Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 29 ların davranışının formalaşması konkret sosial mühitlə sıx
bağlıdır; o, cəmiyyətdə çox zaman mülki, siyasi, iqtisadi
hüquqların əksəriyyətindən hali olur, ailə-ev qayğılarının
yükünü təkbaşına çəkir.
Keçid mərhələsinin bir çox əlamətləri qadınların sosial
davranışına da təsir etməkdədir. Bildiyimiz kimi, sosializ-
min bərqərar olduğu 70 ildən artıq bir dövrdə qadınların
həyatında mühüm dəyişikliklər olmuş, onların əksəriyyə-
ti icbari, orta və ibtidai təhsil almış, ali məktəblərə daxil
olmuş, müxtəlif sənət və peşələrə yiyələnmişdir. Hətta bir
çox sahələrdə qadınların əməyindən kişilərə nisbətən daha
geniş şəkildə istifadə edilmişdir. Müşahidələr və eləcə də
statistik göstəricilər son illərdə real vəziyyətin kəskin şəkil-
də dərinləşdiyini sübut edir. Məsələ burasındadır ki, vaxtilə
təhsil almış, sənətə və peşəyə yiyələnmiş ali və orta ixtisas
təhsilli qadınların əksəriyyəti layiq olduqları, öyrəşdikləri
ixtisaslarından aralı düşmüşlər. Bu gün həmin qadınlar icra
edilməsi üçün yüksək təhsil və peşəkarlıq tələb edilməyən
sahələrdə çalışırlar. Belə ki, hal-hazırda ali təhsilli qadın-
ların satıcı, qabyuyan, süpürkəçi, xidmətçi və s. peşələrdə
işlənməsi az qala adi hal almışdır. Bundan başqa qadınlar
ailədə haqqı ödənilməyən işlərlə məşğul olur, ərin, uşaq-
ların, digər yaşlı və xəstə ailə üzvlərinin qayğısına qalır,
ev-eşiyin təmizliyi üçün məsuliyyət daşıyır, bazarlıq edir,
bir sözlə, ağır, üzücü işlərin öhdəsindən gəlməyə çalışır.
Sosial mühitin “izləri” qadınların həyatından qırmızı xətt
kimi keçir. Ağır həyat tərzi çox zaman qadını sındırır, onu
az qala müasir köləyə çevirir. Gələcəyə ümidsiz baxış, pes-
simist əhval-ruhiyyə, maddi rifah halının qeyri-qənaətbəxş
olması qadını fəal həyat mövqeyindən çəkindirir, onu cə-