Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 7 Hər bir cəmiyyətin (əlbəttə geniş mənada), sosial qru-
pun, xalqın, etnosun, kollektivin, fərdin öz davranış qayda-
ları mövcuddur. Təbii ki, bu cəhətdən kişi və qadın davranış
qaydaları istisnalıq təşkil etmir.
Yeni ictimai mahiyyət kəsb edən “gender” anlayışı
təşəkkül mərhələsini yaşamaqla hazırda bir sıra elmlərin
anlayışlar sistemində özünün konkret yerini müəyyən-
ləşdirməkdədir. Mənşəcə ingilisdilli ədəbiyyata aid olan,
“cins” anlayışını verən gender, bu gün fəlsəfi ədəbiyyatda
kişi və qadının vəzifəsi, kişi və qadın davranışı, habelə on-
ların cəmiyyətdə tutduqları yer barədə təsəvvürlərin məc-
musudur. Hazırda ictimai təsəvvür və bir çox elmi ədəbiy-
yatlarda gender, “cins” kateqoriyası ilə tam eyniləşdirilir
ki, bu da qətiyyən düzgün meyil hesab edilə bilməz. Ümu-
miyyətlə, problemə iki yanaşma cəhdi özünü daha qabarıq
göstərir ki, onları ümumiləşdirib mədəni konstruktivizm
və struktur-stratifik modelləşdirmə adlandırmaq olar. De-
diyimiz birinci yanaşma diqqəti identikləşdirmə və habelə
sosiallaşdırma vasitəsi ilə fikirdə, duyğuda, davranışda kişi
və qadınla bağlı fərqləri müəyyən edən kişi və qadın key-
fiyyətləri və sosial rolları barədə təsəvvürün formalaşması
və fəaliyyət göstərməsi mexanizminin tarixi və etnomədəni
tərkibinin aşkar edilməsinə yönəldir. Burada “gender” mə-
dəni konstruksiya kimi çıxış edir: kişi və qadın imici onun
konkret sosium üçün tipik olan kişi və qadın təfəkkürü və
davranış reallığı ilə əlaqədədir. İkinci yanaşma tədqiqat ob-
yekti və predmeti ilə cinslər arasındakı, sosial strukturlaş-
ma və laylaşma sistemində müəyyən yeri olan xüsusi so-
sial qruplar kimi şərh edilən sosial münasibətlər sistemini
müəyyənləşdirir. Burada “gender” hər şeydən əvvəl ailə və