N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə65/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   104
N. M. A AB yli

Kimyəvi tərkibi. Inşaat şüşəsinin tərkibi 71,5

72,5 % SiO
2

1.5

2.0 % Al
2
O
3
, 13

15 % Na
2
O, 6,5

9,0 CaO, 3,8

4,3 % MgO-dən 
və çox az miqdarda digər oksidlərdən (Fe
2
O
3
, K
2
O, SO
3
) ibarətdir. 
Şüşənin tərkibində Al
2
O
3
, CaO, ZnO, B
2
O
3
, BaO oksidlərinin 
miqdarının artırılması onun möhkəmliyini, bərkliyini, elastiklik 
modulunu artırır, kövrəkliyini isə azaldır. Qələvi metal oksidləri və 
eləcə də CaO və VaO şüşənin xətti genişlənmə əmsalını artırır. Be-
ləliklə, şüşənin kimyəvi tərkibini dəyişməklə istənilən xassəli şüşələr 
almaq mümkündür.

Sıxlıq. Adi inşaat şüşəsinin sıxlığı 2500 kq/m
3
-dur. Şüşənin 
tərkibində yüngül metal oksidlərinin (V
2
O
3
, LiO
2
) miqdarını çoxalt-
maqla onun sıxlığını 2200 kq/m
3
-a endirmək, ağır metal oksidlərinin 
(PbO, Bi
2
O
5
) miqdarını artırmaqla isə 6000 kq/m
3
-a qaldırmaq 
mümkündür. 

Istilik xassələri. Şüşənin istilik xassələri istilik tutumu, isti-
likkeçirmə, termik genişlənmə və termik davamlılıqla xarakterizə olu-
nur.
Şüşənin istilik tutumu  0,3

1,1 kC/(kq

0
S) həddi daxilində dəyi-
şir. Temperatur və şüşənin tərkibində yüngül metal oksidlərinin miq-
darı artdıqca istilik tutumu artır.
Adi şüşələrin istilikkeçirməsi (0

100 
0
S temperatur intervalın-
da) 0,4

0,88 Vt/(m

0
S) -dir. Kvars şüşələri ən çox istilikkeçirən [1,34 
Vt/(m

0
S)], tərkibində qələvi oksidləri olan şüşələr isə ən az isti-
likkeçirən olur.
Şüşələrin termik genişlənməsi onların kimyəvi tərkibindən ası-
lıdır. Adi inşaat şüşələrinin temperaturdan xətti genişlənmə əmsalı 
(9

10)

10
-6 0
S
-1
-dir. Şüşənin tərkibində qələvi metal oksidlərinin 
miqdarı artdıqca bu əmsalın qiyməti artır. Kvars şüşəsi ən kiçik 
temperaturdan xətti genişlənmə əmsalına malikdir 

5

10
-7
0
S
-1
-dir. 
Şüşələrin termik davamlılığı onların istilik xassələri, eləcə də 
məmulatın forma və ölçüləri ilə müəyyən olunur.


85 
85 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin