2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
31 Mart – tariximizin göz yaşı : 31 Mart
Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı mərkəzi kitabxanaların uşaq şöbələri,
MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait /Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika
Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva; ixt.red. və burax.məsul
Ş. Qəmbərova; red. K. Ağazadə. – Bakı: F.
Köçərli
ad.Respublika Uşaq Kitabxanası, 2018.- 41 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Tarixi qədimdən-qədim, soykökü minilliklərə gedib çıxan bir
xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə,
müsibətə sinə gərib, ən ağır döyüşlərdən,
ölüm-dirim
savaşlarından qalib kimi çıxan, meydanda düşmənin gözünün
içinə dik baxmağı bacaran məğrur, qürurlu, əyilməzdir
Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub.
Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza
gələnlərin şahidinə çevrilirik, əcdadlarımızın, babalarımızın və
atalarımızın zaman-zaman düçar olduqları bəlaları göz önünə
gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib
yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz və
dözümlü imiş?!.. Faşizm Almaniyası milyonlarla insanın qanı
bahasıyla nəticələnən İkinci
Dünya Müharibəsini bir neçə
il davam etdirmişdirsə, ermənilərin törətdikləri vəhşiliklərin
tarixi 200 ildir. Azərbaycan xalqına qarşı 1905-1907,
1917-1918-1920-ci
və
1948-1953-cü
illərdə
törədilən
soyqırımlarına Qaradağ, Xocalı da əlavə olundu, aranlı-dağlı
Qarabağ işğal edildi. Xalqımız özünə qarşı tuşlanmış çirkin
niyyətləri heç vaxt unutmamalı, qəlbində yaşatmalı,
səbəbləri
öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə
çıxarmalıdır. Bu bizim üçün yazılmamış həyat qanununa
çevrilməlidir. Azərbaycan tarixinə, insanlığa
və bəşəriyyətə
qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş
soyqırımı bugünkü və gələcək nəsillər unutmasın deyə, bu
vəsaiti işləməyi özümüzə borc bilirik.