N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə10/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   104
N. M. A AB yli

Istilik tutumu.  Materialı qızdırdıqda müəyyən miqdar isti-
liyi udması qabiliyyətinə istilik tutumu deyilir. 
Kütləsi (kq) olan materialı t
1
temperaturdan t
2
temperatura 
qədər qızdırdıqda, onun kütləsinə və temperaturlar fərqinə (t
2

t
1

düz mütənasib olan miqdarda (C) istiliyi sərf etmək lazımdır: 
cm(t
2

t
1
). 
Bu ifadədən xüsusi istilik tutumu əmsalə 

C/kq

0
S

belə 
hesablanır: 
.
)
(
1
2
t
t
m
Q
c


Beləliklə, 1 kq materialı 1
0
S qızdırmaq üçün sərf olunan Coul 
ilə istilik miqdarına xüsusi istilik tutumu  deyilir. 
Materialın nəmliyinin artması ilə onun xüsusi istilik tutumu 
artır. Belə ki, su, tikintidə tətbiq olunan materiallarla müqayisədə
böyük istilik tutumuna malikdir [4,19 kC/(kq

0
S)]. Inşaat ma-


13 
13 
teriallarından asbest ən kiçik [0,2 kC/(kq

0
S)], ağac isə ən böyük [2.51 
kC/(kq

0
S)] istilik tutumlu materialdır. 

Odadayanıqlıq. Materialın yanğın zamanı müəyyən müddət 
odun və yüksək temperaturun təsirinə müqavimət göstərmək qabiliy-
yətinə odadayanıqlıq deyilir.
Materialların odadayanıqlığını qiymətləndirdikdə yanğın sön-
dürən zaman yüksək teperaturun, suyun və digər mayelərin birgə təsiri 
nəzərə alınmalıdır.
Inşaat materialları odadayanıqlığına görə üç qrupa bölünür: 
yanmayan, çətinyanan və yanan. 
Yanmayan materiallar. Belə materiallar odun və yüksək tem-
peraturun təsirindən alovlanmır, közərmir və kömürləşmir. Bu qrupa 
təbii və süni qeyri-üzvi materiallar, metallar aiddir.
Çətinyanan 
materiallar. Bu qrup materiallar odun və yüksək temperaturun 
təsirindən çətinliklə alovlanır, közərir və kömürləşir. Belə 
materiallardan od mənbəyi kənar edildikdən sonra yanma və közərmə 
davam etmir. Bunlara fibrolit, gil hopdurulmuş keçə, üzərinə suvaq 
çəkilmiş qamış tavalar, antipiren hopdurulmuş ağac və s. materiallar 
aiddir. 
Yanan materiallar. Belə materiallar odun və yüksək tempera-
turun təsirindən alovlanır. Bu qrupa ağac, ruberoid, qamış tavalar və 
başqa materiallar aiddir.
Yanan materialların səthinə oddan mühafizə tərkibi çəkməklə, 
yaxud antipirenlər hopdurmaqla onları çətinyanan materiallara 
çevirmək mümkündür. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin