Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 9 Son illərdə bütün dünyada gender tədqiqatlarının miq-
yası, əhatə dairəsi, mövzu diapozonu xeyli genişlənmişdir.
Bu isə heç də təsadüfi səciyyə daşımır. Alim və ictimai xa-
dim E.Süleymanovanın qeyd etdiyi kimi, gender münasi-
bətlərinin dinamik, çevik olduğunu və müxtəlif faktorlar-
dan asılılığını nəzərə alaraq, hər bir konkret dövrdə, mü-
hitdə, hər bir sosial təbəqədə, şəhər və kənd şəraitində və s.
gender münasibətləri üzrə tədqiqatların aparılması vacibdir.
Gender asimmetriyasının aradan qaldırılmasına yönəlmiş
elmi və o cümlədən, sosial tədqiqatlar praktik yönümlü ol-
malı, faktlar, həqiqətlər üzə çıxarılmalı, çətinliklər, konkret
problemlər araşdırılmalı və onların həlli üçün tövsiyələr
işlənib həyata keçirilməli, müxtəlif istiqamətli sorğulardan
başlayıb gerçəkliyə söykənən tövsiyələrlə bitməli, ümum-
dünya qadın strategiyalarında müəyyən edilmiş hər bir əsas
istiqamət və sahələr üzrə aparılmalıdır (150: 102-103).
Bu gün müxtəlif din və dil qrupuna, habelə müxtəlif
irqlərə mənsub olan qadınların çeşidli problemləri möv-
cuddur. Lakin gender tədqiqatları qətiyyən lokal xarakter
daşımır. Bu tədqiqatların mərkəzində insan hüququ prob-
lemi dayanır. Burada xatırlatmağı vacib bilirik ki, gender
heç də bəzilıərinin təsəvvür etdiyi kimi, təkcə kişi və qadın
arasındakı “fərqləri” öyrənmir. Onun tədqiqat obyekti ge-
nişdir. Gender probleminin tədqiqatçısı Ə.Abasovun qeyd
etdiyi kimi, mədəniyyət təlim-təhsil vasitəsilə cəmiyyətdə
psixoloji sterotipləri möhkəmlədir. Belə təəssürat yara-
nır ki, məhz mədəniyyət cinslərin ictimai, sosial rollarının
yanlış formalaşmasına və buna uyğun olaraq qadın və kişi
münasibətlərində disharmoniyaya səbəb olur. Mədəniyyət
real situasiyanı, regional, etnik xüsusiyyətləri müəyyən sə-