87
87
Armaturlu şüşə içərisində metal tor olan şüşədir. Metal toru
tabı alınmış, xromlanmış yaxud
nikellənmiş polad məftildən
düzəldirlər. Metal tor şüşənin möhkəmliyini artırır və karkas rolunu
oynayır. Odur ki, armaturlu şüşə zərbə və yanğın zamanı
yüksək
temperatur təsirinə davamlıdır. Onun işıqburaxması 60 %-dən çoxdur.
Armaturlu şüşənin uzunluğu 1200
2000 mm, eni 400
1500 və
qalınlığı 5,5 mm-dir.
Adi yastı armaturlu şüşədən başqa, dalğalı armaturlu şüşələr də
vardır. Belə şüşələri sənaye və ictimai binaların fanarlarını və pa-
sajların örtüklərini şüşələmək üçün işlədirlər.
Uviol şüşəsi tərkibində
minimum miqdarda dəmir, titan, xrom
oksidləri olan şixtadan alınır. O, adi pəncərə şüşəsinə nisbətən xeyli
miqdarda
25
75 % ultrabənövşəyi şüaları buraxır. Buna görə uviol
şüşəsindən uşaq bağçalarının və müalicə idarələrinin qapı və
pəncərələrini, oranjereyaları şüşələmək üçün istifadə edilir.
Dostları ilə paylaş: