N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə64/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   104
N. M. A AB yli

Tabalma və tablama. Şüşə qəlibləndikdən sonra temperaturun 
aşağı düşməsi nəticəsində o kövrəkləşir. Soyuma daxili və xarici 
qatlarda bir bərabərdə getmədiyindən şüşədə qalıq gərginlikləri mey-
dana çıxır. Bunun nəticəsində şüşə məmulatı çatlayır yaxud dağılır. Bu 
hadisəni aradan qaldırmaq üçün şüşənin tabını alırlar. Qalıq 
gərginlikləri aradan qaldırmaq yaxud azaltmaq məqsədilə şüşənin 
termik emalına tabalma deyilir. Tabalma müəyyən temperatur 
intervalında aparılır. Bu halda tabalmanın yuxarı temperaturu şüşənin 
yumşalma temperaturundan 20

50 
0
S aşağı, tabalmanın aşağı 
temperaturu isə yuxarı temperaturdan 50

100 
0
S (bəzi hallarda 150 
0
S) aşağı olmalıdır. Adi şüşələr üçün tabalma intervalı 530

470 
0
S-dir.
Əksər şüşə məmulatları, bilavasitə qəlibləndikdən sonra tabal-
ma əməliyyatından keçir. Bu halda tabalma 15

20 dəq. olur. 
Bəzi şüşə növlərinin möhkəmliyini artırmaq üçün onları tabla-
yırlar. Şüşədə xeyli miqdarda daimi daxili gərginliklər yaratmaqdan 
ötrü aparılan termik emala tablama deyilir. Tablama zamanı şüşənin 
xarici qatlarında sıxıcı, daxili qatlarında isə dartıcı gərginliklər əmələ 
gəlir. 
Şüşəni tablamaq üçün onu kövrəkliyini itirənə kimi qızdırır (tə-
bəqə şüşəsi üçün 630

650 
0
S-yə qədər) sonra 2

3 dəqiqə ərzində tez 
və müntəzəm olaraq güclü soyuq hava axını ilə soyudurlar. 
Tablanmış şüşənin əyilmədə möhkəmlik həddi 230

270 MPa-a 
çatır. Belə şüşə dağıldıqda küt xırda hissəciklərə parçalanır. Lakin 
tablanmış şüşəni mexaniki emal etmək (deşmək, kəsmək) olmaz. 
Şüşənin tərkibi və əsas xassələri 


84 
84 
Şüşənin xassələri, ilk növbədə, onun tərkibinə daxil olan oksid-
lərlə müəyyən edilir. Əsas şüşə əmələgətirən oksidlər silisium, fosfor 
və bor oksidləridir. Buna görə şüşəni həmin oksidlərə müvafiq olaraq 
silikat, fosfat və borat şüşəsi adlandırırlar. Sənayedə ən çox silikat 
şüşəsi istehsal edilir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin