Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
26
edərək
göstərə bilərik ki, sosial və mənəvi davranışların
əsasında konkret rasional mühit faktoru dayanır.
Heç kəsə sirr deyildir ki, uzun əsrlər və illər boyu bü-
tün dünyada qadın və kişi arasında
müəyyən ziddiyyətlər
olmuşdur. Artıq elmi fikrin belə qəbul etdiyi “qadın proble-
mi”, bəşəriyyətin ağıllı-dərrakəli insanlarını, mütəfəkkirlə-
rini daim düşündürmüşdür. Bu problem heç zaman heç bir
ölkədə sona qədər həll edilməmişdir. Hətta qadınların kişilər
üzərində hökmranlıq etdiyi matriarxal cəmiyyətdə belə qa-
dınlar hüquqi müstəvidə disharmoniya ilə üzləşmişlər.
Şərq və Qərb təfəkküründə qadına münasibət erkən in-
kişaf mərhələsində də büsbütün fərqli olmuşdur. Əgər Şərq
uzun əsrlər boyu qadını “örtülü” şəkildə görmək istəmişsə,
Qərb bu incə məxluqu daha çox “diqqət mərkəzində” saxla-
mağa üstünlük vermişdir, lakin hər iki halda, mütləq qadın
azadlığı arxa planda qalmışdır. Belə ki, birinci halda qadın
əsasən nəsil artıran varlıq kimi qəbul olunmuşsa, ikinci hal-
da əsasən eyş-işrət obyekti kimi təsəvvür edilmişdir.
Elmi və bədii əsərlərin əksəriyyətində
müəlliflər qa-
dının kişiyə tabeçiliyini hər vəchlə əsaslandırmağa çalış-
mışlar. Elə buna görə də cəmiyyətdə qadın sosial həyatın
əksər sahəsində mütəmadi olaraq diskriminasiyaya məruz
qalmışdır.
Cəmiyyət tarixində qadın
probleminin digər sosial
qruplardan
və təbii ki, kişilərdən ayrı
öyrənilməsi qey-
ri-mümkündür. Femininsiz maskulin (və ya əksinə) möv-
cud ola bilməz. Əslində, gender qadın
problemini deyil,
ümumiyyətlə, qadın və kişinin şəxsi və davranış xüsusiy-
yəti haqqında təsəvvürlər məcmusudur. İki
müxtəlif qütb
kimi götürüldükdə, həmin xüsusiyyətlər bir qütbdə qadınlı-