Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 30 miyyətin “ikinci dərəcəli” üzvünə çevirir. Nəticədə, qadın
nəinki özünə qarşı tələbkarlığını artırır, əksinə, tədricən
cəmiyyətə yadlaşır, real həyatdan geri qalır. Ən acınacaq-
lı faktlardan biri odur ki, məsələn, Azərbaycanda qızların
ümumi sayı oğlanlardan artıq olsa da, təhsilini davam et-
dirən qadınların sayı ilbəil azalmaqdadır. Z.Quluzadənin
qeyd etdiyi kimi, “Qızların sayca oğlanlardan çox olmasına
baxmayaraq, 1996-cı ildə dövlət ümumtəhsil məktəblərində
oxuyan 1521351 şagirddən 762395-i oğlan, 758956-sı qız
(3439 nəfər az), 1997-ci ildə 1603524 şagirddən 801762-i
oğlan, 772351-i qız (29411 nəfər az) olmuşdur. Başqa sözlə
desək, 1996-cı illə müqayisədə 1997-ci ildə qızların sayı
25972-nəfər az olmuşdur.
1998-ci ildə respublikanın 5662 orta məktəbində oğ-
lanlar 751470, qızlar isə 277919, yəni 473551 nəfər az
olmuşdur.
Təhsilə qarşı laqeyd münasibətin artmasının, şagirdlə-
rin məktəbi atıb təhsildən yayınmasının səbəbləri arasında
hazırda dövlət büdcəsindən maliyyələşdirilən zehni əməklə
məşğul olan mütəxəssislərin ağır maddi vəziyyətini də qeyd
etmək lazımdır” (110: 87). Təəssüf ki, hal-hazırda da köklü
bir dəyişiklik müşahidə olunmur.
Sosiomədəni davranışlar sisteminə adətən daxili və
zahiri mədəniyyət əlamətlərinin bütöv bir kompleksi daxil
edilir. Məsələn, etiketlər, məişət mədəniyyəti, asudə vax-
tın təşkili, səliqəli geyim, gigiyena, mimika, bədən hərəkəti
(qratsiya) və s. həmin kompleksin mühüm elementləri he-
sab oluna bilər. Əlbəttə buraya yüksək danışıq mədəniyyəti,
əməyin təşkili kimi səciyyəvi xüsusiyyətlər də şamil edilir.
Ümumiyyətlə, insana xas etik və estetik prinsiplərin vəhdə-
ti sosiomədəni davranışın nüvəsi kimi qiymətləndirilir.