Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 23 Bəs gender və feminist tədqiqatlar arasında başlıca
fərqlər hansılardır? Qeyd etməliyik ki, müasir feminst nəzə-
riyyədə “feminist” və “gender” araşdırmalarını fərqləndir-
məyə əsas verən bəzi səbəblər vardır. Rozi Braydottinin
sözlərincə, “gender” və “gender araşdırmaları” anlayışları
daha çox avropalı seksual fərqlər nəzəriyyəçiləri, postko-
lonial və zənci amorfu tərəfindən feminist nəzəriyyənin ən
çox müzakirə olunan anlayışlarındandır. Bir başqa feminist
nəzəriyyəçi Lian Borqiya görə, o, “ciyər üçün elastik for-
ma” ya bənzəyir və sizin arzunuzdan asılı olaraq istənilən
formaya düşə bilər.
Braydottiyə görə, gender araşdırmalarının feminist təd-
qiqatlardan başlıca fərqi birincinin mədəniyyətdə kişi və
qadın başlanğıcların simmetrik təşkili faktını qəbul etmə-
sindədir. Bunun əksinə olaraq feminist araşdırmalar mədə-
niyyət və sosial elmlərdə kişi dominantlığını iddia edirlər.
Braydotti genderin “bərabər” və ya simmetrik təşkili ide-
yasını əslində sosial bərabərsizliyi “pərdələmək” forması
sayır və müasirliyin feminist analizini həyata keçirmənin
önəmliliyini vurğulayır. Müəllifin fikrincə, ancaq bu cür
analiz qadın subyektivliyini qanuniləşdirə bilər. (288: 24)
Feminist baxışların tədricən elmi mahiyyət kəsb etməsi
sonrakı mərhələdə gender probleminin təşəkkül tapmasın-
da əsaslı rol oynadı. Bu gün gender problemini təkcə qadın
amili ilə bağlamaq qlobal bir məsələnin dar çərçivəyə sal-
maq deməkdir. Cəmiyyətin bütün inkişaf istiqaməti bu və
ya başqa şəkildə genderlə bağlıdır.
Əxlaq və etika problemləri, onların qarşılıqlı əlaqəsi də
genderşünaslıqla sıx bağlı olan hadisələrdir. Əvvəla, onu
demək lazımdır ki, elmi ədəbiyyatda əxlaq və etika anlayış-