Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə9/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   5   6   7   8   9   10   11   12   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
11
tərzdə qarşıya çoxlu suallar çıxır: gələcək həyatı necə yaşa-
malı? Hansı əxlaq və davranış normalarını qoruyub saxlama-
lı? Qərbə üz tutmalı, yoxsa Şərqə? Bu suallara cavab vermək 
heç də asan məsələ deyildir. Gender tədqiqatı ilə məşğul olan 
görkəmli Azərbaycan filosofu Z.Quluzadənin bu məsələ ilə 
bağlı söylədiyi fikirlər maraq doğurur. Tədqiqatçı göstərir 
ki, müasir Azərbaycan cəmiyyəti müxtəlif təbəqələrə bölü-
nür: bəzi insanlar adət-ənənələrin, dinin təlqin etdiyi davra-
nış qaydalarına qayıtmağı dəyər kimi qəbul edir; əsas əhali 
kütləsi isə, xüsusilə də şəhərlərdə, sovet dövründən qalma 
mentaliteti qorumaqla Şərq və Qərb düşüncə tərzi arasında 
tərəddüd edir; şəhərdə Qərbə meyl edənlər müqayisədə daha 
çoxdur. Bu cür mövqenin sabitliyini təmin edən başlıca amil 
Azərbaycan dövlətinin dünyəviliyi, onun Konstitusiyasının 
demokratiyaya əsaslanması və ölkənin kişilərlə bərabər qa-
dınlarının da hüquq, azadlıq və imkanlarını qoruyan bey-
nəlxalq konvensiyalara qoşulmasıdır (110: 79).
Deməli, zamanın özü ilə gətirdiyi problemlərin həlli 
heç də asan iş deyildir. Müstəqil Azərbaycan Respublikası-
nın mövcud çətinliklərdən çıxış yolu axtarması dövrün öz 
qanunauyğunluğundan və labüd şəraitdən irəli gəlir.
Z.Quluzadə yazır: “Gender münasibətləri sahəsində 
müasir vəziyyətin bütün mürəkkəbliyini nəzərə alan Azər-
baycan qanunvericiliyinin gender ekspertizasına həsr olun-
muş tədqiqatda qeyd edilir ki, qanunvericiliyin qadınların 
və kişilərin hüquqi (de-yure) və praktiki (de-fakto) bərabər-
liyini əks etdirən ayrı-ayrı məqamlarının gender korreksi-
yasına ehtiyacı duyulur. Onlardan bəziləri aşağıdakılardır:
• cinsi həyata başlamaq üçün minimal yaş həddinin 
qanunla müəyyən edilməsi;



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin