N. M. AĞABƏyli


IV FƏSIL  MINERAL ƏRINTILƏRDƏN



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə61/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   104
N. M. A AB yli

IV FƏSIL 
MINERAL ƏRINTILƏRDƏN 
HAZIRLANAN MATERIAL 
VƏ MƏMULATLAR 
§1. Ümumi məlumat 
 
Mineral (qeyri-metal) ərintilər qeyri-üzvi təbii xammalın yaxud 
sənaye tullantılarının yüksək temperaturda əridilməsindən alınan odlu 
maye kütlədir. Istehsal prosesi zamanı həmin kütləyə müxtəlif forma 
verməklə müxtəlif material və məmulat alınır. 
Əridilmə yolu ilə alınan materiallar uzunömürlü, kimyəvi təsir-
lərə davamlı və bəziləri isə şəffafdır. 
 
§2. Şüşə ərintilərindən hazırlanan material və məmulatlar
Şüşə və onun istehsalı 
Şüşə, əridilmiş kütlənin soyumasından alınan və bərk cisimlərin 
mexaniki xassələrinə malik olan mürəkkəb tərkibli materialdır. O, 
quruluşca amorf, bircinsli və müxtəlif istiqamətlərdə təxminən eyni 
xassəlidir (izotropdur).
Inşaat şüşəsinin istehsalı aşağıdakı mərhələlərdən ibarətdir: 
xammal materiallarının hazırlanması, şüşənin əridilməsi, qəliblənməsi, 
tabalma və tablama (şəkil 4. 1). 
Xammal materiallarının hazırlanması. Şüşə istehsalında işlə-
dilən xammal materialları iki qrupa bölünür: əsas və köməkçi mate-
riallar.
Əsas xammal materiallarına aşağıdakılar daxildir: kvars qumu, 
əhəngdaşı, soda və natrium sulfat. Istehsal prosesində şüşəyə xüsusi 
xassələr vermək üçün ona müxtəlif oksidlər qatılır.


80 
80 
Xammala kaolin və çöl şpatı halında qatılan Al
2
O
3
şüşənin me-
xaniki möhkəmliyini, termik və kimyəvi davamlılığını artırır. Şüşəni 
daha elastik etmək, onun şüa sındırma göstəricisini və ərimə sürətini 
artırmaq, habelə kristallaşma qabiliyyətini azaltmaq üçün xammala 
borat turşusu yaxud onun natrium duzu (boraks) halında V
2
O
3
qatılır. 
Soda və natrium sulfat vasitəsilə xammala qatılan Na
2
O şüşə 
əmələgəlmə süətini artırır, şüşə kütləsini hava və qaz qabarcıqlarından 
təmizləyir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin