N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə12/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   104
N. M. A AB yli

Elastiklik. Bərk materialın yük altında forma və ölçülərini 
dəyişməsinə, yük götürüldükdən sonra isə öz əvvəlki formasını alması 
qabiliyyətinə elastiklik deyilir. Elastik materiallara misal olaraq rezini, 
polad yayı və s. materialları göstərmək olar. 

Plastiklik. Materialın yük altında forma və ölçülərini də-
yişməsinə, yük götürüldükdən sonra çatlamayaraq həmin formasını 
saxlama qabiliyyətinə  plastiklik deyilir. Yumşaq poladı, gil xəmirini, 
qızdırılmış bitumu və s. materialları plastik materiallara misal
göstərmək olar.

Kövrəklik. Materialın yük altında azacıq deformasiya nəti-
cəsində dağılmasına kövrəklik deyilir. Kövrəklik plastikliyə əks olan 
xassədir. Təbii və süni daşlar, çuqun, şüşə və s. materiallar kövrək 
materiallara aiddir. 


15 
15 
Möhkəmlik. Müxtəlif yüklərdən və ya digər amillərdən əmələ 
gələn daxili gərginliyin təsiri altında materialın dağılmağa göstərdiyi 
müqavimətə möhkəmlik deyilir. 
Inşaat konstruksiyalarında materiallar müxtəlif yüklərdən 
əmələ gələn sıxıcı, dartıcı, əyici, kəsici və s. gərginliklərin təsiri altın-
da olur. Materialların həmin gərginliklərə olan müqaviməti müx-
təlifdir. Müəyyən material bir gərginliyə yaxşı müqavimət göstərdiyi 
halda, digər material isə həmin gərginliyə pis müqavimət göstərir. 
Inşaat materialarından təbii daşlar, kərpic və beton sıxılmaya çox 
müqavimətli, dartılmaya isə az müqavimətlidir. Ağac materiallar isə, 
əksinə, dartılmaya müqaviməti sıxılmaya olan müqavimətindən 3

4,5 
dəfə çoxdur. 
Xarici qüvvələrin təsirindən materialda daxili qüvvələr yara-
nır. Materialın kəsiyinin vahid sahəsinə düşən daxili qüvvəyə 
gərginlik  deyilir. 
Inşaat konstruksiyalarının materialları çox zaman sıxılma və 
dartılma təsirinə məruz qalır. Mərkəzi sıxılma və ya dartılma zamanı 
materialın vahid eninə kəsik sahəsinə düşən gərginlik (

, Pa) 
aşağıdakı düsturla hesablanır: 


F/S
burada

sıxıcı və ya dartıcı qüvvə, N;

material nümunəsinin sınaqdan qabaq 
eninə kəsiyinin sahəsidir, m
2

Inşaat materiallarının möhkəmliyi möhkəmlik həddi ilə xarak-
terizə edilir. Material nümunəsini dağıdan yükə müvafiq gərginliyə 
möhkəmlik həddi deyilir.
Eyni en kəsikli prizma formalı nümunələr həmin eninə kəsikli 
kub formalı nümunələrə nisbətən sıxılmaya qarşı az müqavimət 
göstərir. Bu onunla izah edilir ki, sıxılma zamanı nümunələr eninə ge-
nişlənir. Bu halda nümunənin səthi ilə presin istinad tavası arasında 
sürtülmə qüvvəsi yaranır və həmin qüvvə nümunənin səthini sərbəst 
genişlənməyə qoymur. Lakin nümunənin orta hissəsi sərbəst genişlən-
diyindən ilk növbədə həmin hissə dağılır.
Konstruksiyalarda inşaat materialları, başlıca olaraq, sıxıcı, 
dartıcı və əyici gərginliklərin təsirinə məruz qalır. 


16 
16 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin