Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 6 sosial mühit gərəkdir. Şübhəsiz ki, qadın və kişi tələbatları-
nın struktur və təsnifatı arasında elə də kəskin fərqlər yox-
dur, əlbəttə söhbət ilk növbədə maddi-sosial-mənəvi tələ-
batlardan gedir, amma bu “ümumi” olan paradiqmaları bir
çox hallarda “xüsusi” olanlarda müşayiət edir.
İnsan heç də bir çoxlarının iddia etdiyi kimi mücərrəd
varlıq deyildir. O, konkret zamanın və mühitin övladıdır.
Hər bir fərdin, şəxsin həyatında öz dövrünün “izləri” yaşa-
nır. Eləcə də məhz sosial mühit şəxsiyyəti, bütövlükdə isə,
cəmiyyətdə baş verən ictimai münasibətləri doğurur. Məhz
ictimai münasibətlərin təsiri ilə müəyyən dövr daxilində şəx-
siyyətdə cəmiyyətin bütün üzvlərinə xas olan ümumi cəhətlər
və mənəvi keyfiyyətlər, ümumi davranış normaları formala-
şır və inkişaf edir (44: 8). Lakin bir çox hallarda (hətta elmi
dairələrdə belə) əxlaqi prinsiplərin, o cümlədən davranışların
ətraf aləmlə, “mövcud dünya” ilə heç bir bağlılığa malik ol-
madığı söylənilir. Təbii ki, insan əxlaqı, bütövlükdə insan hə-
yatı ilə bağlı tədqiqatlar get-gedə yeni məcraya düşür. Hətta,
Y.Habermasın dediyi kimi, etik pozisiya baxımından əxlaqın
əsasları yenidən hazırlanmalıdır (261: 94).
Davranış “öz-özünə”, kortəbii qaydada meydana gəlib
formalaşmır; o, şəxsiyyətin bütün ömrü boyu mənimsədiyi
və əməli fəaliyyətində istifadə etdiyi mənəviyyat normala-
rı, dünyagörüşü, həyat tərzi, cəmiyyətdəki adət-ənənələr,
rəftar, etiket və hərəkətlər əsasında formalaşmış xüsusi
qabiliyyətdir, ümumiləşmiş mənəviyyat normalarının məc-
musudur. Davranış ictimai varlığın inikası, sosial həyat tər-
zinin ifadəsidir. Buna görə də davranış bir çox hallarda cə-
miyyətdəki ən ümumi əlaqə və münasibətlərlə əlaqədardır,
ümumi olanı əks etdirir (44: 9).