N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə56/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   104
N. M. A AB yli

Döşəmə tavacıqları çətinəriyən və odadavamlı kaolin gillərin-
dən hazırlanır. Bu zaman yavanlaşdırıcı əlavə kimi narın üyüdülmüş 
şamot və kvars qumundan, saxsılaşma və bişirmə temperaturunu aşağı 
salmaq üçün isə aşqarlardan (nefelin-siyenit, perlit, şüşə qırıqları və s.) 
istifadə edilir. Tavacıqları yarımquru yaxud şliker üsulu ilə 


73 
73 
hazırlanmış pres-ovuntunu presləyib qəlibləməklə istehsal edirlər. 
Rəngli döşəmə tavacıqlarını rəngli gillərdən yaxud müxtəlif boyayıcı 
əlavələr qatılmış gillərdən alırlar. Tavacıqları 1060

1100 
0
S tempera-
turda bişirirlər.
Döşəmə tavacıqları kvadrat, düzbucaqlı, üçbucaqlı, altıbucaqlı 
və səkkizbucaqlı formada hazırlanır. Tavacıqların tərəflərinin ölçüsü 
50

150 mm, qalınlığı isə 10

13 mm olur. Ən böyük döşəmə tavacığı 
kvadrat formada 300

300 mm və digər ölçülərdə istehsal edilir. 
Digər keramik tavacıqlara nisbətən döşəmə tavacıqları yüksək 
möhkəmliyə və sıxlığa malikdir. Onlar uzunömürlü və gigiyenikdir. 
Şirlənməmiş və şirlənmiş tavacıqların saxsısının suhopması müvafiq 
olaraq 4 və 5 %-dən çox olmamalıdır.
 
§ 7. Xüsusi təyinatlı keramik məmulatlar 
 
Sanitar-texniki keramik məmlat 
Sanitar-texniki keramik məmulat fayans, yarımçini və çini küt-
lədən hazırlanır. Onların tərkibi müxtəlif nisbətlərdə götürülmüş eyni 
xammaldan 

gilli materiallardan, kvarsdan və çöl şpatından ibarətdir. 
Iri ölçülü sanitar-texniki keramik məmulat (vanna, taz və s.) kvars 
əvəzində 10

15 % şamot qatılmış şamot fayansından hazırlanır. 
Fayans məmulatının saxsısı məsaməli, çini məmulatın saxsısı 
isə çox sıx quruluşlu olur. Yarımçini keramik məmulat isə fayans ilə 
çini arasında orta mövqe tutur.
Sanitar-texniki keramik məmulat tökmə üsulu ilə istehsal olu-
nur. Bundan ötrü xammal materiallarını üyüdür, ələyir, zərərli qa-
tışıqlardan təmizləyir və su əlavə edib, 31

38 % nəmlikli şliker kütləsi 
hazırlayırlar. Sonra şlikeri gips qəliblərə töküb qəlibləyirlər. Qəliblər 
şlikerin tərkibində olan suyun artıq hissəsini udur və bunun nəticəsi 
olaraq, məmulat asanlıqla qəliblərdən çıxarılır. Qəliblənmiş məmulat 
qurudulmaq üçün kameralı yaxud tunel quruduculara ötürülür. 
Məmulatın qurudulması 80 
0
S temperaturda 30

48 saat müddətində 
aparılır. Qurudulmuş məmulatın səthini şirlə örtdükdən sonra onu bişi-
rirlər. Bişirilmə, məmulatın növündən asılı olaraq 1200

1350 
0

temperaturda aparılır. Bişirilmə müddəti kiçik ölçülü məmulatlar üçün 
20

25 saat, iri ölçülü məmulatlar üçün isə 90

100 saat davam edir. 


74 
74 
Fayansdan əl-üzyuyan, vanna və başqa sanitar-texniki ləvazi-
matlar hazırlanır. Çinidən hazırlanan məmulatlar möhkəm, termik və 
kimyəvi davamlı olur. Odur ki, onlardan nazik divarlı mə’mulatların, 
izolyatorların, kimyəvi qabların və s. məmulatların hazırlanmasında 
istifadə edilir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin