F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı


partiyasının fitnələri ilə törədilən milli qırğınları olduğu kimi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   ...   6   7   8   9   10   11   12   13   14
31 Mart – tariximizin göz yaşı


partiyasının fitnələri ilə törədilən milli qırğınları olduğu kimi 
təqdim etdi. Təəssüf ki, fakt və dəlillər əsasında yazılan bu 
kitabın taleyi bəd gətirdi. Həqiqətləri açıq-aydın dediyinə və bu 
milli cəsarətinə görə ermənilərin güdazına gedən Məmməd
Səid Ordubadi 1914-cü ildə Culfada həbs edilərək Rusiyanın
Saritsin (indiki adı Volqoqrad) şəhərinə sürgün olundu.
Həmin əsərdə Ordubadi
faktlar əsasında azərbaycanlıların 
onlara məxsus dədə-baba ocağında ermənilərin insanlığa 
sığmayan vəhşilikləri barədə ürək parçalayan məlumatlar verib. 
Bu əsəri soyuqqanlılıqla oxumaq qeyri-mümkündür. Erməni 
xəyanətini, dəhşətini olduğu kimi əks etdirən “Qanlı illər” 
əsərində namərd qonşularımızın necə hiyləgər, bəd əməl, 


31 
qaniçən, türk qanına susamış cani olduqlarını törətdikləri fəlakət 
və bəlalarla səciyyələndirib.
Məmməd Səid Ordubadinin bu 
əsəri erməni vandallarının vəhşiliklərini güzgü kimi əks etdirib. 
“Qanlı illər” adlı bu əsər 1911-ci ildə Ağa Murtuza Muxtarov 
tərəfindən nəşr edilərək yazılmışdır. Sonralar nədənsə bu 
qiymətli sənədlər toplusu uzun illər oxucuların diqqətindən 
kənarda qalmışdır. Nəhayət, səksən ildən sonra, 1991-ci ildə 
həmin kitab nəşr edilib. Ölməz ədibin bu əsəri çox böyük 
həqiqətlərdən xəbər verir. Onun tədqiqi və təbliği, xüsusən 
xarici dillərə tərcümə edilib geniş yayılması vacibdir. “Qanlı 
illər” əsəri bəzi parçaları oxucuların diqqətinə çatdırmaq 
istəyirəm.
Məktəblilər əsərdən müəyyən parçalar səhnələşdirirlər. 
Erməni zülmünün hər üzünü görmüş yazıçı, böyük ədib 
Məmməd Səid Ordubadi “Bu qanlı olayların səbəbi nə idi?” 
sualını belə cavablandırırdı: 
Birincisi: Erməni Daşnaksütyun komitəsinin müstəbid bir idarə 
üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı teatrolar 
oynandı.
İkincisi: Məhəlli hökumət məmurlarının müharibə zamanlarında 
etinasızlığıdır. Ermənilərin terrorları qorxusundan bir tərəfi əldə 
saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməkdə idilər. 
Bunlardan şahid Naxçıvan uyezdinin naçalniki Angil kimi 
vicdansızların fitnəkar hərəkətləridir. Belə ki, yanan atəşləri 
söndürməyib, əksinə, caniləri bir sıra cinayətlərə sövq edirdi.
Üçüncüsü:  Müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər 
olmalarıdır. Ermənilər yalnız hiylə və siyasətlə iş tutub bir ovuc 
könüllü əsgərlə müsəlmanların qüvvəsini əzmək istəyirdilər. 
Belə ki, Bakıda sülh edib müsəlmanları yatırmaqla Şuşada 
müharibəyə başlayır, sonra Şuşada sülh edib Gəncə 
quberniyasının sair yerlərini yandırmağa və dağıtmağa təşəbbüs 
edirlər. Müsəlmanlar isə əvvəlcə bunları bilməyib sonralar 


32 
gözlərini açdılarsa da, ermənilər Türkiyədən və İrandan əsgər 
yığıb müsəlmanları əzməyə çalışırdılar.
Dörd
ü
ncüsü: Ermənilərin avtonomiya-idarə muxtariyyəti
həvəsində olmalarıdır. Zira ermənilərin hər aybaşı Londona, 
Parisə, Amerikaya qaçıb ərzi-hal etmələri bunlara kamil bir 
sübutdur.
Müraciət etdiyimiz bədii nümunələrlə tarixi faktları,
Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmləşdirdiyi 
materialları, sənədləri müqayisə və təhlil etdikcə, belə qənaətə
gəlmək olur ki, sənət əsərlərində həyat həqiqətləri daha 
inandırıcı, qabarıq və təsirli verilmişdir.
Faciənin səbəbləri-kökü və məqsədi bədii əsərlərdə düzgün 
müəyyənləşdirilmiş, erməni vəhşiliyi,
erməni qəddarlığı 
inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə
və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin 
aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii 
əsərlərin əsas qayəsini təşkil edir. Vətənpərvər ədiblərimizin 
ürək yanğısını, fəryadını sözündə, şərtində yaşadan bu əsərlərin
arxiv 
qaranlığından çıxarılaraq milli istiqlal işığında
mükəmməl tədqiqində və təhlilinə ehtiyac duyulmaqdadır.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin