Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 15 etdiyimiz meylin sosial psixologiyada da öz yeri vardır;
“psixologiyada gender elə bir sosial-bioloji məfhumdur ki,
onun vasitəsilə insanlar kişi və qadın anlayışlarını izah edir-
lər” (211: 228).
Sosial münasibətlərin bir hissəsi olaraq gender müna-
sibətlər sistemi də cəmiyyətdaxili inkişaf aspektlərindən
biri kimi qiymətləndirilməlidir. Hər hansı millətin kişi-qa-
dın münasibətləri və komponentləri barədə təsəvvürləri
onun özü ilə eyniləşməyə, daha doğrusu, eyniliyin dinamik
komponentinə də mühüm təsir göstərir. Milləti bir ailə kimi
təsəvvür edən subyekt özünün ona münasibətində validey-
nə münasibət analogiyasını əsas tutur. Hələ vaxtilə Fromm
öz əsərlərində övlad-valideyn münasibətlərini rəmzi olaraq
iki yerə bölərək, modelləşdirməyə çalışmış və həmin mo-
delin şəxsiyyət-millət anlamında əsaslı yer tutduğunu qeyd
etmişdir. Bununla əlaqədar onu da xatırlatmaq lazımdır ki,
bir sıra tədqiqatçılar sosioloji-psixoloji baxımdan yanaşa-
raq gender münasibətlərinin “statusunu” qəribə bir formulə
ilə izah etməyə çalışmışdır. Onların bir çoxu zaman-məkan
kontekstində məkanı qadın, zamanı isə kişi kimi təqdim
edirlər. Təbii ki, bu halda kişi və qadınlara xas olan psixo-
loji və bioloji cəhətlər əsas kimi götürülür. Son zamanlar
gender münasibətlərinin hətta millətlərin özəl xüsusiyyətlə-
rinə müncər edilməsi halları da diqqəti cəlb edir. Məsələn,
elmi-fəlsəfə ədəbiyyatda bir çox baxış və təsəvvürləri ümu-
miləşdirərək Fransanın qadın, Böyük Britaniyanın isə kişi
görüntüsündə qəbulu mövcuddur.
Hər bir milli dərketmə məqamının da qadın-kişi mü-
nasibətlərinə özəl yanaşması vardır. Təbii ki, burada ta-
rixi-ənənəvi-dini-milli xüsusiyyətləri mühüm rol oynayır.