Turşuyadavamlı keramik məmulatlar Turşuyadavamlı kərpic formasına görə iki növdə olur: düz və
pazşəkilli. Düz kərpicin ölçüləri 230
113
65 mm, pazşəkilli kərpicin-
ki isə 230
113
(65
55) mm-dir. Fiziki-mexaniki xassələrinə və xarici
görünüşünə görə kərpic üç növdə istehsal olunur: I, II və III növ. Kər-
picin markaları 150, 200 və 250, turşuyadavamlılığı azı 92
96 %,
suhopması 8
12 %-dir.
Turşuyadavamlı kərpicdən aqressiv mühitdə işləyən inşaat kon-
struksiyalarını və kimyəvi aparatları mühafizə etmək üçün istifadə
edilir.
Turşuyadavamlı və termoturşuyadavamlı tavacıqlarxarici
görünüşünə görə iki növdə olur: I və II növ. Onların sıxılmada
möhkəmlik həddi 40 MPa-a qədər, əyilmədə möhkəmlik həddi isə 15
MPa-a qədər olur. Tavacıqların suhopması 6
9 %, turşuyadavamlılığı
96
98 % və yüksək istiliyə davamlıdır. Turşuyadavamlı tavacıqlardan
kimya zavodlarında qüllə və çənlərin divarlarının üzlənməsində,
aqressiv mühitli sexlərin döşəmələrinin qurulmasında və s. yerlərdə
istifadə edirlər.
Turşuyadavamlı borularyüksək möhkəmliyə və sıxlığa ma-
likdir. Onların sıxılmada möhkəmlik həddi 30
40 MPa, turşuyada-
vamlılığı 97
98 % və suhopması 3
5 %-dir. Bu boruların hazırlanma
texnologiyası kanalizasiya borularınkı kimidir. Iki növdə istehsal
edilir: I və II növ. Turşuyadavamlı borulardan üzvi və qeyri-üzvi
turşuların, qazların nəql edilməsində (0,3 MPa təzyiqə qədər) istifadə
edilir.
Odadavamlı keramik materiallar Odadavamlığı 1580
0
S-dən yüksək olan materiallara odadavam- lı materiallar deylir. Onlara qarşı bir sıra tələblər irəli sürülür: oda-
76
76
davamlılıq, möhkəmlilik, xüsusən, yüksək temperatur zamanı qaz-
keçirməzlik, qələvilərə davamlılıq, həcm və formasını dəyişməmək.
Tikintidə silisiumlu və alümosilikatlı odadavamlı materiallar
daha geniş tətbiq edilir.