N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə63/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   104
N. M. A AB yli

Şüşənin əridilməsi. Qızdırma zamanı tozaoxşar şixtanın şüşə 
kütləsinə keçid prosesi mürəkkəb fiziki-kimyəvi çevrilmələrlə müşa-
hidə edilir. Bu çevrilmələr bir neçə mərhələdə gedir. Bunlardan ən 
mühümü aşağıdakılardır: silikat əmələgəlmə, şüşə əmələgəlmə, şəf-
faflaşma(qazların kənar edilməsi), homogenizasiya və qismən soyut-
ma. 
Şüşənin qəliblənməsi. Şüşə kütləsinə müəyyən forma vermək 
və həmin formanı saxlamaq üçün onu qəlibləyirlər. Şüşə materialının 
növündən asılı olaraq qəlibləmə üsulu seçilir. Inşaat təbəqə şüşəsini üç 
üsulla qəlibləyirlər: dartılma, yayma (prokat) və float üsulu.
Dartılma üsulu ilə şüşənin təbəqə halına salınması şaquli və üf-
qi dartıcı maşınlarda yerinə yetirilir. Maşının qəlibləmə orqanı 
odadavamlı materialdan hazırlanmış düzbucaqlı brus formalı qayıqdır. 
Qayığın dibində yuxarıya doğru ensizləşən yarıq olur. Ərimiş şüşə 
kütləsinə qayığı batırdıqda hidrostatik təzyiq nəticəsində yarıqdan lent 
formasında şüşə çıxır. Valiklər şüşə lentini iki tərəfdən tutaraq dartır 
(120 m/saat sürətlə). Qəlibləmə zamanı şüşə lentinin bərkiməsini 
sürətləndirmək üçün qayığın üstündə soyuducular (su ilə işləyən) 
yerləşdirilir. Şüşə lenti maşının şaxtası boyu qalxdıqca onun 
temperaturu azalır.
Şaquli dartıcı maşınlarda qalınlığı 6 mm-ə qədər olan pəncərə 
şüşəsi almaq mümkündür. Daha qalın (6

30 mm) şüşə almaq üçün 
dartılma sürəti 180 m/saat olan üfqi dartıcı maşınlardan istifadə edilir. 
Yayma üsulu ilə şüşənin qəliblənməsi yayma maşınında aparılır. 
Əridilmiş şüşə kütləsi maşının odadavamlı poladdan hazırlanmış və su 
ilə soyudulan iki valı arasından keçirilərək lent formasına salınır. Şüşə 
lentinin qalınlığı 3

40 mm, eni 3000

3200 mm, maşının yayma sürəti 
isə 240 m/saat olur. Naxışlı şüşə almaq üçün valın birinin səthi naxışa 
uyğun olaraq çoturlu (rifli) düzəldilir. 


83 
83 
Float üsulu ilə qəlibləmədə şüşə kütləsi metal ərinti (qalay, qur-
ğuşun və mis ərintisi və s.) üzərində qəliblənir. Belə ki, ərimiş şüşə 
kütləsi ideal hamar səthli əridilmiş metal üzərində axıdılaraq paralel 
səthli, pardaqlı şüşə təbəqəsi əmələ gətirir. Bu üsulla qəlibləmə 
zamanı şüşənin səthini elektrokimyəvi emal etmək mümkündür. Belə 
emalın mahiyyəti ondan ibarətdir ki, elektrik sahəsində şüşə ilə metal 
ərintisi arasında qarşılıqlı əlaqə yaranır və bunun da nəticəsində metal 
ionları şüşənin səthinə 1

2 mkm qalınlığında hopur. 
Float üsulu ilə vitrin, armaturlu, rəngli şüşələr, habelə xüsusi şü-
şə növləri (istilikudan, istilik qaytaran və s.) hazırlanır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin