Microsoft Word Stom-qayda-norma


Sanitariya–əksepidemik tədbirlər



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
stom qayda norma

 
8. Sanitariya–əksepidemik tədbirlər 
8.1. Dezinfeksiya və sterilizasiya tədbirlərinin təşkilinə və keçirilməsinə qoyulan 
tələblər 
8.1.1. Dezinfeksiya (dezinfeksiya, dezinseksiya, deratizasiya) və sterilizasiya 
(sterilizasiyaya qədər təmizləmə, sterilizasiya) tədbirlərinin təşkilinə və keçirilməsinə, eləcə də 
bu məsələlər üzrə işçi heyətinin öyrədilməsinə görə məsuliyyəti, bu sanitariya qaydaları və digər 
qüvvədə olan normativ-metodik sənədləri rəhbər tutan stomatoloji müəssisənin rəhbəri daşıyır. 
8.1.2. Dezinfeksiya və sterilizasiya tədbirlərini keçirmək üçün stomatoloji müəssisələr 
müntəzəm olaraq müxtəlif təyinatlı yuyucu və dezinfeksiyaedici maddələrlə, dəri antiseptikləri 
ilə, tibb təyinatlı məmulatların sterilləşdirilməsi üçün vasitələrlə, eləcə də sterilizasiyaedici 
qablaşdırıcı materiallarla və nəzarət vasitələri ilə (kimyəvi indikatorlar və s.) təmin edilməlidir.
8.1.3. Xəstələrdə stomatolojı manipulyasiyalar zamanı təkrar istifadə edilən tibb 
məmulatları aşağıdakılara məruz qalmalıdır:
-dezinfeksiya 
-streilizasiyadan öncəki təmizlik 


9
-mikroorqanizmlər tərəfindən ikinci kontaminasiyanı istisna edən şəraitlərdə gələcək 
saxlama. 
Bir dəfə istifadə edilən məmulatlar xəstələrdə stomatolojı manipulyasiyalar zamanı 
istifadə edildikdən sonra dezinfeksiya və utilizasiya edilməlidirlər. Onların təkrar istifadəsi 
qadağandır.
8.1.4. Stomatolojı müəssisələrdə dezinfeksiya və sterilizasiya tədbirləri keçirildiyi 
zaman yalnız Azərbaycan Respublikasında tətbiqinə müəyyən qaydada icazə verilən aşağıda 
qeyd edilənlərin istifadəsinə yol verlir:
- kimyəvi dezinfeksiya maddələri (dəri antiseptikləri daxil olmaqla dezinfeksiya üçün
vasitələr; sterilizasiyadan öncəki təmizlik və sterlizasiya üçün vasitələr); 
- dezinfeksiya və sterilizasiya avadanlığı (otaqlarda havanın zərərsizləşdirilməsi üçün 
bakteriasid şualandırıcılar və digər avadanlıq, dezinfeksiya kameraları, dezinfeksiya qurğuları və 
yuyucu maşınlar, həmçinin ultrasəs maşınları və sterilizatorlar); 
- köməkçi avadanlıq və materiallar(tozlandırıcı qurğular, bakteriasid filtrlər, steril 
alətlərin saxlanılması üçün UB-şualanma ilə kameralar, emalın keçirilməsi üçün qablar,
steriləşdirilmiş qutular və qablaşdırma materialları, kimyəvi və biolojı indikatorlar və s.) 
Vasitələrin seçimi zamanı stomatologiyada istifadə edilən konkret dezinfeksiya vasitələrinin
təsirinə dair tibb təyinatlı məmulat istehsalçılarının tövsiyələrini nəzərə almaq lazımdır. 
8.1.5. Dezinfeksiya vasitələrinin saxlanması etiketlərlə təchiz edilmiş qablarda 
stellajlar üzərində bunun üçün xüsusi ayrılmış yerlərdə istehsalçının qablarında saxlanılmalıdır.
8.1.6. Müxtəlif obyektlərin emalı üçün sitifadə edilən dezinfeksiya vasitələrinin işçi 
məhlulları olan ayrı qablar olmalıdır: 
-dezinfeksiya, sterilizasiya öncəsi təmizlik və tibb təyinatlı məmulatların sterilizasiyası, 
həmçinin onların əvvəlcədən təmizlənməsi üçün (fiksasiyaedici keyfiyyətə malik vasitələrin 
istifadəsi zamanı); 
-otaqlarda səthlərin, mebellərin, aparatların, cihazların və avadanlığın dezinfeksiyası 
üçün; 
-təmizləmə materialların zərərsizləşdirilməsi, B və V sinifi tullantılarının 
zərərsizləşdirilməsi üçün. 
Dezinfeksiya vasitələrinin işçi məhlulları olan qablar yaxşı örtülən qapaqlarla təchiz 
edilməlidir, vasitənin adı, konsentrasiyası, təyinatı, istehsal tarixi, məhlulun son yaralılıq 
müddəti qeydi ilə aydın yazılar olmalıdır.
8.1.7. Dezinfeksiya vasitələri ilə iş zamanı istifadə üzrə təlimatda qeyd edilən fərdi 
müdafiə vasitələrinin tədbiqi daxil olmaqla bütün təhlükəsizlik tədbirləri görülməlidir.
8.1.8. Dezinfeksiya, təmizləmə və sterilizasiyanın keyfiyyətinə nəzarəti qüvvədə olan
normativ-metodik sənədlərə müvafiq olaraq keçirirlər.
8.1.9. Dezinfeksiya, sterilizasiya öncəsi təmizləmə və sterilizasiyanın keyfiyyətinə
nəzarət istehsalat nəzarəti çərçivələrində məsuliyyətli şəxslər tərəfindən, dövlət sanitariya-
epidemiolojı nəzarəti həyata keçirən idarə və orqanlar tərəfindən keçirilir.
8.1.10. Bütün stomatolojı kabinetlər xəstələrdə manipulyasiya arasında emal üçün lazım 
olan vaxtı nəzərə almaqla fasiləsiz iş üçün kifayət edən miqdarda tibb texnikası və tib 
təyinatlı məmulatlarla təmin olunmalıdır: Hər həkim stomatoloqun iş yeri üçün ən azı 6 ucluq 
(iki ədəd künclü, iki ədəd düz, iki ədəd turbinli), hər baş çəkmədə - instrumentlərdən ibarət
fərdi stomatolojı baxış komplekti (lotok, stomatolojı güzgü, diş həkimi pinseti, stomatolojı 
pinset), pambıq topaları paketi, pinset paketi (hər pasiyent üçün zəruri olan steril alətlərlə iş 
üçün). Zərurət olduqda dəstin komplektləşməsini tamamlayırlar (stomatolojı düyməli zond, 
parodontolojı qradulyasiyalı zond, hamarlayıcılar, şpatel, ekskavator və s.). 
8.1.11. Steril məmulatlar konkret xəstə üzərində birbaşa manipulyasiyadan əvvəl
həkimin stomatolojı masanın üzərinə qoyulur (steril lotok və ya steril salfet üzərinə). Həkim 
stomatoloji masasının aşağı hissəsində müxtəlif stomatoloji manipulyasiyaların keçirtmək 
məqsədilə müvafiq cihazların və aparatların yerləşməsi icazə verilir. 
8.1.12. Hər xəstə üçün döş salfetləri dəyişilməlidir. Bir dəfəlik salfetlər utilizasiya edilir. 
Təkrar istifadə edilən salfetlər yuyulmağa verilir.
8.1.13. Ağızı su ilə yaxalamaq üçün birdəfəlik və təkrar istifadə stəkanları hər xəstə 
üçün fərdi olaraq istifadə olunur.


10

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin