Bakı Komitəsinin üzvü 
Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik cəlladlarının 
Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli soyqırımın 
indiyədək xalqdan gizlədilmiş səhifələri işıqlandırılır.
İkinci kitab Vəliyev Akif Abduləzim oğlunun (Aşurlu) “31 
mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” adlı kitabıdır.
“31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı 
ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi 


12 
qətliamdan bəhs edir. Kitabda soyqırım tarixşünaslığı üçün 
yenilik sayılacaq faktlar, məqalələr əksini tapır. “Azərbaycan”, 
“İstiqlal”, “Hümmət” kimi mətbu orqanlarla yanaşı, ilk dəfə 
olaraq adı mətbuat tariximizə yazılan 1918-ci ildə Tiflisdə nəşr 
olunan “Qardaş qayğısı” qəzetində çap olunmuş məqalələr ərəb
qrafikasından müasir əlifbaya keçirilərək oxuculara çatdırılır.
Əslən 
Maştağadan 
olan 
Seyidağa 
Axundzadənin
1919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 
1918...” kitabı da ilk dəfə müasir əlifbada işıq üzü görür.
Növbəti kitab “Soyqırım: Erməni terorizmi” adlanır. Kitabda 
soyqırım və erməni təcavüzü müsabiqəsində iştirak etmiş
müəlliflərin hekayələri və publisistik əsərləri dərc edilmişdir. 
Kitab, erməni vəhşiliklərinin ifşa olunmasına böyük əmək sərf 
etmiş, görkəmli filosof, f.e.d. Sabir Əsədovun xatirəsinə həsr 
olunur.
Sərgidə yer alan kitablardan biri də Anar İsgəndərlinin 
“Azərbaycan həqiqətləri: 1917-1920” adlı kitabıdır. Kitabda 
ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı
imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya 
Komitəsi, Zaqafqaziya Seymi, 1918-1920-ci illərdə erməni
hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, 
Zəngəzur, İravan, Urmiya, Maku və Xoyda türk-müsəlman 
əhalisinə qarşı həyata keçirilən soyqırımlar, Azərbaycan Xalq 
Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam 
Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı
Xalq 
Komissarları Sovetinin antiazərbaycan siyasəti, ingilis 
qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin 
təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan 
nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı,
AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv 
sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq 
edilmişdir.


13 
Sərgidə yer alan növbəti kitab Elçin Əhmədovun 
“Ermənistanın Azərbaycana təcavüzü” adlı kitabıdır.
Monoqrafiyada XX əsrin 80-ci illərinin ikinci yarısından 
başlayaraq Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları və 
işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin 
təhlili xronikası verilmişdir. Son 25 il ərzində Ermənistanın 
Azərbaycana qarşı təcavüzü ilə yanaşı, eyni zamanda dünya 
birliyinin bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların
münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda təhlil edilir. 
Bundan əlavə, baş verən hadisələr xronoloji ardıcıllıqla
təhlil edilən monoqrafiyada münaqişəsinin nizama salınması 
istiqamətində Azərbaycan dövlətinin mövqeyi öz əksini tapmış, 
beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, 
buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və 
zəruri olan məsələlərə də diqqət yetirilmişdir. Azərbaycan 
tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr, 
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal 
olunmuş əraziləri haqqında məlumatlar və fotolar, eləcə də 
erməni terror təşkilatları cinayətlərinin xronikası kitabın əlavələr 
hissəsində verilmişdir. Bununla yanaşı, münaqişənin nizama 
salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, 
Nato və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş 
sənədlər də ardıcıllıqla və sistemli şəkildə əlavələr bölməsində 
öz əksini tapmışdır. Kitab ali məktəblərin beynəlxalq 
münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya 
regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və 
magistrantlar, müəllimlər, eləcə də xarici siyasət məsələləri ilə 
məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
Sərgidə yer alan növbəti kitab Eldar İsmayılın “Ermənistan 
Türklərinin 1988-ci il soyqırımı” adını daşıyır. Kitab 1988-ci 
ildə Ermənistanda Azərbaycan türklərinin silah gücünə öz
ata-baba yurdlarından çıxarılmasından, erməni faşistləri 


14 
tərəfindən vəhşicəsinə öldürülən, evləri dağıdılan, talan olunan 
insanların acı taleyindən bəhs edir. Soyqırıma həsr olunmuş 
kitablardan biri də Xaqani İsmayılın qələmə aldığı “Azəri 
soyqırımı” adlı kitabıdır. Kitab 1917-ci il Rusiya devrimindən 
sonra yaranmış beynəlxalq siyasi şəraitindən sui-istifadə
edərək, Bakı və Azərbaycanın bir çox bölgələrində
bolşeviklərin himayəsi ilə silahla hakimiyyəti əlində saxlayan 
erməni daşnaq qüvvələrin
Azərbaycanda və bütün Qafqaz 
bölgəsində ölkəmizi xəritədən silmək... və “Böyük Ermənistan”
dövləti yaratmaq... məqsədi ilə törətdiyi azəri (türk)-müsəlman 
soyqırımı Osmanlı ordusunun bunun qarşısını almaq üçün 
Qafqaza və Bakıya yürüşü, ermənilərə optimizm vəd edən 
beynəlxalq şərait, Azərbaycanın istiqlalı və sair məsələlərlə 
bağlı təxminən bir il yarımlıq tarixi dövrü əhatə edən həm 
müdhiş faciələr, həm qəhrəmanlıq, həm də düşüncələrin
bədii-mənzum səhnəsidir.
Sərgidə 
yer 
alan 
kitablardan 
biri 
də 
Müzəffər 
Məlikməmmədovun “Qanlı dərə” kitabıdır. “Qanlı dərə”
yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun 13-cü kitabıdır. 
Erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba 
qəzasında törətdikləri qırğınlarla əlaqədar 26 il axtarışlar 
aparmış müəllifin bu kitabı arxiv sənədləri, həmin dövrün
mətbuat orqanlarının materialları, işğalçılarla döyüşmüş 
insanların və şahidlərin xatirələri əsasında qələmə alınmışdır.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin