Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 17 çalışmalıdır ki, onun öz əri ilə yaxınlığından doğma qarda-
şının belə xəbəri olmasın. Truk adalarında (Mikroneziya)
isə qohumlar arasında nikah qəti qadağan edilsə də, daha
maraqlı davranış ənənələri qalmaqdadır. Belə ki, bacı öz
qardaşının yanında gülüb sevincini büruzə verə bilməz.
Dünyanın bir çox ölkələrində qadın-kişi davranışlarında
ciddi etiketlər qalmaqdadır. Bəzi millət və xalqların əks
cinsə mənsub olan nümayəndələri heç vaxt bir-biri ilə rəf-
tarda qabarıq müşahidə olunan ünsiyyət formalarına müra-
ciət etmirlər. Xüsusilə yeni ailə qurmaq istəyən oğlan və
qızın münasibətlərindəki incə çalarlar bu deyilənlərə yaxşı
nümunə ola bilər. Bir çox millətlərdə olduğu kimi Azərbay-
canda da əksər hallarda ailə qurmaq istəyən oğlan və qızı
ya yaxın qohumları, ya da ki, dostları tanış edirlər. Adətən,
qohum olan tərəflər bir-birinin nəsil – kökünə və sosial və-
ziyyətinə yaxşı bələd olur. Valideynlər belə hesab edirlər
ki, ailə quran, qohum olan tərəflər cəmiyyətdə “paritet”
mənsəb və statusa malik olmalıdır; məhz bu cür şəraitdə
ailənin uzunömürlülüyü təmin edilə bilər. Yeni qurulan
ailələrin gənc üzvləri öz valideynləri ilə ailə ənənələri çər-
çivəsində davranmağa üstünlük verirlər. Hətta ailə üzvləri
arasında xüsusi davranış, ünsiyyət, müraciət formaları da
yaranır. Ümumiyyətlə, kişi-qadın münasibətlərindəki bu
cür “sirli” ünsiyyət formaları heç də elmə gizli olan bir
məsələ deyildir. Azərbaycan filosofu Ə.Abasovun yazdığı
kimi, ümumiyyətlə, mədəniyyətin kişi və qadına aid etdi-
yi fərqli sosial rol və ictimai vəziyyət tarixən bu iki cinsin
müxtəlif ünsiyyət səviyyələrində öz aralarında anlaşmasına
maneə yaradır. Kişilərin emosional dözümlülüyü, praqma-
tizmi və rasionalizmi, ölçüsüz fəallığı və hərəkət qətiyyəti,