N. M. AĞABƏyli


Kanalizasiya və drenaj boruları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə57/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   104
N. M. A AB yli

 
 Kanalizasiya və drenaj boruları 
Kanalizasiya boruları çətinəriyən yaxud odadavamlı gillərlə 
yavanlaşdırıcı materialların (şamot, üyüdülmüş kvars qumu və s.) qa-
rışığından hazırlanır. Saxsılaşma tempeaturunu aşağı salmaq üçün 
xammala aşqarlar (çöl şpatı, nefelin və s.) qatırlar. Borular silindr 
formasında və bir ucu gen ağız düzəldilir. 
Kanalizasiya boruları plastik qəlibləmə üsulu ilə hazırlanır. Bo-
ruları istehsal etmək üçün əvvəlcə gili iri daşlardan təmizləyir, sonra 
isə kobud üyüdürlər. Üyüdülmüş və qismən qurudulmuş gili şamotla 
birlikdə qarışdırıcıda qarışdırır və 17-19 %-ə qədər nəmləndirirlər. Bu 
cür hazırlanmış kütləni qəlibləmə sexinə göndərirlər. Boru qəlibləmək 
üçün şaquli və üfqi boru preslərindən istifadə edilir. Boruları 80

120 
san müddətində əvvəlcə 20 MPa, sonra isə 70 MPa təzyiq altında qə-
libləyirlər. Qəlibləmədən sonra borular tunel quruducularda 120

150 
0
S temperaturda 24

40 saat müddətində qurudulur. Qurudulmuş 
borulara həm daxildən, həm də xaricdən şir qatı çəkilir və bişirilmək 
üçün tunel sobalara ötürülür. Boruları 1150

1200 
0
S temperaturda 
30

36 saat müddətində bişirirlər. 
Kanalizasiya boruları çuqun, beton və dəmir-beton borulara nis-
bətən korroziyaya davamlıdır. Onlardan istehsalat və təsərrüfat ka-
nalizasiya şəbəkələrində, habelə aqressiv torpaq suları şəraitində olan 
kanalizasiya şəbəkələri tikintisində istifadə edilir. 
Drenaj boruları asanəriyən gillər ilə yavanlaşdırıcı əlavələrin 
qarışığından hazırlanır. Keramik kütləni paket üsulu ilə vakuum lent 
presində qəlibləyirlər. Bu halda, eyni zamanda, bir neçə kiçik dia-
metrli boru qəliblənir. Kiçik diametrli boruları konsentrik olaraq, 
böyük diametrli borunun içərisində yerləşdirir və onları bir-birindən 
bişirmə zamanı asanlıqla dağılan nazik radial pərdə ilə ayırırlar. 
Böyük diametrli boru şaquli preslərdə qəliblənir. Boruları tunel 


75 
75 
quruducularda qurudur və həlqəvi yaxud tunel sobalarda bir-birinin 
içərisində olmaqla 950

1000 
0
S temperaturda bişirirlər. 
Drenaj borularının şaxtayadavamlılığı F 15-dən az olmamalıdır. 
Onlardan meliorasiya işlərində, habelə bina və tikililərin əsasında olan 
qrunt sularını kənar etmək məqsədilə istifadə olunur. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin