Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
13
kimi son zamanlar Avropa ölkələrinə
miqrasiya edənlər
arasında azərbaycanlılara da təsadüf olunur. Müşahidə və
faktlara
istinad edərək deyə bilərik ki,
xaricə gedən soy-
daşlarımızın əksəriyyəti ailəlidir, az bir qismi isə subaylar-
dır. Ən acınacaqlısı isə odur ki, xaricə gedən Azərbaycan
vətəndaşlarının bir çoxu müəyyən zaman keçəndən sonra
bir daha geriyə - öz vətəninə qayıtmır. Bu istər-istəməz de-
moqrafik inkişafa və eləcə də, ailə-məişət prinsiplərinə öz
təsirini göstərir. Ənənəvi Azərbaycan ailəsinə xas olan bö-
yüyə hörmət hissi, ənənələrə bağlılıq prinsipi yuxarıda qeyd
etdiyimiz problemlərə rəğmən, tədricən arxa plana keçir.
Xalqın mentalitetinə zidd olan yeni “adətlərin” hə-
yat vəsiqəsi almasında, habelə ailə münasibətlərində yeni
kommunikasiyaların rolu mühümdür. Göstərilən xarici ki-
nofilmlər ailə üzvlərinin, o cümlədən qadın və qızların əx-
laqına bu və ya digər aspektdə təsir göstərir. Nəticədə, əgər
bir tərəfdən yeni davranış normaları “ixrac” olunursa, digər
tərəfdən adekvat mənəvi prinsiplər “idxal” olunur.
Keçid dövrünü yaşayan qadınlar
öz həyat və məişət-
lərində sovet dövrünün davranış normalarını əsaslı şəkildə
qoruyub saxlayırlar. Bu isə təsadüfi deyildir. Məlumdur ki,
70 ildən artıq hökm sürən sovet ideoloji aparatı insanların
bütün həyatına nüfuz edə bilmişdir.
Ötən əsrlərdə, yüzil-
lik və minilliklər boyu mövcud olan patriarxal ənənələrin
aradan götürülməsində həmin ideologiyanın müəyyən rolu
inkaredilməzdir. Bir çox bölgələrdə azərbaycanlı qadınlar
öz çadralarını atmış, kişilərlə bərabər hüquq əldə etmiş, təh-
sil almış, rəhbər vəzifələrdə çalışmışdılar. Doğrudur, sovet
məkanında qadınların bütün sahələrdə həyatı heç də ideal
olmamışdır. Onların bir çoxu vətəndaş və vətən müharibə-