Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə8/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   4   5   6   7   8   9   10   11   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
10
viyyədə əks etdirsə də, o bütövlükdə yetərincə inersiondur. 
Buna görə də istər-istəməz müəyyən mərhələdə onun cə-
miyyətdə baş verən dəyişmələrdən geri qalması təəssüratı 
yaranır, amma sonra onun üçün də keçid anı gəlir. Hazırda 
ümumbəşəri mədəniyyət qlobal yeniliklər astanasındadır. 
Lakin o hələ də problemi gender tədqiqatlarının məqsədi 
olan cinslər arasında harmonik münasibətlər prioritetinə 
uyğun həll etmək iqtidarında deyildir (2: 15).
XX əsrin sonuna yaxın bütün dünyada baş verən kəs-
kin dönüş mərhələləri, mövcud superdövlətlərdən birinin 
– SSRİ-nin çökməsi, həmin məkanda yeni iqtisadi-siya-
si formasiyanın yaranması cəmiyyətin bütün sahələrinə öz 
təsirini göstərmişdir. Azərbaycan da baş verən sosial-siyasi 
dəyişikliklərdən kənarda qalmamışdır. SSRİ-nin süqutundan 
sonrakı mərhələ elmi ədəbiyyatlarda bir qayda olaraq “keçid 
mərhələsi” kimi qiymətləndirilir. Bu isə heç də təsadüfi de-
yildir. Həqiqətən, cəmiyyət bir siyasi-iqtisadi platformadan 
başqasına keçir. Yeni dövr özü ilə yeni prinsip, yeni qanun, 
yeni təfəkkür tərzi, yeni davranış normaları gətirir. Əlbəttə 
heç də adamların hamısı yeni həyat tərzinə alışa bilmir. Əs-
lində, belə bir transformasiya üçün hazır “mexaniki model” 
də mövcud deyildir. Hər cür yeniliyin insan həyatına daxil 
olmasını həmişə ağrılar və çətinliklər müşayiət etmişdir. Bu 
indi də belədir. Keçid dövrünü yaşayan insanların düşüncə-
si mövcud mühitlə uzlaşmağa heç də bütün vaxt və hallar-
da qadir deyil. Onlar ənənəvi adət-ənənə, rəftar və davranış 
qaydalarını avtomatik olaraq dəyişə bilmirlər. Xüsusən, qa-
dınların yeni sosial mühitə uyğunlaşmasında köklü prob-
lemlər yaranır. Həmin mərhələdə etik normaların ənənəvi 
“qəliblərə” uyğun gəlməməsi də müşahidə olunur. Belə olan 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin