Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 19 Davranışın gender aspektində təhlili göstərir ki, qa-
dın-kişi münasibətləri cəmiyyətin tarix və mədəniyyəti ilə
müəyyənləşən konkret sosial-siyasi və iqtisadi vəziyyətlə sıx
surətdə bağlıdır. Tədqiqatçıların qeyd etdiyi kimi, artıq XXI
əsr və bütövlükdə yeni “zaman okeanına” daxil olmuş üçün-
cü minillik, istər siyasətdə, istərsə də iqtisadiyyatda “qadın-
lara xas keyfiyyətlərin” cəlb olunmasını təkidlə tələb etmək-
dədir. Vaxtilə kişilərin fiziki qüvvəsini səfərbər etmiş aqrar
və sənaye əsrləri başa çatmaqdadır; indi “qadın əsri” – intui-
siya, diqqətililik və işdə səliqə-sahman tələb edən informasi-
ya texnologiyaları əsri başlanır. Bu, qadınların öz intellektu-
al qüvvələrini tətbiq etmə imkanlarını artırır. Gender balansı
qadın və kişi əməyinin şüurlu, yəni təbii yaranma əlaqəsi ilə
baş tuta bilər. Reproduksiya məsələsi bu kontekstdə vacib-
dir, lakin demoqrafik dəyişiklərdən ayrılmış reproduksiya
indiki gender disbalansın vəziyyətini göstərmir.
Bu proseslər, digər postsovet respublikalarında olduğu
kimi, Azərbaycanda da cəmiyyətin strukturunun və onun
sisteminin transformasiyasına gətirib çıxarmış siyasi pro-
seslərin nəticəsidir (69: 12).
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, gender is-
tiqamətində aparılan araşdırmaların nəzəri əsasında dəyər
kateqoriyasının dayandığı məlumdur. Gender dəyərlərinin
birinci forması ictimai ideal kimi, ictimai həyatın müxtəlif
sahələrində arzu edilən atributlar haqqında mücərrəd təsəv-
vürlər kimi çıxış edir. Bu cür dəyərlər həm ümumbəşəri,
həm də konkret tarixi və milli xarakterə malik ola bilər.
Gender dəyərlərinin ikinci forması isə gender rolu ilə
şərtlənən sosial hərəkətlər şəklində obyektivləşmiş formada
çıxış edir.