Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə21/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   17   18   19   20   21   22   23   24   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
24
ları bəzən eyniləşdirilir. Hətta az qala hamının qəbul etdiyi 
belə bir tezis mövcuddur: etika-əxlaqın bir hissəsidir. Bu 
tezisin formalaşmasının əsasında əxlaqın azad seçimdən 
başladığı, yəni şəxsiyyətin azadlığı prinsipi dayanır, lakin 
həmin prinsipi qeyd-şərtsiz qəbul etmək mümkün deyildir. 
Belə ki, etika əxlaqın hər cür təzahürü ilə eyniləşdirilə bil-
məz. Azərbaycan filosofu İ.Məmmədzadənin qeyd etdiyi 
kimi, etika, əxlaqi sistemin elə bir hissəsi hesab olunur ki, 
istənilən əxlaqa kənardan nəzər salmaq qabiliyyətinə ma-
likdir, yəni özünü təkcə əxlaq kimi deyil, həm də qeyri-əx-
laq kimi, yaxud heç də hamının qəbul etmədiyi əxlaq kimi 
identifikasiya edir (213: 11).
Davranışların etik-gender tədqiqatı baxımından işıq-
landırılması bir sıra adət və ənənələrə yeni baxış bucağı 
altında yanaşmağı tələb edir. Məsələn, adi şüur çərçivəsi 
daxilində Azərbaycan mühitinə ötəri nəzər salınması ma-
raqlı nəticələr üzə çıxarır. Adətən, Azərbaycan həyatını tə-
dqiq edənlər onu müsəlman dünyasının tərkib hissəsi kimi 
qəbul edirlər. Zahirən burada təəccüblü heç nə yoxdur, la-
kin əsil mahiyyətdə buradakı əhali yerli adətlərlə yaşayırlar; 
hərçənd ki, burada mövcud adətləri qəbul etməyən fərd və 
qruplar da mövcuddur. İ.Məmmədzadənin qeyd etdiyi kimi, 
müasir Azərbaycan bazar iqtisadiyyatı yolunu seçmişdir və 
bu müstəvidə “vəhşi kapitalizmin” müxtəlif sosial, siyasi 
və iqtisadi xüsusiyyətlərinin invariantı işləməkdədir (213: 
12). Məhz belə bir şəraitdə “vəhşi kapitalizmin” özü ilə gə-
tirdiyi əxlaq, mənəviyyata təsirsiz ötüşmür. Yeni normalar 
əxlaqi sistemə, habelə, sözün geniş mənasında cəmiyyətin 
bütün həyatına öz şərtlərini diktə edir.
Davranışların təhlilində etik və gender tədqiqatlarının 
qarşılıqlı münasibətləri probleminin nəzərdən keçirilməsi 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin