Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 14 sinin məşəqqətinə dözmüş, repressiya qurbanlarına çevril-
miş, kolxoz və sovxozlarda az qala kölə qanunları ilə fəa-
liyyət göstərmişlər, lakin belə bir faktı da təkzib etmək ol-
maz ki, həmin dövrdə qadınlar kişilərlə bərabər real hüquq
bərabərliyi əldə etmişlər. Keçid mərhələsində isə həmin
proporsiya xeyli müddət pozulmuşdur. Yalnız Respublika
prezidentinin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qa-
dın Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra
qadınların ölkə həyatındakı rolu müəyyən qədər artmağa
başlamışdır. Komitə Pekin fəaliyyət platformasının həyata
keçirilməsində mühüm rol oynamışdır.
Qadınların həyat səviyyəsinin, eləcə də onların davra-
nışının tənzimlənməsində əxlaqın rolu böyükdür. Bu gün
gender tədqiqatlarının geniş müstəviyə keçməsi bir çox
parametrləri ilə əxlaqi özülə söykənir. Müasir Azərbaycan
ailəsinin və bütöv cəmiyyətin timsalında aparılan müşahi-
dələrə istinad edərək deyə bilərik ki, keçid dövrü özünün
spesifik cəhətləri ilə fərqlənsə də, inkişafın əsasında duran
ən mühüm amillərdən biri kişi-qadın münasibətləridir. Mə-
dəniyyətin inkişafı, yeni münasibətlərin formalaşması isə
birbaşa genderlə bağlıdır.
Fəlsəfə və sosiologiyada “gender” anatomik-bioloji
cinsi xüsusiyyətlərin deyil, əsasən tarixi, etno-mədəni, so-
sial determinləşdirilmiş şərtlərlə müəyyənləşdirilən cinsi
xüsusiyyətlərin məcmusu kimi, başqa sözlə ifadə edilsə,
“sosial cins” kimi qiymətləndirilmişdir. Lakin zaman keç-
dikcə genderin tədqiqat obyekti daha da dəqiqləşdi. Artıq
çagdaş şəraitdə gender fəlsəfədə kişi və qadının vəzifəsi,
kişi və qadın davranışı, onların cəmiyyətdə tutduğu mövqe
barədə təsəvvürlərin məcmusu kimi qiymətləndirilir. Qeyd